Month: September 2024

  • Ильхам Алиев: Украина безуспешно пытается восстановить свой суверенитет

    Азербайджан отменит запрет на посещение страны членами ПАСЕ, когда его делегация вернется в эту организацию.

    Как сообщает АЗЕРТАДЖ, об этом Президент Ильхам Алиев заявил, отвечая на вопросы модератора в рамках Международного форума Черноббио.

    “То, что произошло в январе этого года (в ПАСЕ – ред.), перешло красную черту. В прошлом году мы полностью восстановили свой суверенитет. Таким образом в сентябре прошлого года сепаратизм на территории Азербайджана был полностью искоренён. Мы не сделали ничего такого, что отличалось бы от того, что пытается сделать Украина. Украина безуспешно пытается восстановить свой суверенитет, несмотря на огромную поддержку Запада. Мы же восстановили свой суверенитет сами, без какой-либо поддержки. Буквально через несколько месяцев после этого ПАСЕ приняла решение лишить нашу делегацию права голоса. То есть на нас были наложены санкции, потому что мы восстановили собственный суверенитет”, – подчеркнул Президент Ильхам Алиев.

    Он отметил, что решение Азербайджана объявить персонами нон грата членов ПАСЕ, которые голосовали против продления полномочий азербайджанской делегации, было адекватным.

    “Наше решение было ответом. Если они изменят своё решение и восстановят наше право, то это так называемое эмбарго будет снято. Наша делегация должна вернуться, и тогда запрет будет снят”, – добавил глава государства.

  • Prezident AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağanın ləğvi şərtini açıqladı

    “AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək”.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu sözləri Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını cavablandırarkən deyib.

    Prezident İlham Əliyev vurğulayıb:

    “Bu ilin yanvarında baş verənlər (AŞPA-da – red.) qırmızı xətti keçdi. Keçən il biz öz suverenliyimizi tamamilə bərpa etdik. Beləliklə, ötən ilin sentyabrında Azərbaycan ərazisində separatizmin kökü tamamilə kəsildi. Biz Ukraynanın etməyə çalışdığından fərqli heç nə etməmişik. Qərbin böyük dəstəyinə baxmayaraq, Ukrayna öz suverenliyini bərpa etmək üçün uğursuz səylər göstərir. Biz heç bir dəstək olmadan öz suverenliyimizi bərpa etdik. Məhz bundan bir neçə ay sonra AŞPA bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək qərarına gəldi. Yəni biz öz suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı sanksiyalar tətbiq edilib”.

    Prezident qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin uzadılmasının əleyhinə səs verən AŞPA üzvlərinin “persona non grata” elan edilməsi qərarı adekvat olub. “Qərarımız onlara cavab idi. Əgər qərarlarını dəyişib bizim haqqımızı bərpa etsələr, o zaman bu embarqo deyilən şey də aradan qaldırılacaq. Nümayəndə heyətimiz qayıtmalıdır, bundan sonra qadağa da götürüləcək”, – deyə dövlət başçısı əlavə edib.

  • На участке дороги Международный аэропорт Гейдар Алиев – Мардакян будет частично ограничено движение

    В связи со строительством нового надземного пешеходного перехода на 3-м км автодороги Международный аэропорт Гейдар Алиев – Мардакян сегодня с 22:00 частично будет ограничено движение автотранспорта по полосам, на которых ведутся работы.

    Об этом Median.Az сообщает со ссылкой на Государственное агентство автомобильных дорог Азербайджана.

    “Дорога не будет перекрыта полностью. Водителей просят быть внимательными при движении по указанной территории, соблюдать правила дорожного движения и требования временных дорожных знаков”, – сообщили в агентстве.

  • Bakının Mərdəkan yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq

    Bu gün saat 22:00-dan Bakının Heydər Əliyev adına Beynəlxalq Aeroportundan Mərdəkan qəsəbəsinə gedən avtomobil yolunun 3-cü km-də yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

    Median.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

    “Yol bağlanmır. Sürücülərdən qeyd olunan tarixdən etibarən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.

