Month: September 2024

  • Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

    Rusiyada təyyarə qəzaya uğrayıb.

    Rusiyanın operativ qurumları bu barədə məlumat yayıb.

    Bildirilib ki, təlimi uçuşu həyata keçirən An-2 təyyarəsi “Verbilki” aeroklubuna məxsus olub.

    TASS xəbər verir ki, təyyarədə olan iki nəfər həlak olub.

  • Ziya Hüseynzadə: “Razi ilə ilk dəfə pul qarşılığında görüşmüşəm”

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 182.3.2-ci və digər maddələri ilə təqsirləndirilən şəxs Ziya Hikmət oğlu Hüseynzadənin məhkəmə prosesinin növbəti iclası keçirilib.

    “Unikal”ın məlumatına görə, cinayət işində 3 qadın – Gülnar Mahmud qızı İsayeva, Xadijat Qurbanovna Əliyeva və Raziyyat Fərzadovna Əliyeva zərərçəkmiş qismində tanınıb. Məhkəmə prosesində zərərçəkmişlərdən Xadijat Əliyeva iştirak edib. Qeyd edək ki, Raziyyat Əliyeva model kimi tanınıb.

    Məhkəmənin gedişində Ziya Hüseynzadə ifadə verib:

    “2021-ci ildən Raziyyat Əliyeva ilə yaxınlıq eləməyə başladım. Ancaq onunla ilk dəfə 2015-ci ildə pul qarşılığında görüşmüşəm. Belə də, hər ay ona pul verirdim. Sonra onunla bir yerdə yaşamağa başladıq. Münasibətlər 2023-cü ilə kimi davam etdi. Raziyyat işlətdiyi gözəllik salonunun kirayə pulunu – 4 min manatını ödəməyi mənə dedi”.

    Məhkəmənin bu yerində zərərçəkənin vəkili məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı şifahi vəsatət qaldırıb. Təqsirləndirilən şəxs, onun vəkilləri və dövlət ittihamçısı məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı qərar verməyi məhkəmənin mülahizəsinə buraxıblar. Hakim Siyavuş Hacıyev vəkilin vəsatətini qəbul edərək iclası qapalı keçirib.

    İttiham aktına görə, 2022-ci ilin avqust ayında Ziya Hüseynzadə sevgi münasibətdə olduğu Raziyyat Əliyeva kişilərlə münasibət qurub, ona xəyanət etdiyini müəyyən edib. Buna görə də həmin vaxt Raziyyat Əliyevanın əllərini bağlayıb, ona xəsarətlər yetirib.

    Bundan başqa, Ziya Hüseynzadə həmin ilin dekabr ayında yenə də Raziyyat Əliyevanın başqa kişilərlə münasibətdə olması barədə məlumat əldə edib. O, Raziyyat Əliyevanın yaşadığı Şərifzadə küçəsində yerləşən evinə gəlib. Özündə olan bıçağı Raziyyat Əliyevaya nümayiş etdirib və onu öldürməklə hədələyib.

    Həmçinin Ziya Hüseynzadə həmin ilin dekabr ayının müxtəlif günlərində Raziyyat Əliyevaya işgəncə verib.

    Daha sonra Ziya Hüseynzadə birgə yaşadıqları dövrdə Raziyyat Əliyevaya bahalı hədiyyələr alması, birgə xarici səfərlərdə getməklə vəsait xərclənməsini bəhanə gətirib, ona aldığı 185 min manat dəyərində “Mercedes” markalı avtomobili hədə-qorxu yolu ilə geri tələb edib.

    Ziya Hüseynzadə Raziyyat Əliyevanın anası Xadijat Əliyevanın Qaradağ rayondakı evində olduğunu müəyyənləşdirib. O, gecə yarısı həmin ünvana gedərək, Raziyyat Əliyeva və Xadijat Əliyevanın ünvanına nalayiq ifadələr işlədib.

    İstintaq sənədlərində qeyd olunub ki, 2023-cü ildə Raziyyat Əliyevaya məxsus avtomobili oğurlamaqla ona 94 min manat ziyan vurub.

