Month: September 2024

  • Турецкие компании на освобожденных территориях Азербайджана выполнили подрядные работы на $2 млрд

    Турецкие компании к настоящему времени на освобожденных территориях Азербайджана выполнили подрядные работы на $2 млрд.

    Об этом заявил главный торговый советник посольства Турции в Азербайджане Мурат Яман на конференции-презентации Турецкой торговой выставки.

    Он отметил, что Азербайджан для турецких компаний – это, в том числе, возможность выхода на рынок СНГ.

    “Экономические и торговые отношения между Азербайджаном и Турцией развиваются, охватывая все сферы. Товарооборот между нашими странами растет, наша цель – довести его до $15 млрд”, – сказал М.Яман.

  • Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə 2 milyard dollarlıq iş görüb

    İndiyə qədər Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 2 milyard ABŞ dolları dəyərində iş görüb.

    Bunu Türk Ticarət Sərgisinin təqdimat konfransında Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Murat Yaman bildirib.

    “Azərbaycanla Türkiyə arasında iqtisadi-ticarət əlaqələri inkişaf edir, bütün sahələri əhatə edir. Ölkələrimiz arasında ticarət dövriyyəsi artır, məqsədimiz ticarət dövriyyəsinin dəyərini 15 milyard ABŞ dollarına çatdırmaqdır. Azərbaycan iqtisadiyyatı MDB bazarına açılan qapıdır”, – deyə o əlavə edib.

    Xatırladaq ki, Türk Ticarət Sərgisi bu il noyabrın 7-9-da Türkiyənin Ticarət Nazirliyinin himayəsi altında fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatının Türk Ticarət və Sənaye Palataları Birliyi ilə əməkdaşlığı çərçivəsində İstanbul Sərgi Mərkəzində keçiriləcək. Tədbir Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmətləri inkişaf etdirmək, bu xidmətlərin dünyanın digər yerlərində marketinqini asanlaşdırmaq məqsədi daşıyır, dövlət səviyyəsində dəstəklənir. Sərgi çərçivəsində B2B görüşləri, konfranslar keçiriləcək.

    2023-cü ildə Azərbaycanın türkdilli dövlətlərlə ticarət dövriyyəsinin dəyəri 9 milyard ABŞ dolları təşkil edib.
    //report

  • COP29 Əməliyyat Şirkəti: Yaşıl Zona özəl sektorun inkişafını sürətləndirmək əzmindədir

    Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) konfransının xüsusi məkanı – Yaşıl Zona yüksək səviyyəli tədbir təşkilatçılığı və proqramlaşdırma, eləcə də texnoloji innovasiya və qlobal məzmun tərəfdaşlığının vəhdəti sayəsində builki konfransın öz aktuallığını uzun müddət qoruyub saxlamasına böyük töhfə verəcək.

    Bu barədə “Report”a COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, bütün dünya ilin ən mühüm iqlim tədbiri üçün Bakıda toplaşır və belə bir vaxtda Yaşıl Zona maraqlı tərəflərin iqlim fəaliyyətinə əlavə təkan vermələri üçün qarşılıqlı əlaqə quraraq fikir, təcrübə və bilik mübadiləsi apara biləcəkləri platformaya çevriləcək.

    Aparıcı qlobal təşkilatlar tərəfindən məhsul və xidmətlərin nümayişi ilə yanaşı, Yaşıl Zonada həmçinin müxtəlif təqdimatlar, seminar və brifinqlərin, habelə musiqi və mədəniyyət tədbirlərindən ibarət bir sıra məqsədyönlü proqramların keçirilməsi planlaşdırılır.

    Pavilyonlar və sərgi stendlərindən ibarət olan, ümumi sahəsi 36 000 m2 sahəni əhatə edən Yaşıl Zona tədbir zamanı Tərəflər Konfransının rəsmi iclaslarının keçiriləcəyi Mavi Zonadan bir neçə yüz metr aralıda yerləşir.

    Bu il Yaşıl Zona yeni virtual iştirak kanalları sayəsində öz əhatə dairəsini daha da genişləndirəcək və bu, yüksək karbon emissiyalı səfərlərə olan ehtiyacı minimuma endirməklə yanaşı, COP tədbirini bu layihəyə cəlb edilmiş qlobal auditoriyanın əl telefonlarına, eləcə də kompüter / televizor ekranlarına və qapılarına qədər aparacaq.

