Month: September 2024

  • Bakıda idmançı QƏTLƏ YETİRİLDİ

    Bakıda idmançını qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Yusif İsmayılov 17 il azadlıqdan məhrum edilib.

    İttihama görə, bu il yanvarın 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğuna məlumat daxil olub.

    Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü Yusif İsmayılovun Səbail rayonu, Salyan şosesi, 15 ünvanında xalası oğlu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Yusif İsmayılova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərlik edən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, qətlə yetirilən Etibar Fətəliyev fitnes üzrə peşəkar idmançı olub. Hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı Yusif İsmayılov isə Etibarın xalası oğludur.

  • Şimali Koreya liderindən ABŞ və müttəfiqlərinə XƏBƏRDARLIQ

    Ölkəmiz istənilən vaxt ABŞ və müttəfiqlərinə qarşı istifadə etmək məqsədilə nüvə arsenalını hazır vəziyyətə gətirəcək.

    Bunu Şimali Koreya lideri Kim Çen In deyib.

    Şimali Koreya liderinin sözlərinə görə, bu qərar həm dövlətin, həm də vətəndaşların təhlükəsizliyi baxımından çox böyük önəm daşıyır. O, həmçinin həm rəsmi Vaşinqton, həm də onun tərəfdaşlarını nüvə potensialını artırmaqda ittiham edib.

    Kim Çen In ABŞ və onun müttəfiqi olan dövlətlərlə mübarizə üçün güclü hərbi potensialın formalaşdırılmasını vacib sayıb.

    ///APA

  • “Qarabağ”ın rəqibinin görüşü polislərin keçirdiyi aksiyaya görə təxirə salınıb

    “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi olan “Ayaks”ın Niderland Erediviziyasında oyunu təxirə salınıb.

    Buna polislərin keçirdiyi etiraz aksiyaları səbəb olub.

    Etirazlara səbəb isə polis işçilərinin erkən təqaüdə çıxmaq istəyidir. Bunun üçün asayiş keşikçiləri şəhərdə səs-küylü aksiyalar keçirərək, polis bölmələrini bağlayırlar.

    Hadisələrin fonunda sentyabrın 15-də “Yohan Kroyff Arena”da keçirilməsi nəzərdə tutulan “Ayaks” – “Utrext” matçı təhlükəsizlik baxımından təxirə salınıb. Bu isə o deməkdir ki, “Ayaks” növbəti çempionat oyununa bir ay sonra çıxacaq. Onlar sonuncu dəfə avqustun 18-də “Breda”ya səfərdə 1:2 hesabı ilə uduzduqları matçda meydana çıxıblar. “Ayaks”ın növbəti görüşünün sentyabrın 18-də “Fortuna”ya qarşı keçirməsi planlaşdırılır.

    Qeyd edək ki, “Qarabağ” III turda Bakıda “Ayaks”ı qəbul edəcək. Matç oktyabrın 24-də baş tutacaq.

  • Rüşvətə görə həbs olunan hərbi komissar 8.5 il azadlıqdan məhrum edilib

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayevə hökm oxunub.

    “Report”un əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında o, 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, dövlət ittihamçısı ötən prosesdə sabiq rəisin 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

    Xatırladaq ki, R.Ağayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (təkrar külli miqdarda rüşvətalma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

  • “Формула-1” в Баку: по каким дорогам можно будет проехать в дни гонки? – ФОТО

    В дни проведения Гран-при Азербайджана “Формулы-1” в Баку часть дорог, входящих в трассу гонки, будет открыта для проезда населения.

    Об этом сообщили в операционной компании Baku City Circuit (BCC).

    Въезды и выезды с гоночной трассы, указанные ниже, будут открыты для движения транспорта в определенные часы с понедельника 9 сентября по четверг 12 сентября.

    Точки въезда:

    – с Сальянского шоссе в направлении проспекта Нефтчиляр и круговой развязки “Азнефть”;

    – с улицы Михаила Лермонтова в направлении улицы 50-летия ООН и улицы Истиглалият;

    – с улицы Самеда Вургуна в направлении улицы Узеира Гаджибейли и проспекта Бюльбюля;

    – с проспекта Бюльбюля в направлении улицы Хагани и проспекта Нефтчиляр;

    – от пересечения улиц Низами и Александра Пушкина в направлении улицы Хагани.

    Точки выезда:

    – с проспекта Нефтчиляр в направлении Бакинского морского порта, Port Baku Mall и Crescent Mall;

    – с улицы Истиглалият в направлении проспекта Азербайджан;

    – с проспекта Нефтчиляр в направлении круговой развязки “Азнефть”, Deniz Mall и Сальянского шоссе.

    9-10-11 сентября утром с 07:00 до 09:00 и вечером с 18:00 до 20:00 движение транспорта на указанных дорогах будет свободным без остановок и стоянок.

  • “Formula-1” zamanı hansı yollar açıq olacaq? – FOTO

    Paytaxtda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi günlərində trekin əhatə etdiyi bəzi yollar əhalinin istifadəsi üçün açıq olacaq.

    Bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən bildirilib.

    Yarış zolağının aşağıda qeyd olunan giriş və çıxış hissələri bazar ertəsi 9 sentyabr tarixindən cümə axşamı 12 sentyabr tarixinədək müəyyən saatlarda nəqliyyatın hərəkətinə açıq olacaq.

