Month: September 2024

  • Əli İnsanovun məhkumluğu götürülüb

    Sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun məhkumluğunun götürülməsi ilə bağlı müraciəti üzrə məhkəməsi keçirilib.

    “Report” xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun müraciəti təmin edilərək məhkumluğu üzərindən götürülüb.

    Qeyd edək ki, Əli İnsanov 2005-ci il oktyabrın 20-də Milli Məclisə seçki ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla həbs edilib, sonradan ona qarşı vəzifə və iqtisadi cinayətlər törətməsi ittihamları da irəli sürülüb. Məhkəmə tərəfindən Əli İnsanov 11 il müddətinə azadlıqdan məhrum edilib.

    Azadlığa çıxmağına az qalmış Əli İnsanov barəsində narkotik vasitələrin dövriyyəsi, cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması maddəsi ilə yeni ittiham irəli sürülüb. 2016-cı ildə yeni ittihamlarla həbs müddəti 7 il 5 gün artırılıb.

    Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin mart ayında imzalanan əfv sərəncamı ilə Əli İnsanov azadlığa buraxılıb.

  • Dəmir yoluna çıxan azyaşlının həyatını xilas edən maşinist danışdı – VİDEO (YENİLƏNİB)

    Gəncə-Böyük Kəsik yolunda Saloğlu stansiyasının yaxınlığında dəmir yoluna çıxan azyaşlının həyatını xilas edən maşinist danışıb.

    Qatarın maşinisti Sahil Əhmədli “Qafqazinfo”ya hadisə ilə bağlı fikirlərini bölüşüb:

    “5 saniyə geciksəydim, bədbəxt hadisə baş verəcəkdi. Çox şükür ki, qatar vaxtında dayandı. Yadda saxlamaq lazımdır ki, qatarın qarşısına qəfil çıxarkən tormozlama edilsə də, qatar bir kilometrə qədər hərəkət edə bilər. Buna görə də vətəndaşlardan, xüsusilə valideynlərdən xahiş edirik ki, dəmir yolu ətrafında ehtiyatlı olsunlar, uşaqları nəzarətsiz buraxmasınlar”.

    * * * * *

    Azərbaycanda dəmir yoluna çıxan körpə son anda ölümdən xilas edilib.

    “Qafqazinfo” xəbər verir ki, hadisə bir neçə gün əvvəl Gəncə-Ağstafa istiqamətində baş verib.

    Belə ki, nəzarətsiz qalmış körpə Azərbaycan Dəmir Yollarına məxsus hərəkətdə olan qatarın yoluna çıxıb.

    ADY-nin maşinisti dərhal qatarı dayandıraraq körpənin həyatını xilas edib.

    Həmin anların görüntüsünü təqdim edirik:

  • Ильхам Алиев поделился видео c Международного форума в Черноббио

    Президент Азербайджанской Республики Ильхам Алиев сделал публикацию на своей странице в Instagram в связи с участием в Международном форуме в итальянском городе Черноббио.

  • İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda iştirakı ilə bağlı video paylaşdı

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda iştirakı ilə bağlı paylaşım edib.

    Həmin paylaşımı təqdim edirik:

  • Sabiq xidmət rəisinin həbs müddəti uzadıldı

    Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsində ibtidai istintaq davam edir.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, M.Cəlilovun həbsinin uzadılması ilə bağlı növbəti dəfə məhkəməyə müraciət edilib.

    Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, M.Cəlilovun həbsdə saxlanılma müddəti daha 3 ay uzadılıb.

    Qeyd edək ki, Mirzə Cəlilov 7 ay əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə həbs edilib. Ona qarşı külli miqdarda rüşvət alma maddəsi ilə ittiham elan edilib.

    M.Cəlilov daha əvvəllər Naxçıvan şəhər Polis İdarəsinin rəisi vəzifəsində də çalışıb.

  • Ильхам Алиев: Примерно 80% текста мирного договора уже согласовано

    Мы можем добиться мира на Южном Кавказе. Видим, что это возможно по ходу мирных переговоров между Азербайджаном и Арменией.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев в ходе выступления на сессии “Роль Азербайджана в новых геополитических условиях” на Международном форуме Черноббио.

    Подчеркнув, что примерно 80% текста мирного договора уже согласовано, глава государства отметил: “Мы уже добились запуска процесса делимитации границ, даже демаркации. Да, это первый маленький шаг – согласован лишь 13-километровый участок границы с Арменией общей протяженностью 1 000 км. Однако это шаг в правильном направлении. Надеемся, что эта инициатива Азербайджана по мирным переговорам приведет к подписанию соответствующего договора”.

  • İlham Əliyev: “Sülh müqaviləsinin mətninin təqribən 80 faizi razılaşdırılıb”

    “Biz Cənubi Qafqazda sülhə nail ola bilərik və bu gün Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində aparılan danışıqlarda görürük ki, bu mümkündür”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında deyib.

    Sülh müqaviləsinin mətninin təqribən 80 faizinin artıq razılaşdırıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib:

    “Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olmuşuq. Bəli, bu, kiçik bir addımdır. On üç kilometrlik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək”.

  • Париж-2024: Азербайджан занимает 32-е место в медальном зачете

    Сборная Азербайджана занимает 32-е место в медальном зачете на летних Паралимпийских играх в столице Франции Париже.

    На счету команды 3 золотые, 1 серебряная и 3 бронзовые медали.

    Имамеддин Халилов (паратхэквондо, 70 кг), Саид Наджафзаде (прыжки в длину) и Ламия Велиева (бег на дистанции 100 м) завоевали золотые медали, Роман Солей в соревнованиях по плаванию на дистанции 100 м завоевал серебряную, а в плавании вольным стилем на дистанции 100 м – бронзовую медаль, Сабир Зейналов (паратхэквондо, 58 кг) и Вели Исрафилов (плавание брассом на дистанции 100 м) завоевали бронзовые медали.

    В медальном зачете лидирует Китай (74 золотых, 55 серебряных, 37 бронзовых медалей). Последующие места занимают Великобритания (36 золотых, 29 серебряных, 19 бронзовых медалей) и США (27 золотых, 33 серебряных, 12 бронзовых медалей).

    Отметим, что Паралимпиада завершится 8 сентября.

  • Azərbaycan millisi Paralimpiya Oyunlarında ümumi hesabda neçənci yerdədir?

    Azərbaycan millisi Parisdə keçirilən Paralimpiya Oyunlarında ümumi hesabda 32-ci yerdədir.

    Aktivimizdə üç qızıl, bir gümüş və üç bürünc medal var.

    Ölkəmiz Qazaxıstan, Yunanıstan, Latviya, Portuqaliya, İndoneziya və bir çox başqa ölkələri qabaqlayır.

    Hazırda liderlik Çinə (74-55-37) məxsusdur. İkinci yerdə Böyük Britaniya (36-29-19) qərarlaşıb. İlk üçlüyü isə ABŞ qapayır (27-33-17).

    Qeyd edək ki, Azərbaycan idmançılarından İmaməddin Xəlilov (taekvondo), Lamiyə Vəliyeva, Səid Nəcəfzadə (atletika) qızıl, Roman Saley (üzgüçülük) gümüş və iki bürünc, Sabir Zeynalov (taekvondo) isə bürünc medal qazanıb.

  • Президент: За прошедшие 28 лет спецгруппа ОБСЕ не добилась результатов

    Восстановление территориальной целостности и суверенитета Азербайджана стало главным фактором не только на Кавказе, но и в более широкой географии. На протяжении тридцати лет международно признанные территории нашей страны находились под армянской оккупацией.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев в ходе выступления на сессии “Роль Азербайджана в новых геополитических условиях” на Международном форуме Черноббио.

    Глава государства напомнил, что эта оккупация продолжалась, несмотря на решения международных организаций, в том числе наличие четырёх резолюций Совета Безопасности ООН, которые должны были быть выполнены. Президент также сообщил, что специальная группа, созданная под эгидой ОБСЕ для решения этого вопроса, за прошедшие 28 лет не добилась абсолютно никаких результатов.