Month: September 2024

  • Ana bətnindəki uşağı autizmdən qoruyan məhsul

    “Omeqa-3” yağ turşuları ilə zəngin balıqları daha çox yeyən qadınların autizmli uşaq dünyaya gətirmə ehtimalı daha azdır.

    Bu barədə Median.Az “HealthDay” nəşrinə istinadən xəbər verir.

    Qeyd olunub ki, alimlər təxminən dörd min qadının məlumatlarını təhlil ediblər. Onlar hamiləlik dövründə balıq yeyən və ya ümumiyyətlə balıq yeməyən xəstələri müqayisə ediblər.

    Anaları hamiləlik dövründə daha çox balıq yeyən uşaqlarda autizm və ya autizm spektri pozğunluğu diaqnozu qoyulma ehtimalı daha azdır.

    Nəticələr həm tez-tez (həftədə iki dəfədən çox), həm də nadir hallarda (həftədə bir dəfədən az) balıq yeyən qadınlar üçün oxşar olub. Omeqa-3 əlavələrinin qəbulu autizm riskinə heç bir təsir göstərməyib.

  • Индия стала мировым лидером по объему загрязнения пластиком

    Индия заняла первое место по объему загрязнения пластиком, выбрасывая в окружающую среду 9,3 млн тонн в год.

    Об этом говорится в опубликованном в научном журнале Nature исследовании британских ученых из Университета Лидса.

    Специалисты определили самые крупные очаги загрязнения пластиком более чем в 50 тыс. городов и сельских районов по всему миру. Глобальная модель раскрыла самую подробную картину распространения полимерных отходов из когда-либо созданных.

    По словам команды, самыми сложными для измерения аспектами оказались так называемые выбросы пластика, в ходе которых он высвобождается из материальных систем и видов деятельности. Сюда входят отходы, попадающие в среду из мусорных баков, мусоровозов и выбрасываемые людьми (случайно или намеренно).

    С помощью искусственного интеллекта ученые выяснили, что ежегодно мимо системы обработки отходов проходит 52 млн тонн пластика, из которых 36 млн (68%) представляют собой несобранный полимерный мусор.

    Среди стран мира Индия заняла первое место по объему пластикового загрязнения, выбрасывая в среду 9,3 млн тонн в год. Это в 2,7 раза больше, чем у двух следующих ведущих загрязнителей — Нигерии и Индонезии.

    Кроме того, было установлено, что в Индии собирается только 81% пластиковых отходов, а остальные 19% оказываются в окружающей среде.

  • Dünyada ən çox plastik zibil olan ölkə müəyyən edilib

    “Lids” Universitetinin britaniyalı alimləri dünyanın 50 mindən çox şəhər və kənd yerlərində plastik çirklənmənin yüksək olduğu ərazilərini müəyyən ediblər.

    Araşdırma “Nature” elmi jurnalında dərc olunub.

    Alimlər süni intellektdən istifadə edərək hər il tullantıların emalı sistemindən 52 milyon ton plastikin keçdiyini müəyyən ediblər ki, bunun da 36 milyonu (68%) toplanmamış polimer tullantılarıdır.

    Dünya ölkələri arasında plastik çirklənməyə görə Hindistan birinci yerdədir və ildə 9,3 milyon ton tullantı buraxır. Bu, növbəti iki aparıcı çirkləndirici ölkə – Nigeriya və İndoneziyadan 2,7 dəfə çoxdur.

    Üstəlik, plastik tullantıların yalnız 81%-i Hindistanda toplanır, qalan 19%-i isə ətraf mühitə atılır.

  • МВД: Водителей будут штрафовать за парковку возле школ и университетов

    Нарушения правил остановки и стоянки рядом со школами и университетами будут фиксироваться камерами, нарушители будут привлекаться к административной ответственности.

    Об этом говорится в обращении Центра интеллектуального управления транспортом МВД в связи с началом нового учебного года.

