Month: September 2024

  • Павел Дуров впервые прокомментировал свое задержание во Франции

    Павел Дуров впервые прокомментировал задержание во Франции. Основатель Telegram рассказал, что после прибытия в Париж его допрашивали в полиции четыре дня. Арест, четырехдневный допрос и претензии полиции Франции были неожиданностью по ряду причин.

    Как передает Median.Az со ссылкой на РБК, об этом основатель мессенджера сообщил в своем Telegram-канале.

    Дуров назвал следующие причины:

    – В Евросоюзе у Telegram есть представитель, который отвечает на запросы. Адрес электронной почты был общедоступен для любого жителя ЕС, его можно найти с помощью поиска в Google.

    – Французские власти могли множеством способов связаться с ним и попросить о помощи, ведь он, будучи гражданином республики, часто посещал консульство в Дубае. По словам предпринимателя, некоторое время назад он удовлетворил просьбу и лично помог властям страны установить горячую линию с Telegram для борьбы с угрозой терроризма во Франции.

    – В случае недовольства интернет-сервисом принято заводить дело против самого сервиса, отметил основатель Telegram. Дуров назвал ошибочным подходом использование законов, написанных до появления смартфонов, в соответствии с которыми главу компании могут обвинить в преступлениях третьих лиц на управляемой им платформе. Бизнесмен пояснил, что “ни один инноватор никогда не будет создавать новые инструменты, если он знает, что может понести личную ответственность за возможное злоупотребление этими инструментами”.

    Дуров добавил, что иногда Telegram не может договориться с регуляторами какого-либо государства о правильном балансе между безопасностью и конфиденциальностью, и тогда сервис готов покинуть это государство ради соблюдения своих принципов, это происходило много раз.

    “Когда Россия потребовала, чтобы мы передали “ключи шифрования” для обеспечения слежки, мы отказались – и Telegram был запрещен в РФ. Когда Иран потребовал, чтобы мы заблокировали каналы мирных протестующих, мы отказались – и Telegram был запрещен в Иране, – напомнил он.

    “Все это не значит, что Telegram идеален. Даже то, что власти могут запутаться в том, куда отправлять вопросы, является чем-то, что мы должны улучшить. Но утверждения в некоторых СМИ о том, что Telegram – это своего рода анархический рай, абсолютно не соответствуют действительности”, – написал Дуров.

    Он заверил, что в Telegram ежедневно удаляются “миллионы вредоносных постов и каналов”, а платформа публикует отчеты о прозрачности, а также имеет прямые горячие линии с неправительственными организациями, чтобы быстрее обрабатывать срочные запросы на модерацию. Дуров рассказал, что быстрое увеличение числа пользователей Telegram привело к “болезни роста”, которая облегчила использование платформы преступниками, в связи с чем он поставил перед собой “личную цель добиться того, чтобы значительно улучшить ситуацию в этом отношении”.

    “Мы уже начали этот процесс внутри компании, и очень скоро я поделюсь с вами более подробной информацией о нашем прогрессе. Я надеюсь, что августовские события приведут к тому, что Telegram и индустрия социальных сетей в целом станут безопаснее и сильнее. Еще раз спасибо за вашу любовь и мемы”, – резюмировал Дуров.

    Павла Дурова и его спутницу, 24-летнюю криптокоуча Юлию Вавилову, задержали 24 августа в парижском аэропорту, куда они прилетели из Азербайджана. По данным СМИ, девушку и телохранителя бизнесмена допросили, а потом отпустили, забрав при этом их телефоны на экспертизу.

  • Pavel Durov Fransada saxlanılmasından DANIŞDI

    “Telegram” messencerinin baş direktoru Pavel Durov Fransada saxlanılması ilə bağlı ilk dəfə danışıb.

    Bu barədə messencerin təsisçisi özünün “Telegram” kanalında bildirib.

