Month: September 2024

  • Şimali Koreya növbəti dəfə ballistik raket buraxıb

    Şimali Koreya növbəti ballistik raket buraxılışı həyata keçirib.

    Bu barədə Yaponiyanın Sahil Mühafizəsi Xidməti məlumat yayıb.

    Raket Yaponiyanın iqtisadi zonasından kənarda dənizə düşüb. Raketin uçuş məsafəsi və hündürlüyü ilə bağlı məlumatlar hələlik verilməyib.

    Qeyd edək ki, Şimali Koreya sonuncu dəfə iyulun 1-də ballistik raket buraxmışdı. KXDR Raket Elmi Baş İdarəsi bildirib ki, çəkisi 4,5 tona qədər olan ultra böyük döyüş başlığı daşımağa qadir yeni “Hvason-11-4.5” taktiki ballistik raketinin sınaqları uğurlu olub.

  • СМИ: Британия разрешила Украине бить по России ракетами Storm Shadow

    Великобритания предоставила Украине право использовать ракеты Storm Shadow для ударов по территории России.

    Об этом сообщают украинские СМИ со ссылкой на The Guardian.

    Издание утверждает, что по всей вероятности совместный визит госсекретаря Энтони Блинкена и министра иностранных дел Великобритании Дэвида Лемми в Киев не состоялся бы, если бы не было положительного решения по Storm Shadow.

    “В Британии уже принято решение разрешить Украине использовать крылатые ракеты Storm Shadow по целям на территории России… Однако, скорее всего, публичное заявление о ракетах дальнего радиуса действия в Киеве будет считаться чрезмерно провокационным. Вполне вероятно, что вокруг использования Украиной ракет, дальность которых составляет более 300 километров, все еще будут существовать ограничения, чтобы избежать необдуманных или ненужных атак”, – пишет издание.

    Украина получает дальнобойные ракеты от Британии, США и Франции, однако до сих пор действуют ограничения на удары по территории России. По словам Джона Кирби, США продолжают вести частные переговоры с Украиной по этой теме.

  • Guardian: London Kiyevə “Storm Shadow”dan istifadəyə icazə verib

    Böyük Britaniya artıq Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli “Storm Shadow” raketlərindən zərbə endirmək üçün Ukraynaya yaşıl işıq yandırmaq qərarına gəlib, lakin bu məsələ ilə bağlı ictimaiyyətə açıqlama verməyəcək.

    Bu barədə “The Guardian” qəzeti mənbələrə istinadən məlumat yayıb.

    Qeyd olunub ki, Londonda bu mövzuda “lazımsız təxribatçı” şərhlər verməyi düzgün hesab etmirlər. Belə ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer sentyabrın 13-də Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşündən sonra Ukraynaya Rusiya ərazisinin dərinliklərindəki obyektlərə qarşı “Storm Shadow”dan istifadəyə icazə verilməsi barədə açıq danışmaq niyyətində deyil.

    Tərəflər Ukraynadakı münaqişəni və ona son qoymaq yollarını müzakirə etməyi planlaşdırırlar. Eyni zamanda, müzakirələr Kiyevə hansısa konkret silahların verilməsi ətrafında deyil, əsasən London və Vaşinqtonun strateji hədəfləri ətrafında aparılacaq.

    Qəzet əlavə edib ki, Starmerin səfəri qısamüddətli olacaq. Onun Vaşinqtonda mətbuat konfransı planlaşdırılmayıb.

    Qeyd edək ki, “Teleqraf” qəzeti ABŞ Prezidenti Cozef Bayden bu həftə Ukraynanın Rusiya daxilinə zərbələr endirmək üçün Britaniyanın “Storm Shadow” raketlərindən istifadəsinə qoyulan qadağanı ləğv edə biləcəyini yazıb.
    //report

  • Инфляция в Аргентине с начала 2024 года превысила 90%

    Рост цен в Аргентине в августе составил 4,2%, с начала года накопленная инфляция составила почти 95%.

    Как передает Median.Az со ссылкой на ТАСС, это следует из данных, которые опубликовал институт статистики и переписи республики.

    “Общий уровень индекса потребительских цен в августе 2024 года вырос на 4,2%, с начала года – на 94,8%. По сравнению с аналогичным месяцем 2023 года рост составил 236,7%”, – говорится в докладе.

    По сравнению с июлем, когда рост цен составил 4%, инфляция в августе немного ускорилась. Сильнее всего на индекс повлиял рост цен на коммунальные услуги (+7%), образование (+6,6%) и транспорт (+5,1%).

    Аргентина уже несколько лет входит в число стран с самой высокой инфляцией. По итогам 2023 года рост цен составил 211,4%, 2022 года – 94,8%, 2021 года – 50,9%. Рост цен значительно ускорился после избрания президентом Хавьера Милея 19 ноября 2023 года. Одной из первых мер его правительства стало повышение официального курса доллара с 366 до 800 песо за доллар.