    В Центре отметили, что сотрудники центра будут работать совместно с дорожной полицией для регулирования движения и предотвращения заторов.

    “Сотрудники центра будут следить за ситуацией на дорогах вблизи учебных заведений, а также на близлежащих перекрестках, на улицах и проспектах столицы с помощью камер видеонаблюдения. В случае возникновения заторов будет проводиться обмен информацией с дорожной полицией для их устранения. Кроме того, для предотвращения заторов будет увеличен режим “зеленой волны” на светофорах”, – подчеркивает центр.

  • NİİM: Məktəb və universitetlərin qarşısında maşın saxlayanlar cərimələnəcək

    Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yeni tədris ili ilə bağlı müraciət edib.

    Bu barədə NİİM-dən məlumat verilib.

    Bildirilib ki, yeni tədris ili ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar:

    “Mərkəzin əməkdaşları tərəfindən paytaxtın küçə və prospektlərində yerləşən həm təhsil müəssisələrinin yaxınlığında, həm də yaxın kəsişmələrdə yollara müşahidə kameraları vasitəsi ilə nəzarət ediləcək. Hansı ərazidə süni sıxlıq yaranacaqsa, sıxlığın aradan qaldırılması məqsədilə yol polisi ilə mütəmadi informasiya mübadiləsi aparılacaq. Bununla yanaşı, sıxlığın qarşısını almaq üçün svetoforlara verilən “yaşıl dalğa” rejimi artırılacaq. Eyni zamanda diqqətə çatdırmaq istəyirik ki, digər yerlərdə olduğu kimi məktəblərin və universitetlərin ərtafında da dayanma və durma qaydalarının pozulması halları kameralar vasitəsilə qeydə alınacaq və qaydaları pozan şəxslər inzibati məsuliyyətə cəlb ediləcəklər”.

  • Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

    Yardımlı rayonunun iki kəndində qazın verilişində məhdudiyyət yaranacaq.

    “Report”un məlumatına görə, rayon ərazisində “Yardımlı” qazpaylayıcı stansiyadan qidalanan Çayüzü kəndi istiqamətində 2700 metr ortatəzyiqli qaz xətlərinin kipliyə sınaq edilməsi məqsədilə 11 sentyabr tarixində saat 14:00-dan işlər başa çatanadək Çayüzü və Pirembel kəndləri olmaqla ümumilikdə 220 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

    Əhalidən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

  • Polşada bir qrup Belarus və Rusiya kibertəxribatçısı aşkar edildi

    Polşanın Baş nazirinin müavini və rəqəmsallaşma naziri Kşiştof Qavkovski bazar ertəsi, sentyabrın 9-da bildirib ki, Polşada informasiya tələb edən və şantajla məşğul olan bir qrup Belarus və Rusiya kibertəxribatçısı aşkar edilib.

    Qaynarinfo xəbər verir ki, bu barədə Rzeczpospolita məlumat yayıb.

    Onun sözlərinə görə, təxribatçılar “son günlərdə” ifşa edilib.

    “Biz Polşada konkret məqsədlər güdən və konkret məkandan idarə olunan bir qrup təxribatçı ifşa edə bildik”, – Qavkovski bildirib.
    Onun sözlərinə görə, təkcə 2024-cü ilin birinci yarısında Polşada 400 mindən çox kibertəhlükəsizlik pozuntusu faktı qeydə alınıb və 100 minə yaxın tədbir görülüb.

    “Bu gün biz elə bir vəziyyətlə üzləşirik ki, şəxsi, fərdi məlumatlar şantaj üçün əsas ola bilər: şantaj, təkcə pul qoparmaq deyil, həm də əməkdaşlığa (xarici xidmətlərlə-red.) məcbur etmək məqsədi daşıyırdı”, – Qavkovski deyib.

  • Bakıdakı ilanlar bu yolla şəhərə gəlibmiş (AÇIQLAMA)

    Son günlər Bakının müxtəlif yerlərində ilanlar görünməyə başlanıb.

