Month: September 2024

  • 11-ci sinif şagirdi intihar etdi

    Qazax rayonunda intihar hadisəsi baş verib.

    “Qafqazinfo” xəbər verir ki, rayonun Qaymaqlı kənd sakini, 16 yaşlı Şəhrəddin Şirin oğlu Əliyev özünü yaşadığı evdə asaraq həyatına son qoyub. Onun meyitini yaxınları aşkar ediblər.

    Bildirilib ki, Ş.Əliyev bu il 11-ci sinfə keçibmiş.

    Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Doqquz aydır itkin düşən 11 yaşlı uşağın yaxınları etiraz aksiyası keçirirlər

    İmişlidə 9 aydır itkin düşən 11 yaşlı Rasim Xankişiyevin yaxınları və həmkəndliləri Qaragüvəndikli kəndinin avtomobil yolunu bağlayaraq etiraz aksiyası keçirirlər.

    APA xəbər verir ki, aksiya səhər saatlarından başlayıb və hələ də davam edir.

    Rasimin atası Vasif Xankişiyev bildirib ki, 9 aydır oğlunun itkin düşməsi ilə bağlı istintaqın gedişatında heç bir irəliləyiş yoxdur: “İşin açılmasında vacib rol oynayan insanlar istintaqa cəlb olunmurlar. Ona görə də istintaqın hərəkətsizliyinə etiraz olaraq məcbur qalıb yolu bağlamaq qərarı verdik ki, şikayətçi olduğumuz şəxslər istintaqa cəlb edilsinlər”.

    Qeyd edək ki, 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin ötən il dekabrın 26-da İmişlidə Boztəpə kanalında batması ehtimal olunur.

    Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb.

    Sonradan cinayət işi İmişli Rayon Prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

  • Messi tarixin ən böyük idmançısının adını çəkdi

    Argentina milli komandasının hücumçusu, səkkiz dəfə “Qızıl top” mükafatının sahibi Lionel Messi keçmiş Çikaqo Bullz və ABŞ millisinin basketbolçusu Maykl Cordanı tarixin ən böyük idmançısı hesab etdiyini etiraf edib.
     
    Median.Az xəbər verir ki, onun sözlərini SPORTF X sosial şəbəkəsində sitat gətirib.
     
    “Düşünürəm ki, idmana gəldikdə, Maykl Cordan ən böyükdür. “Sonuncu rəqs”ə baxdıqdan sonra ilhamlandım və onun kim olduğu haqqında daha çox öyrəndim”, – Messi bildirib.
     
    Messi 2023-cü ilin yayında MLS-də çıxış edən İnter Mayamiyə keçib. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku – Liqa Kubokunu qazanıb. Sentyabrın 4-də “France Football” jurnalı 2024-cü ildə “Qızıl top”a namizədlərin adlarını dərc edib. Messi və portuqaliyalı hücumçu Kriştiano Ronaldo 2003-cü ildən sonra ilk dəfə siyahıdan kənarda qalıb.

    “Qızıl top” Fransanın “France Football” jurnalı tərəfindən təqvim ilinin ən yaxşı futbolçusuna verilən illik futbol mükafatıdır. Ümumiyyətlə, bir futbolçu üçün ən prestijli fərdi mükafat hesab olunur. İlk Ballon d’Or 1956-cı ildə verilib. 2023-cü ildə mükafatı 2022-ci ilin dekabrında Argentina millisi ilə Dünya Kubokunu qazanan Messi alıb.

  • Sumqayıtda meyiti tapılan şəxsin kimliyi məlum olub – YENİLƏNİB

    Sumqayıtda meyiti tapılan şəxsin kimliyi məlum olub.

    Apa xəbər verir ki, yarımtikilidə yanğın nəticəsində ölən 1951-ci il təvəllüdlü Əmişova Lyubov Fyodorovnadır.

  • Sumqayıtda meyiti tapılan şəxsin kimliyi məlum olub – YENİLƏNİB

    Sumqayıtda meyiti tapılan şəxsin kimliyi məlum olub.

    Apa xəbər verir ki, yarımtikilidə yanğın nəticəsində ölən 1951-ci il təvəllüdlü Əmişova Lyubov Fyodorovnadır.

  • Gəncədə sirkə turşusu içən kişi xəstəxanada ölüb

    Gəncədə zəhərlənmə hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, 1971-ci il təvəllüdlü C.Əliyev evdə sirkə turşusu içərək zəhərlənib.

    53 yaşlı kişi xəstəxanaya çatdırılsa da, həkimlərin səyi C.Əliyevin həyatını xilas etmək üçün yetərli olmayıb.

    Mərhumun hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Bu çərəz gözlərə çox faydalıdır

    Püstə həm ləzzətli, həm də sağlamlıq baxımından çox faydalı bir qida mənbəyidir. Zəngin vitamin və mineral tərkibi ilə püstə ürək sağlamlığından dəriyə qədər bir çox sahədə faydalıdır.

    Median.Az foodinfo.az-a istinadən püstənin faydalarını təqdim edir:

    1. Püstə tərkibindəki sağlam yağlar, xüsusilə doymamış yağ turşuları ilə ürək sağlamlığını dəstəkləyir. Xolesterolu tənzimləyərək damar tıxanmasının qarşısını alır və ürək-damar xəstəlikləri riskini azaldır.