    Builki Yaşıl Zonanın əsas xüsusiyyətləri aşağıdakıları ehtiva edir:

    Həm Azərbaycandan, həm də müxtəlif dünya ölkələrindən şaquli bizneslərin geniş çeşidini təmsil edən aparıcı özəl sektor nümayəndələri, hökumət təşkilatları, BHT (Beynəlxalq Hökumət Təşkilatları) və QHT-lər iqlim fəaliyyətləri ilə bağlı ən son məhsulları, həll variantlarını və layihə üzrə işlərin gedişatını təqdim və nümayiş etdirəcəklər;

    Nüfuzlu spikerlər, xüsusi seminar və sərgi zonaları, yaradıcı şəxslər üçün studiyalar və şəbəkələşmə sahələri vasitəsilə həm gənclər, həm də digər iştirakçılar arasında əlaqələndirmənin gücləndirilməsinə xidmət edən innovativ “ekstremal görüş” zonası;

    İlk dəfə yayımlanan unikal “Daily show” verilişi: COP29-un mərkəzindən yayımlanan və yüksək səviyyəli qonaqlardan ibarət müxtəlif qrupları, eləcə də dinamik məzmunu özündə əks etdirən unikal veriliş. Bu televeriliş konfrans barədə məlumatların Bakının hüdudlarından xeyli uzaqlarda yayılması üçün bir sıra xəbər agentlikləri vasitəsilə bütün dünyada yayımlanacaq;

    Qabaqcıl texnologiya və canlı yayım xidmətləri: təşkilatların səmərəli iştirakını və əhatə dairəsinin genişləndirilməsini təmin edəcək, onların tədbirin hüdudlarından uzaqlarda yerli, regional və beynəlxalq auditoriyalarla əlaqələndirilməsinə şərait yaradacaq;

    Peşəkar yayım və audio-vizual məzmunların hazırlanma proseslərinin idarə edilməsi üzrə xidmətlər: tədbir məkanında cərəyan edən hadisələrin məzmununu lentə alaraq sinxron şəkildə yayımlanmasını təmin edəcək;

    Artıq bu dinamik mərkəzdə fərdi konfrans və iclas otaqlarını COP29-un onlayn portalında bron etmək mümkündür. Təşkilatlar daha rahat vizual təmas və daha çox fiziki iştirakın təmin olunmasına xidmət edən teatral formatda olan və yüksək dəqiqlikli audio-vizual avadanlıqlarla təchiz olunmuş həm orta, həm də geniş miqyaslı görüş və tədbirlər üçün dizayn edilmiş konfrans otaqlarını bron edə bilər. Bununla yanaşı, dörd, səkkiz və ya on iki nəfərlik qrupların qapalı görüşləri üçün korporativ (B2B) iclas otaqları da mövcuddur. Gözlənilən yüksək tələbatı nəzərə alaraq, iclas otaqlarının ayrılması zamanı COP29-un tərəfdaşları və sərgi iştirakçılarına üstünlük veriləcək.

    İctimaiyyət nümayəndələri iqlim sahəsində aparıcı simaları və tərəfdaşları dinləmək, həmçinin iqlim müzakirəsinə fikir bildirməklə töhfə vermək üçün Yaşıl Zonada iştiraka dəvət olunacaqlar. Ödənişsiz biletlərin noyabrın əvvəlindən etibarən əldə edilməsi mümkün olacaq.

    Yaşıl Zonanın qurulmasını şərh edən COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova bunları bildirib: “Dünyanın ən əhəmiyyətli iqlim konfransı kimi tanınan COP29 dayanıqlı və davamlı gələcəyə nail olmaq üçün beynəlxalq iqlim siyasətinin müzakirəsi, iqlimlə bağlı fəaliyyətlərin inkişafı və qlobal əməkdaşlığın təşviqi üçün əsas platforma rolunu oynayacaq. Builki Yaşıl Zona ilə bağlı planlarımız həm özəl, həm də dövlət sektorlarını təmsil edən təşkilatlara iqlim fəaliyyətinə əlavə təkan vermək məqsədilə bir-birləri ilə əlaqə quraraq fikir, təcrübə və bilik mübadiləsi aparmaq üçün müxtəlif ideal imkanlar təqdim edir”.

  • Zelenski: Ukrayna üzrə sülh sammitində Rusiya da mütləq iştirak etməlidir

    Ukraynada sülh üzrə ikinci sammitdə Rusiya tərəfinin nümayəndələri də mütləq təmsil olunmalıdır.

    Bunu “NBC News” telekanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

    O əlavə edib ki, ölkəsi tərəfdaşları ilə birlikdə müharibənin başa çatması üçün detallı bir plan hazırlayır:

    “Biz Putinin səbəb olduğu böhranların hər biri üzrə ətraflı müzakirələr aparırıq. Onu ikinci sammitdə təqdim edəcəyik. Başa düşürük ki, Rusiya tərəfinin iştirakı olmadan müharibəni diplomatik yolla başa çatdırmaq çox çətin olacaq. Rusiyanın ikinci zirvə görüşündə təmsil olunmasını bizdən tərəfdaşlarımız istəyib”.

    ///apa

  • Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

    Paytaxtın Yasamal rayonunda binanın blokunda qeyri-etik hərəkət edən şəxs saxlanılıb.

    Bu barədə oxu.az-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı məlumat verib.

    O qeyd edib ki, görüntülərdəki şəxs 1999-cu il təvəllüdlü S. Abbasovdur:

    “Sözügedən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun paytaxt ərazisində velosiped oğurluğu etdiyi də müəyyən edilib. Həmin şəxsin törətdiyi qanunsuz əməllərlə bağlı araşdırmalar davam etdirilir”.

  • Niko Uliyams azarkeşi onu “Real Madrid”ə dəvət etdiyi üçün təhqir edib

    “Atletik Bilbao”nun və İspaniya millisinin hücumçusu Niko Uilyams azarkeşin onu “Real Madrid”də görmək istəyinə kobud şəkildə cavab verib.

