Month: September 2024

  • “İş qurmaq” adı ilə bir neçə nəfərin külli miqdarda pulunu mənimsədi

    Bir neçə paytaxt sakinin pulunu “elektron ticarət” adı ilə dələduzluq edərək mənimsəməkdə təqsirləndirilən Kənan Balasənlinin cinayət işinin məhkəmə baxışı keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və zərərçəkmişin ifadəsi dinlənilib.

    Kənan Balasənli məhkəmədə ifadəsi zamanı əsas zərərçəkən hesab olunan Elnarə İskəndərovadan elektron ticarət biznesini birlikdə təşkil etmək üçün ümumilikdə 60 min dollar aldığını bildirib. Nəzərdə tutduqları biznes iflasa uğradığı üçün onun Elnarə İskəndərova ilə münasibəti pozulub və o, aldığı pulu da qaytara bilməyib.

    Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək digər epizodlara da aydınlıq gətirib:

    “Digər zərərçəkən Cavidlə bağlı deyə bilərəm ki, mən onu bir nəfərlə əlaqələndirmişəm, qardaşı Kamran Musayevi işə düzəldirdi, 11 min manat pul vermişdilər. Elçin İbrahimovla bağlı isə 1003 manat ittiham irəli sürülüb, kriptovalyuta işi görmüşük”.

    Zərərçəkən Elnarə İsgəndərova isə ifadəsində vurğulayıb ki, təqsirləndirilən şəxslə 2022-ci ilin iyun ayında sosial şəbəkədə tanış olub. Onun ifadəsinin yalan olduğunu deyən zərərçəkən ümumilikdə Kənana 100 min dolla verdiyini deyib:

    “Mənim studiyamı kirayəyə götürmək istəyirdi, mən vergi ödəyicisiyəm, özüm nəqliyyatçıyam. 2022-ci ilin noyabr ayında 41 min dollar məndən aldı, ümumilikdə 100 min dollara kimi pulumu alıb. 2 avtomobilimi, şəxsi avtobusumu, Rusiyada evimi satdım verdim Kənana”.

    Qeyd edək ki, Kənan Balasənliyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • Cəlilabadda üç gün əvvəl evdə yanğın zamanı xəsarət alan azyaşlı xəstəxanada ölüb

    Üç gün əvvəl Cəlilabadda baş verən yanğında xəsarət alan uşaq ölüb.

    APA-nın məlumatına görə, Cəlilabad rayonunun Azərbaycan küçəsində fərdi yaşayış evində yanğın zamanı xilas olunan 5 yaşlı Rüqəyya Xəyyam qızı İsmayılova Bakı şəhərində xəstəxanada dünyasını dəyişib.

    Qeyd edək ki, sentyabrın 8-də baş verən yanğın zamanı azyaşlı evdə yatmış halda olub. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları azyaşlını xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

    Xəstəxanadan 2019-cu il təvəllüdlü uşağın tüstüdən zəhərləndiyi bildirilmişdi.

    İlkin yardım göstəriləndən sonra azyaşlı Bakı şəhərindəki xəstəxanalardan birinə təxliyə olunmuşdu.

  • Австралийского хоккеиста дисквалифицировали за покупку кокаина на Олимпиаде

    Член сборной Австралии по хоккею на траве Томас Крейг был дисквалифицирован на 12 месяцев после покупки кокаина в Париже во время летней Олимпиады-2024.

    Об итогах расследования сообщили в Федерации хоккея на траве Австралии (HA).

    Спортсмен полностью отбудет срок в шесть месяцев, а вторую его половину может избежать в случае надлежащего поведения. В это время Крейгу запрещено принимать участие в матчах любого уровня, которые проводятся HA. В заявлении указано, что спортсмен может быть включён в состав национальной команды на 2025 год.

    Напомним, 8 августа стало известно о задержании правоохранительными органами Парижа Томаса Крейга во время попытки покупки кокаина в одном из городских округов.

  • Avstraliyalı idmançı Paris-2024 zamanı narkotik istifadə etdiyinə görə CƏZALANDIRILDI

    Avstraliya otüstü hokkey komandasının üzvü Tomas Kreyq 2024-cü il Yay Olimpiya Oyunları zamanı Parisdə kokain aldığına görə 12 ay müddətinə idmandan uzaqlaşdırılıb.

    Median.Az Championat.com-a istinadən xəbər verir ki, idmançının altı aylıq cəzasının hamısını çəkəcəyi, qalan altı aylıq müddətin isə idmançıdan asılı olacağı bildirilib.

    Belə ki, Tomas Kreyq altı aylıq müddətdə hokkeydən uzaq qalacaq, geri qalan müddət ərzində hər hansısa narkotik vasitədən istifadə etməyəcəyi təqdirdə yenidən hokkeyə qayıda biləcək.

    Bu müddət ərzində Kreyqin istənilən səviyyəli matçlarda iştirak etməsi qadağandır.

    İdmançının 2025-ci ildə milli komandaya cəlb oluna biləcəyi bildirilir.

    Xatırladaq ki, Tomas Kreyq avqustun 8-də Paris hüquq-mühafizə orqanları tərəfindən kokain alan zaman saxlanılıb.

  • Qızı Puqaçovanın arzusunu açıqladı

    “Mənim, uşaqlarımın və anamın ən böyük arzusu Moskvadakı evimizdə yenidən bir araya gəlməkdir”.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Alla Puqaçovanın qızı Kristina Orbakayte deyib.

    O, vətənindən və ailəsindən uzaq qaldığı üçün kədərləndiyini bildirib:

    “Həyat və tale bizi o qədər fərqli yerlərə səpələyib ki, biz yenidən vətənimizdəki evimizdə bir araya gələ biləcəyimizə inana bilmirik” deyə o, bildirib.

    Xatırladaq ki, Alla Puqaçova və həyat yoldaşı Maksim Qalkin xarici agent kimi tanınaraq ölkəni tərk ediblər. Onlar bir müddət İzraildə yaşasa da hazırda ölkə-ölkə gəzməyə üstünlük verirlər. Uşaqlarının psixologiyası və təhsil hüququnun pozulması əsas gətirilərək cütlüyün valideynlik hüququndan məhrum edilməsi tələbi ilə bağlı yeni xəbələr yayılıb. Müğənninin qızı Kristina Orbakayte isə Amerikada yaşayır.
    //azxeber.com

  • Dövlət orqanlarına qarşı qalmaqallı kibercinayətin şok DETALLARI

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “e-health.gov.az”, Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olub, Azərbaycan Respublikasının vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirmiş şəxslər barədə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi aparılır.

    11 sentyabr 2024-cü ildə Bakı şəhəri Səbail rayon məhkəməsində iş üzrə Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə təqsirləndirilən Cavid İlqar oğlu Dünyamalıyevin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəmə prosesi keçirilib.

    Məlum olub ki, C.Dünyamalıyevin rəhbərlik etdiyi qrup Səhiyyə Nazirliyinin “e-health.gov.az”, Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirdikdən sonra onları sərəncamlarında olan xüsusi serverlərə ötürüb. Daha sonra isə “TikTok” və “Telegram” sosial şəbəkələrində yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını həyata keçirməyə cəhd ediblər.

    Onlar maraq cəlb etmək məqsədilə yaratdıqları reklam çarxlarında ölkədə müxtəlif tanınmış simaların fərdi məlumatlarını paylaşaraq istənilən vətəndaşın şəxsi məlumatlarını pul müqabilində sata biləcəklərini qeyd ediblər.

    Həmin şəxslərin fəaliyyətləri ifşa olunub, topladıqları fərdi məlumatlara giriş imkanları bloklanıb və müvafiq informasiya sistemlərinə qanunsuz giriş imkanları aradan qaldırılıb.

    Məhkəmənin qərarı ilə C.Dünyamalıyevin barəsində həbs qətimkan tədbirinin müddəti 2 ay müddətinə uzadılıb.

