Month: September 2024

  • Bu şəxslərə hər ay 150 manat veriləcək – Qərar

    Yaşayış yerindən kənarda yerləşən vergi orqanında xidmətə qəbul olunması və ya vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşayış yeri olmayan vergi orqanının vəzifəli şəxsinə və onun ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi Qaydası və məbləği təsdiq edilib.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Qərara əsasən, yaşayış yerindən kənarda yerləşən vergi orqanında xidmətə qəbul olunması və ya vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vergi orqanının vəzifəli şəxsinə xidmət keçdiyi dövr ərzində müvəqqəti yaşayış sahəsi üçün yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyası hər ay aşağıdakı məbləğlərdə verilir:

    – Bakı şəhərində – 150 manat;

    – Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat;

    – başqa şəhər və rayon mərkəzlərində – 75 manat;

    – digər yaşayış məntəqələrində – 55 manat.

    Bu Qaydada qeyd olunan vəzifəli şəxsə onun hər bir ailə üzvünə görə həmin bənddə nəzərdə tutulan müvafiq kompensasiyaların 50 faizi məbləğində əlavə pul kompensasiyası verilir.

    Bu Qayda ilə müəyyən edilmiş ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

    Həmçinin, mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi qaydası müəyyənləşib.

    Yaşayış yerindən kənarda yerləşən vergi orqanında xidmətə qəbul olunması və ya vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vergi orqanının vəzifəli şəxsi mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi üçün xidmət etdiyi vergi orqanına ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim edir:

    – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ərazi idarələri tərəfindən vergi orqanının vəzifəli şəxsinin xidmət etdiyi müvafiq vergi orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində mənzilin (yaşayış sahəsinin) olub-olmaması haqqında verilən arayış;

    – vergi orqanının vəzifəli şəxsinin mənzil kirayə götürməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilə;

    – vergi orqanının vəzifəli şəxsinin və ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin (evli olduğu halda), 15 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin surəti.

    Mənzil kirayəsi üçün pul kompensasiyası mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilənin imzalandığı gündən hesablanmaqla, lakin yeni vəzifəyə təyin edilmə günündən tez olmayaraq vergi orqanının vəzifəli şəxsinin xidmət etdiyi vergi orqanının rəhbərinin müvafiq əmrindən sonra verilir.

    Bu Qayda ilə müəyyən edilmiş sənədlər 5 hər ildə bir dəfə (ilin sonunda olmaqla) yenidən toplanaraq, vergi orqanının maliyyə strukturuna təqdim edilməlidir. Həmçinin vəzifəli şəxsin ailə tərkibində dəyişikliklər baş verdikdə, bu barədə vəzifəli şəxs tərəfindən rəhbərliyə məruzə edilməli və pul kompensasiyası ilə bağlı müvafiq sənədlər təqdim olunmalıdır (bu Qaydanın 3.4-cü bəndinin tələbləri nəzərə alınmaqla).

    Tələb olunan sənədlərin və ya məlumatların “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vergi orqanının vəzifəli şəxsindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vergi orqanının vəzifəli şəxsinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vergi orqanının vəzifəli şəxsi tərəfindən təmin edilir.

    Mənzilin kirayəsi üçün pul kompensasiyası vergi orqanının vəzifəli şəxsinin təqdim etdiyi müqavilədə nəzərdə tutulan kirayə haqqı məbləğində, lakin bu Qaydanın ilə müəyyən edilmiş məbləğlərdən artıq olmamaq şərti ilə verilir.

    Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xidməti yaşayış sahəsi ilə (digər yaşayış sahəsi ilə) təmin edilmiş vergi orqanının vəzifəli şəxsinə mənzil kirayəsi üçün pul kompensasiyası verilmir.

    Təsdiq edilən Qaydada göstərilən maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçiriləcək.

    Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

  • Romada İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü başlayıb

    Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü başlayıb.

    AZƏRTAC xəbər verir ki, Romanın “Chigi” Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

    Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    İtaliyanın nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloniyə təqdim olunublar.

    Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni birgə foto çəkdiriblər.

  • Bakının Azadlıq prospektində xüsusi hərəkət zolağı təşkil edilib

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Azadlıq prospektində xüsusi hərəkət zolağı təşkil edib.

    Zolağın uzunluğu 3 km-ə yaxındır.

    Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.

    Azadlıq prospektindən 10 müntəzəm marşrut xətti üzrə 150-dən çox avtobus keçir. Həmin müntəzəm marşrut avtobusları ilə gün ərzində 120 mindən çox sərnişin daşınır.

    Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək.

