Month: September 2024

  • Şuşa teatrı bu il doğma evinə köçəcəkmi?

    151 yaşlı Azərbaycan teatrı yeni mövsümə başlayır. İncəsənət məbədi sayılan teatrlar həm paytaxtda, həm də bəzi rayonlarda fəaliyyət göstərir. Şuşa Dövlət Musiqili teatrı isə Qarabağ hadisələrindən sonra Bakıya köçürülüb. Bakıda ilk tamaşasını 1993-cü ildə nümayiş etdirən teatr 31 ildir ki, həm şuşalılara, həm də paytaxt sakinlərinə xidmət edir. 2020-ci ildə II Qarabağ müharibəsi zamanı Şuşa şəhəri işğaldan azad edildi. Rəsmi məlumatlara görə, indiyədək Şuşa şəhərində 177 ailənin (672 nəfərin) daimi məskunlaşması təmin edilib.

    Bəs teatr, necə bu il Şuşada fəaliyyətini davam etdirəcəkmi?

    Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Şuşa Dövlət Musiqili Teatrın icraçı direktoru Yaşar Muradov Şuşaya qayıdacaqları günü gözlədiklərini deyib:

    “Çox böyük ümidlə Şuşaya qayıdacağımız günü gözləyirik. Amma biz qayıtmaqla bağlı dəqiq tarix deyə bilmirik. Ölkə başçısı nə vaxt Şuşa teatrının Şuşaya köçməsi, orada fəaliyyətini davam etdirməsi ilə bağlı qərar verəcəksə, həmin vaxt biz də böyük sevinc və qürurla köçüb, orada fəaliyyət göstərəcəyik”.

    O, bu mövsümdə yeni əsərlərə də quruluş veriləcəyini qeyd edib:

    “Yeni mövsüm üçün repertuarımız bəllidir. Həftə sonundan tamaşalarımız tamaşaçılara təqdim olunacaq. Bu mövsümdə yeni əsərlər də səhnələşdiriləcək. Hansıların olacağı barədə bir müddət sonra məlumat veriləcək”.

    Xatırladaq ki, Şuşada ilk teatr 1938-ci ildə yaradılıb. Şuşa Dövlət Musiqili Dram Teatrı 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəskarlar dram dərnəyində, daha sonralar Xalq teatrında fəaliyyətlərini davam etdiriblər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə (11 may 1990) Mədəniyyət Nazirliyi tərəfindən (25 may 1990) Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti bərpa edilib. Məlum Qarabağ hadisələrindən sonra 1992-ci ildə teatr Bakıya köçüb.

  • 2-3 dəfə baha təklif olunan mənzillər – Günlük kirayənin hansı riskləri var?

    Bəzi ev sahibləri, xüsusi ilə şəhərin mərkəzi hissəsində evləri olan şəxslər düşünür ki, həmin mənzilləri günlük kirayə vermək daha sərfəlidir.

    Belə evləri daha çox ölkəyə səfər edən xarici turistlər bir və ya bir neçə günlük, yay mövsümündə isə dəniz kənarına yaxın həyət evlərini yerli vətəndaşlar kirayə götürür.

    Bəs evləri günlük kirayə verərkən ev sahibləri nəyə diqqət etməlidir? Mənzilləri günlük kirayə verməyin hansı riskləri var?

    Mövzu ilə bağlı Valyuta.az-a danışan əmlak məsələləri üzrə Ramil Qasımzadə bildirib ki, mənzillərin günlük kirayə qiyməti ilə aylıq kirayə qiymətləri arasında ən azı 3 dəfə fərq olur:

    “Şəhərin xüsusi ilə də mərkəz hissəsində olan evlərin əksəriyyəti aylıq deyil, günlük kirayə verilir. Bununla vətəndaşlar düşünür ki, bir ay ərzində həmin evin istismar olunmağındansa, bir neçə gün istifadəsi daha sərfəlidir. Bu zaman isə aylıq kirayə qiyməti ilə günlük kirayə qiymətləri arasında ən azı 3 dəfəyə qədər fərq olur. Məsələn, gündəlik kirayə verilən evin bir günün qiymət 100-150 manatdırsa, həmin ev aylıq kirayə verilərsə, təxminən dəyəri 1000-1500 manat arası olur. Aylıq kirayə götürəndə günü 50 manata düşürsə, gündəlikdə isə 100-150 manat arası pul tələb olunur”.

