Month: September 2024

  • Байрактар: TEKNOFEST планируется провести в Северном Кипре

    Один из фестивалей Авиации, космоса и технологий (TEKNOFEST) планируется провести в Турецкой Республике Северного Кипра.

    Об этом технический директор турецкой компании Baykar Сельджук Байрактар заявил в ходе выступления в рамках финала конкурсов TEKNOFEST в Анталье.

    При этом Байрактар не назвал точную дату проведения фестиваля в Северном Кипре.

  • Bayraktar: “TEKNOFEST” Şimali Kiprdə də keçiriləcək

    “TEKNOFEST” Şimali Kiprdə də keçiriləcək.

    Bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Antalyada çıxışı zamanı deyib.

    O bildirib ki, belə bir plan var.

    S.Bayraktar “TEKNOFEST”in Şimali Kiprdə nə zaman təşkil ediləcəyi vaxtını açıqlamayıb.

  • Bərdədə 31 yaşlı kişi kanalda batıb

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Cəyirli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib.

    “Hazırda batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlunun axtarışları dalğıclar tərəfindən davam etdirilir”- deyə məlumatda qeyd edilib.

  • Ukraynada istefalar: hərbi əməliyyatlar sual altında – ŞƏRH

    Şərqi Avropada Rusiya ilə Ukrayna arasında davam edən müharibədə təxminən bir aya yaxındır ki, yeni dinamika müşahidə olunur. Belə ki, Ukrayna ordusunun Rusiyanın Kurs vilayətinə daxil olması ilə rəsmi Kiyev qismən təşəbbüsü ələ alıb. Amma ölkənin xarici işlər naziri Dmitro Kulebanın sentyabrın 4-də istefa ərizəsini yazması perspektivdəki əməliyyat və danışıqların gedişi ilə bağlı suallar yaradıb.

    Bundan əvvəl Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets və Dövlət Əmlak Fondunun sədri Vitali Koval istefa ərizələrini Ali Radaya təqdim etmişdilər.

    Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 5-də Dmitro Kulebanın istefasına münasibət bildirib. O, bu barədə “Xalqın Xidmətçisi” partiyasının iclasında danışıb. Dövlət başçısı qeyd edib ki, Dmitri Kuleba ona görə vəzifəsindən istefa verdi ki, onun Ukrayna ordusunun silahla təminatı məsələsini həll etməyə enerjisi çatmırdı.

    Ukraynada vəzifəli şəxslərin ard-arda istefa əraziləri yazması diqqət çəkir. Maraqlıdır ki, bu, Ukraynanın müharibədə qismən təşəbbüsü ələ aldığı və Rusiya ərazisinə daxil olduğu vaxta təsadüf edir. Belə bir vaxtda nazirlər niyə istefa verməlidir ki? Yəqin ki, adıçəkilən şəxslər yaxın günlərdə bu barədə açıqlama verəcəklər. Böyük ehtimalla, həmin şəxslərin əksəriyyətinin istefası qəbul olunacaq.

    Fikrimizcə, istefa ərazilərinin yazılmasının Ukraynanın təşəbbüsü ələ alması ilə eyni vaxta düşməsi təsadüfi deyil. Görünür, döyüş meydanında yaranan yeni reallıqlar Ukrayna hərbi-siyasi hakimiyyətində fikir ayrılığına səbəb olub. Təfərrüatlar barədə proqnoz vermək çətindir. Lakin mümkündür ki, V.Zelenski adıçəkilən şəxslərdən fərqli olaraq daha ehtiyatlı ritorikanın tərəfdarıdır və ya əksinə!

    Ukrayna hazırda xeyli dərəcədə ABŞ-dən asılıdır. Bu, rəsmi Kiyevin manevr imkanlarını məhdudlaşdırır. Ola bilsin, elə bu amil də hərbi-siyasi elitada ziddiyyətləri gücləndirir.

    Başqa bir versiya ondan ibarətdir ki, ola bilsin, V.Zelenski adıçəkilən məmurların fəaliyyətlərindən narazıdır. Mümkündür ki, əslində, Prezident özü sözügedən kadrlardan istefa ərizələrini yazmalarını istəyib.

    Əgər bu istefa ərizələri yazılmasaydı, Ukrayna hərbi-siyasi elitasındakı gərginlik daha da böyüyəcək və ictimailəşəcəkdi. Ola bilsin, rəsmi Kiyev bunun qarşısını almağa çalışıb.

    Onu da deyək ki, gələcəkdə Ukraynanın müdafiə naziri Rustem Umerovun da istefa ərizəsi yazması və ya istefaya göndərilməsi istisna deyil.