    Median.Az “Cadena Ser”ə istinadla xəbər verir ki, komandanın açıq məşqi zamanı bir azarkeş Uilyamsın ünvanına qışqırıb:

    “Niko, gələn il “Real Madrid”də”.

    Daha sonra “Atletik Bilbao”nun vingeri azarkeşin çağırışına cavab olaraq: “Sən əclafsan, cəhənnəmə get”, – deyə bildirib.

    Yay transfer pəncərəsi zamanı “Barselona”nın 22 yaşlı oyunçu ilə maraqlandığı barədə xəbərlər yayılsa da, klublar arasındakı fikir ayrılığına görə müqavilə baş tutmayıb.

    Uilyams 2021-ci ildən “Atletik”də çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

  • Binəqədidəki partlayışla bağlı MƏHKƏMƏ – Toğrul Rzayev qohumunun tapşırıqlarını icra edib

    Bakının Binəqədi rayonunda bu il yanvarın 15-də “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirli bilinən Tağı İbrahimov və Toğrul Rzayevin məhkəmə prosesi keçirilib.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Müttəhim Toğrul Rzayev deyib ki, o hadisə baş verən zavodda qeyri-rəsmi işləyərək, həmin zavodda icarə haqlarını yığırmış. Dövlət ittihamçısı işdə prosessual pozutulara yol verilmədiyini bildirərək cinayət işinin məhkəmə baxışına verilməsini məqsədəuyğun hesab olunduğunu deyib.

    T.İbrahimovun müdafiəçisi vəsatətə verərək onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Vəkilin sözlərinə görə, müvəkkili qəsdən törədilməyən hadisə ilə bağlı təqsirli bilinir. Onun sözlərinə görə, T.İbrahimov dövlətə olan vergi borcunun çoxunu da ödəyib. T.Rzayevin vəkili də öz növbəsində bildirib ki, müvəkkilinin Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirli bilinməsi düzgün deyil.

    “Toğrulla zavod arasında əmək müqaviləsi olmayıb. Ancaq qohumu Tağı İbrahimovun göstərişi ilə icarə haqlarını yığıb. Əmək müqaviləsi olmadığı üçün Toğrulun yanğın təhlükəsizliyi ilə bağlı hər hansı bir öhdəliyi də olmayıb. Ona görə də müvəkkilim Cinayət Məcəlləsinin 225.3-cü maddəsinin subyekti deyil. Məhkəmədən xahiş edirəm ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığına buraxılsın”, – vəkil deyib.

    Məhkəmə müşavirədən sonra hər iki təqsirləndirilən şəxsin vəkili tərəfindən onların ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlərini təmin etməyib. Həmçinin prosesin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edib.

    Məhkəmənin növbəti iclası sentyabrın 12-nə təyin olunub.

    Qeyd edək ki, istintaq materiallarında ASC-nin sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olduqları bildirilib.

    İttihama görə, onlar ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurub, eləcə də Tağı İbrahimov külli miqdarda vergiləri ödəməkdən yayınıb.

    Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə təqsirli bilinir.

  • Азербайджанские дзюдоистки Кенуль Алиева и Фидан Ализаде стали чемпионками Европы

    Азербайджанские дзюдоистки Кенуль Алиева (52 кг) и Фидан Ализаде (57 кг) стали победителями чемпионата Европы, проходящего в столице Эстонии Таллинне.

    Спортсменка К.Алиева, победив всех своих соперниц и поднявшись на высшую ступень пьедестала почета, принесла первую золотую медаль в актив Азербайджана на этом соревновании.

    Сообщается, что Ф.Ализаде, в свою очередь, записала вторую золотую медаль в актив нашей страны. В финале состязаний она одержала победу над грузинкой Нино Лоладзе.

    Отметим, что Низами Имранов (60 кг) довольствовался серебряной медалью.

    Напомним, что чемпионат Европы завершится 8 сентября.

  • Qadın cüdoçularımız Könül Əliyeva və Fidan Əlizadə Avropa çempionu olublar

    Azərbaycanın gənc cüdoçusu Könül Əliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının qalibi olublar.

    Bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Könül Əliyeva turnirdə Azərbaycanın aktivinə ilk qızıl medalı yazdırıb.

    Bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Fidan Əlizadə də Azərbaycanın aktivinə ikinci qızıl medalı yazıdırıb.

    O, finalda gürcüstanlı Nino Loladzeni üstələyib.

    Qeyd edək ki, Nizami İmranov (60 kq) isə gümüş medalla kifayətlənib.

    Xatırladaq ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq.

  • Bakı həbsxanasında daha bir məhkum ölüb

    Bakı həbsxanasında məhkum ölüb.

    Median.Az “lent.az”a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin birində qeydə alınıb. Məhkum 62 yaşlı Əkrəm Bəhrəm oğlu Rəsulov dünyasını dəyişib.

    Onun xəstəlik səbəbi ilə öldüyü bildirilir.

    Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 20-ci ölüm hadisəsidir.