Month: September 2024

  • В Карабахском университете будет создана Сетевая академия Cisco

    В рамках сотрудничества Министерства науки и образования и компании Cisco в Карабахском университете с текущего учебного года планируется создать Сетевую академию Cisco.

    Как сообщили в министерстве, целью академии, которая будет создана при поддержке Управления информатизации системы образования, является подготовка местных специалистов в области сетевых технологий. В Сетевой академии Cisco планируется проведение обучающих курсов по основам информационных технологий и операционных систем, интернету вещей, программированию, сетевым технологиям, сетевой безопасности и кибербезопасности.

    Занятия в академии будут проводить профессиональные, сертифицированные специалисты по программе компании Cisco. Участвуя в учебных курсах, студенты расширят свои знания с помощью реальных и виртуальных систем в лабораториях и получат доступ к официальным сертификационным ресурсам.

    Благодаря обучению студенты также смогут подготовиться к международным экзаменам для получения статуса сертифицированного сетевого специалиста Cisco.

  • Qarabağ Universitetində yeni akademiya yaradılır

    Elm və Təhsil Nazirliyi və “Cisco” şirkəti arasında əməkdaşlıq çərçivəsində cari tədris ilindən Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyasının yaradılması nəzərdə tutulub.

    Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin dəstəyi ilə yaradılacaq akademiyanın məqsədi şəbəkə texnologiyaları üzrə yerli mütəxəssislər hazırlamaqdır. “Cisco” Şəbəkə Akademiyasında informasiya texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları, şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kurslarının keçirilməsi planlaşdırılır.

    Akademiyada dərslər “Cisco” şirkətinin proqramı əsasında peşəkar, sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən keçiriləcək. Təlim kurslarında iştirak etməklə tələbələr laboratoriyalarda real və virtual sistemlər vasitəsilə biliklərini artıracaq və rəsmi sertifikatlaşdırma resurslarına çıxış imkanı qazanacaqlar.

    Təlimlər sayəsində tələbələr, həmçinin “Cisco” sertifikatlı şəbəkə mütəxəssisi statusunu qazanmaq üçün beynəlxalq imtahanlara hazırlaşa biləcəklər.

  • Azərbaycanda yasa gedən şəxs öldü

    Azərbaycanda yasda ölüm hadisəsi baş verib.

    Lent.az xəbər verir ki, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən “Qədirxum” xeyir-şər evində qeydə alınıb.

    Orada yas məclisinə qatılan, 1946-cı il təvəllüdlü Cəlal Rəfiyev aş yeyən zaman nəfəs borusunda qida qalması nəticəsində ölüb.

    Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Индексация пенсий и возрастное пособие: что ждёт пожилых азербайджанцев в 2025 году?

    Социальное пособие в размере 220 манатов, выплачиваемое по возрасту, не входит в механизм индексации, как трудовые пенсии. Однако, благодаря распоряжениям, подписанным Президентом Ильхамом Алиевым, наблюдается регулярное повышение этого пособия. Обычно, при увеличении минимальной пенсии, также увеличиваются и пособия по возрасту.

    Об этом в комментарии Baku.ws сообщил депутат Милли Меджлиса VI созыва, ученый-экономист Вугар Байрамов.

    По его словам, решения о расчете фискальной нагрузки и шаги в этом направлении будут известны в конце 2024-го или начале 2025 года.

    “Индексация пенсий рассчитывается с начала нового года. Ожидается, что минимальная заработная плата будет увеличена, и в этом направлении ведется работа. И если произойдет увеличение минимальной пенсии, вероятность повышения возрастного пособия достаточно высока. Однако точную информацию можно будет предоставить в конце 2024-го или начале 2025 года,” – отметил он.

  • Yaşa görə müavinət alanları SEVİNDİRƏCƏK XƏBƏR

    “Yaşa görə ödənilən 220 manat sosial müavinət olduğu üçün əmək pensiyaları kimi indeksasiya mexanizminə daxil deyil. Lakin dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlarla biz mütəmadi olaraq yaşa görə verilən müavinətin də artırılmasını müşahidə etmişik. Adətən minimum pensiyada artım baş verən zaman məhz həmin müavinətlərdə də artımlar olur”.

    Bu sözləri Baku.ws-ə açıqlamasında 6-cı çağırış Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov deyib.

    Onun sözlərinə görə, fiskal yükünün hesablanması və bu istiqamətdə addımların atılması ilə bağlı qərarlar 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində bəlli olacaq:

    “Pensiyaların indeksasiyası yeni ilin əvvəlindən hesablanır və eyni zamanda minimum pensiyada artımlar baş verirsə, ilin əvvəlinə təsadüf edir.