    Ekspert deyir ki, şəhərin müxtəlif yerlərində günlük kirayə qiymətlərində fərq var:

    “Doğrudur, şəhərin müstəqil istiqamətlərində bu qiymətlər 30, 35, 50 manat arası da dəyişə bilir. Lakin elə evlər var ki, daha bahalıdır.

    Bundan başqa evlərini daha ucuz qiymətə təklif edən ev sahibləri aylıq kirayəyə üstünlük verirlər. Məsələn, evləri 1-2 otaq olan şəxslər daha çox aylıq kirayəyə üstünlük verirsə, evi 2 otaqdan artıq olanlar isə evlərini günlük kirayə verməyi üstün tuturlar. Bunlar hamısı isə qiymətə bağlı məsələlərdir. Evin vəziyyətindən, yerləşməsindən, şəraitindən asılı olaraq qiymət dəyişə bilər. Təbii ki, evləri gündəlik kirayə verənlərin də gəlirləri artıq olur”.

    Ramil Qasımzadənin sözlərinə görə,evlərini günlük kirayə verənlər xüsusi internet platforması vasitəsi ilə işləyir:

    “Bu şəxslər “Booking”, “Trip Advisor” və s. kimi saytlar vasitəsi ilə evlərini kirayə verə bilərlər. Həmin saytlarla müqavilə əsasında evlərini xüsusi ilə xarici vətəndaşlara kirayə verirlər. Evləri kirayə götürən şəxslər də bu evləri saytlardan rahatlıqla tapa bilir, evin yerləşməsinə, təmirinə, otaq sayına və s. məsələlərə baxa bilirlər. Belə saytlar vasitəsi ilə kirayə verilən evlərin isə minimum kirayə qiyməti 50 dollardan və ya 85 manatdan başlayır. Amma bir çox hallarda uzun müddətli kirayə götürmək istəyəndə
    qiymətlərinə hətta endirimlər olur”.

    Mənzilləri günlük kirayə verməyin risklərindən də danışan həmsöhbətimiz bildirib ki, burda da bir çox problem yarana bilir:

    “Evləri daha tez-tez yığışdırmaq üçün təımizlikçi tələb olunur, avadanlıqların tez sıradan çıxma riskləri yüksəkdir. Aylıq kirayə verilən mənzillərdə bu sıradan çıxan əşyaları mənzili kirayə götürənlər özləri düzəldir, mənzildə baş verən bütün risklər evi kirayə götürənə məxsus olur, amma gündəlik kirayələrdə bu məsələlərə nəzarət etmək çətinləşir”.

  • Nazirliyin 15 mənzil aldığı Ekaterina Mekhtieva kimdir?

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Qazax rayonunda 2 otaqlı mənzillərin satın alınması ilə bağlı tenderə yekun vurub.

    Qaynarinfo xəbər verir ki, tenderin qalibi gərdi sahibkar Ekaterina Mekhtieva qalib seçilib.

    Tenderin şərtlərindən aydın olur ki, Ekaterina Mekhtievadan 9 ədəd 3, 6 ədəd isə 2 otaqlı mənzil alacaq.

    Bunun müqabilində sahibkara 876 003 manat ödəniləcək. Bir mənzilin qiyməti ortalama 58 400 manata düşür.

    Açıq mənbələrdə Ekaterina Mekhtieva haqqında heç bir məlumat yoxdur.

    Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir. O, 2018-ci ildən bu vəzifədədir.

  • Hüseyn Həsənov 145 milyon ödədi, evini və lüks avtomobillərini xilas etdi

    Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin (FTS) bloger Hüseyn Həsənova qarşı iddiası üzrə icraata xitam verib.

    Qaynarinfo xəbər verir ki, bu barədə “Life SHOT” məlumat yayıb.

    Avqustun 16-da azərbaycanlı bloger Federal Vergi Xidmətinə demək olar ki, 145 milyon rubl (təxminən 2 milyon 813 manat) məbləğində bütün borclarını ödəyib. Bundan əvvəl vergi orqanları blogerin dörd bankdakı hesablarını bloklayıb, həmçinin məhkəmə yolu ilə Moskva şəhərinin hündürmərtəbəli binalarından birində, dəyəri 150 milyon rubl olan Neva Towersdəki mənzillərini əlindən almağa çalışıb.

    Federal Vergi Xidməti həmçinin Həsənovdan iki avtomobili – 2020-ci il istehsalı olan “Rolls-Royce Cullinan” və 2022-ci il istehsalı olan “Chevrolet Tahoe” avtomobillərini müsadirə etmək niyyətində idi.

