Month: September 2024

  • Sentyabrda bu BÜRCLƏRİ unudulmaz romantik macəra gözləyir

    Sentyabr ayı gərgin emosiyalar ayı olacaq, lakin bütün əlamətlər öz taleyini tapa bilməyəcək
    Sentyabrda kimisə emosional dalğalar gözləyir. 

    Median.Az lent.az-a istinadən bildirir ki, hisslərinizi gizlətməmək və sevginiz haqqında açıq danışmaq vacibdir.

    Qoç

    Sentyabr ayı yeni romantik fürsətlər gətirəcək. Əgər subaysınızsa, gözlənilməz görüşlərə diqqət yetirin və münasibətdə, bağlılığınızı gücləndirmək üçün birlikdə planlar qurmağa vaxt ayırmağa dəyər.

    Buğa

    Sentyabrda münasibətləriniz daha ahəngdar olacaq. Partnyorunuzdan daha dərin söhbətlər və emosional dəstək gözləyə bilərsiniz. Bürcün subay nümayəndələri yeni tanışlıqlara açıq olmalıdırlar.

    Əkizlər

    Sentyabr ayı sevgidə çoxlu ünsiyyət gətirəcək. Əgər ər-arvadsınızsa, hissləri müzakirə etmək vacibdir. Tənha Əkizlər iş yerində və ya ortaq dostlar vasitəsilə kimsə ilə tanış ola bilərlər.

    Xərçəng

    Sentyabr ayı gərgin emosiyalar ayı olacaq. Cütlükdə romantik sürprizlər mümkündür və subay Xərçənglər onları məftun edəcək insanla tanış ola bilərlər.

    Şir

    Sentyabr ayı sevgi üçün yeni fürsətlər gətirəcək. Siz diqqət mərkəzində olacaqsınız və münasibətlərinizdə yüksəliş hiss edə bilərsiniz. Subay Şirlərin maraqlı tanışlıq şansı var.

    Qız bürcü

    Münasibətlərdə sabitliyə can atacaqsınız. Sentyabr əlaqələri gücləndirməyə kömək edəcək və subay Qızlar ümumi maraqlar vasitəsilə insanlarla görüşməyə diqqət yetirməlidirlər.

    Tərəzi

    Sentyabr harmoniya gətirəcək. Partnyorunuzu daha dərindən başa düşə biləcəksiniz. Tənha Tərəzilər ayın əvvəlində yaranan fürsətlərə diqqətli olmalıdırlar.

    Əqrəb

    Sentyabrda sizi emosional dalğalar gözləyir. Hisslərinizi gizlətməmək və tərəfdaşınızla səmimi danışmaq vacibdir. Subay Əqrəblər ictimai tədbirlərdə kimsə ilə tanış ola bilərlər.

    Oxatan

    Sentyabr sevgi sferasında aktiv olacaq. Yeni təəssüratların vaxtı yaxınlaşır və tənha Oxatan qəfil romantik görüşlərə hazır olmalıdır.

    Oğlaq

    Münasibətlərdə sabitliyə və etibara can atacaqsınız. Sentyabr ayı partnyorunuzla bağınızı gücləndirməyə kömək edəcək və subay Oğlaqlar oxşar dəyərlərə malik birisi ilə tanış ola bilərlər.

    Dolça

    Sentyabr çoxlu yeni tanışlıqlar gətirəcək. Əgər subaysınızsa, sevgidə təcrübə və yeni imkanlar kəşf etməyin vaxtıdır. Münasibətlərdə partnyorunuzu dəstəkləməyə daha çox diqqət yetirməlisiniz.

    Balıq

    Sentyabr ayı dərin emosiyalar dövrü olacaq. Yaxınlıq və anlayışa ehtiyac hiss edəcəksiniz. Tək Balıqlar mənəvi maraqlarını bölüşən biri ilə tanış ola bilərlər.

  • “Özünüzü qoruyun, dərmanı yoxdur”

    “Yaradıcılıq gözəldir, amma istedad varsa”.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi sosial şəbəkə hesabında yazıb. Sənətdən danışan ifaçı bunları əlavə edib:

    “Yoxdursa, bunu özlüyündə etiraf edib, qəbul edəcək qədər dürüst olmalıdır insan, məncə. Bəzən musiqi ilə guya məşğul olub, özlərini əsl musiqiçilərlə bir görə bilərlər, amma bu, musiqimizə zərərdən başqa bir şey deyil. Hər kəsin öz işi var və olmalıdır da. Heç olmasa ulduzluq xəstəliyindən qoruyun özünüzü. Çünki dərmanı yoxdur”.

  • “Qalatasaray”la yolları ayırmaq istəyən Hakim Ziyeş Türkiyəni tərk edib

    “Qalatasaray” klubunun mərakeşli futbolçusu Hakim Ziyeş “sarı qırmızılar”dan ayrılmaq istədiyini komanda rəsmilərinə bildirərək Türkiyəni tərk edib.

    Median.Az xəbər verir ki, Avropa və Asiya klublarından təklif alan Hakim Ziyeşin “Olimpiakos”la danışıqlara başladığı bildirilib.

    “Olimpiakos” klubu mərakeşli yarımmüdafiəçiyə illik üç milyon avro təklif etdiyi üçün şəxsi razılıq əldə olunub.

    Qeyd edək ki, Hakim Ziyeş 2023/24 mövsümündə “Qalatasaray” forması ilə çıxdığı 27 matçda 8 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

  • Avtomobil almaq istədilər, bir milyon manatından oldular

    Paytaxtda “Kasko Sığorta” şirkətinin adından 14 nəfərə qarşı bir milyon manatlıq dələduzluq edən Fərid Cəlalov və Kamil Habillinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Fərid Cəlalov ifadə verərək özünü təqsirli bilmədiyini bildirib. O, hakim və prokurorun suallarına cavab verərək zərərçəkənlərlə bağlı məsələlərə aydınlıq gətirib. Cəlalov ittihamda zərərçəkən kimi tanınan şəxslərin əksəriyyətindən aldığı məbləğlərin qarşılığında onlara müxtəlif avtomobillər verdiyini vurğulayıb. Müəyyən şəxslərdən aldığı pulun müqabilində söz verdiyi avtomobilləri onlara təhvil verə bilmədiyini qeyd edib.

    “Həmin şəxslər mənim vasitəmlə çox pul qazanıblar, pul qazananda ziyan da çəkiblər” deyərək Cəlalov məhkəmə zalında əyləşən zərərçəkənlərə iradını da bildirib.
    Cəlalov ifadəsi zamanı yalnız üç məsələ üzrə özünü təqsirli bilib:

    “Kamillə avtosalonda tanış olmuşuq. Maşın alıb gətirirdim, qonşular da görürdü. Zərərçəkmiş Yusif Babayev deyir ki, guya ona 29 min 200 manat ziyan vurmuşam. Bir neçə maşın satmışam. Üç ədəd 7 min manat dəyərində “Toyota Corolla” satmışam.
    Zərərçəkmiş Elşən Rüstəmov da qonşum olub, onu da Səbuhi gətirib. Deyir 29 min 500 manat pul verməliyəm. Elşən rayon qeydiyyatındadır, neçə dəfə yoldaşının adına maşın sənədləşdirmişəm. Pulunu verdiyi maşınları sənədləşdirib adına salmışam. Beş mini şişirdib 50 min yazıblar”.

    Zərərçəkən Səbuhi Rüstəmov deyir ki, 42 min 500 manat borcum var:

    “Bu məsələ ilə bağlı Kamil Habillinin heç bir rolu yoxdur. Avtomobilləri dörd nəfər tanışının adına sənədləşdirmişəm. Seymura “Pajero”, Əhlimana “Santa Fe”, Eminə “X-35”, Zaura isə “Sonata” vermişəm. Bilal Muradzadəyə 15-20 maşın vermişəm. Deyir ki, 97 min verəcəyim var. Ona bir neçə maşın vermişəm”.
    Təqsirləndirilən ifadəsi zamanı onu da bildirib ki, zərərçəkmiş Fəxri Cəfərova 197 min 500 manat borcu yoxdur: “O, 55 min manat bir, 30 min manat da bir verib. Qarşılığında hamısına maşın vermişəm. Taleh Mirzəyev deyir ki, 7 min manata borcum var. Onu ümumiyyətlə tanımıram. Rafiq Vəliyevə 3 min manat borcum var, “Toyota Corolla” verməli idim, 700 manatını qaytardım, qalanını verə bilmədim. Üç hadisədə özümü təqsirli bilirəm”.

