Month: September 2024

  • Odessada Gəncəyədək olan məsafəni göstərən lövhə quraşdırılıb

    Odessa meriyasının qarşısında Azərbaycanın Gəncə şəhərinədək olan məsafəni göstərən lövhə quraşdırılıb.


    Median.Az-nın məlumatına görə, bunu əks etdirən fotoşəkil “Telegram” kanallarında paylaşılıb.

    Bildirilib ki, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevin iyunun sonunda Odessaya səfəri zamanı hər iki şəhər arasında əməkdaşlıq münasibətlərinin mövcudluğu nəzərə alınaraq bu məsələ meriya qarşısında qaldırılıb.

    Xatırladaq ki, Gəncə ilə Odessanın qardaşlaşması haqqında niyyət protokolu Ukrayna Prezidenti Vladimir Zelenskinin 2019-cu il, dekabrın 17-də ölkəmizə rəsmi səfəri zamanı imzalanıb.

  • Всемирная шахматная олимпиада: сборные Азербайджана вступают в борьбу

    Сборные Азербайджана выступят на 45-й Всемирной шахматной олимпиаде, которая стартует сегодня в столице Венгрии Будапеште.

    Мужская команда в первом туре встретится со сборной Иордании.

    Женская сборная сыграет против команды Никарагуа.

    В состав мужской сборной, капитаном которой является Теймур Раджабов, вошли Шахрияр Мамедъяров, Рауф Мамедов, Ниджат Абасов, Айдын Сулейманлы и Магомед Мурадлы.

    Женскую сборную во главе с Михаилом Шерешевским представляют Гюнай Мамедзаде, Говхар Бейдуллаева, Ханым Баладжаева, Ульвия Фаталиева и Гюльнар Мамедова.

  • Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri mübarizəyə başlayır

    Azərbaycan milliləri bu gün Macarıstanın paytaxtı Budapeştdə start götürəcək 45-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayacaqlar.

    Kişilərdən ibarət yığma ilk turda İordaniya ilə üz-üzə gələcək.

    Qadınlardan ibarət komanda isə Nikaraquanın müqavimətini qırmağa çalışacaq.

    Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.

    Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.

  • “Şərur Ticarət Mərkəzi”ndəki partlayışa görə qaz idarəsinin əməkdaşına hökm oxundu

    Şərur Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Nurlan Yusifovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mehdi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

    İttihama görə, Nurlan Yusifov Şərur rayon Qaz İstismarı İdarəsində nəzarətçi-çilingər vəzifəsində işləyib. 2023-cü ilin yanvar ayından başlayaraq Şərur rayonunun Düdəngə kənd sakininin mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş “Şərur Ticarət Mərkəzi”nin qaz qurğuları və qaz cihazlarına nəzarət etmək vəzifəsi ona həvalə olunub. Təqsirləndirilən şəxs “Qaz təsərrüfatının texniki istismar qaydaları”nın 8.10-cu bəndlərinin tələblərini kobud surətdə pozub, ticarət mərkəzinə və qaz sayğacı qoyulan vaxtdan obyektdə olan qaz avadanlığına texniki baxış keçirməyib, qaz sızmasının olub-olmamasını yoxlamayıb, həmçinin qaz xəttinin üzərindəki yarımdövrəli qaz kranının işlək olub-olmadığını yoxlamayıb və müvafiq akt tərtib etməyib.

    Belə ki 2023-cü ildə ticarət mərkəzində qaz sızmadan partlayış baş verib. Nəticədə ticarət mərkəzinin binasının 1307 kvadratmetr hissəsi yanaraq həmin obyektə 208 min manat, müxtəlif adda əmtəələrin satışı ilə məşğul olan ümumilikdə 60-dan çox zərərçəkmişin malları yanaraq onlara ziyan dəyib.

    Hadisədən sonra Nurlan Yusifov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.

  • Saray körpüsündəki təhlükəli vəziyyətə “Azəriqaz” səbəb olub? – VİDEO

    Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü qəzalı vəziyyətdədir.

    Körpüdən istifadə edən sürücülər Sumqayıtdan Bakı istiqamətində 2 əsas yoldan birinin üzərində yerləşən körpüdə təhlükəli vəziyyətin yarandığını bildirirdilər. Vətəndaşlar bu problemi “Azəriqaz” İstehsalat Birliyinin (İB) əməkdaşlarının yaratdığını iddia ediblər.

    Məsələ ilə bağlı “Azəriqaz” İB-nin mətbuat katibi Eldəniz Vəliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hazırda sözügedən ərazidə Abşeron-Saray qaz xəttinin Sumqayıtla əlaqələndirilməsi işləri aparılır:

    “Bu da payız-qış aylarında həmin ərazidə yaşayan abonentlərin daha davamlı, təhlükəsiz və fasiləsiz qazla təmin olunmasına xidmət edəcək. Bununla bağlı əməkdaşlarımız çox ciddi işlərə başlayıblar. Körpünün dağıdılması ilə bağlı şikayətlər isə əsassızdır, qətiyyən belə bir hal yoxdur. Əməkdaşlarımız körpüyə yaxınlaşıb, amma üzərinə keçməyiblər”.