    Giriş nöqtələri:

    Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;

    M.Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;

    S.Vurğun küçəsindən Ü.Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində;

    Bülbül prospektindən Xaqani küçəsi və Neftçilər prospekti istiqamətində;

    Nizami və Puşkin küçələrinin kəsişməsindən Xaqani küçəsi istiqamətində.

    Çıxış nöqtələri:

    Neftçilər prospektindən Bakı Dəniz Limanı, “Port Baku Mall” və “Crescent Mall” istiqamətində;

    İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;

    Neftçilər prospektindən Azneft dairəsi, “Dəniz Mall” və Salyan şosesi istiqamətində.

    Belə ki, 9-10-11 sentyabr tarixlərində səhər saat 07:00-dan 09:00-dək, axşam saat 18:00-dan 20:00-dək yuxarıda qeyd olunan yollarda nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.

    12 sentyabr tarixində sözügedən yollar səhər saat 07:00-dan 09:00-dək, axşam isə saat 20:00-dan 22:00-dək açıq olacaq.

    BŞH sürücülərə bildirir ki, qeyd olunan yollar yalnız tranzit koridoru kimi istifadə ediləcək. Həmçinin fövqəladə hallar istisna olmaqla, Tranzit dəhlizləri açıq olduğu zaman, nəqliyyat vasitələrinin parklanması, sərnişin minmə və enməsi qadağandır. Bundan başqa, həmin yollarda çoxtonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir.

    Qeyd edək ki, sözügedən yollarda sürət həddi 50 km/saat olaraq müəyyən edilib. Bu yollardakı nəqliyyatın hərəkətini BŞH və aidiyyəti güc strukturları birgə tənzimləyəcək.

  • Prezident Azərbaycan Milli Paralimpiya komandasının üzvlərini təltif etdi

    Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, sərəncamla Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçilərinin təltif edilməsi qərara alınıb:

    “Şöhrət” ordeni ilə

    Orxan Əlövsət oğlu Aslanov

    Lamiyə Rövşən qızı Vəliyeva

    1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    İmaməddin Marif oğlu Xəlilov

    Səid Əli oğlu Nəcəfzadə

    2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Salei Raman Serqeyeviç

    İlham Əzizağa oğlu Zəkiyev

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Sabir Elniz oğlu Zeynalov

    1-ci dərəcəli “Əmək” ordeni ilə

    Panyutin Oleq Viktoroviç

    2-ci dərəcəli “Əmək” ordeni ilə

    Alavərdi Abasoviç Culfayev

    Zayets Vladimir Vladimiroviç

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    İbrahim Eldar oğlu İbrahimov

    Kirillov Fyodor Borisoviç

    “Tərəqqi” medalı ilə

    Arif Məmməd oğlu Xəlilov

    Nazim Məhəmmədvəli oğlu İsrafilov

    Vüqar Gülağa oğlu Şükürov

    Fərid Əvəz oğlu Tağızadə

    “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə

    Rəşad Rauf oğlu Əliyev

    Tofiq Zöhrab oğlu Əliyev

    Vəli Rəşadət oğlu İsrafilov

    Azad Zakir oğlu Zahidov.

  • Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçiləri mükafatlandırılıblar

    Azərbaycan Prezidenti İlham Əliyev Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, sərəncamla XVII Yay Paralimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləğinin aşağıdakı qaydada müəyyən edilməsi qərara alınıb:

    Birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;

    İkinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat;

    Üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min) manat, onun məşqçisinə 25 000 (iyirmi beş min) manat.

  • Избитая матерью несовершеннолетняя: Она ударила меня металлическим предметом (ВИДЕО)

    Мама ударила меня металлическим предметом.

    Об этом APA TV сообщила семилетняя Захра. Девочка подверглась насилию со стороны своей матери Сайяры Гурбановой на улице Махмуда Абилова в поселке Худат Хачмазского района.

    Женщина нанесла ребенку телесные повреждения различной степени тяжести.

    “Я спала, брат разбудил меня, чтобы поиграть. Я ответила ему, что сплю, он закричал на меня, а мама пришла и избила меня”, – заявила девочка.

    В результате инцидента несовершеннолетняя была госпитализирована, ее состояние оценивается как удовлетворительное.

    Подробнее – в видеоматериале.

  • Ana azyaşlı övladını dəmir parçası ilə vəhşicəsinə döyübmüş – DETALLAR (VİDEO)

    “Anam məni dəmirlə vurub. Mən yatmışdım, qardaşım gəldi ki, oynayaq. Mən də ona cavab olaraq dedim ki, yatmışam, o da mənə qışqıraraq cavab verdi, anam da gəlib məni döydü”.

    Bu sözləri APA TV-yə açıqlaması zamanı Xaçmaz rayonunun Xudat şəhərinin Mahmud Əbilov küçəsində valideyni Səyyarə Qurbanova tərəfindən şiddət görən yeddi yaşlı Zəhra deyib.

    Belə ki, anası ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

    Hadisə nəticəsində xəstəxanaya yerləşdirilən azyaşlının vəziyyəti kafi olaraq qiymətləndirilir.

    Daha ətraflı videomaterialda: