Month: September 2024

  • “Çelsi”nin stadionunda biabırçı səhvə yol verilib

    Ötən gün İngiltərə kubokunun III mərhələsində, doğma meydanda IV divizion təmsilçisi “Barrou”nu qəbul edən “Çelsi”nin stadionunda biabırçı səhvə yol verilib.

    “Stemford Bric”dəki qarşılaşmanın startından əvvəl tabloda start heyətləri göstərilərkən arenanın işçisi böyük yanlışlığa imza atıb.

    O, “Barrou” komandası əvəzinə “Kristal Pelas”ın futbolçularının düzülüşünü ekrana gətirib.

    Qeyd edək ki, “Çelsi” – “Barrou” qarşılaşması “zadəganlar”ın 5:0 hesablı qələbəsi ilə bitib.
    //report

  • Sentyabrın bütün sosial ödənişləri yekunlaşıb

    Dövlət Sosial Müdafiə Fondu sentyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarını da bu gün tam ödəyib.

    Bu barədə fond məlumat yayıb.

    Qeyd olunub ki, bundan əvvəl – sentyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 20-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin sentyabr ayının pensiya ödənişləri həyata keçirilib.

    Beləliklə, sentyabr ayı üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.

  • На Мартинике продолжаются протесты против подорожания

    На Мартинике вслед за таксистами и торговцами к протесту против подорожания цен присоединились также водители грузовиков.

    Как сообщает Median.Az со ссылкой на Азертадж, большинство междугородных стратегических маршрутов закрыты.

    Водители грузовиков заявили, что продолжат протесты до тех пор, пока их требования не будут выслушаны. Местные жители жалуются на слишком тяжелые условия жизни на острове и поддерживают забастовку водителей.

    Отмечается, что работники сектора здравоохранения 26 сентября планируют новые забастовки.

  • Martinikdə etiraz nümayişləri davam edir

    Martinikdə taksi sürücüləri və ticarətçilərdən sonra yük avtomobilləri (TIR) sürücüləri də bahalığa qarşı etiraz nümayişinə qoşulublar. Yerli sakinlər adada yaşamağın həddən artıq çətin olmasından şikayətlənirlər.

    Median.Az Azərtac-a istinadən xəbər verir ki, yerli sakinlər yük avtomobilləri sürücülərinin tətilinə dəstək verərək, qiymət artımını pisləyiblər. Bildirilir ki, şəhərlərarası strateji marşrutların əksəriyyəti bağlanıb. “İlbiz” adlanan əməliyyat daşımalar sektorunda xərclərin artmasına qarşı xəbərdarlıq məqsədi daşıyır.

    Yük avtomobilləri sürücüləri vəziyyət dəyişməzsə, tələblərini eşitdirmək üçün etirazlarını davam etdirəcəklərini söyləyiblər.

    Qeyd edilir ki, səhiyyə sektoru sentyabrın 26-da yeni tətillər planlaşdırıb.

    Martinik İcraiyyə Şurasının sədri postkolonial iqtisadi sistemin sona çatdığını bildirərək, yerli istehsala üstünlük verməyin vacibliyini vurğulayıb. Martinika Həmkarlar İttifaqları sakinləri qeyri-müəyyən müddətə tətil etməyə çağırıb.

  • MN-nin mənimsəmə ittihamı ilə həbs olunmuş sabiq vəzifəliləri barədə olan hökmlərdən apellyasiya protesti verilib

    Müdafiə Nazirliyinin (MN) mənimsəmə ittihamı ilə həbs edilmiş sabiq şöbə rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov barədə olan hökmlərdən apellyasiya protesti verilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, bəzi sosial media səhifələrində Şirvanov Mahir Məhərrəm oğlu və Qurbanov Məlikməmməd Oruc oğlunun barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən aşağı həddə cəza təyin edilməsi barədə məlumatlar yayılıb:

    “Mahir Şirvanov və Məlikməmməd Qurbanovun Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin rəisi vəzifəsində işlədikləri müddətdə digər şəxslərlə cinayət əlaqəsinə girərək külli miqdarda dövlət əmlakını mənimsəmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onların hər ikisi Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və cinayət işləri üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.”

