Month: September 2024

  • Kişi arvadını yataqda ÖLDÜRDÜ – Xızıda baş verən cinayətin DETALLARI

    Xızı rayonunda 1963-cü il təvəllüdlü Əbülfət Əliyev şəxsi münasibətlər zəminində yaranan mübahisə nəticəsində həyat yoldaşı, 1971-ci il təvəllüdlü Bahar Mustafayevanı qətlə yetirib.

    Demokrat.az-ın məlumatına görə, Əbülfət 2022-ci ildə müalicə aldığı Respublika Psixiatriya Xəstəxanasından evə buraxılıb. O, həmin gün axşam saatlarında həyat yoldaşı Bahar ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

    Bu mübahisənin təsirində əsəbiləşən Əbülfət axşam yatmayıb və arvadından qisas almaq məqsədilə evin girişində ev alətləri saxlanılan qutudan mismarçıxaran çəkici götürərək yataq otağına gəlib. Əbülfət Baharın yataqda üzü divar tərəfə uzanmış vəziyyətdə olduğunu görüb və baş nahiyəsinin arxa hissəsinə çəkiclə bir neçə dəfə zərbə vuraraq onu qətlə yetirib.

    Hadisəni törədən Əbülfət barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əbülfət bildirib ki, təxminən 20-25 il əvvəl Baharla ailə qurub və iki övladı var. Qızı Ülviyyə bir neçə il əvvəl ailə qurub və Maştağada yaşayır. Oğlunun adı Asimandır və 20-yə yaxın yaşı var, subaydır. Əbülfət 30 ilə yaxındır ki, fasilələrlə Maştağada yerləşən ruhi-əsəb xəstəxanasında əsəb xəstəliyi ilə əlaqədar müalicə aldığını, 30-40 gün xəstəxanada müalicə alıb, iki-üç ay evdə qaldığını bildirib.

    Təqsirləndirilən şəxs qeyd edib ki, 31 may 2022-ci ildə axşam saatlarında qardaşı Kəmaləddinlə birgə Maştağa ruhi xəstəxanasından çıxıb və Xızı rayonu Yeni Yaşma kəndindəki evə gəlib: “Həmin gün anam Zəhra və yoldaşım Bahar evdə olublar. Başqa heç kim evdə olmayıb. Axşam yeməyini yedikdən sonra hamı yatdı. 31 mayda xəstəxanadan çıxıb gəldikdən sonra yoldaşım Baharla yola getmədim. Bahar Sumqayıtda, dəqiq bilmədiyim bir yerdə dərzi işləyib. İşdən axşam kəndə gələndə avtobusun qarşısında onu qarşılamaq istəmişəm. Avtobusdan düşəndə “niyə gəlmisən məni qarşılamağa?” dedi. Mən isə cavabımda “ürəyim istəyib ki, gəlmişəm də” deyərkən arvadım üzünü turşutmağa başladı. Sonra bir yerdə evə gəldik. Ona mülayim davransam da, o, tərs davrandı. Mənə qarşı belə münasibətdən gecəni yata bilmədim”.