    Durov ona dəstək verən və qayğı göstərən hər kəsə minnətdarlığını bildirib. O, Parisə gəldikdən sonra dörd gün ərzində polis tərəfindən dindirildiyini söyləyib. Qeyd edib ki, digər istifadəçilərin “Telegram”dan sui-istifadəyə görə mümkün şəxsi məsuliyyəti barədə məlumatlandırılıb, çünki Fransa hakimiyyəti şirkətdən heç bir cavab almayıb.

    Durov bir neçə məqamı qeyd edərək, bu cür iddiaların onu təəccübləndirdiyini qeyd edib. O qeyd edib ki, əvvəla “Telegram”ın Avropa Birliyində bu regiondan gələn sorğuları qəbul edən və cavablandıran rəsmi nümayəndəsi var. Nümayəndənin əlaqə məlumatları hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə haqqında məlumat axtaran hər kəs üçün asanlıqla əldə edilə bilər.

    İkincisi, Fransa hakimiyyəti ölkənin Dubaydakı konsulluğuna tez-tez baş çəkdiyini və hətta onlara Fransada terrorizmlə mübarizə üçün qaynar xətt yaratmağa kömək etdiyini nəzərə alaraq, kömək üçün birbaşa ona müraciət edə bilərdi.

    Üçüncü məqam internet xidmətləri ilə işləmə praktikası ilə bağlı idi. Durov vurğulayıb ki, əgər ölkə onlayn xidmətin işindən razı deyilsə, daha adi üsul ona qarşı iddia qaldırmaqdır.

    Durov məxfilik və təhlükəsizlik arasında tarazlığa nail olmağın çətin olduğunu etiraf edib. Qeyd edib ki, məlumatların qorunması qanunvericiliyi hüquq-mühafizə orqanlarının tələbləri ilə razılaşdırılmalı, yerli və Avropa qanunları nəzərə alınmalıdır.
    //oxu.az

  • Dəriyə qulluq zamanı ən çox edilən səhvlər

    Pilinq vasitələrindən həddindən artıq istifadə, zəif nəmlənmə və kosmetikanın daim dəyişdirilməsi dəri baryerinin zədələnməsinə və qulluqdan nəticə əldə edilməməsinə səbəb ola bilər.

    Median.Az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkdan olan dermatoloq Dr. Şerin İdriss məlumat verib.

    Həkim qeyd edib ki, dəri qulluğunda əsas səhv turşulu pilinq vasitələrindən həddindən artıq tez-tez istifadə etməkdir: “Bir çox insan bilir ki, turşular ölü hüceyrələrdən qurtulmağa, məsamələri təmizləməyə və üzə gənc və təravətli görünüş verməyə kömək edir. Lakin, bu cür vasitələrin gündəlik istifadəsi dərini xarici qıcıqlandırıcılardan qoruyan qoruyucu dəri baryerini məhv edə bilər”.

    Dermatoloq izah edib ki, pilinq xüsusiyyətlərinə AHA-lar (alfa-hidroksil turşuları) və BHA-lar (beta-hidroksil turşuları), məsələn, qlikol və ya badam turşusu malikdir.

    İdriss ikinci geniş yayılmış səhv olaraq nəmləndirici vasitələrin nəzərə alınmaması və iqlimə uyğun olaraq onların dəyişdirilməməsini hesab edir. Həkimin fikrincə, qışda daha qalın teksturalardan, yayda isə yüngül teksturalardan istifadə etmək daha yaxşıdır.

    Dermatoloq əlavə edib ki, bir çox insan çox tez-tez yeni qulluq kosmetikası alır və köhnəsindən istifadə etməyi dayandırır. Bu yanaşma səhv ola bilər. Məsələ ondadır ki, vasitələrin effektivliyini qiymətləndirmək üçün onlardan iki-üç ay ərzində istifadə etmək lazımdır. Məhsulların daim dəyişdirilməsi toplanma effekti yaratmayacaq və dərinin vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməyəcək.
    //oxu.az

  • Задержан подозреваемый в серии мошенничеств с продажей автомобилей

    Сотрудники Ширванского городского отдела полиции задержали местного жителя Азера Алиева, подозреваемого в серии мошенничеств с продажей автомобилей.

