Month: September 2024

  • Uruqvaylı futbolçu milli komanda karyerasını başa vurdu

    ABŞ-nin “İnter Mayami” klubunun uruqvaylı futbolçusu Luis Suares millidəki karyerasını başa vurduğunu açıqlayıb.

    Futbolçu bu barədə şəxsi sosial media hesabından paylaşım edib.

    Luis Suares paylaşımında cümə günü milli komanda ilə son oyununa çıxacağını bildirib.

    Qeyd edək ki, Suaresin 37 yaşı var. O, Uruqvay millisində 137 oyun keçirib ki, bu da millinin tarixində ikincidir (Ən çox oyunu Dieqo Qodin keçirib – 161). Suares millinin heyətində 68 qol vurub və 39 məhsuldar ötürmə edib. 2011-ci ildə Uruqvay yığmasının tərkibində Amerika kubokunun qalibi olub.

  • Суд оправдал обвиняемого в угоне автомобиля в Абшеронском районе

    В Абшеронском районном суде завершилось судебное следствие по уголовному делу Гафара Эфендиева (имя и фамилия условные – ред.), обвиняемого в незаконном завладении автомобилем.

    Как сообщает рravda.az, приговор был оглашен на заседании под председательством судьи Абусета Гасымова.

    Решением суда уголовное преследование прекращено, и Г.Эфендиев был освобожден от уголовной ответственности.

    Согласно обвинительному акту, инцидент произошел 8 марта 2023 года около 01:00 перед одним из домов на улице Ш.Гамидова в городе Хырдалан Абшеронского района.

    Гафар Эфендиев (2000 г.р.) захотел поводить автомобилем ВАЗ-2107, принадлежащим Х.Х. Он сел за руль этой машины без разрешения владельца, завел двигатель и начал движение.

    Позже Г.Эфендиев был задержан и привлечен к уголовной ответственности.

  • Maşın sürmək həvəsinə düşən gənc cinayətə əl atdı

    Abşeron Rayon Məhkəməsində talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmədə təqsirləndirilən Qafar Əfəndiyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

    İttiham aktına əsasən, hadisə 8 mart 2023-cü il tarixdə, saat 1 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Şükür Həmidov küçəsində yerləşən evlərin birinin qarşısında qeydə alınıb.

    Belə ki, 2000-ci il təvəllüdlü Qafar Əfəndiyev evin yaxınlığında zərərçəkmiş H.H.-yə məxsus VAZ-2107 markalı avtomobili idarə etmək həvəsinə gəlib. O, zərərçəkmiş şəxsin icazəsi olmadan həmin maşının sükanı arxasına əyləşib, mühərriki işə saldıqdan sonra avtomobili hərəkət etdirib.

    Daha sonra Qafar Əfəndiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

  • МИД Венесуэлы назвал актом пиратства арест самолета Мадуро

    МИД Венесуэлы заявил, что арест самолета президента этой страны Николаса Мадуро является актом пиратства.

    Как передает Median.Az, об этом сказано в заявлении, опубликованном венесуэльским МИД.

    “Власти США вновь прибегли к преступным действиям, которые нельзя квалифицировать иначе как пиратство, незаконно конфисковав самолет, использовавшийся президентом республики”, – говорится в заявлении.

    Также во внешнеполитическом ведомстве Венесуэлы назвали “политикой односторонних принудительных мер” действия, предпринимаемые США.

    Напомним, Соединенные Штаты арестовали самолет президента Венесуэлы Николаса Мадуро, направив борт во Флориду. Действия американских властей обусловлены тем, что Вашингтон подозревает Мадуро в приобретении самолета в обход санкционных мер, установленных США.

    Позднее в Минюсте США заявили о намерении конфисковать арестованный самолет Мадуро.

  • Venesuela XİN: “ABŞ-nin Maduronun təyyarəsinə həbs qoyması quldurluqdur”

    “Prezident Nikolas Maduronun təyyarəsinin ABŞ tərəfindən ələ keçirilməsi quldurluq aktıdır”.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu bəyanatla Venesuela Xarici İşlər Nazirliyi çıxış edib.

    “Venesuela beynəlxalq ictimaiyyətə bəyan edir ki, Amerika Birləşmiş Ştatlarının hakimiyyət orqanları növbəti dəfə yalnız quldurluq kimi qiymətləndirilə bilən cinayət əməli törədib”, – deyə nazirlikdən qeyd edilib.

    Xatırladaq ki, ABŞ Dominikan Respublikasında Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyub.

    Vaşinqton hesab edir ki, təyyarə ABŞ sanksiyalarından yayınaraq alınıb.

  • Президент Азербайджана поздравил капитанов-регентов Республики Сан-Марино

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо капитанам-регентам Республики Сан-Марино Алессандро Росси и Милене Гасперони.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Ваши превосходительства,

    От своего имени и от имени народа Азербайджана сердечно поздравляю Вас и в Вашем лице весь Ваш народ с национальным праздником Вашей страны – Днем Республики, передаю наилучшие пожелания.

    В столь прекрасный день желаю Вам крепкого здоровья, счастья, успехов в делах, народу Сан-Марино – постоянного благополучия и процветания”.

  • İlham Əliyev San-Marinonun Regent Kapitanlarına məktub ünvanladı

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San-Marino Respublikasının Regent Kapitanları Alessandro Rossi və Milena Qasperoniyə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

    Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

  • Şahbuz və Kəngərlidə yanğınlar baş verdi

    Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz rayonu Daylaqlı kəndində həyətyanı sahədə, Kəngərli rayon Yurdçu kəndində isə ot bağlamalarında yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.
     
    Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, məlumatlarla əlaqədar dərhal Şahbuz və Kəngərli Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub.
     
    Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
     
    Şahbuz rayonunda yanğın hadisəsi nəticəsində 20 kvadratmetr quru otluq sahə yanıb, 580 kvadratmetr sahə yanğından mühafizə olunub. Kəngərli rayonunda isə 2040 kiloqram ot bağlaması və tayanın üzərinə qurulan 42 kvadratmetr sahəsi olan çardağın yanar konstruksiyaları yanıb, 510 kiloqram ot bağlaması isə yanğından mühafizə olunub.//sfera.az

  • Şahbuz və Kəngərlidə yanğınlar baş verdi

    Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz rayonu Daylaqlı kəndində həyətyanı sahədə, Kəngərli rayon Yurdçu kəndində isə ot bağlamalarında yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.
     
    Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, məlumatlarla əlaqədar dərhal Şahbuz və Kəngərli Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub.
     
    Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
     
    Şahbuz rayonunda yanğın hadisəsi nəticəsində 20 kvadratmetr quru otluq sahə yanıb, 580 kvadratmetr sahə yanğından mühafizə olunub. Kəngərli rayonunda isə 2040 kiloqram ot bağlaması və tayanın üzərinə qurulan 42 kvadratmetr sahəsi olan çardağın yanar konstruksiyaları yanıb, 510 kiloqram ot bağlaması isə yanğından mühafizə olunub.//sfera.az

  • Bakıda 106 km uzunluğunda avtobus zolağı salınacaq

    Bakı şəhərində yeni avtobus zolaqları şəbəkəsinin tətbiqi çərçivəsində hazırda paytaxtın 26 küçə və prospektində uzunluğu 77 km-dən çox xüsusi hərəkət zolağı təşkil edilib.

    AYNA-dan  bildirilib ki, müxtəlif ərazilərdə təşkil edilmiş bu zolaqlarla gün ərzində 67 232 dəfə avtobus hərəkət edir, 898 550 ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb.

    Bu gün avtobuslarla 1 215 681 sərnişinin daşınması həyata keçirilir. Ötən illə müqayisədə marşrut xətləri üzrə avtobusla sərnişindaşımada 7 faiz artım müşahidə edilir. Yeni avtobus zolaqları şəbəkəsi şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə hazırlanan yeni marşrut şəbəkəsi ilə birlikdə tətbiq edilir. Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək. Növbəti mərhələdə daha 106 km avtobus zolaqları şəbəkəsinin təşkili nəzərdə tutulub.