    Əbülfət əlavə edib ki, səhər saatlarında hava işıqlandıqda yerindən qalxıb: “Bahar səhər saatlarında işə getmək üçün paltarını geyinərkən ona heç olmasa bir gün işə getməyərək evdə qalmasını dedim. O, ev paltarını dəyişdi, yerə üzü divara tərəf uzanaraq telefonla oynadığını gördüm. Evin dəhlizində ev alətləri, ləvazimatları olan dəmir qutudan mismarçıxaran kərki alətini götürərək yataq otağına gəldim. Kərki ilə arvadımı uzanmış vəziyyətdə arxasından baş nahiyəsinə bir neçə dəfə möhkəm formada zərbələr vurdum. Onu vuranda səsi çıxmadı. Heç kim vurduğumu eşitmədi, bilmədi. Vuranda özüm də bilmirdim. Bu hadisədən çox peşman olmuşam. Elə həmin vaxt kərki alətini həyətdəki taxtadan kvadrat formada tualetə atdım. Heç kim atdığımı görmədi. Hadisədən qısa müddət sonra evdən çıxdım və bacım Züleyxagilin kənddəki evinə getmək istədim. Bir az getdikdən sonra yolun yarısından geriyə qayıtdım. Evə girəndə anam dəhlizdə oturmuşdu, yataq otağına girdikdə Baharın başından qan axdığını gördüm. Anamı çağıraraq “gəl bax, Baharı kimsə vurub” dedim. Anam “yalan demə, sən etmisən, başqa heç kim yoxdu evdə, Baharı sən vurmusan” deyə bildi. Bundan sonra kənddə yaşlı qadın Həqiqət xalagilə getdim. Ona törətdiyim hadisə barəsində heç nə demədim. Onlarda 10-15 dəqiqə oturaraq bir stəkan çay içdikdən sonra evə tərəf getdim. Qardaşım Kəmaləddin gəldi və məni maşına mindirdi. Müalicə aldığım Maştağa xəstəxanasına yatırdı. Həmin gündən indiyə qədər də orada yatmışam”.

    Təqsirləndirilən şəxs əlavə edib ki, arvadı Baharı vurarkən özündə olmayıb: “Arvadımı vurmama səbəb onun mənə xoş münasibət göstərməməsi olub. Arvadımı vurarkən zərbə endirdiyim dəmir alət bir tərəfi çəkic, bir tərəfi mismarçıxaran olan kərki adında alət olub. Mən arvadımı vurarkən yaşadığımız evdə anamdan başqa heç kim olmayıb. Arvadımın başına zərbələr endirdiyimi heç kim görməyib”.

    İş üzrə zərərçəkmiş şəxs Baharın hüquqi varisi qismində dindirilən qohumunun sözlərinə görə, bacısı Bahar 1996-cı ildə Əbülfət ilə ailə qurub: “Əbülfət həmin ildən bacımı ailə qurmaq məqsədilə qaçırıb. Onlar nikah bağlayaraq birlikdə yaşayıblar. 1998-ci ildə onların Ülviyyə adlı qızları, 2000-ci ildə isə Asiman adlı oğul övladları dünyaya gəlib. Bahar ailə qurmamışdan əvvəl, 1992-ci ildən Sumqayıtda çörək sexində işləyib. Son 10 il ərzində isə Sumqayıtda məhkəmənin arxasında yerləşən tikiş fabrikində işləyib. Baharla Əbülfət ailə qurarkən onların münasibətləri normal olub və hər hansı problemi olmayıb. Son illərdə onların aralarındakı münasibət barədə məlumatım olmayıb”.

    Hüquqi varis əlavə edib ki, axırıncı dəfə mayın 15-20 ərəfəsində onların evlərində olub: “Bahar Sumqayıta qonaq gəlib. Bacımı və onun oğlunu evlərinə, Yaşma qəsəbəsinə apardıqda yoldaşı Əbülfətin Maştağada ruhi xəstəxanada olduğunu bilmişəm. Baharı demək olar ki, hər gün işdən sonra Sumqayıtda bizə gələrək bir stəkan çay içərkən görmüşəm. Hadisədən əvvəlki gün Bahar işdən çıxdıqdan sonra həmişəki kimi bizə gəldi. Orada olarkən Bahara zəng gəldi. Yoldaşı Əbülfətlə danışdıqdan sonra 18:30-da avtobusla yaşadığı Yeni Yaşma qəsəbəsinə getdi”.