  • Bəxtiyar Hacıyevin məhkəməsi təxirə salındı

    Sentyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Bəxtiyar Hacıyevin keçirilməsi nəzərdə tutulan məhkəməsi vəkillərin gəlməməsinə görə təxirə salınıb.

    Məhkəmə iclası başlayan kimi hakim Əli Məmmədov katibdən məhkəmə iclasında tərəflərin iştirak edib-etməməsi barədə soruşub. Katib məruzə edib ki, nə zərərçəkənlər, nə də vəkillər məhkəmə iclasına gəliblər. O, məhkəmə iclası başlamazdan əvvəl vəkillərlə telefon əlaqəsi saxlamağa çalışdığını, vəkillərdən Elçin Sadıqovla Aqil Layıcın telefonlarının bağlı olduğunu, Cavad Cavadovun isə zəngə cavab vermədiyini bildirib. Hakim 10 dəqiqəlik fasilə elan edib və katibə vəkil Cavad Cavadovla yenə telefon əlaqəsi saxlamasını tapşırıb. Məhkəmə heyəti salona qayıdandan sonra katib hakimə məruzə edib ki, Cavad Cavadov da telefonu söndürüb.

    Bəxtiyar Hacıyev hakimdən dövlət hesabına vəkil təyin olunmasını xahiş edib. Hakim bildirib ki, qanunvericilik müqaviləli vəkil olduqda dövlət hesabına vəkil təyin olunmasına yol vermir:

    “Buna görə gərək siz əvvəlcə müqaviləli vəkillərinizdən imtina edəsiniz”.

    Hakim növbəti məhkəmə iclasını sentyabrın 13-nə təyin edib.

    Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında Yasamal Rayon Məhkəməsində Ülviyyə Alovluya qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları ilə həbs olunub. Sonradan isə yeni hallar kimi QHT fəaliyyətinə görə əlavə maddələr verilib və istintaq müddəti bir neçə dəfə uzadılıb. İstintaq orqanı Hacıyevi qaçaqmalçılıqda, qanunsuz sahibkarlıqda, sənədi saxtalaşdırmaqda, müxtəlif beynəlxalq təşkilatlardan qrantlar alıb təyinatı üzrə xərcləməməkdə təqsirləndirib.

  • Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

    Bakıda hərrac vasitəsi ilə satışa çıxarılan binanın qiyməti 2.47 milyon manat ucuzlaşdırılıb.

    Median.Az trend-ə istinadən xəbər verir ki, Bakıda, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən xüsusi müsadirə edilmiş bina 22 232 700 manata yenidən satışa çıxarılıb.

    Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 26 sentyabr 2024-cü il tarixdə hərrac keçiriləcək.

    Bundan əvvəl isə bina 27 avqust 2024-cü il tarixdə 24.7 milyon manata satışa çıxarılmışdı. Binanın ərazisi 18 972.2 kvadratmetrdir.

    Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10% həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul edilir.

    Qeyd edək ki, bina vaxtilə Bakı Oksford Məktəbinə məxsus olub.

  • “Oğurluqları narkotik ehtiyacımı ödəmək üçün törədirdim” – 6 uşaq anasının məhkəməsi

    34.1-1-ci (külli miqdar narkotik vasitəni saxlama, daşıma, emal etmə) və 177-ci (oğurluq) maddələri ilə təqsiləndirilən Səbinə Cavanşir qızı Ağayevanın məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

    “Unikal”ın məlumatına görə, hakim məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkən şəxslərin – Lətafət Əzimovanın, Vüsalə Bayramovanın və Nəzakət Abdullayevanın anket məlumatlarını dəqiqləşdirib. Cinayət işində 19 nəfər zərərçəkmiş qismində tanınıb. İlk olaraq Vüsalə Musayeva ifadə verib: “Mənim geyim malları satılan mağazam var, yeni mallar gəlmişdi, başım qarışıq idi. Səbinə 2 saata yaxın guya mallar almaq adı ilə, səmimiliyimdən istifadə edərək mənim çantamdan 240 manat pulumu aparıb”.

    Təqsirləndirilən şəxs Səbinə Babayeva oğurluq cinayətini narkotik ehtiyacını ödəmək üçün etdiyini bildirib. Qeyd edək ki, Səbinə Ağayeva dəfələrlə məhkum olunub və 6 uşaq anasıdır.

    Digər zərərçəkmiş şəxs Lətafət Əzimova 2160 manat ziyan çəkdiyini bildirib: “Həmin pul onkoloji xəstə olan oğlumun əməliyyat pulu idi, bankdan kredit götürmüşdüm, dörd gün sonra hadisə baş verdi. Hadisədən bir həftə sonra isə əməliyyat olundu. Çantamdan 1 560 manat pulumu və 600 manat dəyərində telefonumu götürüb. Mən Zahid Xəlilov küçəsində yerləşən gözəllik salonunda administrator işləyirəm, hadisə də orada baş verib. Eşitdim ki, həmin gün polis onu tutub, gedib sənədlərimi Yasamal Məhkəməsindən götürsəm də, pul yox idi”.

    Səbinə Ağayeva hadisəni törətdiyini və həmin puldan 200 manat xərclədiyini etiraf edib: “Qalan pul isə tutulanda pulqabımda idi”.

    Zərərçəkən Nəzakət Abdullayeva “Azadlıq” metrosunun yanında geyim mağazası işlətdiyini qeyd edib: “Bu qadın girdi mağazaya, 4-5 çanta geyim əşyaları yığdı almağa. Sonra çıxdı çölə ki, taksini yola salım, metro ilə gedərəm, hələ alacağım əşyalar var. 3610 manat ziyan çəkmişəm, masanın üstündən qızıl qolbaq, pul və telefonu aparıb. Pulqabımın içindən pulu götürüb özünü zibil qabına atmışdır. Mənim 10 gün idi anam rəhmətə getmişdir. Sən gəlib məndən 4 min manat istəyərdin, verərdim, mənə bu qədər stres yaşatmazdın”.

    Məhkəmə prosesi sentyabr ayının 20-nə kimi təxirə salındı.

    Qeyd edək ki, 1990-ci il təvəllüdlü Səbinə Ağayeva oğurluq cinayətləri ilə bağlı axtarışda olub və ötən ilin marta ayında Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

  • Завершился рабочий визит Президента Ильхама Алиева в Италию

    6 сентября завершился рабочий визит Президента Азербайджанской Республики Ильхама Алиева в Италию.

    Как сообщает АЗЕРТАДЖ, главу государства и первую леди Мехрибан Алиеву в миланском аэропорту Мальпенса провожали официальные лица Италии.

  • İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatdı

    Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb.

    AZƏRTAC xəbər verir ki, Milanın Malpensa hava limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliyanın rəsmi şəxsləri yola salıblar.

  • Суд удовлетворил ходатайство Али Инсанова о снятии судимости

    В Бинагадинском районном суде Баку прошло судебное заседание по ходатайству о снятии судимости с бывшего министра здравоохранения, председателя партии “Хагг Адалят” Али Инсанова.

    Как сообщает Report, суд удовлетворил ходатайство и снял судимость с Инсанова.

    Отметим, что Али Инсанов был арестован 20 октября 2005 года по обвинениям в попытке насильственного захвата власти и подготовке массовых беспорядков. Позднее ему также были предъявлены обвинения в совершении должностных и экономических преступлений. Решением суда он был приговорен к 11 годам лишения свободы.

    А.Инсанов в марте 2019 года вышел на свободу на основании распоряжения Президента Азербайджана Ильхама Алиева об амнистии.