    V.Zelenskinin açıqlamasına gəldikdə isə deməliyik ki, bu fikrin nə qədər ciddi və doğru olması sual altındadır. Bəlkə də əsl səbəb başqadır. Hər halda nəzərə almaq lazımdır ki, Ukrayna ordusunun silahla təminatı məsələsi təkcə xarici işlər nazirinin vəzifəsi deyil. Bu işdə müdafiə nazirinin, baş nazirin və digər vəzifəli şəxslərin də rolu var. Əgər D.Kulebanın istefasının səbəbi doğrudan da V.Zelenskinin səsləndirdiyi fikirdirsə, onda gələcəkdə daha ciddi kadrların da vəzifəsindən azad olunması istisna deyil. Əgər D.Kulebanın istefasının səbəbi doğrudan da silah tədarükü ilə bağlıdırsa, deməli, o, xarici əlaqələri uğurla təmin edə, tərəfdaşlardan lazımi qədər dəstək ala bilməyib.

    Ukraynanın hazırda əldə etdiyi nisbi üstünlüyü qoruması üçün daha çox silah-sursata ehtiyacı var.

    Bütün hallarda dediklərimiz sadəcə versiyalardır. Prosesin pərdəarxası isə, onun gələcək inkişafı nəticəsində məlum olacaq.

  • Dünya və Avropa çempionu olmuş futbolçu Avstraliya klubuna keçib

    İspaniya millisinin heyətində Avropa və dünya çempionu olmuş Xuan Mata karyerasını Avstraliyada davam etdirəcək.

    36 yaşlı yarımmüdafiəçi “Uestern Sidney Uonderers”də çıxış edəcək.

    Qeyd edək ki, İspaniyada “Valensiya”, İngiltərədə “Çelsi”, “Mançester Yunayted” və Türkiyədə “Qalatasaray” kimi klubların formasını geyinmiş Mata 2009-2016-cı illər aralığında İspaniya yığmasında çıxış edib. O, 2010-cu ildə dünya, 2012-ci ildə Avropa çempionatının qalibi olub.

  • Завтра в Баку ожидается ветреная погода

    6 сентября в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, преимущественно без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Будет преобладать временами усиливающийся северо-западный ветер, который во второй половине дня сменится умеренным северо-восточным. Температура воздуха ночью составит 19-23°, днем – 26-29° тепла.

    Атмосферное давление повысится с 759 до 765 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 70-75%, днем – 50-55%.

    В районах Азербайджана преимущественно без осадков. Однако в некоторых горных и предгорных районах временами ожидаются дожди, в отдельных местах ливневого характера, грозы, град и туман.

    Будет преобладать временами усиливающийся западный ветер. Температура воздуха ночью составит 17-22°, днем – 25-30° тепла, в горах ночью 10-15°, днем – 18-22° тепла.

  • Bakıda külək əsəcək, rayonlarda arabir yağış yağacaq

    Sentyabrın 6-da Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, bölgələrdə arabir yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-29° isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq.

    Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-22° isti olacaq.

  • Путин: Россия не отказывается от транзита газа через Украину

    Если Украина отказывается от транзита российского газа, его поставки в Европу сократятся и пойдут по другим направлениям.

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом заявил президент РФ Владимир Путин на пленарном заседании Восточного экономического форума (ВЭФ).

    “Что касается Украины, мы не отказываемся от этого транзита, как ни странно”, – сказал он.

    По его словам, контракт на транзит заканчивается 31 декабря 2024 года.

    “Но если Украина отказывается от этого транзита, ну что же, мы же не можем их заставить”, – отметил Путин.

  • Putin: Rusiya Ukrayna ərazisindən qazın tranzitindən imtina etmir

    Əgər Ukrayna Rusiya qazının tranzitindən imtina edirsə, Avropaya qaz tədarükünün həcmi azalacaq və başqa istiqamətlərdə nəql olunacaq.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib.

    “Ukraynaya gəlincə, biz bu tranzitdən imtina etmirik”, – o bildirib.

    V.Putinin sözlərinə görə, tranzit müqaviləsinin müddəti 2024-cü il dekabrın 31-də başa çatır.

    “Əgər Ukrayna Rusiya qazının tranzitindən imtina edirsə, biz onları məcbur edə bilmərik”, – o qeyd edib.

  • “Sərhədçi” ilk transferini reallaşdırıb

    Yeni mövsümün hazırlıqlarına başlayan “Sərhədçi” basketbol komandası ilk transferini reallaşdırıb.

    Sevent Vudsla müqavilə imzalanıb.

    ABŞ-dən olan basketbolçu ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
    //report