Month: September 2024

  • Husilər İsrail paytaxtına raket atıblar

    Yəməndəki husi qiyamçıları İsrailin Təl-Əviv və Aşkelon şəhərlərindəki hərbi hədəflərə raketlər və pilotsuz uçuş aparatları atıblar.

    Bu barədə husilərin nümayəndəsi general Yəhya Sari “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

    “Qüvvələrimiz işğal altında olan Yaffa (Təl-Əviv) bölgəsində hərbi hədəfə və işğal altında olan Aşkelon ərazisindəki mühüm hədəfə hücum edərək hərbi əməliyyat keçirib”, – paylaşımda qeyd edilib.

    O bildirib ki, husilər Təl-Əvivə hücumda “Fələstin-2” ballistik raketindən, Aşkelona hücumda isə Yaffa dronundan istifadə ediblər.

    Y.Sari hər iki hücumun uğurlu olduğunu iddia edir.

  • Pezeşkian Nyu-Yorkdan 1100 tarixi lövhəni ölkəsinə qaytarıb

    İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkdan 1100 tarixi lövhəni ölkəsinə qaytarıb.

    Məlumatı “Mehr” agentliyi yayıb.

    Bildirilib ki, lövhələr bizim eradan əvvəl V əsrdə Əhəmənilər imperiyasının hökmdarı I Daraya məxsus olub.

    Lövhələrin qaytarılması İranın Xarici İşlər və Mədəni İrs nazirlikləri ilə ABŞ-nin Çikaqo Universiteti və ABŞ Prezidentinin hüquq şöbəsi arasında intensiv danışıqlardan sonra baş verib.

    Bu lövhələr çox vaxt mixi yazı ilə elam və ya aramey dillərində yazılıb. Müxtəlif forma və ölçülərdədir. Mövzuları əsasən resursların idarə edilməsi, yollar, sosial münasibətlər, əsas həyat ehtiyacları, əməkhaqqı və Əhəməni cəmiyyətinin iqtisadiyyatı ilə bağlıdır.

    Məsud Pezeşkian BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərində səfərdə olub. O, səfərdən dönərkən həmin tarixi abidələri ölkəsinə gətirib.
    //report

  • Çexiyada dünyanın ən böyük hokkey meydançası tikiləcək

    Çexiyada dünyanın ən böyük hokkey meydançası tikiləcək.

    Median.Az “Pravda.sk” nəşrinə istinadən xəbər verir ki, sözügedən ölkənin “Pardubitse” hokkey klubunun sahibi Petr Dedek 22 296 azarkeş tutumuna malik arena inşa etdirəcək.

    İdman obyektinin ümumi investisiya həcmi 10,5 milyard kron (417 milyon avro) təşkil edəcək.

    Kompleksdə əsas arena ilə yanaşı, kiçik zal, otel və qaraj da yer alacaq. Yeni meydançanın 2027-ci ilin yayına qədər hazır olacağı gözlənilir. Hər il orada 100-ə yaxın tədbir keçiriləcək.

    Qeyd edək ki, hazırda dünyanın ən böyük azarkeş tutumuna malik hokkey stadionu Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “SKA Arena”dır. Bu idman qurğusu 21 542 tamaşaçı qəbul etmək imkanına malikdir.

  • Пять сирийских военных погибли при ударе ВС Израиля недалеко от границы с Ливаном

    Пять военных погибли, один пострадал в результате авиаудара ВС Израиля по позиции сирийской армии возле границы с Ливаном.

    Как передает Median.Az со ссылкой на зарубежные СМИ, об этом сообщает Минобороны Сирии.

    “Сегодня примерно в 01.35 ВС Израиля со стороны Голанских высот нанесли удар по одной из наших военных позиций на сирийско-ливанской границе в районе населенного пункта Кфейр-Ябус в провинции Дамаск. В результате этого погибли пять военных и еще один получил ранения”, – сказано в сообщении.

  • Livanla sərhədin yaxınlığında beş suriyalı hərbçi həlak olub

    İsrailin Livanla sərhəd yaxınlığında Suriya ordusunun mövqelərinə aviazərbələr endirməsi nəticəsində beş hərbçi həlak olub, biri isə yaralanıb.

    Bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

    “Bu gün saat 01.35 radələrində İsrail Silahlı Qüvvələri Suriya-Livan sərhədindəki hərbi mövqelərimizdən birinə Qolan təpələrindən zərbə endirib, nəticədə beş hərbçi həlak olub, biri isə yaralanıb”, – məlumatda bildirilib.

