Month: September 2024

  • ANAMA: Qarabağ və Şərqi Zəngəzurda 161 min hektardan çox ərazi minalardan təmizlənib

    2020-ci ilin noyabr ayından indiyədək 379 nəfər mülki şəxs mina qurbanı olub, onlardan 70 nəfəri ölüb, 309 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin (ANAMA) təşkilatçılığı ilə bölgəyə təşkil edilmiş mediaturda məlumat verilib.

    İşğaldan azad edilmiş ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işləri davam etdirilir.

    Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən indiyədək Qarabağ və Şərqi Zəngəzurda 161 min hektardan çox ərazi minalardan təmizlənib, 156 mindən çox mina və müxtəlif təyinatlı hərbi sursatlar tapılaraq zərərsizləşdirilib. Aparılan minatəmizləmə əməliyyatları zamanı Ermənistan silahlı bölmələri tərəfindən qoyulan tələ minalara və sursatlara hələ də rast gəlinir.

    Media nümayəndələri Füzuli rayonunun keçmiş təmas xəttinə yaxın ərazilərinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi zamanı qarşıya çıxan çətinliklər haqqında ətraflı məlumatlandırılıb.

    ANAMA-nın əməliyyat rəhbəri Xaliq Zülfüqarov jurnalistlərə bildirib ki, işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirklənməsi müşahidə edilir. Onların işə düşməsi zamanı insanların həyat və ya sağlamlığının itirilməsi, uzunmüddətli ağır psixoloji travma almaları ilə nəticələnir. Əksər hallarda minaların qurbanları mülki əhali olur. 2020-ci ilin noyabr ayından indiyədək 379 nəfər mülki şəxs mina qurbanı olub. Onlardan 70 nəfəri ölüb, 309 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

  • Sumqayıtda silah-sursat aşkarlandı

    Sumqayıtda silah-sursat aşkarlanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Sumqayıt Bulvarına yaxın ərazidə 1 ədəd ” TOZ-8” markalı odlu silah,1 ədəd lüləsi kəsilmiş ov tüfəngi, 1 ədəd RQD-5 əl qumbarası,1 ədəd F1 əl qumbarası, Koroğlu prospektində isə 1 ədəd təklüləli ov tüfəngi aşkar edilib.

    Aşkar edilən silah-sursat polisə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakının mərkəzində ofis binasında faciə

    Dünən axşam saatlarında paytaxtın Səbail rayonunda yerləşən inzibati binalardan birində bədbəxt hadisə baş verib.

    “Qafqazinfo” xəbər verir ki, saat 19 radələrində “Azərneftkimyamaş” ASC-də işləyən Sumqayıt şəhər sakini 1991-ci il təvəllüdlü Rasif İbrahimovu elektrik cərəyanı vurub.

    O, hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakı həbsxanasında daha bir ÖLÜM

    Azərbaycanda məhkum həbsdə ölüb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Orada cəza çəkən məhkum Zahid Fətullayev dünyasını dəyişib.

    Onun xəstəlikdən öldüyü bildirilir.

    Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 21-ci ölüm hadisəsidir.

  • Внесена ясность в вопрос об ограничении доступа на территорию бульвара во время “Формулы-1”

    Управление Приморского национального парка сообщило о временном ограничении доступа на часть территории бакинского бульвара в связи с предстоящим Гран-при Азербайджана “Формулы-1”.

    Ограничения коснутся участка парка от площади Азнефть до Морского вокзала.

    Как пояснили в администрации, данный участок бульвара расположен параллельно гоночной трассе, где также размещается развлекательная зона “Формулы-1”. В связи с этим ежегодно накануне гонки доступ на эту часть бульвара ограничивается в целях безопасности и подготовки инфраструктуры.

    При этом сохраняется свободный доступ в другие части Приморского национального парка – Аг шехер, участок от площади Азнефть до Баильского бульвара, а также сам Баильский бульвар.

    Отметим, что Гран-при Азербайджана “Формулы-1” пройдет с 13 по 15 сентября.

  • Bakı bulvarının müvəqqəti bağlanması xəbərinə RƏSMİ REAKSİYA

    Dənizkənarı Milli Parkına giriş-çıxış bağlanması ilə bağlı məsələyə aydınlıq gətirilib.

    Bu barədə Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.

    Bildirilib ki, “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılıb.

    Qeyd olunub ki, yarışların keçiriləcəyi yolun istiqaməti Bakı bulvarının sözügedən hissəsinə paralel olduğu və “Formula-1″in əyləncə zonasının həmin hissədə hazırlandığı üçün hər il yarış ərəfəsində bulvarın bu istiqamətində məhdudiyyət tətbiq edilir.

    Milli Parkın Ağ Şəhər bulvarı, Azneft meydanından Bayıl bulvarına qədər olan hissəsi, həmçinin Bayıl bulvarına giriş-çıxış isə sərbəstdir.

    Qeyd edək ki, “Formula-1” Azərbaycan Qran-prisi sentyabrın 13-dən 15-dək keçiriləcək.

  • Еврокубковые матчи будут транслироваться на двух азербайджанских каналах

    Лига чемпионов, Лига Европы и Лига конференций УЕФА будут транслироваться на двух азербайджанских каналах.

    Об этом Report сообщил руководитель спортивного департамента Общественного телевидения (İTV) Кянан Хакимов.

    По его словам, еврокубковые матчи наряду с CBC Sport будут транслироваться также по İTV.

    Отметим, что клуб “Карабах” выступает в лиге Лиги Европы УЕФА.

  • Avrokubok oyunları Azərbaycanın iki kanalında yayımlanacaq

    UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası Azərbaycanın iki kanalında yayımlanacaq.

    Bu barədə İctimai Televiziyanın (İTV) sosial şəbəkə hesabında paylaşım olunub.

    Bildirilib ki, avrokubok matçları “CBC Sport”la yanaşı, İctimai TV-də də göstəriləcək.

    Qeyd edək ki, “Qarabağ” klubu UEFA Avropa Liqasının Liqa mərhələsində mübarizə aparır.

  • Лёг на рельсы: подробности самоубийства

    Выяснилось, что мужчина, оказавшийся минувшим вечером на пути скоростного пассажирского поезда, следовавшего по направлению Агстафа – Баку, покончил жизнь самоубийством.

    Как сообщает Qafqazinfo, инцидент был зафиксирован 11 сентября около 21:00.

    Закир Закарияев лег на рельсы на участке железнодорожной линии Агстафа – Баку, проходящем через территорию населенного пункта Юхары Гархун.

    В это время по нему проехал скоростной поезд FLERT.

    З.Закарьяев погиб на месте происшествия.

    По данному факту ведется расследование.

  • Relsin üzərində uzandı, qatar üstündən keçdi

    Dünən axşam saatlarında Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli sərnişin qatarının yoluna çıxan kişinin intihar etdiyi məlum olub.

    “Qafqazinfo” xəbər verir ki, hadisə sentyabrın 11-i saat 21 radələrində qeydə alınıb.

    Belə ki, Zakir Şakir oğlu Zəkəriyəyev Ağstafa-Bakı dəmiryolu xəttinin Yuxarı Qarxundan keçən hissəsində relsin üzərində uzanıb.

    Bu zaman “FLERT” markalı sürət qatarı onun üzərindən keçib. Z.Zəkəriyəyev hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.