Month: September 2024

  • Millimiz yenə uduzdu

    21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.
     
    Median.Az
    xəbər verir ki, F qrupunda yer alan millimiz Bakıda Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. 

    “Dalğa Arena”da keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
     
    Qeyd edək ki, 8 oyundan sonra millimiz 3 xalla qrup sonuncusudur.

  • “Formula 1” Azərbaycan Qran-Prisinin bütün biletləri satıldı

    Formula 1″ Qatar Airways Azərbaycan Qran-Prisi 2024-ə olan maraq gözləntiləri üstələyib. 13-15 sentyabr tarixlərində keçiriləcək yarışa bütün tribuna biletləri satılıb.
     
    Median.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının məlumatına bildirilib.
     
    Qeyd edilib ki, azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının 8 tribunasına “Zəfər” və “Qız Qalası” tribunaları əlavə edilib. Yarış tribunalarının ümumi tutumu ötən ilə nisbətdə 35 faiz artırılıb.

    “Builki yarış yalnız azarkeşləri deyil, bütün dünyanın diqqətini yenidən Bakıya yönəldəcək. Azərbaycan Qran Prisi azarkeşlərə təkcə bolidlərin səs-küyünü deyil, həm də xüsusi əyləncə proqramları ilə dolu bir həftəsonu vəd edir. Dörd günlük bilet sahibləri yarışı izləməklə yanaşı Pit zolağı gəzintisi və 13-14 sentyabr tarixlərində baş tutacaq dünya ulduzlarının konsert proqramlarında iştirak edirlər.
     
    “Formula 1″ Azərbaycan Qran Prisi Bakı küçələrində daha bir möhtəşəm rəqabətə hazırlaşır. Əvvəlki qaliblərdən hər hansı biri Bakı yarışında təkrar qalib ola biləcəkmi, yoxsa yeni qalib gözlənilir? Bu suala məhz sentyabrın-15-də cavab tapacağıq”, – məlumatda vurğulanıb.

  • Yuxusuz qalmaq təhlükəlidir?

    Qısa yuxu psixoloji dəyişikliklərə səbəb ola bilər.

    Yuxusuzluq barədə rusiyalı nevroloq və tibb elmləri namizədi Vyaçeslav Ananenko danışıb.

    Median.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

    “Hətta 1-2 saatlıq xroniki yuxusuzluq qısaldılmış yuxu müddətində beyində tam bərpa olunmayan orqan hüceyrələrin zədələnməsi ilə nəticələnir. Sonrakı yuxusuzluqla zədələrin sayı orqanın və bütövlükdə orqanizm sisteminin patologiyasında cəmlənir”, – deyə o bildirib.

    Ananenko qeyd edib ki, gecə insan orqanlarının bərpa olunduğu vaxtdır:

    “Beyin tam orqanizm haqqında bütün məlumatları toplamağa, sistemli disfunksiyaları təhlil etməyə və bədəndəki nasazlıqları aşkar etməyə nail olur. Lakin yuxusuzluq zamanı baş hormonlar vasitəsilə orqanizmin sağ qalması üçün əmrlər verməyə başlayır və bunun nəticəsində ürək-damar sistemi tükənir”.

  • “Ram” 1.2 milyondan çox pikapını geri çağırdı

    Şimali Amerika bazarında 2019-cu ildən bu yana istehsal olunan 1 227 808 “Ram 1500” pikapı geri çağırılıb.

    Bu barədə Median.Az Auto.ru-ya istinadən xəbər verir.

    Bildirilir ki, proqram təminatının nasazlığı səbəbindən bu maşınlarda istiqamət stabilləşdirmə sistemi qəfildən sönə bilər.

    Məlumata görə, ABS və ESP idarəetmə blokunda proqram təminatı xətası aşkar edilib. Sonuncu istənilən vaxt fəaliyyətini dayandıra bilər. Sürücü bunu alətlər panelindəki xəbərdaredici lampalar yandıqda görəcək. Bu qüsurla bağlı hər hansı insident barədə məlumat verilmir.

    Sentyabrın 12-dən etibarən ABŞ dilerləri nöqsanlı avtomobil sahiblərini xəbərdar etməyə başlayacaqlar. Servisi ziyarət etdikləri zaman onların proqram təminatı yenilənəcək. Proqram təminatının ən son versiyasında nasazlıqlar istisnadır. Ümumilikdə, 2019-cu il buraxılışından başlayaraq, təqribən 1.23 milyon pikap yoxlanılmalıdır.

  • Sumqayıtda dəhşət – Qadın yanaraq öldü

    Sumqayıt şəhərində qadın yanaraq ölüb.

    “Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Betonzavod” adlanan ərazisində baş verib.

    Belə ki, şəhərin həmin hissəsində təqribən 300 kv.metrlik kolluq ərazi və ümumi sahəsi 20 kv.metr olan yardımçı tikili yanıb.

