Month: September 2024

  • Rusiyada 115 nəfər şaurmadan zəhərləndi

    Rusiyanın Seqeja şəhərində 115 nəfər şaurmadan zəhərlənib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin şəxslər şaurmanı şəhərdə eyni ictimai iaşə obyektindən əldə ediblər.

    Bildirilir ki, onlardan 48 nəfəri 17 yaşına qədər olan uşaqlardır.

    Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

  • Министры обороны Азербайджана, Грузии и Турции встретятся в Батуми

    Министр обороны генерал-полковник Закир Гасанов находится с визитом в Грузии для участия в 11-й трехсторонней встрече глав военных ведомств Азербайджана, Грузии и Турции, которая состоится в городе Батуми.

    Об этом сообщили в Министерстве обороны АР.

    Согласно информации, в ходе встречи будут обсуждены перспективы совместного военного сотрудничества в двустороннем и трехстороннем форматах, вопросы региональной безопасности, а также другие вопросы, представляющие взаимный интерес.

  • Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirləri Batumidə görüşəcəklər

    Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Batumi şəhərində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstana səfər edib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, görüşlərdə ikitərəfli və üçtərəfli formatda birgə hərbi əməkdaşlığın yeni perspektivlərinin, eləcə də regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılıb.

  • Ali məktəblərin boş qalan yerlərinə qəbul olan şəxslərin qeydiyyatı başlayıb

    Sentyabrın 9-da bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əlavə yerləşdirmə ilə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.

    Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

    Məlumatda qeyd olunur ki, elektron sistem üzrə qeydiyyat 16 sentyabr saat 18:00-da başa çatacaq.

    Abituriyentlər https://portal.edu.az/ sistemi vasitəsilə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

    Qeyd edək ki, müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

  • “ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların siyahısı genişləndirilib

    Nazirlər Kabineti 7 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların siyahısına əlavə edilib.

  • Tələbə 7-ci mərtəbədən yıxılıb öldü

    Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb.

    2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov yaşadıqları binanın 7-ci mərtəbəsindən yıxılaraq vəfat edib.

    Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

    F. İsmayılov universitet tələbəsi olub.

    Fakt araşdırılır.

  • Azərbaycanda bəzi şəxslərə pul kompensasiyaları veriləcək

    Nazirlər Kabineti “Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nı və “Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi Qaydası və məbləği”ni təsdiqləyib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, maliyyələşdirmə məsələləri Dövlət Gömrük Komitəsinə dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçiriləcək.

  • Məhkəmə dörd yaşlı uşağı öldürüb quyuya atan şəxslə bağlı qərar verib

    Bakıda 4 yaşlı uşağı öldürüb quyuya atmaqda ittiham olunan Mehman Mansurovla bağlı hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

    Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Mansurov 11 il azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, 2022-ci il yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    4 yaşlı M.Hüseynlinin qonşusu, 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü, daha sonra quyuya atıldığı məlum olub.

    Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

  • Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

    Ucarda həddi-buluğa çatmayan 16 yaşlı qız qaçırılıb.

    Bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə özünün “Facebook” hesabında paylaşım edib.

    O bildirib ki, Ucar rayonunun Bərgüşad kəndində 17 yaşlı yeniyetmə 16 yaşlı qızı qaçırıb.

    Musavat.com qaçırılan qızın taleyi ilə maraqlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, faktla bağlı Ucar Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

    “O, anasının yanına qayıtmaq istəmir. Həmin oğlanla xoşbəxtdir. Deyir ki, anası onu başqasına ərə vermək istəyir. Ona görə də bu addımı atıb. 10 gün sonra qızın 17 yaşı tamam olacaq”, – deyə Şirvan regional qrupunun məlumatında deyilir.

  • Ağadadaş Ağayevin “MedEra Hospital”la bağlı şikayətinə nə vaxt baxılacaq?

    Xalq artisti Ağadadaş Ağayevin “MedEra Hospital”a qarşı Binəqədi Rayon Məhkəməsinə verdiyi şikayət üzrə keçiriləcək məhkəmənin vaxtı bilinib.

    “Qaynarinfo”nun məlumatına görə, işə oktyabrın 10-da hakim Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq.

    Qeyd edək ki, ifaçı məhkəmədə “MedEra Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı “Mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələr – Mənəvi zərərin ödənilməsi” üzrə iddia qaldırıb.

    Xalq artisti Ağadadaş Ağayevin bir müddət əvvəl sözügedən klinikanın mühafizəçisi ilə dava videosu yayılmışdı. Xalq artisti əlində balta ilə “MedEra Hospital”ın mühafizəçisinin üzərinə hücum etmişdi. Atdığı balta isə orada çalışan Nəzakət Paşayevaya dəyərək onu yaralayıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.