    Qeyd olunub ki, Bakı Hərbi Məhkəməsinin 09.09.2024-cü il tarixli hökmləri ilə Mahir Şirvanov və Məlikməmməd Qurbanov Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib, onlara məhkum edildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı cəza – Mahir Şirvanova 3 il müddətinə, Məlikməmməd Qurbanova 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

    “Təqsirləndirilən şəxslərin əməlinin xarakteri və ictimai təhlükəliliyi, habelə Cinayət qanunun normasının düzgün tətbiq edilməyərək onlara qanunla nəzərdə tutulan həddən aşağı cəzanın təyin edilməsi nəzərə alınaraq, qeyd edilən hökmlərdən sentyabrın 24-də dövlət ittihamçısı tərəfindən apelyasiya protestləri verilib”, – məlumatda bildirilib.

  • “Габала” проведет свой 700-й матч

    Футбольный клуб “Габала” готовится к своему 700-му матчу.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу клуба, матч третьего тура I Лиги Азербайджана “Габала” – “Мингячевир”, который состоится завтра на городском стадионе Габалы, станет значимым событием для команды.

    На данный момент “Габала” провела 699 игр, включая 540 матчей в Премьер-лиге, 85 матчей в Кубке Азербайджана, 42 матча в еврокубках и 32 игры в I Лиге. “Красно-черные” одержали 283 победы, 177 раз сыграли вничью и 239 раз потерпели поражение. За время выступлений клуб забил 900 голов и пропустил 794 мяча.

    “Габала” свой первый матч провела 21 сентября 2005 года в матче I дивизиона против “Шарура”, в котором дома одержала победу со счетом 8:0.

  • “Qəbələ” tarixində 700-cü matçına çıxacaq

    “Qəbələ” tarixində 700-cü matçına çıxacaq.

    Azərbaycan I Liqasının III turunda sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Mingəçevir” matçı meydan sahibləri üçün əlamətdar olacaq.

    İndiyədək 699 oyun keçirən komanda Premyer Liqada 540, Azərbaycan Kubokunda 85, avrokuboklarda 42, I Liqada 32 qarşılaşmada qüvvəsini sınayıb. “Qırmızı-qaralar” bu matçlarda 283 qələbə qazanıb, 177 heç-heçə edib və 239 dəfə uduzub. 900 qol vuran bölgə təmsilçisi 794 top buraxıb.

    Qeyd edək ki, “qırmızı-qaralar” tarixində ilk oyunu 2005-ci il sentyabrın 21-də “Şərur”a qarşı keçirib. Komanda I dəstənin ev görüşündə 8:0 hesablı qələbə qazanıb.

  • В азербайджанском клубе произведено новое назначение

    Анар Гаджиев назначен тренером команды “Орду”, которая будет выступать в Азербайджанской баскетбольной лиге с этого года.

    Как сообщили Report в клубе, А.Гаджиев будет выполнять функции помощника главного тренера Альберто Бланко.

    Ранее Анар Гаджиев работал помощником тренера в клубе “Сархадчи” и в сборной Азербайджана U-20.

  • Azərbaycan klubunda yeni təyinat reallaşıb

    Bu ildən Azərbaycan Basketbol Liqasında mübarizə aparacaq “Ordu” klubunda yeni təyinat reallaşıb.

    Klubdan “Report”a verilən məlumata görə, Anar Hacıyev komandanın məşqçisi təyin olunub.

    O, baş məşqçi Alberto Blankonun köməkçisi funksiyasını yerinə yetirəcək.

    Qeyd edək ki, Anar Hacıyev son olaraq “Sərhədçi” klubunda və Azərbaycanın U-20 yığmasında köməkçi məşqçi kimi çalışıb.

  • В Азербайджане впервые пройдет Форум молодых семей

    В Азербайджане впервые пройдет Форум молодых семей.

    Как сообщает Report, форум организован Госкомитетом по вопросам семьи, женщин и детей и посвящен теме “Семья – наша неизменная ценность”.

    В форуме, который пройдет 26 сентября, ожидается участие представителей государства и правительства, СМИ, специалистов, а также более 90 молодых семей, приглашенных из столицы и регионов.

    Основная цель Форума молодых семей – укрепление института семьи в обновляющемся Азербайджане, сохранение и развитие традиционных ценностей.