    Hüquqi varisin ifadəsinə görə, qətl baş verən günü, səhər saat 9 radələrində onlara Baharın xəstələndiyindən Sumqayıt Travmatologiya Xəstəxanasına gəlmələri bildirilib: “Sumqayıt Travmatologiya Xəstəxanasına 10 dəqiqəyə çatdım. 12:30-da Baharı başı bintlə bağlanmış və əlləri əsən vəziyyətdə təcili yardım maşınıyla həmin xəstəxanaya gətirdiklərini gördüm. Reanimasiyaya yerləşdirilərək orada əməliyyat olundu. Həkimin dediyinə görə, Baharın baş nahiyəsinə küt alətlə xəsarət yetirilib. Ayın 5-nə qədər hər gün xəstəxanada olmuşam. Bahar reanimasiyada olduğum müddətdə özünə gəlməyib. Ayın 5-də saat 13 radələrində xəstəxanadan Baharın artıq vəfat etdiyi barədə məlumat gəldi. Həmin günü meyitini Şamaxıya apardıq, səhəri gün, ayın 6-da Həmyə kənd qəbiristanlığında dəfn etdik”.

    Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Əbülfət Əliyev, Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilib. Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.4-cü maddələri tətbiq edilməklə, təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilib. O, məcburi qaydada ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə edilib.

    Bu qərarın ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə ilə bağlı hissənin icrası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri qərarı ləğv edilib. Onun barəsində seçilmiş xüsusi tibb müəssisəsinə yerləşdirilmə növündə təhlükəsizlik tədbiri hazırkı qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

  • Названо время отправки первого грузового поезда из Ульяновска в Азербайджан

    Прямой грузовой состав впервые отправится по маршруту Ульяновск – Баку (Азербайджан) – Астара (Иран) в конце сентября.

    Как передает Median.Az, об этом информирует ТАСС.

    “Ориентировочно в конце сентября из Ульяновска отправится первый экспортный поезд Ульяновск – Баку – Астара. Это западный железнодорожный коридор логистического проекта “Средняя Волга – Каспийское море – Персидский залив”, – сказал губернатор Ульяновской области РФ Алексей Русских на заседании штаба по комплексному развитию региона.

    По словам Русских, наполняемость поезда будет не менее 70 вагонов различных модификаций, в том числе крытые цистерны, платформы, вагоны бункерного типа и другие.

    “Каждый состав рассчитан на перевозку 3 500 т различной продукции – агропромпродукция, промтовары, продукция деревообработки и другая. Мы рассчитываем, что за год по данному маршруту будет экспортировано и импортировано более 200 000 т продукции”, – уточнил он.

    Губернатор добавил, что прорабатывается вопрос об обратной загрузке поезда товарами, произведенными в Азербайджане, Иране и соседних странах. “Хочу отметить, что экспортный торговый поезд станет первым составом со времен Советского Союза, следующим по данному направлению”, – подчеркнул глава региона.

    Руководитель регионального центра “Мой бизнес” Руслан Гайнетдинов доложил губернатору, что в настоящее время идет регистрация производителей-резидентов, планирующих совершить первые поставки в сентябре. Он уточнил, что на поезде будет отправлена сельскохозяйственная продукция, промышленные товары, продукция деревообработки.

    Холдинг “Российские железные дороги” (РЖД) утвердил прямой грузовой состав Ульяновск – Баку – Астара в августе в согласовании с Азербайджанскими железными дорогами при содействии посольства, торгпредства РФ в Азербайджане и Минпромторга РФ. Ранее инициатива была озвучена на встрече премьер-министра Азербайджанской Республики Али Асадова с губернатором Ульяновской области в Баку.

  • Rusiyanın Ulyanovsk şəhərindən Azərbaycana ilk yük qatarı yola düşəcək

    Sentyabrın sonunda Ulyanovsk (Rusiya) – Bakı (Azərbaycan) – Astara (İran) marşrutu üzrə birbaşa yük qatarı ilk dəfə yola düşəcək.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix regionun kompleks inkişafı üzrə qərargahın iclasında bildirib.

    Qubernatorun sözlərinə görə, Ulyanovsk-Bakı-Astara yük bloku qatarının ilk heyəti “Orta Volqa-Xəzər-Fars” körfəzi dəhlizi çərçivəsində sentyabrın sonunda yola düşəcək.

    Qatar azı 70 müxtəlif modifikasiyalı vaqon, o cümlədən qapalı çənlər, bunker tipli vaqonlardan ibarətdir.

    Hər bir qatar 3.5 min ton müxtəlif məhsulların – aqrar-sənaye kompleksinin və ağac emalının məhsulları, habelə sənaye mallarının daşınması üçün nəzərdə tutulub.

    Russkix əlavə edib ki, qatarın Azərbaycan, İran və qonşu ölkələrdə istehsal olunan mallarla yenidən yüklənməsi məsələsinə baxılır.

    “Qeyd etmək istərdim ki, ixrac qatarı Sovet İttifaqı dövründən bu istiqamətdə hərəkət edən ilk qatar olacaq”, – vilayət rəhbəri vurğulayıb.

    Xatırladaq ki, qatarın işə salınması Azərbaycanın Baş naziri Əli Əsədov ilə razılaşmaların, o cümlədən Rusiya və Azərbaycanın dəmir yolu qurumların koordinasiyalı işlərinin, Rusiya Sənaye və Ticarət Nazirliyinin və digər qurumlarının dəstəyinin nəticəsidir.

  • Афаг Гянджали покинула Xəzər TV

    Телеведущая Афаг Гянджали покинула Xəzər TV, где работала некоторое время.

    Как сообщает Оlay, она написала заявление на увольнение по собственному желанию.

    Ожидалось, что ведущая вернется в эфир с шоу-программой, однако она неожиданно завершила сотрудничество с телеканалом.

  • Afaq Gəncəli “Xəzər” TV-dən ayrıldı

    Aparıcı Afaq Gəncəli bir müddətdir çalışdığı “Xəzər” TV-dən ayrılıb.

    “Olay” xəbər verir ki, Afaq ərizə yazaraq kanalla yollarını ayırıb.

    Onun bir müddətdir efirə şou proqramı ilə qayıdacağı gözlənilsə də, qəfil media qurumu ilə əməkdaşlığını bitirib.

  • В Баку пытавшийся скрыться с места ДТП Prius врезался в магазин

    В Хазарском районе столицы произошло серьезное дорожно-транспортное происшествие.

    Как сообщает мanset.az, водитель автомобиля Toyota Prius не справился с управлением, в результате чего транспортное средство врезалось в магазин, расположенный на обочине дороги.

    Согласно информации, предоставленной Управлением Государственной дорожной полиции города Баку, авария зафиксирована на улице Сергея Есенина.

    Отмечается, что Toyota Prius столкнулся с автомобилем Opel Zafira и попытался скрыться с места ДТП. При въезде на парковку объекта общественного питания водитель совершил различные опасные маневры, однако при этом потерял управление, после чего транспортное средство врезалось в магазин.

    По данному факту проводится расследование.

  • Bakıda “Prius” marketə ÇIRPILDI

    Bakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Manset.az xəbər verir ki, hadisə bu gün baş verib.

    77-DA-426 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı marketə çırpılıb.

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilən məlumata görə, hadisə Xəzər rayonu, Sergey Yesenin küçəsində baş verib. “Toyota Prius” markalı avtomobil “Opel Zafira” markalı maşını vuraraq hadisə yerindən yayınmağa çalışıb. Sürücü müxtəlif təhlükəli manevrlər edərək yol kənarındakı iaşə obyektinin parklanma yerinə daxil olmaq istədikdə idarəetməni itirərək obyektə çırpılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане завотделом колледжа задушил студентку-любовницу – СУД

    Завершился судебный процесс по делу об убийстве Наили Гулиевой (1994 г.р., имя и фамилия условные – ред.). Преступление было совершено в декабре прошлого года на территории Абшеронского района.