    Qurum sözçüsü qeyd edib ki, sakinləri əraziyə cəlb olunan ağır texnikalar narahat edə bilər:

    “Ona görə də avtomobillərin keçməsi üçün bir xətt saxlanılmışdı, bu da tıxac yaradırdı. Bunu nəzərə alaraq, sentyabrın 9-dan “Azəriqaz” İB işlərin gecə növbəsində aparılmasına qərar verdi. Beləliklə, tıxacın da qarşısı alındı. Vətəndaşlardan xahiş edirik ki, təşvişə düşməsinlər, körpüyə heç bir zərər yetirilə bilməz”.

  • В Баку мужчина решил силой восстановить общественный порядок – СУД

    В Низаминском районном суде завершилось судебное следствие по уголовному делу Панаха Оруджлу (здесь и далее имена и фамилии условные – ред.), обвиняемого в хулиганстве.

    Как сообщает рravda.az, на заседании под председательством судьи Наримана Мехдиева был зачитан приговор, согласно которому П.Оруджлу оштрафован на 1 200 манатов.

    Согласно обвинительному акту, инцидент произошел 1 июля 2024 года около 23:00 возле станции метро “Халглар достлугу” на проспекте Гара Гараева в Низаминском районе Баку. Панах Оруджлу сделал замечание потерпевшему Рамазану Рамазанлы за использование нецензурных выражений во время разговора с другим человеком. Затем между этими лицами возник спор. В этот момент обвиняемый применил к потерпевшему физическую силу, умышленно нанеся ему удары рукой и коленом по лицу и другим частям тела. После инцидента Панах Оруджлу был задержан и привлечен к уголовной ответственности.

  • Metronun yaxınlığında söyüş söyən şəxsi döydü: Cəzalandı

    Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Pənah Oruclunun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nəriman Mehdiyev sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə ona 1200 manat cərimə cəzası təyin olunub.

    İttihama görə, hadisə 01 iyul 2024-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, Pənah Oruclu zərərçəkmiş Ramazan Ramazanlının (şərti) başqa şəxslə aralarında olan danışıq zamanı nalayiq ifadə işlətməsinə irad bildirib. Sonra həmin şəxslər arasında mübahisə başlayıb. Bu zaman o, zərərçəkmiş şəxsə fiziki zor tətbiq edib, qəsdən əli və dizi ilə onun sifət və bədəninin digər nahiyələrindən vuraraq xəsarət yetirib. Hadisədən sonra Pənah Oruclu saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

  • 37 yaşlı kişi toyda musiqi sifarişinə görə döyüldü

    Göygöl rayon ərazisindəki şadlıq saraylarının birində Ağstafa rayon sakini 1987-ci il təvəllüdlü E.Nəbiyev xuliqanlıq zəminində naməlum şəxs döyülərək xəstəxanaya yerləşdirilib.

    Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakin R.Cəlilov saxlanılaraq istintaqa təhvil verilib.

    Hadisənin musiqi sifarişi üstündə baş verməsi məlum olub.

  • Трагедия в Гедабейском районе: беременная женщина умерла у себя дома

    Стали известны некоторые подробности о смерти беременной женщины в Гедабейском районе.

    Согласно полученной Oxu.Az информации, жительница села Чобанкенд Ниса Абдуллаева (1996 г.р.) скончалась у себя дома из-за начавшегося у нее кровотечения.

    Она находилась на 24 неделе беременности. У женщины есть 3 детей.

    В ответ запрос Oxu.Az в пресс-службе Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) сообщили, что 10 сентября в 10:30 женщину доставили в больницу родственники. Врачи констатировали доврачебную смерть.

  • Üç uşaq anası olan hamilə qadının ölümünün TƏFƏRRÜATI

    Gədəbəy rayonunda hamilə qadının ölümü ilə bağlı bəzi təfərrüat məlumat olub.

    Çobankənd kənd sakini 1996-cı il təvəllüdlü Nisə Abdullayeva qanaxma səbəbindən yaşadığı evdə vəfat edib.

    3 uşaq anası olan qadının 24 həftəlik hamilə olduğu bildirilib.

    Qeyd olunub ki, Perinatal Mərkəzə qadının cansız bədəni gətirilib.

    Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, 10 sentyabr tarixində saat 10:30-da 1996-cı il təvəllüdlü qadın yaxınları tərəfindən xəstəxanaya gətirilərkən həkiməqədər ölümü baş verib.
    //oxu.az