Month: September 2024

  • 6 milyon dollarlıq saatdan toyuğa qədər – İnsanların otellərdə nələri unudur?

    Turistlər oteldən çıxarkən çox vaxt oradakı əşyalarından bir şeyi unudurlar – olduqca adi xırda şeylərdən tutmuş çox ekstravaqant əşyalara qədər.

    Qaynarinfo-nun “The Independent”ə istinadən məlumatına görə, hotels.com-un dünya üzrə 400-dən çox otelin iştirak etdiyi yeni araşdırması göstərib ki, insanlar oteldən çıxarkən çox vaxt çirkli paltarları, şarj cihazlarını, eləcə də kosmetika və tualet əşyalarını unudurlar.

    Bununla belə, bəzi qonaqlar iki tam ayaq gipsi və bir otelin döşəməsini doldura biləcək qədər çoxlu protezlər daxil olmaqla, həqiqətən qəribə şəxsi əşyalar unudublar.

    Bəzi insanlar hətta kərtənkələ və toyuq da daxil olmaqla ev heyvanlarını otellərdə yaddan çıxarıblar. Xoşbəxtlikdən hər ikisi sahiblərinə qaytarılıb.

    Qonaqlar “Rolex” saatı, “Hermes Birkin” çantası və dəyəri 6 milyon dollardan çox olan başqa bir saat da daxil olmaqla olduqca bahalı əşyaları unudublar.

    Bundan əlavə, bəzi mehmanxanalarda qonaqlar gedəndən sonra avtomobil təkəri, blender və tikinti boruları tapılıb.

    “Hotel Innsights” sorğusuna cavab olaraq bildirilib ki, bəzi otel işçiləri qonaqları öz mülkləri ilə qovuşdurmaq üçün əllərindən gələni edirlər. Məsələn, bir işçi unudulmuş pasportu almaq üçün 100 mil məsafə qət edib, digəri isə yola düşən kruiz gəmisinə əşyaları çatdırmaq üçün bir neçə yüz metr qaçıb. Başqa bir fədakar işçi unutqan qonağın itirilmiş çamadanını qaytarmaq üçün dörd saat maşın sürüb.

  • 8 ayda əhaliyə nə qədər ƏDV qaytarılıb?

    2024-cü ilin yanvar-avqust ayları ərzində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 116,4 milyon manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

    Bu barədə Qaynarinfo-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Qeyd edilib ki, “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması prosesi də davam edir. 2024-cü ilin yanvar-avqust ayları ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 14 milyon 410,6 min manat təşkil edib.

  • Çörək bahalaşa bilər? – Ekspert

    Qazaxıstan və Rusiyada taxıl sahəsində yaranan qıtlıq, bu ölkələrdən Azərbaycana buğda idxalında yarana biləcək məhdudiyyətlərlə əlaqədar çörəyin qiymətinin bahalaşacağı deyilir. Bir müdət əvvəl isə Azərbaycanda unun topdansatış qiymətinin son aylarla müqayisədə aşağı düşdüyü üçün çörəyin ucuzlaşacağı gözlənilirdi.

    Məsələ ilə bağlı Axar.az-a danışan iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, dünya bazarında, o cümlədən regionda baş verən proseslər iqtisadi qeyri-müəyyənlikləri artırır.

    “Təbii olaraq, hər bir ölkə çalışır ki, ilk növbədə mühüm əmtəə qrupları üzrə daxili bazarını qorusun, lazım olan həcmdə məhsul çıxarsın. Bizim Rusiya və Qazaxıstanla kifayət qədər dayanıqlı ticarət əməkdaşlığımız var. Bu bizim daxili bazarın taxıl ilə təminatı nöqteyi-nəzərdən sabitliyin qorunmasına şərait yaradır. Amma Qazaxıstanda da, Rusiyada da buğda ixracı ilə bağlı müəyyən məhdudiyyətlər vaxtaşırı olur və belə olan halda qiymətlərə təsiri gözləniləndir”, – o qeyd edib.

    Ekspertin fikrincə, dövlət müvafiq vergi yumşalmaları, gömrükdəki rüsumların azaldılması, sıfırlanması hesabına strateji məhsulların qiymətlərinin sabit saxlanılması üçün bəzi tədbirlər görür:

    “Amma yenə də idxaldan asılılıq mütləq şəkildə bazardakı qiymətlərin qeyri-müəyyənliyini şərtləndirir. Düşünürəm ki, payız-qış aylarında ənənəvi olaraq çörəyə tələbin artması qiymətlərə müvafiq təzyiq göstərəcək. Biz lazımi ehtiyat fondunu təmin etsək, ən azı yaxın perspektivdə çörəyin qiymətinin sabit saxlanılması mümkün olar. Eyni zamanda davamlı şəkildə çörək istehsalçılarının daha əlverişli şərtlərlə kredit resurslarına çıxışlarını təmin etməliyik. Çünki son nəticədə kreditin baha olması bilavasitə qiymətlərə öz təsirini göstərir”.