    Об этом Median.Az сообщает со ссылкой на пресс-службу МВД.

    По данным следствия, А.Алиев размещал на сайтах объявления о продаже автомобилей различных марок по ценам значительно ниже рыночных. Мошенник представлял машины как свою собственность, хотя на самом деле не имел к ним никакого отношения.

    Покупатели перечисляли А.Алиеву задаток за понравившийся автомобиль. Однако после получения денег злоумышленник прерывал связь с ними и исчезал.

    По данному факту проводится расследование.

  • Ucuz qiymətə avtomobil satmaq adı ilə insanları aldadan şəxs ƏLƏ KEÇDİ

    Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Azər Əliyev saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, adıçəkilən şəxs müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, dəyərindən ucuz qiymətə satılması barədə elan saytlarında məlumatlar yerləşdirib.

    Zərərçəkənlərdən “beh” qismində müxtəlif məbləğlərdə pul əldə etdikdən sonra isə A.Əliyev onlarla əlaqəni kəsib.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Военнослужащий азербайджанской армии покончил с собой – ФОТО

    В Шамкирскую военную прокуратуру поступила информация о том, что военнослужащий N-ской воинской части Министерства обороны солдат Вели Аббасов покончил с собой выстрелом из оружия.

    Об этом сообщили в Военной прокуратуре.

    На основании поступившей информации сотрудники надзорного органа и Управления криминалистики и информационных технологий военной прокуратуры АР провели осмотр места происшествия и тела, в качестве вещественных доказательств изъяты предметы, имеющие отношение к делу.

    По данному факту в Шамкирской военной прокуратуре возбуждено уголовное дело, допрошены свидетели, назначены соответствующие экспертизы и проведены необходимые следственные действия.

    В настоящее время следствие продолжается.

  • Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürdü – FOTO

    Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Vəli Asəf oğlu Abbasov silahdan istifadə etməklə özünü öldürüb.

    Bu barədə Respublika Hərbi Prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib:

    “Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”.

  • Bakıda ata məktəbli qızına təcavüz edən kişinin BOĞAZINI KƏSDİ

    2024-cü ilin yanvarında metronun “Koroğlu” stansiyasının yaxınlığındakı ticarət köşklərindən birində qətl törədilməsi ilə bağlı Nizami Rayon Polis İdarəsi və Prokurorluğuna məlumat daxil olub.

    Hadisə yerinə gələn hüquq mühafizə orqanı əməkdaşları məlumatda göstərildiyi kimi, həmin ticarət köşkünün daxilində təxminən 30-35 yaşında olan kişi meyitinin olduğunu aşkar ediblər.

    Ona boğazından bıçaqla zərbə endirilib

    Meyitin şəxsiyyəti polisə məlum olmadığı üçün ilkin dindirmələr hadisə baş verən köşkün satıcısından başlayıb. Qətlin yeganə şahidi olan Flora Əliyeva (ad və soyad şərtidir) istintaqa verdiyi ifadəsində hər şeyin qəfil, qısa bir zamanda baş verdiyini bildirib:

    “Həmişə köşkdə alış-veriş edən taksi sürücüsü Elvin (ad şərtidir) nəsə almaq üçün yenə bura gəlmişdi. O, yenicə içəri daxil olmuşdu ki, onun ardınca orta boylu, qarabəniz bir nəfər də daxil oldu. Bir neçə dəqiqədən sonra qəfil nə baş verdiyini heç özüm də bilmədim. Həmin şəxs arxadan Elvinə bıçaqla zərbələr endirməyə başladı. Bir neçə zərbədən sonra Elvin yerə yıxıldı və döşəmənin üstü al qana boyandı. Hadisəni törədən isə dərhal oradan uzaqlaşdı”.

    Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyinə görə, mərhum sol boyun yuxu arteriyasının və qırtlağın kəsilməsi, sol döş qəfəsinin daxilə nüfuz edən yarası nəticəsində baş verən kəskin qan itkisi səbəbindən dünyasını dəyişib. Həmin şəxsin Binə qəsəbə sakini Elvin Rüstəmov (ad və soyad şərtidir) olduğu məlum olub.

    Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq tədbirlərinə start verilərkən polisə məlum olub ki, könüllü hüquq mühafizə orqanlarına təslim olan şəxs sözügedən hadisəni törətdiyini etiraf edib və cinayətdə istifadə etdiyi ov bıçağını da polisə təqdim edib.

    Məktəbdən ailəyə edilən təəccübləndirici zəng

    Qətli törətdiyini etiraf edən Kərim Həsənov (ad və soyad şərtidir) istintaqa ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini vurğulayıb. O, qətlə yetirdiyi Elvin Rüstəmovu əvvəllər tanımadığını və onunla heç bir şəxsi ədavəti olmadığını qeyd edib. Hadisə baş verməmişdən bir neçə ay əvvələ təsadüf edir. Kərim işdə olarkən həyat yoldaşı ona zəng edərək 11-ci sinifdə oxuyan qızları Kübra (ad şərtidir) ilə əlaqədar xəbər verib. Həyat yoldaşı bildirib ki, qızları idman dərsinə girməyib. Buna görə Kərim qızının oxuduğu orta məktəbə gedib və Kübranın həqiqətən də orada olmadığını görüb. Mobil telefonuna zəng çatmadığından ailə üzvləri nə edəcəklərini bilməyiblər.

    Kərim ifadəsində bildirib: “Qızım 11-ci sinifdə oxuyurdu. Dinə bağlı olduğu üçün başıbağlı gəzirdi, namaz qılırdı. Buna görə də onun məktəbdən kənar bir yerə getməsini təsəvvür etmirdik. Məktəbdə müəllimələrdən biri onun taksiyə əyləşərək oradan uzaqlaşdığını bildirdi”.

    Hadisələr bundan sonra başlayıb. Ailə başçısının qızı ilə açıq münasibətinin olmaması səbəbindən Kübranın taksi ilə hara getdiyini öyrənmək anaya həvalə edilib. Kərim ifadəsində qeyd edir: “Qızım evə gələndən sonra hər şey aydın oldu. Anasının onunla söhbətindən bəlli oldu ki, məktəbdə əyləşib getdiyi taksinin sürücüsü Elvinlə bir müddət münasibətləri yaranıb. Elvin əvvəllər də bu qayda ilə onu bir neçə dəfə məktəbdən götürərək aparıb”.

    Bir neçə dəfə evlənərək boşanmış şəxsin azyaşlı qız sevdası

    Kərim Həsənov məsələnin aydınlaşdırılması üçün Elvinin mobil telefonunu taparaq onunla görüşmək istədiyini bir neçə dəfə bildirsə də, qarşı tərəf müxtəlif bəhanələrlə bu görüşdən yayınıb. Qəsəbədə öyrənib ki, Elvin, saysız-hesabsız qızlarla münasibət quraraq onları sonda aldatmaqla tanınmış bir şəxsdir. Hətta onun üç dəfə evlənərək boşandığı barədə söz-söhbətlər yayılıb. Kərim məsələnin daha ciddi olduğunu anlayaraq qızı ilə özü söhbət edib nə baş verdiyini öyrənmək qərarına gəlir. Buna görə də, 11-ci sinif şagirdi Kübra hər şeyi açıb atasına olduğu kimi danışır.

    Kübranın istintaqa verdiyi ifadəsindən də bəlli olub ki, onun Elvinlə ilk tanışlığı onun avtomobilindən taksi xidməti kimi istifadə edərkən yaranıb. Kübra ifadəsində bildirib: “Elvinlə birinci tanışlığım onun idarə etdiyi taksi ilə metro stansiyasına gedərkən baş verdi. O, mənimlə olan qardaşımdan yol pulu olan bir manatı alsa da, mənim hicablı olduğumu və özünün də dindar olduğunu deyərək məndən yol pulunu almadı. Bundan sonra da, hazırlığa gedərkən bu hal bir neçə dəfə baş verdi. O hətta arada avtomobildə gözləyərkən mənə çay da alırdı. Bu səbəbdən mənim ona simpatiyam artdı və daha sonra görüşməyə başladıq”.

    “O mənim azyaşlı qızımın həyatını puç etmişdi”

    Kərim qızı Kübra ilə açıq söhbət edərkən ona məlum olub ki, Elvin adi gəzib-dolaşmaq üçün deyil, azyaşlı qızının həyatına təcavüz etdiyi üçün onu məktəbdən götürərək aparıb. Kübra atasına bir dəfə Günəşli qəsəbəsində tanımadığı bir evdə və Binə qəsəbəsindəki “Sovxoz” adlanan ərazidə tanımadığı evlərdə iki dəfə Elvinlə görüşdüyünü və cinsi münasibətdə olduğunu etiraf edib. Əhməd bunları qızından eşidəndən sonra Elvini qəti olaraq həyatdan məhrum etmək qərarına gəlib. Buna görə də, o, “Sədərək” Ticarət Mərkəzindən ov bıçağı alaraq Binə qəsəbəsində Elvinlə rastlaşıb, planını həyata keçirə biləcəyi anı gözləyib.

    Kərim ifadəsində bildirib: “O, mənim azyaşlı qızımın həyatını puç edib. Mənim bundan başqa əlacım yox idi. Binə qəsəbəsində onun müştəri götürərək “Koroğlu” istiqamətinə getdiyini gördüm. Başqa avtomobillə mən də o istiqamətə getdim və onu orada marketə girərkən gördüm. Arxasınca mən də girdim”.

    Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Bütün əhəmiyyət kəsb edən sübutlar, şahid ifadələri və təqsirləndirilənin səmimi ifadəsi hüquqi qiymət verilib və Kərim Həsənovun 9 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edilib.
    //oxu.az

  • Президент Ильхам Алиев примет участие в международном форуме в Италии

    Сегодня в итальянском городе Черноббио мозговой центр The European House – Ambrosetti проведет международный форум.

    Как сообщает АЗЕРТАДЖ, находящийся с рабочим визитом в Италии Президент Азербайджана Ильхам Алиев примет участие в форуме в качестве главного гостя.

    На 50-й по счету сессии форума “Будущие глобальные вызовы и их влияние на бизнес” запланировано выступление главы нашего государства на тему “Роль Азербайджана в новой геополитической ситуации”.

    Участие Президента Ильхама Алиева в качестве главного гостя в этом престижном форуме является наглядным проявлением высокого авторитета нашей страны на международной арене, статуса надежного партнера, ведущего актора региона, а также высокой оценки международным сообществом значительного вклада Азербайджана в энергетическую безопасность Европы.

    Напомним, что выступление главы нашего государства на форуме в 2022 году и подробные ответы на вопросы представителей зарубежных СМИ вызвали большой интерес участников мероприятия.

    Следует отметить, что в работе данного престижного форума также принимает участие ряд глав государств и правительств, в том числе президент Итальянской Республики Серджо Маттарелла (посредством видеоконференции), председатель Совета министров Италии Джорджа Мелони, президент Украины Владимир Зеленский, премьер-министр Венгрии Виктор Орбан, а также сенаторы Линдси Грэм и Бен Кардин, председатель Палаты представителей Майк Джонсон и другие влиятельные лица.

    The European House – Ambrosetti, функционирующий с 1965 года, считается ведущим мозговым центром Италии в области управленческих и консультационных услуг. Он имеет офисы и обширную сеть партнерских отношений в Центральной Европе и за ее пределами. The European House – Ambrosetti, занимающий первое место в Италии и находящийся в ТОП-10 в Европе согласно ведущим рейтингам мозговых центров, проводит различные мероприятия, форумы, на которых обсуждаются вопросы, имеющие значение для итальянских и европейских компаний, а также способствует развитию сотрудничества.

