Month: September 2024

  • Keniyada məktəbdə yanğın baş verib, 16 şagird ölüb

    Keniyanın Nyeri şəhərində məktəbdə baş verən yanğında azı 16 şagird ölüb.

    Bu barədə “Citizen TV” məlumat yayıb.

    Məlumata görə, daha 14 nəfər zərər çəkib və yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

    Yanğının səbəbi açıqlanmır.

    Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparlır.

  • Криштиану Роналду первым из футболистов преодолел отметку в 900 голов

    Нападающий сборной Португалии по футболу Криштиану Роналду отметился забитым мячом в матче группового этапа Лиги наций против команды Хорватии.

    Об этом сообщают зарубежные СМИ.

    Отмечается, что для Роналду этот гол стал 900-м в карьере, он первым в истории достиг данной отметки. Нападающий является лучшим бомбардиром в истории испанского “Реала” (450 голов) и сборной Португалии (131), также он 145 раз отличился в составе английского “Манчестер Юнайтед”, 101 – за итальянский “Ювентус”, 68 – за “Аль-Наср” из Саудовской Аравии, 5 – за португальский “Спортинг”.

    Согласно информации Международной федерации футбола (ФИФА), Роналду стал лучшим бомбардиром в марте 2022 года, когда обошел австрийского и чехословацкого нападающего Йозефа Бицана по числу забитых мячей в официальных играх. Как отмечает ФИФА, Бицан является автором “около 805 голов”, точное число забитых мячей остается неизвестным. Бицан выступал с 1931 по 1957 год, нападающий играл за чехословацкие клубы “Славия”, “Сокол”, “Сокол Шкода”, пражское “Динамо” и “Спартак” из Брно. Также Бицан выступал за австрийские “Рапид” и “Адмиру”. На данный момент ближайшим преследователем Роналду является аргентинский форвард американского “Интер Майами” Лионель Месси (838).

    Роналду 39 лет, он является пятикратным победителем Лиги чемпионов, чемпионом Европы, победителем Лиги наций. Португалец – лучший бомбардир в истории национальных сборных, чемпионатов Европы, Лиги чемпионов, клубных чемпионатов мира. За “Аль-Наср” футболист выступает с 2023 года.

  • Ronaldu karyerasında 900 qol vuran ilk futbolçu olub

    Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Millətlər Liqasının qrup mərhələsində Xorvatiya ilə oyunda qol vurub.

    Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

    Ronaldu üçün bu qol karyerasında 900-cü olub. O, tarixdə bu rekorda çatan ilk futbolçu olub. Hücumçu İspaniyanın “Real” komandasında 450 qol vurub, 131 qolla Portuqaliya millisinin bombardiridir. O, həmçinin İngiltərə “Mançester Yunayted”ində 145, İtaliya “Yuventus”unda 101, Səudiyyə Ərəbistanı “Əl-Nəsr”ində 68, Portuqaliya “Sportinq”ində 5 qol vurub.

    FIFA-nın məlumatına görə, Ronaldu 2022-ci ilin martında rəsmi oyunlarda vurduğu qolların sayına görə avstriyalı və çexoslovakiyalı hücumçu Yozef Biçanı keçərək, ən məhsuldar futbolçu olub. Biçan təxminən 805 qolun müəllifidir, vurulan qolların dəqiq sayı məlum deyil. O, 1931-1957-ci illərdə oynayıb.

    Ronaldunun 39 yaşı var, o, Çempionlar Liqasının 5 qat qalibi, Avropa çempionu və Millətlər Liqasının qalibidir. Portuqaliyalı milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatları tarixində ən çox qol vuran futbolçudur. O, 2023-cü ildən “Əl-Nəsr”də çıxış edir.

  • “Bıçağı ürəyindən vurub qaçdı” – “Bakıxanov” çörək zavodundakı QƏTLİN TƏFƏRRÜATI

    “Bakıxanov” çörək zavodunda söyüş üstündə iş yoldaşı Etibar Salamzadənin qətlə yetirən Elşən Məmmədovun məhkəmə prosesi davam edib.