  • Türkiyədə 100 minlik qızıl oğurladıqları “şərik”lərini Bakıda qaçırıb döydülər

    Paytaxtda quldurluq etməkdə ittiham olunan Hüseyn İmanov, Babək Əhmədov və Nurəddin Şıxəliyevin cinayət işinin ilk məhkəmə baxış iclası keçirilib.

    Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxsin ifadəsi dinlənilib.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş Həsən Əhmədova qarşı törədilən quldurluq, bir müddət əvvəl onların Türkiyədə birlikdə oğurladığı qızıl-zinət əşyalarına görə olub.

    Zərərçəkən ifadəsi zamanı bildirib ki, o təxminən bir il əvvəl Türkiyədə olarkən təqsirləndirilən Nurəddin Şıxəliyev və daha başqa iki nəfərlə birlikdə dəyəri təxminən 100 min manatlıq qızıl oğurlayıblar. Aralarında olan şərti danışığa görə oğurluqda iştirak edən hər bir şəxsə 2 min manat verilməli imiş. Qızıllar isə müvəqqəti olaraq Həsənin Türkiyədə yaşadığı bacısının evində gizlədilib. Təqsirləndirilən şəxslərdən Nurəddin Şıxəliyev dostları Babək Əhmədov və Hüseyn İmanovla birlikdə öncədən planlaşdıraraq Həsəndən qızılları almaq qərarına gəliblər. Onlar Həsənin yaşadığı ünvanı öyrənərək Hövsan qəsəbəsinə gediblər. Onunla söhbət etmək üçün çayxanada görüşüblər. Orada bir qədər mübahisə etdikdən sonra onlar Həsəni Ramana qəsəbəsi ərazisindəki kafelərdən birinə aparıblar. Nurəddin oğurlanan qızılların ona çatacağını bildirərək Həsəndən qızılları Türkiyədən qardaşı vasitəsi ilə təcili gətirməsini tələb edib. Həsən buna etiraz etdikdə isə onlar ona təpik və yumruqla zərbələr endiriblər. Həsən qorxusundan oradan qaçaraq yaxınlıqdakı mağazalardan birindən kömək istəyib. İnsident barədə polisə məlumat verilib.

    Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) 144.2.3 (adam oğurluğu) və 180.2.5 (soyğunçuluq) maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

    Məhkəmə prosesi 26 sentyabradək təxirə salınıb.

  • Zərdabda əməliyyatdan sonra vəfat edən 18 yaşlı qızın ÖLÜM SƏBƏBİ BİLİNDİ (YENİLƏNİB)

    “Zərdab Rayon Mərkəzi Xəstəxanasında əməliyyatdan sonra dünyasını dəyişən xəstənin hemodinamik göstəriciləri norma daxilində olub”.

    Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

    Bildirilib ki, 4 sentyabr 2024-cü il tarixində saat 17:00-da 2005-ci il təvəllüdlü şəxs (qadın cinsli) Zərdab Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

    “Diaqnostik və laborator müayinələr aparıldıqdan sonra xəstəyə laparoskopik appendektomiya əməliyyatı icra olunub. Daha sonra xəstə qənaətbəxş vəziyyətdə cərrahiyyə şöbəsinə köçürülüb. Bu zaman onun hemodinamik göstəriciləri norma daxilində olub.

    Saat 07:00-da xəstənin vəziyyəti anidən ağırlaşdığından dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasiya tədbirlərə və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”, – deyə qurumdan bildirilib.

    * * * * *

    Zərdab Rayon Mərkəzi Xəstəxanasında qızın əməliyyatdan sonra dünyasını dəyişməsi ilə bağlı bəzi detallar məlum olub.

    Aytən Ramil qızı Qarayeva korbağırsaqdan əməliyyat edilib.

    “Gecə sancısı tutub, əməliyyata qaldırılıb. Əvvəl hər şey yaxşı olub, narkozdan ayılıb. Sonra qəfildən halı pisləşib və dünyasını dəyişib”, – deyə məlumatda bildirilir.

    Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb.

    * * * * *

    Zərdabda 18 yaşlı qız vəfat edib.

    Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə Zərdab Rayon Mərkəzi Xəstəxanasında baş verib.

    Rayonun Qoruqbağı kənd sakininin ötən gün keçirdiyi əməliyyatdan sonra dünyasını dəyişdiyi bildirilir.

  • Parkda qızla tanış olmaq istəyən, ona təpik vuran oğlana hökm oxundu

    Paytaxtın Səbail rayonu ərazisində küçədə gənc qıza qarşı xuliqanlıq əməli törətmiş oğlan saxlanılıb.