  • Prezident İlham Əliyev İtaliyada keçirilən beynəlxalq forumda iştirak edəcək

    Bu gün İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən beynəlxalq forum keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, İtaliyaya işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyev forumda əsas qonaq qismində iştirak edəcək.

    Sayca 50-ci olacaq Forumun “Gələcək qlobal çağırışlar və onların biznesə təsiri” adlı açılış sessiyasında dövlətimizin başçısının “Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu” mövzusunda çıxışı nəzərdə tutulur.

    Prezident İlham Əliyevin bu mötəbər Forumda əsas qonaq kimi iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir.

    Xatırladaq ki, dövlətimizin başçısının 2022-ci ildə keçirilən forumdakı çıxışı və xarici media nümayəndələrinin suallarına verdiyi ətraflı cavablar forum iştirakçılarının böyük marağına səbəb olmuşdu.

    Qeyd etməliyik ki, bu nüfuzlu forumun işinə, eyni zamanda, bir sıra dövlət və hökumət başçıları, o cümlədən İtaliya Respublikasının Prezidenti Sercio Mattarella (videokonfrans vasitəsilə), İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Macarıstanın Baş naziri Viktor Orban, həmçinin senatorlar Lindsey Graham və Ben Cardin, ABŞ Nümayəndələr Palatasının sədri Mayk Conson və digər nüfuzlu şəxslər qatılıblar.

    1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. O, Mərkəz Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar, müxtəlif tədbirlər keçirərək italyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına, eyni zamanda, əməkdaşlığın təşviqinə xidmət edir.

    “The European House – Ambrosetti”, eyni zamanda, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir göstərmək imkanına malik, ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir.

    “The European House – Ambrosetti” müstəqil qurum olsa da, müşahidələr göstərir ki, Çernobbio Forumuna İtaliya hökuməti tərəfindən böyük dəstək göstərilir. “The European House – Ambrosetti”, həmçinin İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ilə sıx əməkdaşlıq edir. Bu qurum bir çox hallarda İtaliya XİN-in iqtisadi beynəlmiləlləşmə ilə bağlı fəaliyyətinə cəlb olunur.

    İllik Çernobbio Forumu “The European House – Ambrosetti”nin ən əsas tədbiri hesab edilir. Bu Forum İtaliyada dövlətlərin rəhbər şəxslərinin, rəsmilərinin, İtaliya və Avropanın böyük şirkətlərinin rəhbərlərinin bir araya gəldiyi ən nüfuzlu tədbir hesab edilir. Ənənəvi olaraq sentyabr ayının əvvəlində Komo gölünün sahilində yerləşən “Villa d’Este”də keçirilən Çernobbio Forumu yüksək səviyyəli qonaqlar, beynəlxalq siyasi və iqtisadi səhnənin aparıcı liderləri ilə görüşmək və müzakirələr aparmağa şərait yaradır. Forum zamanı nüfuzlu ekspertlərin töhfəsi ilə biznes ictimaiyyəti və İtaliya üçün aktual olan məsələlərlə bağlı hazırlanmış ən mühüm tədqiqatlar təqdim keçirilir.

    Ənənəvi olaraq üç gün davam edən forumun ilk günün adətən əsas qlobal tədbirlərə həsr olunur və müzakirəyə çıxarılan məsələlər əsasən iqtisadi, geosiyasi və elmi-texnoloji xarakter daşıyır. Həmin gün İtaliya üçün xüsusi önəm daşıyan ölkələrin dövlət və hökumət başçıları, həmçinin rəsmi şəxsləri əsas qonaq qismində çıxış edirlər. İkinci gündə isə diqqət daha çox Avropaya yetirilir, Aİ-nin bütün institutların nümayəndələrinin və rəsmilərinin iştirak ilə Aİ-nin qarşılaşdığı ən ümdə məsələlər ətrafında fikir mübadiləsi aparılır. Forumun üçüncü günü isə İtaliyaya həsr olunur və həmin tədbirlərdə ölkənin hökumət, rəsmilərinin, maliyyə və biznes dünyasının nümayəndələrinin iştirakı iştirak edirlər.