    “Unikal”ın məlumatına görə, Elşən Şahverən oğlu Məmmədovun cinayət işində zərərçəkmişin hüquqi varisi Tahir Salamzadənin qardaşı prosessual şəxs kimi tanınmaq üçün məhkəməyə elektron formada məktub ünvanlayıb. Hakim Cavid Hüseynov isə ümumiyyətlə onun məhkəməyə göndərdiyi məktubun qanunsuz olduğunu proses iştirakçılarının nəzərinə çatdırıb. Sonra hüquqi varis Tahir Salamzadə çıxış edərək təqsirləndirilən şəxsin çıxışı zamanı olan fikrə münasibət bildirib və həmin fikirlərin yalan olduğunu qeyd edib və oğlu barədə danışıb:

    “Mənim oğlum gecə növbəsinə işə getmişdi. Bir az keçmiş mənə zəng gəldi ki, oğlun bıçaqlanıb xəstəxanaya aparılıb. Gedib çatanda artıq oğlum keçinmişdi. Mən zavodun kamera görüntülərinə baxdım, orada oğlum yerə yıxılanda bıçağı ürəyindən vurub qaçır. 4 azyaşlı uşağı yetim qoydu. Cinayəti də içkili vəziyyətdə törədib. Elşən deyib ki, mən heç atamı saymıram, o ki qaldı başqaları. Mən sizdən Elşənə ən ağır cəzanın verilməsini xahiş edirəm. Oğlum dəfn olunandan sonra Elşənin adamları mənə zəng vurdular ki, gələk başsağlığı verək. Mən razı olmadım, amma həyat yoldaşı və 2-3 qadın gəldilər. Mən dedilər ki, oğlun ölüb də, bu işi həll eləmək lazımdır. Mən isə dedim bir də zəng etsəniz, sizi prokurorluğa şikayət edəcəyəm”.

    Məhkəmənin sonrakı gedişində şahid Əliyar Həsənov ifadə verib:

    “Mən çörək zavodunda gözətçi işləyirəm. Elşən gecə gəldi oturdu bir az söhbət elədi. Orada çilingər otağı var, onun açarını istədi, mən də verdim. Aradan bir az keçməmiş rəhmətlik Etibar Salamzadə böyrünü tutub üstümə gəldi ki, məni vurdular. Mən dərhal polisə və təcili yardıma zəng elədim. Ancaq gec olduğundan işçilərimizdən birinin maşını ilə göndərdim xəstəxanaya. Sonra Elşən yoldaşı ilə gəldi. Yoldaşına dedim ki, get xəstəxanaya. Elşən isə hadisəni belə izah etdi ki, dünyasını dəyişən Etibar Elşənin inancını aşağılayıb. Ona görə də onu vurub. Hadisədə istifadə edilən bıçaq da sınmış vəziyyətdə yerdə idi. Polis gəldi, mən Elşəni və bıçağı onlara təhvil verdim”.

    Qeyd edək ki, məhkəmə prosesi 20 sentyabr tarixinə kimi təxirə salınıb.

    Xatırladaq ki, bu il aprelin 20-də saat 8 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 34 yaşlı Etibar Salamzadənin almış olduğu kəsilmiş-deşilmiş xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Sabunçu Rayon Prokurorluğundan verilən xəbərə görə, araşdırmalarla 39 yaşlı Elşən Məmmədovun rayonun Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Etibar Salamzadəyə bıçaqla xəsarət yetirməsi və sonuncunun həmin xəsarət nəticəsində müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Elşən Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

  • Dörd tələbəyə qarşı quldurluq edən keçmiş məhkum hakim qarşısına çıxarıldı

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 181.2.1-ci (bir qrup şəxsə qarşı quldurluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Süleyman Bayram oğlu Əsgərovun məhkəmə prosesinin növbəti iclası keçirilib.

    “Unikal”ın məlumatına görə, əvvəllər məhkumluq həyatı yaşayan Süleyman Əsgərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 4 tələbəsinə qarşı quldurluq edib. Məhkəmədə ilk olaraq Məhəmmədəli Namazov şahid qismində ifadə verərək qeyd edib ki, keçən il ADMİU-nun 2-ci kursunda oxuyarkən Süleyman Bayram oğlu Əsgərov onu parkda yanına çağırıb:

    “Əl uzatdı salamlaşdı, adımı, yaşımı soruşdu. Sonra keçdi pul məsələsinə. Dedi burada qohumum olan qızı döyüb 175 manat pulunu alıblar. Mən həmin şəxsi axtarıram, tapsam, ona pis olacaq. Özüm 10 il həbsdə olmuşam. Sənin çantanı yoxlasam, əgər o pul oradan çıxsa sənin üçün pis olacaq. Dedim problem yoxdur, əlimi sıxdı, dedi kişi adamsan”.

    Digər şahid Punhan Quliyev də ifadə verərək bildirib ki, ADMİU-nun 3-cü kursunda oxuyur:

    “27 sentyabr 2023-cü ildə dərsdən çıxıb evə getmək istəyən zaman keçmiş qrup yoldaşım Əli Nuruzadəni gördüm, o dedi ki, dünən mənə parkda bıçaq çəkib 20 manatımı alıblar, ehtiyatlı ol. Ondan ayrılıb metroya gedəndə daş pilləkənlərin yanında Süleymanı gördüm, mənə dedi ki, qohumumu döyüb pulunu alıblar. Sonra mənə dedi ki, üstündə nə qədər pulun var? Mən dedim ki, sənin nəyinə lazımdır? O da dedi ki, niyə belə sərt danışırsan? Mən neçə il həbsdə olmuşam, sənin üçün yaxşı olmaz. Bu vaxt arxadan qızla oğlan gəlirdi. Onları görüb mənimlə sağollaşdı. Mən bir az qabağa gedəndən sonra yadıma düşdü ki, Əliyə qarşı cinayət törədən bu adamdır. Dərhal Əlini tapdım, gedib dekanlığa dedik. Onlar da bizə dedilər ki, həmin yolla getməyin, oradan mühafizəçiləri göndərəcəyik tapsınlar həmin adamı. Mən yenə keçiddən keçəndə Süleymanı gördüm, hətta mənimlə salamlaşdı da. Mən bunu universitetin mühafizəçilərinə deyəndə, onlar mənə dedilər ki, oranın universitetə aidiyyəti yoxdur. Biz məcbur qalıb Əli ilə gedib Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinə şikayət etdik ki, belə bir adam tələbələrə hədə-qorxu gəlib pul alır”.

    Məhkəmə prosesi sentyabrın 20-nə kimi təxirə salındı.

    Qeyd edək ki, ötən ilin iyul ayında Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılan Süleyman Əsgərov bundan öncə də quldurluq maddəsi ilə məhkumluq həyatı yaşayıb.

    Süleyman günün istənilən vaxtında əsasən tələbələrə, yeniyetmələrə və taksi sürücülərinə bıçaqla hədə-qorxu gələrək onların pulunu ələ keçirirmiş. Narkotik istifadəçisi olan Süleyman Əsgərov əldə etdiyi pulları narkotik vasitələrin alışına sərf edib.

  • SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-nin “Halliburton” şirkəti arasında “Texniki xidmətlərin göstərilməsi”nə dair Sazişi imzalanıb.

    Median.Az SOCAR-a istinadən xəbər verir ki, sazişi SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov və “Halliburton” şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Qrem Teylor imzalayıblar.

    Sənəd Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Günəşli” yatağında qalıq karbohidrogen potensialının yenidən qiymətləndirilməsi və qalıq neftli zonaların dəqiqləşdirilməsi üçün müasir tədqiqatların icra edilməsi məqsədi daşıyır.

    Xatırladaq ki, “Günəşli” yatağı Bakı şəhərindən 120 km şərqdə, “Neft Daşları” yatağından 12 km cənub-şərqdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir. “Günəşli” qırışığı “Çilov-Neft Daşları” antiklinal qırışıqlıq qurşağına daxildir. Yataqda dənizin səviyyəsi 80-300 metr aralığında dəyişir. Yatağın uzunluğu 12.5 km, eni 4.0 km-dir.

    Hazırda “Günəşli” yatağında, ümumilikdə, 370 quyu qazılıb ki, onlardan 279 quyu istismardadır. İşlənmənin əvvəlindən bu quyulardan 201.3 milyon ton neft (kondensatla birlikdə), 127 milyard m3-dən çox qaz hasil olunub.

    Qeyd edək ki, “Günəşli” yatağında maksimum hasilat 1991-ci ilə təsadüf edib. Həmin il 114 işlək quyudan 6.7 milyon ton neft çıxarılıb. Maksimal qaz hasilatı isə 2008-ci ildə 6.6 milyard m3 olub. Hazırda yataq işlənmənin III mərhələsindədir. Yataq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin 28 May adına Neft-qazçıxarma İdarəsi tərəfindən istismar olunur.

  • Армению на саммите БРИКС представит Никол Пашинян

    Армения примет участие в саммите БРИКС в Казани в октябре на уровне премьер-министра страны Никола Пашиняна.

    Об этом сообщает агентство news.am со ссылкой на главу комиссии парламента по внешним отношениям Саркиса Ханданяна.

    При этом он сказал, что Ереван не собирается подавать заявку о вступлении в БРИКС, но у Армении многоплановые связи с разными странами этого интеграционного объединения.

    Саммит БРИКС состоится в Казани 22-24 октября.

    Ранее об участии Армении в саммите сообщил замглавы МИД Мнацакан Сафарян, не уточнив при этом, кто будет представлять страну.

    До этого российские официальные лица заявляли, что на него приглашены лидеры стран СНГ. На саммит приедут и руководители ряда стран, не входящих в организацию. В частности, подтверждено участие турецкого президента.

  • BRICS sammitində Ermənistanı Nikol Paşinyan təmsil edəcək

    Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrda Kazanda keçiriləcək BRICS sammitində ölkə nümayəndə heyətinə rəhbərlik edəcək.

    Median.Az bu barədə TASS-a istinadən xəbər verir.

    Bununla yanaşı o bildirib ki, İrəvan BRICS-ə üzv olmaq üçün müraciət etmək niyyətində deyil, lakin Ermənistanın bu inteqrasiya birliyinin müxtəlif ölkələri ilə çoxşaxəli əlaqələri var.

    Daha əvvəl Ermənistanın sammitdə iştirakı barədə Xarici İşlər Nazirinin müavini Mnatsakan Safaryan məlumat vermişdi, lakin ölkəni kimin təmsil edəcəyini dəqiqləşdirməmişdi.

    BRICS sammiti 22-24 oktyabr tarixlərində Kazanda keçiriləcək.

  • AMEA-nın binasında ölüm

    Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasında ölüm hadisəsi baş verib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sentyabrın 5-də saat 12 radələrində H.Cavid prospekti, 23-də yerləşən binada akademiyanın əməkdaşı 1964-cü il təvəllüdlü Nəsir Köçəri oğlu Nəsirov dünyasını dəyişib.

    Bildirilib ki, N.Nəsirov qurumun təsərrüfat şöbəsində bağban kimi çalışırmış.

    Onun infarktdan öldüyü qeyd edilib.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Tozlu hava 2 gün də davam edəcək

    “Avtomatik stansiyalardan əldə olunan məlumatlara görə, bir neçə gün ərzində Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyası hazırda norma həddinə düşüb”.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

    “Lakin, sentyabrın 7-si səhər saatlarından başlayaraq sinoptik vəziyyətlə əlaqədar yenidən ölkə ərazisinə şərq istiqamətindən transsərhəd toz-dumanının daxil olması gözlənilir. Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcək”, – qurum rəsmisi əlavə edib.