    Nəticədə tikilinin içərisində 40-45 yaşlı qadın yanaraq ölüb. Sonradan araşdırmalar zamanı məlum olub ki, həyatını itirən qadın 1951-ci il təvəllüdlü Əmişova Lyubov Fyodorovnadır.

    Faktla bağlı araşdırma aparılır.

  • ING обновил прогноз по инфляции в Азербайджане до 2027 года

    Нидерландская ING Group прогнозирует среднегодовую инфляцию в Азербайджане на 2024 год на уровне 2.2%, в 2025 году – 4.7%, в 2026 году – 4.5%.

    Об этом сообщает Median.Az со ссылкой на данные группы, согласно обновленным оценкам прогноз по инфляции на текущий год повышен на 0,7 процентных пункта, на 2025 год – на 0.7 п.п., на 2026 год – 0.3 п.п.

    Согласно обновленным прогнозам, в третьем квартале 2024 года среднегодовая инфляция в Азербайджане ожидается на уровне 3.2%, в четвертом – 4.5%.

    Среднегодовая инфляция в Азербайджане в первом квартале 2025 года прогнозируется на уровне 5.5%, во втором – 5.9 %, в третьем – 4% и в четвертом – 3.6%.

    По данным Государственного комитета статистики, в январе-июле этого года потребительские цены в Азербайджане выросли на 1% по сравнению с аналогичным периодом 2023 года.

    Министерство экономики среднегодовую инфляцию в Азербайджане в 2024 году прогнозирует в 2.7%.

    Центральный банк Азербайджана среднегодовую инфляцию в стране в 2024 году прогнозирует на уровне 5.4%, в 2025г – 5.5%.

  • Hollandiyanın “ING Group” şirkəti Azərbaycanda 2027-ci ilə qədər inflyasiya proqnozunu yenilədi

    Hollandiyanın “ING Group” şirkəti Azərbaycanda orta illik inflyasiyanı 2024-cü il üçün 2.2%, 2025-ci il üçün 4.7%, 2026-cı il üçün isə 4.5% səviyyəsində proqnozlaşdırır.

    Bu barədə məlumatlar “ING Group” şirkətinin hesabatına istinadən yayımlanıb.

    Yenilənmiş hesablamalara əsasən, cari və 2025-ci il üçün inflyasiya proqnozu 0.7, 2026-cı il üçün isə 0.3 faiz bəndi artırılıb.

    Yenilənmiş proqnozlara görə, 2024-cü ilin üçüncü rübündə Azərbaycanda orta illik inflyasiyanın 3.2%, dördüncü rübündə isə 4.5% olacağı gözlənilir.

    Azərbaycanda orta illik inflyasiya 2025-ci ilin birinci rübündə 5.5%, ikinci rübündə 5.9%, üçüncü rübündə 4% və dördüncü rübündə 3.6% səviyyəsində proqnozlaşdırılır.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1% artıb.

    İqtisadiyyat Nazirliyi 2024-cü ildə Azərbaycanda orta illik inflyasiyanın 2.7% olacağını proqnozlaşdırır.

    Azərbaycan Mərkəzi Bankı isə ölkədə orta illik inflyasiyanı 2024-cü ildə 5.4%, 2025-ci ildə 5.5% səviyyəsində proqnozlaşdırır.

  • Ermənistanda partlayış: Ölən və yaralananlar var

    Ermənistanın ən böyük istilik elektrik stansiyası olan Razdan İstilik Elektrik Stansiyasının ərazisindəki zavodda baş vermiş partlayış nəticəsində azı bir nəfər ölüb, beş nəfər yaralanıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Xilasedicilərin sözlərinə görə, partlayışdan sonra altı nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri daha sonra xəstəxanada ölüb.

  • Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

    Sabah Sabunçu və Qaradağ rayonlarının bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində, Azərbaycan qadını küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Qaradağ rayonu, “Ələt” QPS-də baypas xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmənin əvəz olunması məqsədilə sabah saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

    Təmir-quraşdırma işləri görülən müddətdə Sabunçu rayonu üzrə Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsində, Qaradağ rayonu üzrə isə Ələt qəsəbəsi, Qobustan qəsəbəsi, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Prezident İlham Əliyev əlcəzairli həmkarını təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Əziz Qardaşım,

    Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Seçkilərdə qazandığınız inamlı qələbə qardaş Əlcəzair xalqının şəxsən Sizə, tutduğunuz siyasi xəttə böyük inam və etimadının aşkar təzahürüdür.

    Biz Azərbaycan-Əlcəzair dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk. Dövlətlərarası əlaqələrimizin bugünkü səviyyəsi məmnunluq doğurur.

    Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

    Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Əlcəzair xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə daim müvəffəqiyyətlər arzulayıram”.