Month: September 2024

  • Azərbaycan UEFA reytinqində bir pillə geriləyib

    Azərbaycan UEFA reytinqində bir pillə geriləyib.

    Ötən gün UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda İngiltərənin “Tottenhem” klubuna 0:3 hesabı ilə məğlub olan “Qarabağ” ölkənin əmsalına töhfə verə bilməyib.

    Hazırda 27-cı pillədə qərarlaşan Azərbaycanın əmsalı 19,125-ə bərabərdir.

    26-cı olan Rumıniya da Azərbaycanla eyni əmsala malikdir. 28-ci yerdəki Bolqarıstanın 18,875 əmsalı var.

    Qeyd edək ki, 55 ölkənin yer aldığı reytinq siyahısının ilk pilləsində İngiltərə (90.589) qərarlaşıb.

  • В Мексике пять человек погибли из-за последствий урагана “Джон”

    В мексиканском штате Герреро из-за последствий урагана “Джон” погибли пять человек.

    Как передает Median.Az со ссылкой на зарубежные СМИ, об этом сообщил президент республики Андрес Мануэль Лопес Обрадор на ежедневной пресс-конференции.

    “У меня есть отчет о том, что происходит не только в Акапулько, но и на всем побережье штата Герреро. К счастью, больших разрушений не было. В регионе Коста-Чика погибли четыре человека, еще один в Акапулько. На данный момент всего зафиксировано пять смертей”, – заявил Лопес Обрадор.

    Национальная метеорологическая служба Мексики сообщила, что сформировавшийся в Тихом океане ураган третьей категории по шкале Саффира-Симпсона “Джон” достиг тихоокеанского побережья страны в муниципалитете Маркелия (штат Герреро) вечером 23 сентября, после чего ослаб до тропического шторма и покинул территорию Мексики.

    По данным метеослужбы, “Джон” может превратиться в ураган второй категории и вновь обрушиться на мексиканское побережье вечером 26 сентября.

    Издание Milenio со ссылкой на главу палаты торговли, услуг и туризма штата Герреро Алехандро Мартинеса сообщило, что потери от урагана “Джон” в пострадавшем от удара стихии городе Акапулько могут достичь 1,5 млрд песо (около 7,75 млн долларов).

  • Meksikada “Con” qasırğası 5 nəfərin ölümünə səbəb olub

    Meksikanın Gerrero əyalətində “Con” qasırğasının fəsadları nəticəsində 5 nəfər ölüb.

    Bunu respublika Prezidenti Andres Manuel Lopes Obrador gündəlik mətbuat konfransında deyib.

    “Təkcə Akapulkoda deyil, Gerrero ştatının bütün sahillərində baş verənlər barədə hesabatım var. Xoşbəxtlikdən böyük dağıntılar olmadı. Kosta Çika bölgəsində dörd nəfər, digəri Akapulkoda ölüb. Hazırda cəmi beş ölüm qeydə alınıb”, – Lopes Obrador deyib.

    Meteoroloji Xidmətin məlumatına görə, “Con” qasırğası 2-ci kateqoriyaya çevrilərək sentyabrın 26-da axşam saatlarında yenidən Meksika sahillərini vura bilər.

  • Армения заявила о готовности открыть транспортные коммуникации для всех соседей

    Армения готова немедленно открыть коммуникации для Азербайджана, Турции, а также для остальных соседей и партнеров.

    Об этом заявил премьер-министр Армении Никол Пашинян в ходе своего выступления на 79-й сессии Генеральной Ассамблеи ООН в США.

    “Проект правительства Армении “Перекресток мира” нацелен на открытие транспортных маршрутов и создание возможностей для прокладки трубопроводов и кабелей, что является ключевым фактором для достижения мира. Мы готовы открыть наши маршруты как для Азербайджана, так и для Турции, а также для остальных соседей и партнеров. Это случится при уважении принципа суверенности юрисдикции сторон, их территориальной целостности. Армения готова гарантировать безопасность грузов, транспортных средств и людей на своей территории”, – сказал Пашинян.

  • Ermənistan bütün qonşuları üçün nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bildirib

    Ermənistan Azərbaycan, Türkiyə, eləcə də digər qonşular və tərəfdaşlar üçün kommunikasiyaları dərhal açmağa hazırdır.

    Bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı bildirib.

    “Ermənistan hökumətinin “Dünyanın kəsişməsi” layihəsi nəqliyyat yollarının açılması, boru kəmərlərinin və kabellərin çəkilməsi üçün imkanların yaradılması məqsədi daşıyır ki, bu da sülhə nail olmaq üçün əsas amildir. Biz həm Azərbaycana, həm də Türkiyəyə marşrutlarımızı açmağa hazırıq. Digər qonşular, tərəfdaşlar üçün bu, tərəflərin suveren yurisdiksiyası prinsipinə və onların ərazi bütövlüyünə hörmət edilməklə baş verəcək”, – Paşinyan bildirib.

  • Səfərbərlik Xidmətnin Daşkəsən rayon bölməsinin rəisi həbs edildi

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsini icra edən, mayor həbs edilib.

    Bu barədə hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

    Bildirilib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsini icra edən, mayor Anar Şakir oğlu Əsgərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.

  • İngiltərə klubunun baş direktoru xərçəng xəstəliyinə görə vəzifəsindən istefa verib

    İngiltərənin “Nyukasl” klubunun baş direktoru Darren İlz xərçəng xəstəliyinə tutulduğu üçün istefa verib.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    52 yaşlı funksionerə xroniki limfositar leykemiya diaqnozu qoyulub. O, yeni varis təyin olunana qədər vəzifəsinin icrasına davam edəcək.

    Qeyd edək ki, D.İlz 2022-ci ildən “Nyukasl”dadır. Karyerasına “Vest Bromviç” klubunda hüquq işləri üzrə direktor kimi başlayan funksioner daha sonra İngiltərədə “Tottenhem”, Şotlandiyada “Aberdin”, ABŞ-də “Atlanta Yunayted”in İdarə Heyətində çalışıb.

  • Bakıda qadın yaylığı ilə özünü asdı

    Bakıda intihar hadisəsi olub.

    Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib.

    Qəsəbə sakini Günel Şahbazova yaşadığı evdə yaylığı ilə özünü asıb. Onun hansı səbəbdən özünü öldürməsi isə məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Bu avtobusların hərəkət sxemi dəyişdirilir

    Sabahdan Bakının Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (Müasir İnnovasiyalar Liseyinin qarşısından 28 May küçəsi ilə kəsişməyədək) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Məlumata görə, buna səbəb paytaxt yollarında aparılan təmir işlərinin aparılmasıdır.

    Məhdudiyyətlə əlaqədar 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil ediləcək.

  • Maşını blokun qarşısında park edən sürücülər yolu kəsdilər – VİDEO

    Bakıda dayanma-durma qaydasını pozan sürücülər insanların yolunu kəsiblər. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Ələsgər Ələkbərov küçəsində yerləşən binaların birinin həyətində baş verib.

    Videogörüntünü qeydə alan bina sakini redaksiyamıza müraciət ünvanlayıb. O bildirir ki, blokun qarşısında dayanmış 01-BM-507 qeydiyyat nişanlı “Pegout” markalı və 99-MP-650 qeydiyyat nişanlı “Volkswagen” markalı avtomobilin sürücüləri blokun qarşısında dayanaraq sakinlərin yolunu kəsiblər. Görüntüdən də aydın şəkildə görünür ki, evə gedən məktəbli iki maşının arasından güclə keçib.

    Sözügedən videonu təqdim edirik: