Month: September 2024

  • Salyanda yol qəzasında biri azyaşlı olmaqla iki nəfər xəsarət alıb

    Salyanda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

    Median.Az-in məlumatına görə, hadisə şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.

    Belə ki, Neftçala rayonunun Cəngan kənd sakini, 2003-cü il təvəllüdlü Məlikov Ağababa Ümidvar oğlunun idarə etdiyi motosiklet Salyanın Yolüstü kənd sakini, 2018-ci il təvəllüdlü Kərimova Əsmar Toğrul qızını vurub.

    Qəza nəticəsində sürücü və azyaşlı uşaq müxtəlif dərəcəli xəsarətlər alıblar.

    Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Elçin Turabov vəfat etdi

    Müstəqil Azərbaycan radiosunun siması, CONNECT şirkətinin yayım departamentinin direktoru Elçin Turabov vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat veriblər.

    Elçin Turabov 80-ci illər nəslinin yaxşı tanıdığı, “Birinci FM” kimi tanınan məşhur radionun yaranmasının şahidi olan bir şəxs idi.

    Onun səsi insanları depressiyalardan çıxarmağa kömək edir, efirdəki şən zarafatları ilə dinləyiciləri problemlərinə başqa bucaqdan baxmağa təşviq edirdi. Eyni zamanda, Elçin həmişə o dövrdə kifayət qədər ciddi problemləri qaldırmağı bacarırdı.

  • Mehriban Əliyeva Azərbaycan paraüzgüçüsü Vəli İsrafilovu təbrik edib

    Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir:

    “Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov “Paris-2024” Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısıdır! İdmançımızı təbrik edir, ona yeni qələbələr və nailiyyətlər arzulayıram!”

    Qeyd edək ki, Vəli İsrafilov SB13 kateqoriyasında 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışında qüvvəsini sınayıb. O, 1:05:35 nəticə göstərərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

  • Gəncədə zəncirvari QƏZA: Mikroavtobus altı maşına çırpıldı

    Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
     
    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
     
    Şəhərdə 2 saylı xətt üzrə işləyən “Hyundai” markalı sərnişin mikroavtobusu idarəetməni itirərək “Niva”, “Mitsubishi”, “Chevrolet” və daha üç “Hyundai” markalı minik avtomobilinə çırpılıb.
     
    Qəza zamanı xəsarət alan olmayıb, avtomobillərə ziyan dəyib.

    Məlumata görə, qəzanın səbəbi mikroavtobusunun əyləc sistemində yaranan nasazlıq olub.
     
    Ərazidə qısamüddətli tıxac yaranıb.
     
    Hadisə yerinə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb olunublar, yolda hərəkət bərpa edilib.
     
    Faktla bağlı araşdırma aparılır.

  • Мехрибан Алиева поделилась кадрами из поездки в Италию

    Первый вице-президент Азербайджана Мехрибан Алиева поделилась на своих страницах в социальных сетях кадрами из поездки в Италию.

    Как передает Median.Az, соответствующая видеозапись сопровождалась подписью: “Привет с озера Комо! 05.09.2024”.

    Отметим, что Президент Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева находятся с официальным визитом в Италии.

  • Mehriban Əliyeva İtaliyadan paylaşım edib

    Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında İtaliyadan paylaşım edib.

    Median.Az xəbər verir ki, paylaşımda bu sözlər yer alıb:
    “Komo gölündən salamlar! 05.09.2024”.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İtaliyada rəsmi səfərdədirlər.

  • Toy etmək istəyənlərin nəzərinə! – Qiymətlər qaldırıldı

    Ətin qiymətində müşahidə olunan artım restoran menyularına da ciddi təsir edib.
     
    Median.Az-ın məlumatına görə, restoran inzibatçıları deyirlər ki, menyunun tərkibində ət məhsullarına çox yer verildiyindən qiymətinin artması normal hesab olunur.
     
    Ətin yeni qiymətləri ilə menyunu köhnə qiymətdə saxlamaq restoran sahiblərinə sərf etmir. Bu səbəbdən də bəzi menyuların qiyməti 10-15 manat artıb.
     
    Restoranlar arasında elələri də var ki, menyunun qiymətini stabil saxlamaq üçün müxtəlif üsullara əl atırlar. Onlardan biri də menyunun tərkibində dəyişiklik etməkdir. 

    İnzibatçılar deyirlər ki, ətin qiymətindəki artım menyu qiymətlərinə təsir etdiyindən müştəri bazasında da ciddi azalma var.
     
    Qeyd edək ki, son artımdan sonra dana ətinin 1 kiloqramı 15-19 manat, quzu ətinin isə 1 kiloqramı 20-25 manat arası təklif olunur.
     
    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

  • Azərbaycanda neçə hektar meşə sahəsi var?

    Yaşıllıq, həyatın qaynağı, ətraf mühitin qorunması və insanların rifahı üçün fundamental rola malikdir. Bitkilər atmosferdəki karbon dioksidi udur və oksigen istehsal edir. Bu proses, qlobal istiləşmənin qarşısını alaraq atmosferin tərkibini balanslaşdırır. Yaşıllıq eyni zamanda su dövranını tənzimləyir, torpağın eroziyasının qarşısını alır və müxtəlif canlılar üçün həyat mühiti təmin edir.

    Araşdırmalar göstərir ki, təbiətə yaxın olmaq stressi azaltmağa, əhval-ruhiyyəni yaxşılaşdırmağa və ümumi rifahı artırmağa kömək edir. Parklar və yaşıllıq sahələri şəhərlərdə sosial əlaqələri gücləndirir və icma mühiti yaradır. Maraqlıdır, hazırda Azərbaycanda nə qədər yaşıllıq sahəsi var?

    Modern.az sualla Dövlət Statistika Komitəsinə müraciət edib.

    Komitədən bildirilib ki, ölkə ərazisinin 12 faizi və ya 1 040 688 hektarı meşə ilə örtülü sahələrin payına düşür.