  • Məktəb direktorunun müsadirə edilmiş əmlakı geri qaytarıldı

    1 saylı cəzaçəkmə müəssisəsinin ərazisində fəaliyyət göstərən 2 saylı xüsusi əyani-qiyabi məktəbin direktoru Əmrah Səfərovun müsadirə edilmiş əmlakı geri qaytarılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində Cavid Hüseynin sədrlik etdiyi hakim heyəti belə qərar qəbul edib.

    Məlumat üçün bildirək ki, sözügedən məktəbdə direktor işləmiş Ə.Səfərov 63 min manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

    67 yaşlı müttəhim məhkəmədə etiraf edib ki, uzun illərdir onkoloji xəstəlikdən əziyyət çəkir. Elə bu səbəbdən cəzaçəkmə müəssisəsində işləyirmiş ki, 20 faiz artıq maaş alsın. Cinayət yolu ilə əldə etdiyi gəlirlərin da hamısını müalicəsinə xərcləyib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş həkim diaqnozlarında təqsirləndirilən şəxsin xəstəliyinin son mərhələsində olduğu qeyd olunub. Hakimlər bunu xüsusi nəzərə alaraq onu həbsə göndərməyiblər (Hökm: şərti məhkum etmə). Amma müttəhim Səfərovun 68 min manat dəyərində mənzili və 12 min manatlıq “Mercedes” markalı avtomobili Bakı Şəhəri üzrə Təhsil İdarəsinə dəymiş ziyanın əvəzi olaraq müsadirə edilib.

    Təqsirləndirilən şəxs hökmün əmlak müsadirəsi hissəsindən narazı qalaraq apellyasiya şikayəti verib. Müttəhim Səfərov əmlakının özünə qaytarılmasını xahiş edib. Yuxarı instansiya məhkəməsi şikayəti əsaslı hesab edib. Qərara əsasən, Ə.Səfərovun mənzili və avtomobili müsadirədən azad edilib.

  • Свидетель по делу о хищении 143 млн манатов сам оказался на скамье подсудимых

    В Бакинском апелляционном суде завершилось рассмотрение апелляционной жалобы по делу бывшего начальника финансовой службы Военной полиции Садига Гаджиева, обвиняемого в присвоении около 2 млн манатов.

    Как сообщает pravda.az, на процессе под председательством судьи Фарида Айюбова было зачитано решение суда, который постановил отклонить апелляционную жалобу, оставив приговор без изменений.

    Напомним, что Бакинский военный суд ранее приговорил С.Гаджиева к 11 годам лишения свободы.

    Садиг Гаджиев занимал должность начальника финансово-служебного отдела Управления военной полиции Министерства обороны, а также финансовых отделов нескольких воинских частей.

    Он обвиняется в хищении 1.9 млн манатов, ему предъявлена статья 179.4 (присвоение в особо крупном размере) Уголовного кодекса Азербайджанской Республики. Также Гаджиев выступал свидетелем на суде по делу о присвоении 143 млн манатов бывшим начальником Финансово-бюджетного управления Минобороны генерал-майором Низами Мамедовым и другими должностными лицами.

  • İki milyonluq mənimsəmədə təqsirləndirilən sabiq rəis ilə bağlı QƏRAR

    Bakı Apellyasiya Məhkəməsində Hərbi Polisin iki milyon manata yaxın mənimsəmədə ittiham olunan sabiq maliyyə xidmətinin rəisi Sadiq Hacıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

    Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə S.Hacıyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, S.Hacıyev Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi və bir neçə hərbi hissəsində maliyyə xidmətinin rəisi olub. O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə 1 milyon 900 min manat mənimsəməkdə ittiham olunur. O, həmçinin Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib.

  • Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi, habelə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasının təmin edilməsi məqsədilə Nazirlər Kabineti Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Maliyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla, cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair fəaliyyət planının layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

    Bundan başqa, hökumət fəaliyyət planı layihəsinin hazırlanması ilə əlaqədar aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət işçi qrupun yaradılmasını, eləcə də fəaliyyət planının layihəsi hazırlanarkən ixtisaslaşmış ekspertlərlə və mütəxəssislərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini, habelə elmi təşkilatların və vətəndaş cəmiyyəti institutlarının cəlb olunmasını təmin etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.