Month: September 2024

  • Prezident: “ATƏT-in xüsusi qrupu 28 il ərzində sıfır nəticə hasil edib”

    “Təkcə Qafqazda deyil, daha geniş coğrafiyada Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası başlıca amil olmuşdur. Otuz il ərzində bizim beynəlxalq səviyyədə tanınmış ərazimiz Ermənistanın işğal altında olmuşdur”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı səsləndirib.

    Dövlətimizin başçısı xatırladıb ki, beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının mütləq icra edilməli olan dörd qətnaməsinin olmasına baxmayaraq, bu işğal davam edirdi. ATƏT-in bu məsələ ilə məşğul olması üçün xüsusi qrup təsis etdiyini deyən dövlətimizin başçısı 28 il ərzində həmin qrupun sıfır nəticə hasil etdiyini vurğulayıb.

  • Azərbaycan Prezidenti: “Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir”

    “Enerji təchizatı bu gün onu açıq şəkildə nümayiş etdirir ki, ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı bildirib.

    Azərbaycandan İtaliyaya uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizinin bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini vurğulayan dövlətimizin başçısı deyib:

    “Bu gün 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin yeddisi Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır”.

  • Азербайджанские дзюдоистки спустя четверть века принесли победу стране

    Минувшим днем азербайджанские дзюдоистки Кёнуль Алиева (48 кг) и Фидан Ализаде (57 кг) завоевали золотые медали на молодёжном чемпионате Европы, в столице Эстонии Таллине.

    Это первые за последние 25 лет золотые награды женского дзюдо страны на чемпионате Европы.

    Напомним, женской сборной Азербайджана в первый и последний раз удалось завоевать две золотые медали в 1999 году.

    По итогам первого дня соревнований Азербайджан занял первое место среди 39 стран как в рейтинге дзюдоисток, так и в общем командном зачете.

    Отметим, что Низами Имранов (60 кг) завоевал серебряную медаль ЧЕ.

  • Azərbaycanlı cüdoçular 25 il sonra ilkə imza atdılar

    Ötən gün Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) qızıl medal qazanıblar.

    Bununla da azərbaycanlı qız cüdoçuların 25 ildən sonra Avropa çempionatında ilk qızıl medalı olub.

    Xatırladaq ki, qızlardan ibarət milli bunadək ilk və son dəfə məhz 1999-cu ildə 2 qızıl medal əldə edə bilib.

    İlk yarış günündən sonra Azərbaycan həm qızların sıralamasında, həm də ümumi komanda hesabında 39 ölkə arasında birinci yerdə qərarlaşıb.

    Qeyd edək ki, oğlanların yarışında Nizami İmranov (60 kq) gümüş medal qazanıb.

  • Президент: Италия является торговым партнером номер один Азербайджана в мире

    Италия является торговым партнером номер один Азербайджана в мире. В прошлом году наш товарооборот составил 16 млрд долларов и есть потенциал для роста не только в энергетической отрасли, но и в других сферах.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев в ходе выступления на сессии “Роль Азербайджана в новых геополитических условиях” на Международном форуме Черноббио.

    “Азербайджан является для Италии поставщиком нефти номер один и поставщиком газа номер два. Это также важное направление нашего сотрудничества”, – добавил глава государства.

  • Prezident: “İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır”

    “İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollara bərabər olmuşdur və burada artım üçün potensial var”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı deyib.

    “Təkcə enerji sektorunda deyil, digər sektorlarda da Azərbaycan İtaliyanın bir nömrəli neft və iki nömrəli qaz təchizatçıdır. Bu, bizim əməkdaşlığımızın mühüm sahəsini təşkil edir”, – deyə dövlətimizin başçısı əlavə edib.

  • Ильхам Алиев: Азербайджан и Италия уже много лет работают как стратегические партнеры

    Азербайджан и Италия уже много лет работают как стратегические партнеры. Соответствующая декларация была принята 10 лет назад. Наши отношения охватывают все сферы, мы поддерживаем регулярные политические контакты.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев в ходе выступления на сессии “Роль Азербайджана в новых геополитических условиях” на Международном форуме Черноббио.

    Напомнив о визите президента Италии Серджо Маттареллы в Азербайджан в 2018 году и отметив, что он сам посещает Италию в третий раз с 2020 года, глава государства отметил: “Наши контакты на высоком уровне демонстрируют, что мы очень близкие партнеры”.

  • Prezident: “Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş olaraq fəaliyyət göstərir”

    “Uzun illərdir ki, Azərbaycan və İtaliya strateji tərəfdaş olaraq fəaliyyət göstərir və müvafiq bəyannamə 10 il bundan qabaq qəbul edilmişdir. Bizim əlaqələrimiz bütün sahələri əhatə edir, müntəzəm siyasi təmaslarımız var”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı söyləyib.

    Bu səfərin 2020-ci ildən bəri onun İtaliyaya üçüncü səfəri olduğunu və 2018-ci ildə Prezident Mattarellanın Azərbaycanda səfərini xatırladan dövlətimizin başçısı qeyd edib: “Bizim yüksək səviyyəli təmaslarımız onu nümayiş etdirir ki, biz çox yaxın tərəfdaşlarıq”

  • Закир Гасанов и Хикмет Мирзоев на условной границе: перед подразделениями поставлены задачи

    Министр обороны Азербайджана генерал-полковник Закир Гасанов и заместитель министра обороны – командующий Сухопутными войсками генерал-лейтенант Хикмет Мирзоев проверили боевую подготовку подразделений, дислоцированных в направлении условной границы.

    Об этом сообщили в Министерстве обороны Азербайджана.

    Было доложено, что в подразделениях на высоком уровне организовано круглосуточное боевое дежурство и ведется непрерывная служба в соответствии с правилами распорядка дня.

    Встретившись с личным составом, несущим боевое дежурство, министр обороны высоко оценил боевую и психологическую подготовку военнослужащих.

    Генерал-полковник З.Гасанов поставил перед соответствующими лицами конкретные задачи по более качественной организации служебно-боевой деятельности и повышению бдительности.

  • Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Məruzə edilib ki, bölmələrdə günün nizam qaydalarına uyğun sutkaboyu döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunur və fasiləsiz xidmət aparılır.

    Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri hərbi qulluqçuların döyüş və psixoloji hazırlığını yüksək qiymətləndirib.

    General-polkovnik Z.Həsənov xidməti-döyüş fəaliyyətinin daha keyfiyyətli təşkili, eləcə də ayıq-sayıqlığın artırılmasına dair aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.