Month: September 2024

  • В Баку 17-летний мотоциклист пострадал в ДТП

    В Насиминском районе Баку произошло дорожно-транспортное происшествие, в котором пострадал мотоциклист.

    Как сообщает Report, мотоцикл, которым управлял Эльвин Мамедли (2007 г.р.), столкнулся с автомобилем. В результате юноша получил травмы различной степени тяжести.

    Пострадавший был госпитализирован.

    Обстоятельства инцидента выясняются.

  • Bakıda 17 yaşlı motosikletçi qəzada xəsarət alıb

    Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, 2007-ci il təvəllüdlü Elvin Məmməd oğlu Məmmədlinin idarə etdiyi motosiklet avtomobillə toqquşub. Nəticədə E.Məmmədli xəsarət alıb.

    Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Мехрибан Алиева поделилась публикацией в связи с 27 Сентября – Днем памяти – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева поделилась на своей официальной странице в Instagram публикацией в связи с 27 Сентября – Днем памяти.

    Median.Az представляет данную публикацию:

  • Mehriban Əliyeva 27 Sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib (FOTO)

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” hesabında 27 Sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir:

  • Bakı metrosunda pik saatlarda eskalator niyə işə salınmır? – RƏSMİ AÇIQLAMA (VİDEO)

    Bakı metrosunun stansiyalarındakı eskalatorların bəziləri işə salınmır, bu da günün pik saatlarında sıxlığa səbəb olur.

    Vətəndaşlar bildiriblər ki, bu vəziyyətlə demək olar ki, hər gün rastlaşırlar.

    Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, eskalatorun digər qolunun bağlı saxlanılması bilavasitə təhlükəsizliyə xidmət edir.

    Ətraflı “İTV Xəbər”in süjetində:

  • Ermənistan KTMT-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşünü boykot edib

    Ararat Mirzoyan BMT Baş Assambleyası çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşünü boykot edib.

    Bu barədə Ermənistan mediası məlumat yayıb.

    Xatırladaq ki, iyunun 21-də Qazaxıstanın paytaxtı Almatıda keçirilən KTMT-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında da Ermənistan təmsilçisi iştirak etməyib.

    2024-cü ilin fevralında Ermənistan KTMT-yə üzvlüyünün dondurulduğunu elan edib və sonradan təşkilata üzvlük haqqını ödəməkdən imtina edib. İyunun 12-də baş nazir Nikol Paşinyan Milli Assambleyada çıxışı zamanı Ermənistanın gələcəkdə KTMT-dən çıxacağını istisna etməyib.

  • Арестован военком Дашкесанского района – ФОТО

    Начальник Дашкесанского районного отдела Государственной службы по мобилизации и призыву на военную службу майор Анар Аскеров арестован Военной прокуратурой Азербайджана.

    Как сообщает Bizim.Media, он был заключен под стражу в связи с подозрением в совершении преступления, предусмотренного статьей 311.3.2 Уголовного кодекса.

    Согласно информации, А.Аскеров обвиняется в повторном получении взятки.

  • Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ – FOTO

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Daşkəsən rayon şöbəsinin rəisi, mayor Anar Əsgərov Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən həbs olunub.

    Bizim.media xəbər verir ki, o, Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə şübhəli bilinərək azadlıqdan məhrum edilib.

    Anar Əsgərov təkrar rüşvət almaqda ittiham olunur.

  • Səfərbərlik Xidmətinin keçmiş rəisi pensiyasından narazıdır – 32 min manat tələb edir

    Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi general-mayor Səxavət Salmanov təqaüdü ilə bağlı məhkəməyə şikayət edib.

    Lent.az-ın əldə etdiyi məlumata görə, 2019-cu ildən təqaüdə çıxan general aldığı müavinətin az olduğunu qeyd edir. Sabiq rəis 2019-cu ildən bəri aldığı təqaüdün düzgün hesablanmadığını iddia edir. Buna görə də o, 32 min 407 manatın əskik olduğunu irəli sürərək, həmin məbləğin ona verilməsini tələb edir.

    O, bununla bağlı ilk olaraq Bakı İnzibati Məhkəməsinə müraciət edib. Lakin burada Səxavət Salmanovun iddiası təmin edilməyib. Belə olduqda, keçmiş rəis birinci instansiya məhkəməsinin qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət edib.

    Məhkəmənin ilk iclası noyabrın 7-də keçiriləcək.

    Qeyd edək ki, Səxavət İbrahim oğlu Salmanov 2019-cu il yanvarın 21-də Naxçıvan Muxtar Respublika Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun imzaladığı fərmanla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib. 2015-ci ildə ona general-mayor ali hərbi rütbəsi verilib.

  • Aparıcının qızının bağçada ölməsi ilə bağlı araşdırma aparılır (YENİLƏNİB)

    AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə ilə bağlı Səbail Rayon Prokurorluğu tərəfindən müvafiq ekspertizalar təyin olunub.

    Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.

    TƏBİB-dən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sentyabrın 26-sı saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub: Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb”.

    * * * * *

    İki yaşlı uşağın bağçada ölməsi barədə bəzi təfərrüatlar məlum olub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən “Candy kids” adlı özəl uşaq bağçasında qeydə alınıb.

    TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub.

    Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

    Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

    * * * * *

    AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, H.Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu ərazisində yerləşən uşaq bağçalarının birində ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

    Bildirilir ki, azyaşlı bağçada ehtiyatsızlıqdan yıxılıb və bu səbəbdən ağır yaralanıb.

    Faktla bağlı araşdırma aparılır.