    Как сообщает Qafqazinfo, Сумгайытский суд по тяжким преступлениям приговорил обвиняемого Сабира Мамедова (1961 г.р., имя и фамилия условные – ред.) к 10 годам лишения свободы.

    Отмечается, что убийство произошло на почве личных отношений. Так, 63-летний С.Мамедов руководил отделом в одном из колледжей в Шамахы, а убитая Н.Гулиева была студенткой этого учебного заведения.

    Согласно показаниям подсудимого, между ним и Н.Гулиевой были интимные отношения, и последняя злоупотребляла этим. По утверждению С.Мамедова, женщина шантажировала его фотографией, сделанной во время одной из их встреч. Обвиняемый заявил, что в результате шантажа он даже был вынужден уволиться из колледжа.

    В день происшествия С.Мамедов ехал на автомобиле по территории Абшеронского района, а Н.Гулиева преследовала его на своей машине, при этом она несколько раз ударила сзади транспортное средство мужчины. Остановив машину, бывший завотделом подошел к студентке и задушил ее. После этого он позвонил в полицию и сообщил о совершенном убийстве.

  • Azərbaycanda vəzifəli şəxs münasibətdə olarkən fotosunu çəkən tələbə sevgilisini BOĞARAQ ÖLDÜRDÜ

    Ötən ilin dekabrında Abşeron rayonu ərazisində öldürülən 1994-cü il təvəllüdlü Nailə Quliyevanın (ad-soyad şərtidir) qətli ilə bağlı məhkəmə prosesi başa çatıb.

    “Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, cinayətdə təqsirləndirilən 1961-ci il təvəllüdlü Sabir Məmmədov (ad-soyad şərtidir) 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

    Belə ki, 63 yaşlı Sabir Məmmədov Şamaxıda fəaliyyət göstərən kolleclərdən birində şöbə müdiri olub. Qətlə yetirilən Nailə isə həmin kollecin tələbəsi olub.

    Təqsirləndirilən şəxsin məhkəmədə ifadəsinə görə, onların arasında münasibət olub və Nailə Quliyeva bundan sui-istifadə edib. Məmmədovun iddiasına görə, Nailə onu münasibətdə olarkən çəkdiyi foto ilə şantaj edib və bu, davamlı hal alıb. Təqsirləndirilən şəxs bildirib ki, şantaj nəticəsində hətta çalışdığı kollecdən istefa vermək məcburiyyətində qalıb.

    Hadisə günü isə S.Məmmədov şəxsi avtomobili ilə Abşeron rayonu ərazisində hərəkətdə olarkən Nailə onu öz maşını ilə təqib edib. Bu zaman qadın S.Məmmədovun avtomobilinə arxadan bir neçə dəfə zərbə endirib. Daha sonra avtomobili saxlayaraq Nailə Quliyevaya yaxınlaşan şöbə müdiri, tələbəni boğaraq qətlə yetirib.

    O, daha sonra polisə zəng edərək adam öldürdüyü barədə məlumat verib.

  • Луис Суарес объявил о завершении карьеры в сборной

    Нападающий Луис Суарес объявил о завершении карьеры в национальной команде Уругвая.

    Об этом сообщает Median.Az со ссылкой на “Чемпионат”.

    Суарес выступал за сборную Уругвая с 2007 года. За это время футболист провёл за национальную команду 142 матча, в которых забил 69 голов, и является лучшим бомбардиром в истории сборной. В составе основной команды футболист стал обладателем Кубка Америки 2011 года.

    На Кубке Америки-2024 Суарес вместе со сборной Уругвая дошёл до полуфинала турнира, где проиграл национальной команде Колумбии (0:1). В матче за третье место сборная Уругвая обыграла национальную команду Канады (2:2, 4:3 пен.). На турнире Суарес принял участие в четырёх матчах, в которых записал в свой актив один гол.