  • В Румынии началась подготовка украинских пилотов на F-16

    Группа украинских пилотов начала проходить подготовку на истребителях F-16 в Румынии.

    Об этом сообщают украинские СМИ со ссылкой на заявление министра обороны Украины Рустема Умерова.

    “F-16 в украинском небе тоже станет больше: группа наших пилотов уже проходит подготовку в Румынии. Поблагодарил румынский коллегу, народ и правительство его страны за поддержку и укрепление нашей ПВО”, – подчеркнул он.

    Умеров отметил, что в скором времени Украина получит от румынских партнеров новую систему противовоздушной обороны Patriot.

    Напомним, что в июле этого года европейский учебный центр F-16 в Румынии подготовил первую группу пилотов.

  • Rumıniyada ukraynalı pilotların “F-16”larda təliminə başlanılıb

    Bir qrup ukraynalı pilot Rumıniyada “F-16” qırıcıları ilə təlimlərə başlayıb.

    Bu barədə Ukrayna KİV ölkənin müdafiə naziri Rustem Umerovun bəyanatına istinadən məlumat yayıb.

    “Ukrayna səmasında “F-16”lar da çoxalacaq: bir qrup pilotumuz artıq Rumıniyada təlim keçir. Rumıniyalı həmkarıma, onun ölkəsinin xalqına və hökumətinə hava hücumundan müdafiə sistemimizi dəstəklədiyinə və gücləndirdiyinə görə təşəkkür etdim”, – o deyib.

    Umerov qeyd edib ki, Ukrayna tezliklə rumıniyalı tərəfdaşlardan yeni “Patriot” hava hücumundan müdafiə sistemi alacaq.

    Xatırladaq ki, bu ilin iyul ayında Rumıniyada yerləşən Avropa F-16 təlim mərkəzində artıq ilk ukryanalı pilotlar qrupuna təlim keçirilib.

  • Rumıniya millisinin məşhur qapıçısı karyerasını sonlandırıb

    Rumıniya milli komandasının sabiq qapıçısı Çiprian Teteruşanu karyerasını sonlandırıb.

    Son mövsümü Səudiyyə Ərəbistanının “Abha” kollektivində keçirən 38 yaşlı qolkiper futbolla vidalaşıb.

    Qeyd edək ki. karyerasına “Yuventus” (Buxarest) klubunda başlayan Teteruşanu İtaliyada “Fiorentina”, “Milan” Fransada isə “Lyon” və “Nant” kimi klubların formasını geyinib.

  • Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə: Bir milyon manat təzminat istəyirəm

    Bakının Binəqədi rayonunda bu il yanvarın 15-də “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirli bilinən Tağı İbrahimov və Toğrul Rzayevin məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında ittiham aktı elan edilib.

    T.İbrahimov və T.Rzayev özlərini təqsirli bilməyiblər.

    Onların müdafiəçiləri müraciət edib ki, müvəkilləri özlərini təqsirli bilmədiyi üçün ilk olaraq zərərçəkənlər dindirilsin.

    Məhkəmə sözügedən müraciəti qəbul edərək zərərçəkənləri və onların hüquqi varislərinin dindirilməsi barədə qərar qəbul edib.

    Hadisə zamanı həlak olan Adil Rüstəmovun hüquqi varisi-atası Aydın Rüstəmov məhkəmədə mülki iddia qaldırıb. O, iddiasında təqsirləndirilən şəxslərdən onlara dəyən maddi və mənəvi ziyanın ödənilməsini tələb edib.

    “Oğlum zavodda Səyyar Ələsgərov adlı şəxsin obyektində qeyri-rəsmi işləyib. Amma faktiki olaraq zavodda yanğın təhlükəsizliyi ilə bağlı cavabdeh təqsirləndirilən şəxslər olub. Mən onlardan bir milyon manat təzminat istəyirəm”, – o deyib.

    A.Rüstəmov ifadəsində onu da qeyd edib ki, məsələ ilə bağlı tərəflərlə ünsiyyətdə olub, lakin onların təklif etdiyi onu qane etməyib.

    Məhkəmənin növbəti iclası oktyabrın üçünə təyin olunub.

    Qeyd edək ki, istintaq materiallarında ASC-nin sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olduqları bildirilib.

    İttihama görə, onlar ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurub, eləcə də Tağı İbrahimov külli miqdarda vergiləri ödəməkdən yayınıb.

    Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə təqsirli bilinir.

  • Круизы из России по Каспию будут включать и порты Азербайджана

    По заказу лидера круизной индустрии и туроператора России – ООО “Водоход” планируется строительство трех круизных лайнеров нового поколения проекта “Карелия” 00840, которые будут введены в эксплуатацию в 2025-2026 годах.