    “Qafqazinfo” xəbər verir ki, hadisə Badamdar qəsəbəsində baş verib. Polisə şikayət edən qız tanımadığı şəxsin onu izlədiyini və küçədə yaxınlaşaraq əl-qol hərəkətləri etdiyini, onu öpməyə çalışdığını bildirib.

    Müraciətdən bir neçə gün sonra polis əməkdaşları həmin şəxsin yerini müəyyən edərək onu saxlayıblar. Məlum olub ki, bu, Ağcabədi rayonunun kəndlərindən birinin sakini 1995-ci il təvəllüdlü F.Kərimovdur (şərti).

    Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

    Məhkəmədə şikayətçi qız da iştirak edib. O, polis bölməsində verdiyi ifadəni təsdiq edib:

    “Həmin gün saat 20 radələrində bacımla Badamdardakı parkda idik. Bizim oturduğumuz skamyaya bir nəfər əyləşərək mənimlə tanış olmaq istədiyini bildirdi. Dəfələrlə ona tanış olmaq istəmədiyimi dedim. Evə doğru gedəndə yaşadığım küçənin yaxınlığında bir daha ona rədd cavabı verdim. O isə əl-qol ataraq məni öpməyə cəhd etdi. Mənim ayağıma təpik vuraraq uzaqlaşmaq istəyəndə polisə şikayət edəcəyimi söylədim. Telefonumu əlimdən alaraq sındıracağını dedi. Mən isə jurnalist olduğumu söylədim. O, sistem işçisi olduğunu bildirərək telefonumu qaytardı”.

    Saxlanılan şəxs isə gənc qızın dediklərinin hamısının yalan olduğunu bildirib:

    “Mən sadəcə ona yaxınlaşaraq tanış olmaq istəmişəm”.

    Səbail Rayon Məhkəməsinin qərarı ilə F.Kərimova 10 sutka inzibati həbs cəzası verilib.

  • В Риме начался совместный рабочий обед президентов Азербайджана и Италии – ФОТО

    5 сентября начался совместный рабочий обед Президента Азербайджанской Республики Ильхама Алиева и Президента Итальянской Республики Серджо Маттареллы.

    Как сообщает АЗЕРТАДЖ, в Квиринальском дворце в Риме в честь Президента Ильхама Алиева был выстроен почетный караул.

    Президент Италии Серджо Маттарелла встретил главу нашего государства.

    Азербайджанская делегация была представлена Президенту Италии, а итальянская – Президенту Азербайджана.

    Затем было сделано совместное фото.





  • Prezident İlham Əliyevin Romada İtaliya Prezidenti ilə birgə işçi naharı olub – FOTO (YENİLƏNİB)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 5-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı olub.

    AZƏRTAC xəbər verir ki, Romanın “Quirinale” Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    İtaliya Prezidenti Sercio Mattarella dövlətimizin başçısını qarşılayıb.

    Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim edilib.

    Sonra birgə foto çəkdirilib.

    * * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 5-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı başlayıb.

    AZƏRTAC xəbər verir ki, Romanın “Quirinale” Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    İtaliya Prezidenti Sercio Mattarella dövlətimizin başçısını qarşılayıb.

    Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim edilib.

    Sonra birgə foto çəkdirilib.

  • Азербайджан запустил электронный визовый портал в связи с СОР29

    Правительство Азербайджана предоставило возможность бесплатного получения виз аккредитованным делегатам, которые примут участие в 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29), которая пройдет в Баку в ноябре этого года.

    Об этом сообщили в секретариате Рамочной конвенции ООН об изменении климата (UNFCCC).

    Документ можно получить через официальный визовый портал, а также дипломатические представительства и консульства Азербайджана за рубежом. Визовый документ COP29 выдается в течение трех рабочих дней после подачи онлайн-заявки через официальный портал электронных виз или после подачи заявления в дипломатические представительства и консульства Азербайджанской Республики за рубежом.

    Напомним, конференция COP29 пройдет в Баку с 11 по 22 ноября, соберет представителей более 190 стран мира. Ожидается участие около 80 000 – 100 000 делегатов. Азербайджан впервые принимает столь масштабное мероприятие, посвященное борьбе с глобальным изменением климата.

  • Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib

    Azərbaycan hökuməti bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasında (COP29) iştirak etmək üçün akkreditasiyadan keçmiş nümayəndələrə pulsuz viza almaq imkanı yaradıb.

    Bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) katibliyi məlumat yayıb.

    Məlumata görə, sənədi rəsmi viza portalı, eləcə də Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək olar.

    “COP29 vizası sənədi rəsmi elektron viza portalı vasitəsilə almaq üçün onlayn müraciət edildikdən və ya Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarına ərizə verildikdən sonra üç iş günü ərzində verilir”, – məlumatda qeyd olunub.