    2. O, antioksidantlarla zəngindir, bu da orqanizmi sərbəst radikalların zərərli təsirlərindən qoruyur və yaşlanma əlamətlərini gecikdirir. Eyni zamanda xərçəng kimi xəstəliklərin qarşısının alınmasında da kömək edir.

    3. Bu çərəz bağırsaq hərəkətlərini tənzimləyən və həzmi yaxşılaşdıran yüksək miqdarda lif ehtiva edir. Bu, həzm sisteminin sağlamlığını dəstəkləyir və qəbizliyin qarşısını alır.

    4. Bitki mənşəli zülal mənbəyi olan püstə vegeterianlar və idmançılar üçün ideal bir qidadır. Zülal əzələlərin qurulmasında və bədənin ümumi gücünün artırılmasında əhəmiyyətli rol oynayır.

    5. Püstədəki E vitamini və karotenoidlər dərini qidalandırır, onu zərərli xarici amillərdən qoruyur və qırışların qarşısını alır. Həmçinin göz sağlamlığı üçün vacib olan lutein və zeaksantin kimi antioksidantları ehtiva edir.

    6. Digər çərəzlərə nisbətən püstə daha aşağı kalorili olsa da, doyurucu xüsusiyyətə malikdir. Bu da onu sağlam qidalanma üçün ideal bir qəlyanaltı edir.Püstə həm sağlamlıq üçün, həm də yeməklərdə və qəlyanaltılarda çox istifadə olunan faydalı və ləzzətli bir çərəzdir.

  • Ərdoğan Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kazana səfər edəcək və BRİKS sammitində iştirak edəcək.

    Median.Az xəbər verir ki, bu barədə “Haber Global” telekanalı Ərdoğanın yaxın aylarda iştirak edəcəyi tədbirlər proqramına istinadən məlumat yayıb .
     
    Jurnalistlərin məlumatına görə, Türkiyə lideri sentyabrın 21-26-da Nyu-Yorkda BMT Baş Assambleyasına, oktyabrda isə Kazana gedəcək və 23-24-də BRİKS sammitində iştirak edəcək. Noyabrda Ərdoğanın Bakıda keçiriləcək iqlim sammitinə, eləcə də Braziliyada keçiriləcək G20 liderlərinin sammitinə səfəri planlaşdırılır.
    Bloomberg-in verdiyi məlumata görə, Sentyabrın 2-də Türkiyə BRİKS-ə üzv olmaq üçün rəsmi ərizə təqdim edib. Avqust ayında isə Azərbaycan müvafiq ərizə təqdim edib .

    Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, BRİKS-in genişlənməsi üçün məhdudiyyətlər var və Kazan sammitində təşkilatın tərəfdaşlarının statusu müzakirə olunacaq .

    Bundan əvvəl İran prezidentinin BRİKS sammitində iştirak edəcəyi barədə məlumat yayılmışdı.

  • Gədəbəydə hamilə qadın naməlum şəraitdə ölüb

    Gədəbəy rayonunda qadın naməlum səbəbdən dünyasını dəyişib.

    Report-un Qərb bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü N.Abdullayeva ağır halda xəstəxanaya aparılsa da, onun dünyasını dəyişdiyi məlum olub.

    Qadının hamilə olduğu, ölüm səbəbinin isə hələ tam məlum olmadığı bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan XİN Paşinyana cavab verdi

    Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş nazirinin 10 sentyabr tarixində “Yerevan Dialoqu” adlı forumda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə münasibət açıqlayıb.

    Median.Az A.Hacızadənin şərhini təqdim edir:

    nazirin açıqlamasına gəldikdə, baş nazirin təmsil etdiyi ölkənin məhz bu öhdəliyi kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal altında saxladığı faktını xatırlatmaq istərdik.

    Kommunikasiyaların açılması məsələsində də Ermənistan Baş naziri növbəti dəfə üzərinə götürdüyü öhdəlikləri yanlış şərh edib. Üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarət necə təşkil olunacağı açıq-aydın yazılıb.

    Ümumilikdə, üçtərəfli bəyanat imzalanandan sonra öhdəliklərinə zidd olaraq 2023-cü ilin sentyabr ayınadək Azərbaycan ərazilərində hərbi fəaliyyətini davam etdirmiş və erməni silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmayan Ermənistan tərəfinin guya qaçqın və məcburi köçkünlərin geri qayıtmasına maneçilik törədildiyini, yerli ermənilərə qarşı etnik təmizləmə həyata keçirildiyini, hərbi əsirlərin qaytarılmadığını iddia etməsi reallıqların təhrif olunmasıdır. Bununla yanaşı, 2023-cü il anti-terror tədbirlərindən sonra erməni əsilli şəxslərin könüllü əsasda Azərbaycanı tərk edərək Ermənistana və digər ölkələrə köçməsinin etnik təmizləmə kimi qələmə verilməsi növbəti böhtandır.

    Hərbi əsirlərin qaytarılması məsələsinə gəldikdə, hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil. Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq hərbi əsirlərin hər birini Ermənistana təhvil verib. Lakin Azərbaycan tərəfindən qaytarıldıqdan sonra hərbi əsirlərin Ermənistan dövləti tərəfindən kütləvi surətdə həbslərə və təqiblərə məruz qalmaları bu dövlətin öz vətəndaşlarına “qayğısı” kontekstində xüsusi təəccüb doğurub”.

    Müxtəlif platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfini sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə çağırırıq.