    “Telegram” kanalı vurğulayır ki, bütün borclarını ödəyən Həsənov evini və lüks avtomobillərini xilas edə bilib. Borc ödənilən gün onun bank hesabları blokdan çıxarılıb.

    Hazırda Hüseynin xaricdə olduğu deyilir. Onun vəkili kanala bildirib ki, Həsənov xarici agentləri qarşısında bütün öhdəliklərini yerinə yetirən kimi Moskvaya qayıdacaq.

  • Qonşusunun soyuducusundan 5 kilo ət oğurladı – Məhkəmə qərarı

    Goranboyda qonşusunun soyuducusundan 5 kiloqram ət, balıq və 2 ədəd turşu bankasını oğurlayan şəxs saxlanılıb.

    Qaynarinfo-nun məlumatına görə, hadisə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində baş verib.

    1992-ci il təvəllüdlü A.Şirinov spirtli içki qəbul etikdən sonra qonşusunun evindən oğurluq etmək qərarına gəlib. O, spirtli içkinin təsirindən sərxoş vəziyyətdə qonşusu Fazil İsamyılovun fərdi yaşayış evinə pəncərən daxil olub. Mənzilə daxil olduqdan sonra mətbəxə keçib və soyuducudan təxminən 4-5 kilo ət, balıq və 2 ədəd turşu bankasını oğurlayıb.

    Məhkəmənin qərarı ilə A. Şirinov İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib və barəsində 200 saat müddətinə ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilib.

    İctimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş A.Şirinov üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirməli və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməlidir.

  • Sabah Sumqayıtın bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq

    Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.

    Bildirilib ki, Sumqayıt şəhərində pilot layihə çərçivəsində həyata keçiriləcək təmir-quraşdırma işləri ilə əlaqədar, sentyabrın 6-sı saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir-quraşdırma işləri aparılan müddətdə Sumqayıt şəhərinin 17-ci və 18-ci mikrorayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Məşhur qadın futbolçu karyerasını sonlandırıb

    ABŞ-li qadın futbolçu Aleks Morqan karyerasını bitirib.

    Qadın futbolunun məşhur simalarından sayılan Morqan 2012-ci ildə Olimpiya, milli komandanın heyətində ikiqat dünya (2015, 2019), Fransanın “Lion”un kollektivinin tərkibində isə Çempionlar Liqasının qalibi olub.

    35 yaşlı hücumçu sentyabrın 8-də ölkəsinin “San Dieqo Veyv” klubunda sonuncu matçını keçirəcək.

  • MSK bu gündən ancaq poçtla daxil olan və 3 günlük müddəti əhatə edən şikayətlərə baxacaq

    Mərkəzi Seçki Komissiyası bu gündən ancaq poçtla daxil olan və müəyyən edilmiş 3 günlük müddəti əhatə edən şikayətlərə baxacaq.

    Bunu Komissiyanın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

    O qeyd edib ki, qanuna əsasən, müraciətlər üçün ayrılan vaxt başa çatıb:

    “Poçtla göndərilən müraciətlərdə isə ştamp vurulan tarix 3 günlük müddətə uyğun gələn müraciətlər MSK-da müzakirəyə çıxarılacaq. Tələbimiz budur ki, araşdırma ciddi aparılsın”.

    MSK sədri aydınlaşdırıb ki, bu gün saat 6-dan sonra gələn müraciətlərə baxılmayacaq, çünki müddət bitib.
    //report

  • Paris-2024: 53 yaşlı idmançı finala vəsiqə qazanıb

    53 yaşlı rusiyalı idmançı Yelena Prokofyeva Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

    Stolüstü tennisçi yarımfinalda yaponiyalı Kanami Furukavaya qalib gəlib – 3:2 (5:11, 11:9, 10:12, 11:7, 11:6).

    Prokofyeva finalda Yaponiyanın digər təmsilçisi Natsuki Vada ilə üz-üzə gələcək. Qızıl medal uğrunda qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

    Yelena Prokofyeva Tokio paralimpiadasında qızıl medal əldə edib. O, 2018-ci ildə dünya çempionu olub.

    Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
    //report

  • Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 2 dəfədən çox azalıb

    Bu ilin yanvar-avqust aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 675 kiberhücum indikatoru (IOC) müəyyən edib.

    Bu, bir il əvvəlki göstəricidən 17 % azdır.

    Kibertəhdidlərin 340-ı daxili araşdırma, 335-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

    Təkcə avqust ayında 52 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 2,3 dəfə azdır.

    Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 560,7 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3 milyon 43 min 900, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 170 min 768 zərərverici tərkibli elektron sənəd blok edilib.