    Gözlənilir ki, minimum əməkhaqqıda artımlar olacaq və bu istiqamətdə işlər gedir. Əgər minimum pensiyada artımlar baş verərsə, yaşa görə müavinətin artırılması ehtimalları kifayət qədər yüksəkdir. Amma bütün hallarda 2024-cü ilin sonu və 2025-ci ilin əvvəllərində dəqiq məlumat vermək mümkün olacaq”.

  • Очередная группа бывших вынужденных переселенцев прибыла в Лачын

    В Лачын прибыла очередная группа бывших вынужденных переселенцев.

    Как сообщает report, на данном этапе в город переселились еще 18 семей (59 человек).
    Таким образом, в Лачыне обеспечено постоянное проживание 570 семей (2090 человек).

    ***

    В соответствии с поручением президента Ильхама Алиева в город Лачын отправилась очередная группа бывших вынужденных переселенцев.

    Как сообщает report, на этом этапе в освобожденный от оккупации город возвращаются 18 семей в составе 59 человек.

    В результате победы доблестной азербайджанской армии под руководством Президента, победоносного Верховного главнокомандующего Ильхама Алиева для вынужденных переселенцев 30 лет спустя была создана возможность добровольно, безопасно и достойно вернуться в родные края. Возвращающиеся сегодня жители Лачына выразили благодарность президенту Ильхаму Алиеву и Первому вице-президенту Мехрибан Алиевой за всестороннюю государственную поддержку и заботу. Они также выразили признательность отважной азербайджанской армии, освободившей наши земли от оккупации, героическим солдатам и офицерам, пожелали упокоения душам шехидов и терпения их семьям.

    Напомним, что на данный момент в городе Лачын обеспечено постоянное проживание 570 семей, или 2 090 человек.

    ***

    Сегодня из Баку в родной город отправятся еще 59 жителей Лачына.

    Как сообщает report, на данном этапе будет обеспечено возвращение 18 семей бывших вынужденных переселенцев.

    Отметим, что в результате блестящей победы азербайджанской армии в Отечественной войне под руководством президента Азербайджана, Верховного главнокомандующего Вооруженными силами Ильхама Алиева у бывших вынужденных переселенцев появилась возможность добровольно, безопасно и достойно вернуться на родину спустя 30 лет.

    Напомним, что на данный момент в городе Лачын обеспечено постоянное проживание 570 семей, или 2 090 человек.

  • Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub – YENİLƏNİB-3

    Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
    “Report” xəbər verir ki, Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib.
    Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.
    Açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Laçın rayonunda Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
    Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.
    ***
    Laçına növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına çatıblar.
    “Report” verir ki, bu mərhələdə Laçın şəhərinə daha 18 ailə – 59 nəfər köçürülüb.
    Bununla da, Laçın şəhərində 570 ailə, yəni 2090 nəfərin daimi məskunlaşması təmin edilib.
    ***
    Respublikanın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Laçın şəhərinə yola salınıb.
    Report xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 18 ailə – 59 nəfər köçürülüb.
    Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsində qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
    Xatırladaq ki, indiyədək Laçın şəhərində 570 ailə, yəni 2 090 nəfər daimi məskunlaşıb.
    ***
    Bu gün respublikanın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Laçın şəhərinə yola salınacaq.
    “Report” xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 18 ailə – 59 nəfər köçürüləcək.
    Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsində qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
    Xatırladaq ki, indiyədək Laçın şəhərində 570 ailə, yəni 2 090 nəfər daimi məskunlaşıb.

  • Azərbaycanda ətin qiymətinin optimallaşdırılmasına mane olan amillər açıqlanıb

    Hesablama Palatası yerli istehsalın bazası olan damazlığın lazımi səviyyədə inkişaf etdirilməməsini ölkədaxili ət və ət məhsullarının qiymətlərinin optimallaşdırılmasına mane olan əsas amil hesab edir.

    Bu barədə “apa-economics”ə Palatadan bildirilib.
    Qeyd edilib ki, satış qiymətləri idxal qiymətləri ilə müqayisədə daha əlverişli olan yerli istehsal heyvan toxumlarının müvafiq standartlar üzrə kənar (müstəqil) sertifikatlaşdırılması mexanizminin tətbiq edilməməsi yerli toxumun keyfiyyətinə əminlik yaratmamaqla müvafiq fermer təsərrüfatlarının yerli istehsallı heyvan toxumuna üstünlük verməməsini və həmin toxumların idxal olunmasını şərtləndirmiş, yerli heyvan toxumunun və yerli toxumnan alınan damazlıq heyvanların və heyvandarlıq məhsullarının ixracı perspektivlərini məhdudlaşdırmışdır.

    Ölkədəki mayalana biləcək iribuynuzlu heyvanların çox az bir hissəsinin (14,6-15,8%-nin) süni mayalanmaya cəlb edildiyi, süni mayalanma ilə doğulan buzovların sayının ölkədəki mayalana bilən müvafiq heyvanlara nisbətinin hər 100 iribuynuzlu heyvana qarşı orta hesabla 8,8-ə bərabər olduğu və doğulan buzovların təxminən 50,0%-nin erkək olmaqla qısa müddətli bəslənmə dövründən sonra ət istehsalı üçün kəsimə getdiyi şəraitdə süni mayalanmanın faktiki əhatəliliyi ilə ölkə üzrə heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması (optimallaşdırılması) üçün 20 ildən çox müddət tələb olunur ki, bu da mövcud süni mayalanma işinin (mexanizminin) bir o qədər də səmərəli və nəticəli olmadığını deməyə əsas vermişdir.

    Heyvandarlığın təbii (ənənəvi) yem bazasının (örüş sahələrinin) azalması ilə yanaşı yonca əkini sahələrinin becərilməsi üçün verilən əkin subsidiyasının da davamlı olaraq azalması bu sahəni təşviq etməyərək ot istehsalını azaltmaqla heyvandarlıq təsərrüfatlarının yem xərclərinin artmasına səbəb olmuş, nəticə etibarı ilə yem bazasının məhdudluğu şəraitində damazlıq heyvanların dəyəri üzrə maliyyələşdirilmiş güzəştlərin və süni mayalanma yolu ilə doğulmuş buzovlara görə verilən subsidiyaların səmərəliliyi və nəticəliliyi mənfi təsirlərə məruz qalmışdır.

    2019-2023-cü illəri əhatə edən məlumatlara əsasən 5 (beş) illik dövr ərzində iribuynuzlu və xırdabuynuzlu heyvanların diri halda idxalı 68,4% artmış, ət halında idxalı müəyyən intervallarda olmaqla kəskin fərqlənməmiş, ölkə əhalisinin sayının 200,0 min nəfərdən çox artımı şəraitində mal, qoyun, keçi ətinin və ət məhsullarının adambaşına düşən illik istehlakı sabit qalmış, ölkədə iri və xırda buynuzlu heyvanların sayının 11,7% azalması şəraitində mal, qoyun və keçi əti istehsalı 8,3% artmışdır ki, bu da ölkədaxili tələbatın diri halda idxal edilən heyvanların kəsimi hesabına ödənilməsi səviyyəsinin nə qədər yüksək olduğunu göstərməklə xaricdən xəstəliklərin ölkəmizdə yayılma risklərinin artması, damazlıq heyvandarlıq sahəsində irəliləyişlərə nail olunmaması və idxaldan asılılığın azaldılmamasından xəbər verir.

    Dövlət dəstəyi mexanizmini tənzimləyən mövcud hüquqi aktların şərtlərinə əsasən damazlıq heyvanın dəyərinin güzəşt məbləği alıcı qismində yalnız müvafiq tələblərə cavab verən damazlıq təsərrüfatları üzrə maliyyələşdirilməli olduğu nəzərə alınmaqla zəruri maddi-texniki bazaya və praktiki vərdişlərə malik olsalar belə minimum say normalarına cavab verə bilməyən mikro və kiçik fermer sahibkarların həmin dövlət dəstəyindən faydalanması imkanları tamamilə məhdudlaşdırılmışdır ki, bu da bir tərəfdən damazlıq heyvandarlığın regional inkişafında, digər tərəfdən regional məşğulluğun dayanıqlığının təmin edilməsində, eləcə də heyvandarlıq məhsulları üzrə özünütəminetmə səviyyəsinin və nəticə etibarı ilə satış qiymətlərinin tədricən optimallaşdırılmasında səmərəliliyin və nəticəliliyin yüksəldilməsini təşviq etməmişdir.

  • Yağış yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

    Azərbaycanın rayonlarında sentyabrın 12-si günün ikinci yarısından 14-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, 14-ü səhər yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

  • XİN rəhbəri: İran Rusiyaya ballistik raketlər tədarük etməyib

    İran Rusiyaya ballistik raketlər tədarük etməyib.

    Median Az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi “X” hesabında bildirib.

    “Yenə də ABŞ-la “Avropa üçlüyü” (Almaniya, Fransa və Böyük Britaniya) səhv kəşfiyyat və qüsurlu məntiqlə hərəkət edir. İran Rusiyaya ballistik raketlər tədarük etməyib. Sanksiya aludəçiləri özlərinə sual verməlidirlər: İran necə müasir silahlar istehsal edə və sata bilər?
    Sanksiyalar həll yolu deyil, problemin bir hissəsidir”, – XİN rəhbəri vurğulayıb.