    Как сообщает Median.Az со ссылкой на Министерство цифрового развития и транспорта, об этом говорилось на встрече в Государственном морском и портовом агентстве с участием делегации ООО “Водоход”.

    В рамках встречи, в которой также принимали участие представители Бакинского международного морского торгового порта, обсуждались планы по привлечению этих судов к круизам с заходами в порты Махачкалы, Актау, Туркменбаши, Баку, Энзели, а также вопросы упрощения процедур захода и выхода судов в порты, принадлежащие Азербайджану.

    На встрече была отмечена роль визитов высокого уровня, встреч и мероприятий между двумя странами в развитии взаимоотношений. Было подчеркнуто, что укрепление сотрудничества между странами положительно влияет не только на торгово-экономические связи, но и на расширение партнерства в сфере морского транспорта.

  • Rusiyanın kruiz gəmisi Bakı limanlarından səfərlər təşkil etməyi planlaşdırır

    Rusiyanın kruiz sənayesinin lideri və tur operatoru “Vodoxod” MMC-nin sifarişi ilə 2025-2026-cı illərdə istismara veriləcək 00840 nömrəli “Kareliya” layihəli yeni nəsil 3 kruiz gəmisinin gələcəkdə Mahaçqala, Aktau, Türkmənbaşı, Bakı, Ənzəli limanlarına yan alaraq kruiz səfərlərə cəlb edilməsi planlaşdırılır.

    Median.Az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadla məlumat verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyində “Vodoxod” MMC-nin nümayəndə heyəti ilə görüşdə deyilib.

    Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndələrinin iştirak etdiyi görüş çərçivəsində gəmilərin Azərbaycana məxsus limanlara giriş-çıxış məsələlərinin sadələşdirilməsi də müzakirə olunub.

    Görüş zamanı qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində iki ölkə arasında yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin rolu qeyd edilib. Bildirilib ki, ölkələr arasında əməkdaşlığın güclənməsi ticari-iqtisadi əlaqələrlə yanaşı, dəniz nəqliyyatı sahəsində də ortaq tərəfdaşlığın genişlənməsinə öz müsbət təsirini göstərir.

  • Azərbaycanda qiymətləndiricilər üçün keçiriləcək ixtisas imtahanının vaxtı açıqlanıb

    Oktyabrın 27-də Azərbaycanda qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçiriləcək.

    Bu barədə “Report”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Oruc bildirib.

    Onun sözlərinə görə, imtahanda iştirak etmək istəyən namizədlər əvvəlcə Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytında “Şəxsi kabinet” yaratmalı və 11 sentyabr saat 12:00-dan 7 oktyabr saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.

    “DİM AQC-də təmsil olunan İqtisad Universiteti və digər ali tədris müəssisələrinin mütəxəssislərindən ibarət Ekspertlər Şurası tərəfindən hazırlanmış tədris proqramı ilə bu imtahana start verib. Tədris proqramı DİM-in saytında qeyd olunub və 9 istiqamət üzrə müddəaları əhatə edir. Bu istiqamətlərdə müəyyən olunmuş proqrama uyğun şəkildə sual bankı yaradılır. Hazırda mütəxəssislərimiz tərəfindən sual bankı formalaşdırılır və bu proses bitdikdən sonra imtahan keçiriləcək”.

    V. Oruc bildirib ki, imtahanı uğurla keçən iddiaçılara qiymətləndirici şəhadətnaməsi veriləcək: “İmtahanda 30 sual olacaq və maksimum nəticə 60 baldır. 60 baldan 30 və ya daha çox bal toplayanlar qiymətləndirici şəhadətnaməsini alacaqlar. Daha sonra Qiymətləndiricilər Palatası formalaşdırılacaq. Palata həmin imtahandan keçmiş minimum 15 qiymətləndirici tərəfindən təşkil olunacaq. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq, Palata üzvlərindən sədr, müavinlər və rəyasət heyətinin üzvləri seçiləcək. Beləliklə, qiymətləndirmə sektoruna rəhbərlik Qiymətləndiricilər Palatası vasitəsilə aparılacaq”.

    Qeyd edək ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna və Nazirlər Kabinetinin 2024-cü il 20 may tarixli 267 nömrəli Qərarına əsasən, ölkəmizdə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin verilməsi DİM tərəfindən həyata keçirilir. Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər ali təhsilə və 3 ildən az olmayan iş stajına malik olmalı, ixtisas imtahanını müvəffəqiyyətlə verməli və Qiymətləndiricilər Palatasının üzvü olmalıdır. İxtisas imtahanı yuxarıda qeyd olunmuş 9 istiqamət üzrə 27 oktyabr 2024-cü il tarixində DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 108, TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək.