Month: September 2024

  • Zaqatalada DƏHŞƏT: Autizmli uşağı mərkəzdə döydülər – VİDEO

    Zaqatalada 3 yaşlı xəstə uşaq şiddətə məruz qalıb.

    Bu barədə Lent.az-ın redaksiyasına şiddətə məruz qalan 3 yaşlı Xədicə Həsənzadənin anası Vəfa Həsənova məlum verib.

    O bildirib ki, övladı autizmdən əziyyət çəkir:

    “Qızım 9 aydır Zaqatalada Xəqani Psixoloji Reabilitasiya Mərkəzinə gedir. Axır vaxtlar Xədicə qəribə olmuşdu, öz-üzünü şillələyirdi. Mərkəzdə müəllimə qızıma “ava” təlimi keçirdi. Bu təlim autizmli uşaqlara təhlükəsizliyi öyrətməklə bağlıdır. Xədicəni mərkəzə qoyandan sonra açıq pəncərədən onlara baxdım. Gördüm ki, müəllimə qızımın dizinə vurur. Öz narazılığımı mərkəz direktoruna bildirdim. Səhəri gün kamera açılanda başqa şiddətlərlə qarşılaşdım. Bunları videoya çəkdim. Hüquq-mühafizə orqanlarına da şikayət etmişəm”.

    Valideynin sözlərinə görə, həmin müəllim ilk günlər işdən çıxarılsa da, indi yenidən işə alınıb:

    “Mənim narazılığımdan, şikayətimdən sonra müəllimə işdən çıxarıldı. Amma indi eşidirəm ki, onu yenidən işə götürüblər. Mənim xəstə uşağımı döyüblər, əlimdə görüntülər var, lakin günahkarlar cəzalandırılmır”.

    Sayt Xəqani Psixoloji Reabilitasiya Mərkəzi ilə əlaqə saxlamağa çalışsa da zənglərə cavab verən olmayıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, qeyd olunan məsələ ilə bağlı azyaşlının valideyni tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.

    Müvafiq ekspertiza təyin olunub, həmin hərəkətlərin müalicə proseduru və yaxud zorakılıq olması ekspertizanın rəyindən sonra məlum olacaq.

    Hazırda rayon polis şöbəsində istintaq araşdırmaları davam etdirilir.

  • Qardaşların yarım milyardlıq cinayəti – “Bentley”lər, qayıqlar, villalar… (FOTO)

    Azərbaycanda cinayətkarlığa qarşı keçirilmiş ən böyük əməliyyatlardan birinin istintaqı aparılıb.

    “Qafqazinfo” həmin əməliyyatın detallarını əldə edib.

    Cinayət yolu ilə gələn pulların leqallaşdırılması, qanunsuz sahibkarlıq, qaçaqmalçılıq…

    Ötən ilin sonlarında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsi barədə məlumat daxil olub. Həmin məlumat əsasında keçirilən xüsusi əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər həbs edilib.

    Bunlar – Bahadır Ağaqulu oğlu Qasımov, İkram Ağaqulu oğlu Qasımov, Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədovdur. Bahadır və İkram doğma qardaş, Fərhad isə onların əmisi oğludur. İstintaq həbs edilən şəxslərdən əlavə də eyni cinayətdə iştirak edən, lakin hələ şəxsiyyətləri müəyyən edilməyən şəxslərin olduğunu istisna etmir.

    İttiham ondan ibarətdir ki, təqsirləndirilən şəxslər xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar bu əməlləri ilə faktiki olaraq bank fəaliyyəti həyata keçirib, nəticədə xüsusilə külli miqdarda vergi ödəməkdən yayınıblar. Pulların leqallaşdırlması isə əsasən Bakının Yasamal rayonunda, İstanbul və Dubay şəhərindəki ofislərdə həyata keçirilib. Şirkətin rəhbəri isə Bahadır Qasımov olub. O özü Rusiyada yaşadığı üçün idarəçiliyi qardaşı İkrama həvalə edib. İkram da əmisi oğlu Fərhad və onun tanışları Cavid və Anarla birgə qanunsuz pul leqallaşdırmaqla məşğul olublar.

    Bahadır Qasımov bu işlə məşğul olmazdan əvvəl də yaxşı imkana malik olub. Onun Rusiyada bankı və şirkətləri var. Azərbaycana gəldikdən 1 həftə sonra tutulub. Həmçinin qardaşı İkramın Dubayda avtomobil satışı ilə məşğul olan şirkəti mövcuddur. Bakıdakı şirkət isə onların üçüncü qardaşı Bibiqulu Qasımovun adına rəsmiləşdirilib.

    Milyonlarla pul, qızıl-brilyantlar, odlu silahlar…

    Dəstə üzvlərin işlədikləri ofisdə və evlərində keçirilən xüsusi əməliyyatlar dəhşətli faktların üstünü açıb.

    Əldə edilmiş sənədlərlə müəyyən edilib ki, şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 409 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin də 1 faizi – 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb. Bununla da onlar qanunsuz sahibkarlıq edib, həmçinin qanunsuz leqalaşdırma həyata keçirdikləri üçün daha ağır cinayət törədiblər.

    Bütün bunlar istintaqın sübutlarıdır. Hələ ki, məhkəmə tərəfindən hüquqi qiymətini almayıb.


    İkram Qasımovun razılığı ilə Yasamalda yerləşən sözügedən ofisdə və onun yaşadığı evdə axtarış həyata keçirilib. Böyük məbləğdə pullar, qızıl-zinət əşyaları və silahlar aşkar edilib. Burada söhbət 1 milyon 500 min dollar və 1 milyon 400 min manata yaxın puldan, iki ədəd odlu silahdan və 100 ədədə yaxın qızıl-brilyantdan gedir. Onların da qiyməti 1 milyon manata yaxın qiymətləndirilir. İttihama görə, qızıl-zinət əşyaları ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib.

    Yüzlərlə əmlak üzərinə həbs qoyulub – Evlər, avtomobillər, qayıqlar…

    Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin yüzlərlə əmlakı üzərinə həbs qoyulub. Həmin əmlakları tək-tək sıralamaq kifayət qədər yer tutar.

    Buraya 100-ə yaxın “Range Rover”, “Bentley”, “Mercedes”, BMW, “Mitsubishi” və digər markalı minik avtomobilləri, bir neçə yük maşını, motosikletlər, Bakıda və bölgələrdə yerləşən çoxsaylı mənzillər, bağ evləri, qeyri-yaşayış sahələri, qayıqlar, qarajlar və digər əmlaklar daxildir. Təxmini hesablama ilə bütün əmlakların ümumi bazar dəyəri 500 milyon manata yaxındır.

    Həbs edilən şəxslərdən Fərhad istisna olmaqla, digərləri istintaq vaxtı özlərini təqsirli bilməyiblər.

  • МВД пресекло продажу поддельных билетов на гонки “Формулы-1” в Баку – ВИДЕО

    В результате операции, проведенной сотрудниками Главного управления по борьбе с киберпреступностью Министерства внутренних дел (МВД), задержан ранее судимый Эльмар Исрафилов, организовавший продажу поддельных билетов на соревнования Гран-При Азербайджана “Формулы-1”.

    Об этом Median.Az сообщает со ссылкой на пресс-службу МВД.

    Следствие установило, что данное лицо занималось продажей поддельных билетов с измененной информацией в режиме онлайн посредством профилей, созданных в социальной сети Instagram.

    Таким образом, Исрафилов получил материальный доход, продав поддельные билеты более чем 30 людям. В ходе проведенных оперативно-технических мероприятий были полностью доказаны правонарушения, совершенные задержанным.

    Расследование по данному факту продолжается.

    “В заключение еще раз отметим, что лицам, желающим посмотреть Гран-При Азербайджана “Формулы-1″, рекомендуется приобретать билеты только на официальном интернет-адресе гонки, других партнерских сайтах и в торговых точках”, – отметили в МВД.

  • “Formula-1” üzrə Azərbaycan Qran-prisinə saxta bilet satan şəxs saxlanılıb – VİDEO

    Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində “Formula-1” üzrə Azərbaycan Qran-prisi yarışlarına saxta biletlər hazırlayaraq satışını təşkil edən əvvəllər məhkum olunmuş Elmar İsrafilov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Müəyyən edilib ki, bu şəxs “Instagram” sosial şəbəkəsində yaratdığı profillərdə onlayn qaydada məlumatları dəyişdirilmiş saxta biletlər yerləşdirərək satışı ilə məşğul olub.

    E.İsrafilov bu yolla 30 nəfərdən artıq şəxsə saxta bilet sataraq maddi gəlir əldə edib. Aparılan əməliyyat-texniki tədbirlər zamanı saxlanılan şəxsin törətdiyi hüquqazidd əməllər tam sübuta yetirilib.

    Faktla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.

    Sonda bir daha qeyd edək ki, “Formula-1” Azərbaycan Qran-prisini canlı izləmək istəyən şəxslərə biletləri yalnız yarışın rəsmi internet ünvanı, digər partnyor sayt və satış məntəqələrindən əldə etmələri tövsiyə olunur.

  • Şuşadan ən son GÖRÜNTÜLƏR (VİDEO)

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Şuşa şəhərinə infotur təşkil edib.

    Bu barədə dövlət komitəsi məlumat yayıb.

    İnfoturda məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri ilə bağlı Dövlət Komitəsinin tərəfdaşı olan şirkətlərin nümayəndələri iştirak ediblər. Onlara Prezident İlham Əliyevin tapşırığı ilə rayonda aparılan bərpa-quruculuq işləri, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası barədə məlumat verilib. İnfotur iştirakçıları Şuşa şəhərində yeni salınan yaşayış məhəlləsində Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda qayıdan məcburi keçmiş məcburi köçkün ailələri ilə görüşüb, onların fikir və rəylərini öyrəniblər, foto-video çəkilişlər aparıblar.

    Bildirilib ki, indiyədək Şuşa şəhərində 204 ailə (763 nəfər) fərdi yaşayış evi ilə təmin edilib.

    “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcəkdir.

    Qeyd edək ki, infotur işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində həyata keçirilib

  • В Минске обсудили подготовку к III Играм СНГ, которые пройдут в 15 городах Азербайджана

    III Игры СНГ обещают стать крупнейшим соревнованием, проводимым в Азербайджане, как по масштабам, так и по количеству видов спорта.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу Исполнительного комитета СНГ, об этом заявила заместитель министра молодежи и спорта Азербайджана Мариана Василева.

    Замминистра проинформировала членов рабочей группы о подготовке к Играм, которые по решению организаторов будут проходить в 15 городах страны, а основным местом проведения станет город Гянджа.

    В заседании, посвященном подготовке к III Играм СНГ, прошедшем в столице Беларуси Минске, приняли участие представители Азербайджана, Беларуси, России, Казахстана, Кыргызстана, Таджикистана, Узбекистана и Исполнительного комитета СНГ.

    По словам директора Департамента по сотрудничеству в политической, гуманитарной и социальной сферах Исполнительного комитета СНГ Алексея Сазонова, азербайджанская сторона проделала значительную работу по подготовке к этому спортивному мероприятию.

    По итогам заседания, с учетом обсужденных вопросов и поступивших предложений, было принято решение о доработке программы Игр Министерством молодежи и спорта Азербайджана. В дальнейшем программа будет представлена на рассмотрение Совету по физической культуре и спорту СНГ.

  • Azərbaycanın 15 şəhərində keçiriləcək III MDB Oyunlarına hazırlıq Minskdə müzakirə olunub

    “III MDB Oyunları həm coğrafiyasına, həm də idman növlərinin sayına görə Azərbaycanda keçiriləcək ən böyük yarış olmağı vəd edir”.

    Median.Az MDB İcraiyyə Komitəsinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva deyib.

    Nazir müavini işçi qrupunun üzvlərinə təşkilatçıların qərarı ilə əsas məkanın Gəncə şəhəri olacağı, yarışların isə ölkənin 15 şəhərində keçiriləcəyi Oyunlara hazırlıq barədə məlumat verib.

    Belarusun paytaxtı Minskdə III MDB Oyunlarına hazırlıqla bağlı keçirilən iclasda Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

    MDB İcraiyyə Komitəsinin Siyasi, humanitar və sosial sahələrdə əməkdaşlıq departamentinin direktoru Aleksey Sazonovun sözlərinə görə, Azərbaycan tərəfi bu idman tədbirinə hazırlıqla bağlı xeyli iş görüb.

    İclasın sonunda müzakirə olunan məsələlər və daxil olan təkliflər nəzərə alınmaqla Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən Oyunların proqramının işlənib tamamlanması ilə bağlı qərar qəbul edilib. Gələcəkdə proqram baxılmaq üçün MDB-nin Bədən Tərbiyəsi və İdman Şurasına təqdim olunacaq.

  • Путин: К БРИКС хотят присоединиться еще 34 государства

    Желание в той или иной форме подключиться к работе сообщества стран БРИКС выразили уже 34 государства.

    Как передает Median.Az со ссылкой на “Известия”, об этом 12 сентября заявил президент России Владимир Путин на встрече в Константиновском дворце в Санкт-Петербурге с высокими представителями государств БРИКС, курирующих вопросы безопасности.

    Он отметил, что встреча в данном формате в рамках БРИКС – уже 14-я по счету. И на этот раз в ней принимают участие делегации новых государств, которые присоединились к объединению с 1 января в качестве полноправных членов. Но еще больше стран хотят с ним сотрудничать.

    “Мы не могли оставить без внимания растущий интерес к БРИКС о стороны многих государств. На сегодня о желании в той или иной форме подключиться к деятельности нашего объединения заявили свыше трех десятков стран, точнее – 34 государства”, – сообщил российский лидер.

    Путин отметил, что уже было проведено заседание с подключением коллег из стран, которые в БРИКС пока не входят, но искренне стремятся теснее работать с объединением.

    “Это была инициатива России, и мы рады, что она получила вашу поддержку. Отмечу, что встреча высоких представителей, является одним из важных этапов подготовки саммита БРИКС и БРИКС+ аутрич, которая пройдет 22-24 октября в городе Казань, в России”, – указал российский лидер.

    Встреча высоких представителей государств БРИКС по безопасности проходит в Санкт-Петербурге с 10 по 12 сентября.

    БРИКС (англ. BRICS – сокращение от Brazil, Russia, India, China, South Africa) – межгосударственное объединение, союз девяти государств: Бразилии, России, Индии, КНР, Южной Африки, ОАЭ, Ирана, Египта и Эфиопии. Организация была основана в июне 2006 года в рамках Петербургского экономического форума с участием министров экономики Бразилии, России, Индии, Китая.

  • Putin: “BRICS-ə daha 34 dövlət qoşulmaq istəyir”

    “BRICS ölkələri birliyinin işinə bu və ya digər formada qoşulmaq istəyini artıq 34 dövlət ifadə edib”.

    Median.Az-ın “İzvestiya”ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin sentyabrın 12-də Sankt-Peterburqda Konstantinovski sarayında BRICS dövlətlərinin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksəksəviyyəli nümayəndələri ilə görüşdə bildirib.

    O qeyd edib ki, BRICS çərçivəsində bu formatda görüş artıq 14-cüdür. Bu dəfə görüşdə yanvarın 1-dən tamhüquqlu üzv kimi birliyə qoşulan yeni dövlətlərin nümayəndə heyətləri də iştirak edirlər. Lakin daha çox ölkə onunla əməkdaşlıq etmək istəyir.

    “Biz bir çox dövlətlərin BRICS-ə artan marağını diqqətdən kənarda qoya bilməzdik. Bu gün birliyimizin fəaliyyətinə bu və ya digər formada qoşulmaq istəyini 34 dövlət bəyan edib. Qeyd edim ki, yüksəksəviyyəli nümayəndələrin görüşü oktyabrın 22-24-də Rusiyada, Kazan şəhərində keçiriləcək BRICS və BRICS+ sammitinə hazırlığın mühüm mərhələlərindən biridir”, – deyə Rusiya lideri vurğulayıb.

    BRICS dövlətlərinin təhlükəsizlik üzrə yüksək səviyyəli nümayəndələrinin görüşü sentyabrın 10-dan 12-dək Sankt-Peterburqda keçirilir.

    Qeyd edək ki, BRICS doqquz dövlətin – Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, BƏƏ, İran, Misir və Efiopiyanın dövlətlərarası birliyi, ittifaqıdır. Təşkilat 2006-cı ilin iyununda Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirlərinin iştirakı ilə təsis edilib.

  • Paşinyan: “Ermənistanda 44 günlük müharibədən sonra çoxlu sayda silah yoxa çıxıb”

    “44 günlük müharibədən sonra Ermənistanda çoxlu sayda silah yoxa çıxıb”.

    Median.Az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

    “44 günlük müharibədən sonra böyük miqdarda itmiş silahımız var. Biz bu mövzunu bir neçə dəfə müzakirə etmişik, məsələ Təhlükəsizlik Şurasında da müzakirə olunub”, – deyə o bildirib.

    Baş nazir qeyd edib ki, daxili işlər nazirinə qanunsuz silah və sursatların axtarış metodologiyasını yenidən nəzərdən keçirmək tapşırığı verib.

    “İstifadə etdiyimiz metodlar yeni çağırışlara cavab vermir”, – deyə hökumət başçısı qeyd edib.

    Paşinyan ölkədə qanuni silahların sayının artmasına da diqqət çəkib. O, silah əldə etmənin tolerant cəmiyyətin formalaşması baxımından nə dərəcədə məqbul olduğunu və bu məsələdə hansı istiqamətdə hərəkət etməyin lazımlığını dərk etməyin vacibliyini vurğulayıb.