  • Argentinada inflyasiya 90%-i keçib

    Argentinada 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksinin ümumi səviyyəsi 4,2%, ilin əvvəlindən isə 94,8% artıb. 2023-cü ilin eyni ayı ilə müqayisədə artım 236,7% təşkil edib.

    Bu barədə ölkənin Statistika və Siyahıyaalma İnstitutunun açıqladığı məlumatda deyilir.

    Qiymət artımının 4% olduğu iyul ayı ilə müqayisədə avqustda inflyasiya bir qədər də sürətlənib. İndeksə daha çox kommunal xidmətlər (+7%), təhsil (+6,6%) və nəqliyyat (+5,1%) qiymətlərinin artımı təsir edib.

    Qeyd edək ki, Argentina bir neçə ildir ki, ən yüksək inflyasiyaya malik ölkələr sırasındadır. 2023-cü ilin sonunda qiymət artımı 211,4%, 2022-ci ildə 94,8%, 2021-ci ildə 50,9% olub. 19 noyabr 2023-cü ildə Xavyer Mileyin prezident seçilməsindən sonra qiymət artımı əhəmiyyətli dərəcədə sürətlənib. Onun hökumətinin ilk tədbirlərindən biri dolların rəsmi məzənnəsini bir dollar üçün 366 pesodan 800 pesoya qaldırmaq olub.

  • Narinin qətli ilə bağlı yeni etiraf: “Əmisi Salim Güran mənə təzyiq etdi”

    Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gün sonra kənd yaxınlığındakı dərə yatağında çuvalın içində meyiti tapılan səkkiz yaşlı Narin Güranın istintaqı davam edir.

    İstintaq çərçivəsində nəzarətə alınan və aralarında Narin Güranın anası, atası, iki böyük qardaşı, dörd əmisi və həbs olunan əmisi Salim Güranın arvadının da olduğu 23 şübhəlidən biri sərbəst buraxılıb. Digər 22 şübhəlinin dindirilməsinə başlanılıb.

    Bu barədə oxu.az “Sondakika.com”a istinadən xəbər verir.

    Məlumata görə, proses zamanı qətlə bağlı istintaqın gedişatını dəyişəcək yeni etiraf gəlib. Daha əvvəl axşam saat 18:40-da Narini gördüyünü iddia edən 17 yaşlı qız yalan danışdığını etiraf edib.

    “Narini görməmişəm. Salim Güran “Bu saatda Narini gördüyünü deyəcəksən” deyə təzyiq etdi. Qorxdum, ona görə belə dedim”, – deyə gənc qız bildirib.

    Daha əvvəl Narinin qohumları tərəfindən ölümlə hədələnən Ferit Dəmir adlı müxbir uşağı axşam saatlarında kiminsə görməsi ilə bağlı açıqlamaların qəsdən verildiyini və bunun ssenari olduğunu iddia edib.

    Həmçinin dindirilən 22 nəfərin kim olduqları da açıqlanıb.

    Bunlar Salim Güranın işçisi M.S. (40 yaş), işçinin oğlu R.S. (15 yaş), Salim Güranın işçisi Ö.Y., Narinin əmisi oğlu U.G. (24 yaş), əmisi oğlu O.G. (23 yaş), əmisi qızı M.G. (15 yaş), əmisi qızı B.G. (19 yaş), əmisi oğlu M.K. (23 yaş), əmisinin nəvəsi D.G. (22 yaş), atası A.G. (44 yaş), anası Y.G. (44 yaş), qardaşı E.G. (18 yaş), əmisinin arvadı M.G. (46 yaş), əmisinin arvadı M.G. (39 yaş), bibisi A.K. (40 yaş), xalasının əri M.Ş. (44 yaş), əmiləri Ö.F.G. (29 yaş), B.G. (37 yaş), F.G. (42 yaş), K.Q. (31 yaş), M.G. (40 yaş) və H.İ.G.-dir.

    Eyni zamanda, Narin Güranın cəsədinin tapılmasından sonra canlı yayımda göz yaşlarına boğulan TV100 müxbiri Canan Altıntaş da “Bir şey gördüm, amma deyə bilmirəm” sözlərinə açıqlama verib.

    “Narinin həyatda olmadığını hiss etmişdim. Bir şey gördüm, amma təfərrüat verə bilmirəm, çünki bu, istintaqa zərər verə bilər. O kənddəki hamı ilə tanış oldum və dediklərim istintaqa təsir edə bilər”, – deyə müxbir bildirmişdi.

    Canan Altıntaş günlər sonra gördüyü hadisəni izah edib. O, Narin tapıldıqdan bir gün əvvəl kənddə bəzi qadınların qapının qarşısında “Yasin” oxuduğunu gördüyünü bildirib.

    “Yasin” adətən ölülər üçün oxunur”, – deyə o, vurğulayıb.