  • Gürcüstanın Baş naziri: ABŞ ilə münasibətlərdə status-kvonu nəzərdən keçirə bilərik

    Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ ilə münasibətlərdə status-kvonun nəzərdə keçirilə biləcəyini deyib.

    Baş nazir jurnalistlərlə söhbəti zamanı hər şeyin Amerika tərəfindən asılı olduğunu bildirib.

    “Münasibətlər belə davam etməməlidir. Əks halda hazırkı status-kvonu nəzərdən keçirməli olacağıq”, – o qeyd edib.

    İ.Kobaxidze vurğulayıb ki, Gürcüstan tərəfinin kommunikasiya problemi yoxdur:

    “Tbilisidə görüşlər keçirilib, o cümlədən bir neçə gün əvvəl səfirlə də görüşülüb. Bizim ünsiyyət problemimiz yoxdur. Biz mesajı Amerika tərəfi ilə çox aydın şəkildə paylaşdıq və bu ismarış onların arasında da açıqlandı. Dedik ki, münasibətlər belə davam etməməlidir, əks halda mövcud status-kvonu nəzərdən keçirməli olacağıq. Bu bizə müxalif olan hadisələrdir. Hər şey Amerika tərəfdən asılıdır”.
    //report

  • В Нахчыване создан Экзаменационный центр

    В Нахчыванской Автономной Республике (НАР) создан Экзаменационный центр.

    Центр создан Министерством образования НАР для централизованного мониторинга успеваемости учащихся с целью повышения качества образования.

    Здесь 6 раз в течение учебного года будут организованы бесплатные пробные экзамены: в IV-VIII классах – в общем формате, а в IX-XI классах – в выпускном формате.

    В здании установлены самые современные оптические считыватели, полиграфическое оборудование, бумажная продукция и другие полиграфические материалы.

  • Naxçıvanda İmtahan Mərkəzi yaradılıb

    Naxçıvan Muxtar Respublikasında (MR) İmtahan Mərkəzi yaradılıb.

    Mərkəzi MR-in Təhsil Nazirliyi Naxçıvanda şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün yaradıb.

    Mərkəzdə IV-VIII siniflərdə ümumi, IX-XI siniflərdə isə buraxılış formatında olmaqla tədris ili ərzində 6 dəfə olmaqla ödənişsiz sınaq imtahanlarının təşkili həyata keçiriləcək.

    Yeni yaradılan mərkəz şagirdlərin biliyinin qiymətləndirilməsi işinə öz töhfəsini verməklə yanaşı tədrisin keyfiyyətinin artırılmasına şərait yaradacaq.

    Qeyd edək ki, imtahan mərkəzinə ən müasir optik oxuyucular, çap avadanlıqları, kağız məmulatları və digər çap vəsaitləri tender yolu ilə alınaraq quraşdırılıb.

  • Активы страхового сектора Азербайджана приблизились к 2 млрд манатов

    В первом полугодии текущего года активы страхового сектора Азербайджана увеличились на 5% или 93 млн манатов и достигли 1 млрд 920 млн манатов.

    Об этом говорится в “Отчете о финансовой стабильности за I полугодие 2024 года Центрального банка Азербайджана (ЦБА)”.

    Согласно документу, 49% активов (947 млн манатов) составляют государственные ценные бумаги, 21% (399 млн манатов) – средства банков, 8% (148 млн манатов) – негосударственные ценные бумаги, 7% (125 млн манатов) составляют дебиторская задолженность, а 15% – прочие активы.
    //report

  • Azərbaycanın sığorta sektorunun aktivləri 2 milyard manata yaxınlaşıb

    Bu ilin I yarısında Azərbaycanın sığorta sektorunun aktivləri 5 % və yaxud 93 milyon manat artaraq 1 milyard 920 milyon manata çatıb.

    Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı”nda bildirilir.

    Sənədə əsasən, aktivlərin 49 %-ni (947 milyon manat) dövlət qiymətli kağızları, 21 %-ni (399 milyon manat) bank vəsaitləri, 8 %-ni (148 milyon manat) qeyri-dövlət qiymətli kağızları, 7 %-ni (125 milyon manat) debitor borclar, 15 %-ni isə digər aktivlər təşkil edir.

    “Bazarın genişlənməsi fonunda sektorun aktivlərində müsbət dinamika müşahidə olunur”, – deyə hesabatda qeyd olunub.
    //report