    Modern.az-a danışan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Zoologiya İnstitutun üzvü, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov bildirib ki, şəhər mühitində yəni sıx məskunlaşma olan, asfalt döşənmiş yerlərdə ilanların yaşaması üçün əlverişli deyil:

    “İlanların yaşaması üçün kol-kos, daş-qaya, təbii və qeyri-təbii sığınacaqlar olmalıdır. Çünki ilanlar gizlin həyat tərzi keçirir. Eyni zamanda burada qidalanma ilə bağlı da məsələ var ki, bu da onların yaşaması üçün əsas şərtlərdəndir. Onlar siçovul, kərtənkələ, qurbağa, quşlar bəzən də digər ilanlarla qidalanırlar. Ona görə də bu kimi heyvanların yaşadıqları yerlərdə məskunlaşırlar. Bu şərait olmayan yerlərdə ilanlar yaşaya bilmir”.

    Bəs ilanlar şəhərin mərkəzinə haradan gəlib çıxır?

    O bildirib ki, bu ilanların şəhərə gəlməsinin bir neçə səbəbi var:

    “İlk səbəbi tikinti obyektləridir. Oraya şəhərdən kənar ərazilərdən daş, qum materialları daşınır. Bu daşınan materiallar arasında ilanlar da şəhərə gələ bilirlər. Digər bir yol isə insanların özləridir. Belə ki, insanlar yayda çimərliklərə gedirlər. Bu zaman sahildə yaşayan ilanlar avtomobilin müxtəlif hissələrinə girir və şəhərə qədər gəlib çıxırlar”.

    T.İsgəndərovun sözlərinə görə, insanlar bu şəhərdə ilan görən zaman təbii ki, çaşqınlıq yaşayırlar:

    “Şəhərdə görünən ilanlar ancaq qeyd etdiyim hallarda gəlib çıxa bilərlər. Bunun xaricində şəhərin içərisində ilan yaşamır, çünki onların yaşaması üçün şərait yoxdur. Təsadüfən gəlib çıxanda isə insanlara rast gələcək və məhv ediləcək. Dənizkənarı Bulvar ərazisində də su ilanları görünə bilər. Onlar da gizlənmək yaxud yem axtarmaq üçün sahilə yaxınlaşa bilərlər. Amma sadəcə olaraq sahilə yaxın ərazidə görülürlər.Yəni narahat olmaq üçün hansısa əsas yoxdur. Sadəcə olaraq qeyd etdiyim mövzularda diqqətli olmaq lazımdır”.

  • Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı – VİDEO

    Siyəzəndə gəncin itkin düşməsi ilə bağlı bəzi detallar məlum olub.

    Belə ki, rayon sakini 22 yaşlı Mahmud Məlikov namaz qılmaq üçün məscidə gedib və geri qayıtmayıb.

    Yaxınları bildiriblər ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbəsi olan Mahmud bir müddət əvvəl onlayn oyunlara qurşanıb. Ailə üzvləri onu bu vərdişindən çəkindirməyə çalışıblar.

    İtkin düşən gəncin atası Kamal Məlikovun sözlərinə görə, oğluna aid telefon və siqaret “Samur-Abşeron” kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində tapılıb.

    Mahmud Məlikovun özünü kanala atdığı ehtimal edilir.

    Ətraflı APA TV-nin süjetində:

  • İranda 7 ay ərzində pasiyentlər təcili tibbi yardım xidmətinin əməkdaşlarını 20 dəfə döyüblər

    İranda 7 təqvim ayı ərzində pasiyentlər tərəfindən təcili yardım xidməti əməkdaşları 20 dəfə döyülüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu İranın fövqəladə hallar naziri Cəfər Miyadfər bildirib.

    Onun sözlərinə görə, təcili yardım xidməti əməkdaşları bu zaman ciddi xəsarətlə alıblar.

    Nazir məsələ ilə bağlı İran məhkəmə orqanlarına şikayət etdiklərini də vurğulayıb.