  • Azərbaycanda uşaqlar hansı cinayətlərə görə məhkum edilir?

    Azərbaycanda ötən il 494 nəfər 14-17 yaşında olan uşaq cinayət törədib.

    Modern.az-ın əldə etdiyi məlumata görə, onlardan 310 nəfəri məhkum olunub.

    Cinayət törədən uşaqların sayında artım qeydə alınıb. Belə ki, 2020-ci ildə 388 uşaq, 2022-ci ildə isə 433 uşaq cinayət törədib.

    Ötən il cinayət törədən şəxslərin 2 faizini 14-17 yaşlı uşaqlar təşkil edib.

    Uşaqlar əsasən qəsdən sağlamlığa ağır zərər vurma, soyğunçuluq, qəsdən adam öldürmə və adam öldürməyə cəhd, oğurluq, zorlama və zorlamaya cəhdə görə məhkum edilib.

  • Bu yay Azərbaycanda son on ilin ən çox yağıntısı qeydə alınıb

    Son 10 ilin yay aylarında ölkə ərazisində ən çox yağıntı bu il qeydə alınıb.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov bildirib.

    Onun sözlərinə görə, bu ilin yayında 67 gün yağıntılı keçib və yağıntılar əsasən qısamüddətli, leysan xarakterli olaraq aylıq normanın bir neçə mislinə bərabər olub: “Ölkə üzrə ən çox yağıntı Zaqatala rayonu ərazisinə düşüb və yağıntının miqdarı 470 mm təşkil edib. Bu yay ildırım-dolu atmosfer proseslərinin də intensivliyi artıb və nəticə olaraq ölkə üzrə 69 dolu hadisəsi baş verib. Bu ilin yayında dəniz səviyyəsindən 3000 metr hündürlükdə yerləşən Şahdağda hətta 2 dəfə qar yağması qeydə alınıb”.

    Ə.Əsgərov qeyd edib ki, bu ilin yay fəslində yağıntıların leysan xarakterli, davamlı və intensiv olması sel hadisələrinin rekord həddə çatmasına səbəb olub və ölkə üzrə 90 sel hadisəsi qeydə alınıb ki, bu da son 50 ilin ən maksimal göstəricisidir:

    “Ölkə ərazisində bu ilin iyun ayında orta temperatur 2.2 dərəcə (norma 20.7), iyul ayında 1.5 dərəcə (norma 23.9), avqust ayında isə 1.9 dərəcə (norma 23.1) normadan yüksək olub. Bu statistik analiz iqlim dəyişmələrinin göstəricisidir. Son 10 ildə ən isti yay 2018-ci ildə qeydə alınıb. Həmin il maksimal temperatur iyul ayının 1-də Bakıda və Abşeron yarımadasında 44.5 dərəcə, bölgələr üzrə isə iyul ayının 12-də Culfada 45 dərəcə isti müşahidə edilib”.

  • Azərbaycanda mərkəz direktoru cərimələndi – Hansı qaydanı pozub?

    Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Caləlov cərimələnib.

    “Qaynarinfo”nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti Mirələm Caləlova İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb.

    Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

    Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

    Mirələm Cəlalov dövlət qurumunun qərarında məhkəməyə şikayət verib. Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq. İş hakim Elməddin Hüseynovun icraatındadır.

    Mirələm Cəlalov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 2023-cü ildən rəhbərlik edir.

  • Армения исключает контроль третьих сторон над дорогой между Азербайджаном и Нахчываном

    Армения исключает контроль со стороны третьих сил над дорогой между Азербайджаном и Нахчываном в Зангезуре.

    Об этом заявил министр иностранных дел Армении Арарат Мирзоян, отвечая на вопрос Sputnik Армения.

    “Ничего того, что подразумевает создание коридора и передачи его контроля какой-либо третьей стороне не обсуждается”, – сказал он.