  • Vəkil Babək Rzayev HƏBS EDİLDİ

    Vəzifəli şəxsin qərarına təsir göstərmək adı ilə vətəndaşdan pul almaqda təqsirləndirilən vəkil həbs edilib.

    Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Vəkillər Kollegiyasının birgə məlumatında deyilir.

    Bakı şəhərində yerləşən “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosunun vəkili Babək Rzayevin qanunsuz əməlləri barədə toplanmış materiallar əsasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanıb.

    İstintaq tədbirləri ilə vəkil Babək Rzayevin muxtar respublikada müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olduğunu vətəndaşlara bildirməklə, 2024-cü ilin iyun ayında müxtəlif məbləğlərdə müqavilədən kənar pul vəsaitini tələb edib almasına əsaslı şübhələr əldə edilib.

    İş üzrə toplanmış sübutlar əsasında Babək Rzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Həmçinin, Vəkillər Kollegiyası tərəfindən vəkil barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırma aparılır və onun davranışına hüquqi qiymət veriləcək.

    Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların və cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

  • Француженок оштрафовали за то, что они назвали жену Макрона мужчиной

    Парижский суд вынес приговор по делу двух женщин, которые назвали Брижит Макрон, жену президента Франции Эммануэля Макрона, мужчиной. Им назначали штраф в размере 13 500 евро.

    Об этом сообщает Median.Az со ссылкой на телеканал BFMTV.

    Судебное разбирательство против Наташи Рей и Дельфин Жегусс прошло в июне. Следствие утверждает, что Рей подготовила клеветнические материалы в адрес первой леди, а Жегусс их распространила. На заседаниях Рей не присутствовала из-за болезни.

    Адвокат Брижит Макрон потребовал взыскать с обвиняемых штраф по 10 000 евро с каждой, а также покрыть судебные издержки.

    В 2021 году начали распространяться слухи о том, что жена французского президента изменила пол. В социальных сетях активно публиковались сообщения, утверждавшие, что настоящим именем Брижит Макрон является Жан-Мишель Тронье, что якобы связано с её девичьей фамилией.

    Во французских социальных сетях ещё с 2021 года ходят слухи, что Брижит Макрон – трансгендер и носит имя Жан-Мишель Тронье. Первая леди категорически отвергла эти обвинения и планирует подать в суд на тех, кто распространяет такие слухи.

  • Fransız qadınlar Makronun həyat yoldaşını kişi adlandırdıqları üçün cərimələniblər

    Paris məhkəməsi Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Brigitte Makronu kişi adlandıran iki qadın barəsində hökm çıxarıb. Onlara 13.500 avro məbləğində cərimə təyin edilib.

    Median.Az bu barədə BFMTV telekanalına istinadən məlumat verir.

    Nataşa Rey və Delfin Jequs əleyhinə məhkəmə prosesi iyunda keçirilib. İstintaq iddia edir ki, Rey birinci xanıma qarşı böhtan xarakterli materiallar hazırlayıb, Jequs isə onları yayıb. Rey xəstəliyinə görə iclaslarda iştirak etməyib.

    Brigitte Makronun vəkili təqsirləndirilən şəxslərdən hər birinə 10.000 avro cərimə tətbiq edilməsini və məhkəmə xərclərinin ödənilməsini tələb edib.

    2021-ci ildən bəri Fransa prezidentinin həyat yoldaşının cinsiyyətini dəyişdirməsi barədə şayiələr yayılmağa başlayıb. Sosial şəbəkələrdə Brigitte Makronun əsl adının Jan-Mişel Tronye olduğu iddia edilərək, bunun guya onun qızlıq soyadı ilə əlaqəli olduğu bildirilir.

    Fransız sosial şəbəkələrində 2021-ci ildən bəri Brigitte Makronun transgender olduğu və Jan-Mişel Tronye adını daşıdığı barədə şayiələr dolaşır. Birinci xanım bu ittihamları qəti şəkildə rədd edib və belə şayiələr yayan şəxslərə qarşı məhkəməyə müraciət etməyi planlaşdırır.

  • Sabah Bakının bir hissəsində və daha 3 rayonda qaz olmayacaq

    Sabah Oğuz, Şəki və Xaçmaz rayonları, həmçinin Bakının Qaradağ rayonunun Qobu qəsəbəsinin qaz təchizatı məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilir ki, sentyabrın 13-də saat 09:00-dan “Qaz İxrac” İdarəsinə məxsus ölçü qovşağının yenidən qurulması, saat 10:00-dan isə “Yaqublu qol yüksək təzyiqli qaz kəməri”ndə təmir-bərpa işlərinin aparılması və “Şəki-Cəfərabad” ölçü qovşağından qidalanan qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.

    Həmçinin Bakının Qaradağ rayonunun Lökbatan-Qobu yolunun sol tərəfində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

    Təmir işləri aparılan müddətdə Oğuz rayonunun tam olaraq, Şəki və Xaçmaz rayonlarının bir hissəsinin, Qaradağ rayonunun isə Qobu qəsəbəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.