    Məhkəmənin növbəti iclası sentyabrın 23-nə təyin edilib.
    Qeyd edək ki, cinayət işi üzrə 14 nəfər zərərçəkmiş qismində tanınıb və onlara ümumilikdə bir milyon manata yaxın ziyan dəyib. Kamil Habilli və Fərid Cəlalov barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

  • Avtomobilin üzərində içki məclisi təşkil etdilər

    Gənclər hərəkətdə olan avtomobilin üzərində içki məclisi təşkil ediblər.

    Median.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Patrul.az-a bildirib ki, sürücü barəsində tədbir görülüb:
    “Sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılıb. Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə həmin avtomobilin sürücüsü müəyyən edilib. Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb”.
    Həmin görüntüləri təqdim edirik://oxu.az

  • Поступили в продажу билеты в фан-зону и на концерты Гран-при Азербайджана “Формулы 1”

    В продажу поступили билеты в фан-зону и на концерты на Гран-при Азербайджана “Формулы 1”, которое пройдет 13-15 сентября в Баку.

    Как сообщает Median.Az, на концертах 13-14 сентября выступят известные звезды музыкального мира Уилл Смит, Black Coffee и J Balvin.

    Билеты можно приобрести на официальном сайте или в мобильном приложении операционной компании Baku City Circuit.

  • “Formula 1”: Azərbaycan Qran-prisinin fan-zona və konsert biletləri satışa çıxarılıb

    Sentyabrın 13-dən 15-dək keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinin fan-zona və konsert biletləri satışa çıxarılıb.

    Median.Az xəbər verir ki, hər il yenilənən əyləncə zonasındakı bulvar səhnəsində canlı musiqi performansları, müxtəlif zonalarda qurulmuş oyunlar, simulyatorlar, virtual reallıq təcrübələri, rəqslər yarış həftəsonunda fanatlara əsl festival ab-havası bəxş edəcək.

    Azarkeşlər “Formula 1″in bütün aktivasiyalarını bu il fan-zonada görə biləcək, fan-forumda pilotları və onların komandalarını izləmək fürsəti əldə edəcəklər.
    Foto həvəskarları üçün quraşdırılmış iri “Formula 1” dekorasiyaları, retro maşınların sərgisi, canlı heykəllər, “selfie” zonalar ən yaddaqalan kadrlar çəkmək üçün mükəmməl fürsət təqdim edir.

    Əyləncə zonasında böyüklərlə yanaşı, uşaqlar üçün də müxtəlif növ oyunlar və fəaliyyətlər təklif olunur.
    Həmçinin bu gündən etibarən yarış həftəsində baş tutacaq konsert proqramlarına ayrıca biletlərin satışına start verilib.

    13-14 sentyabr tarixlərində keçiriləcək möhtəşəm konsertlərdə musiqi dünyasının ən böyük ulduzları – Uill Smit, Black Coffee və J Balvin çıxış edəcək.
    “Formula 1” üzrə Azərbaycan Qran-prisinin möhtəşəm atmosferini yaşamaq və həyəcanını birbaşa hiss etmək istəyənlər fan-zona və konsert biletlərini əldə edə bilərlər. Biletləri Bakı Şəhər Halqasının rəsmi veb saytından və ya mobil tətbiqindən əldə etmək mümkündür.

  • Mehriban Əliyeva Kəlbəcərdən daha bir paylaşım edib – VİDEO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Kəlbəcərdən daha bir paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir:

  • Baş nazir Əli Əsədov Serbiyanın xarici işlər naziri ilə görüşüb

    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 2-də Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçlə görüşüb.

    Apa xəbər verir ki, görüşdə yüksək inkişaf dinamikası ilə seçilən Azərbaycan-Serbiya əlaqələrinin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığı məmnunluqla qeyd olundu.

    İkitərəfli münasibətlərin möhkəmləndirilməsi və bugünkü yüksək səviyyəyə çatmasında dövlət başçılarının rolu xüsusi vurğulandı.

    Azərbaycan və Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində qarşılıqlı dəstəyi yüksək qiymətləndirildi.
    İki ölkə arasında bir çox istiqamətlərdə, xüsusilə ticarət-iqtisadi, investisiya, neft-qaz, sənaye sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirildi.
    Görüşdə Azərbaycan ilə Serbiya arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu.

  • ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsini ələ keçirib

    ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsini Dominikan Respublikasında ələ keçirib.

    Median.Az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

    Məlumata görə, Birləşmiş Ştatlar Maduronun təyyarəsinin alınmasının digər cinayət işləri ilə yanaşı ABŞ sanksiyalarını pozduğunu müəyyən etdikdən sonra onu ələ keçirib.