    По его словам, на данный момент обсуждается вариант привлечения частных компаний с обеих сторон, для решения вопросов безопасности граждан. Теоретически они могут сопровождать товарные или пассажирские вагоны.

    “В случае разблокирования транспортных коммуникаций, присутствие по всей линии железной дороги компании, государственной или частной, принадлежащей третьим силам, для нас неприемлемо”, – сказал Мирзоян.

  • Ermənistan XİN: “Azərbaycanla Naxçıvan arasındakı yola üçüncü şəxslərin nəzarəti qəbuledilməzdir”

    “Ermənistan Zəngəzurda Azərbaycanla Naxçıvan arasındakı yola üçüncü şəxslərin nəzarətini istisna edir”.

    Median.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

    “Dəhlizin yaradılması və ona nəzarətin üçüncü tərəfə verilməsini nəzərdə tutan heç bir şey müzakirə olunmur”, – deyə o bildirib.

    Mirzoyanın sözlərinə görə, hazırda vətəndaşların təhlükəsizliyi ilə bağlı məsələlərin həlli üçün hər iki tərəfdən özəl şirkətlərin cəlb edilməsi variantı müzakirə olunur. Nəzəri olaraq, onlar yük və ya sərnişin vaqonlarını müşayiət edə bilərlər.

    “Nəqliyyat kommunikasiyalarının bloklanması halında, bütün dəmiryol xətti boyunca üçüncü şəxslərə məxsus dövlət və ya özəl şirkətin mövcudluğu bizim üçün qəbuledilməzdir”, – deyə o qeyd edib.

  • “Qələbə dairəsi”dən “20 Yanvar” dairəsi istiqamətində asfaltlanma işləri yekunlaşıb

    Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində aparılan təmir işləri davam etdirilir.

    Median.Az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, aparılan təmir işləri çərçivəsində küçənin “Qələbə dairəsi”dən “20 Yanvar” dairəsi istiqamətində asfaltlanma işləri artıq yekunlaşıb. Bu gündən etibarən küçənin əks istiqaməti üzrə, yəni “20 Yanvar” dairəsindən “Qələbə dairəsi” istiqamətində təmir işlərinə start verilir.

    Aparılan işlər çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, ərazi asfaltlanma üçün hazır vəziyyətə gətirilir. Ardınca isə “İnşaat Norma və Qaydaları”na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

    Aparılan işlərə uyğun sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də icra olunacaq.

    Qeyd edək ki, aparılan təmir işləri ilə əlaqədar küçə boyu hissə-hissə avtonəqliyat vasitələrinin hərəkəti məhdudlaşdıraraq alternativ küçələrə yönəldilir. Təmir işlərinin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib.

  • Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə zəng edib

    Sentyabrın 9-da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Qazaxıstan Prezidenti, ilk növbədə, ölkəmizdə parlament seçkisinin uğurla keçirilməsi və Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.

    Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.

    Kasım-Jomart Tokayev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə Azərbaycan Respublikası Prezidentinin iştirakını xüsusi qeyd edib.

    Prezident İlham Əliyev Məşvərət görüşünə dəvətə görə minnətdarlığını bildirib.

    Dövlətimizin başçısı hazırda Qazaxıstanda keçirilən V Dünya Köçəri Oyunlarının uğurlu təşkili münasibətilə təbriklərini çatdırıb. Qazaxıstan Prezidenti öz növbəsində Azərbaycan idmançılarının bu Oyunlarda fəal iştirak etdiklərini vurğulayıb.

    Bu ay Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi məsələsi də məmnunluqla qeyd olunub.

    Tərəflər Azərbaycan və Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıblar.

    Qazaxıstan Prezidenti Astananın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib.

    Dövlətimizin başçısı Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.

    Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

  • В Масаллы трагически погиб шестимесячный ребенок

    В Масаллы трагически погиб шестимесячный ребенок.

    Как сообщает publika.az, проживавшая в частном доме на улице Дигях Нилай Бадалбейли, голова которой застряла в каркасе детской коляски, скончалась от удушья.

    По данному факту в районной прокуратуре ведется расследование.