Month: September 2024

  • Ucuz ev tapmayan idmançı həbsxanada yaşayır

    “Sutyeska” basketbol klubunun rəhbərliyi oyunçularından birini həbsxanaya salmaq qərarına gəlib. Buna ölkədə kirayə evlərin qiymətlərinin çox yüksək olması səbəb olub.

    Onlar şəhərdə mənzil tapa bilmədiklərinə görə əvvəlcə 3 idmançını orda yerləşdirmək istəyiblər. Ancaq orada yalnız bir oyunçu yaşayacaq. Onun adı çəkilmir, sadəcə olaraq digər məhbuslarla birbaşa qalmayacağı bildirilir. İdmançı Foça şəhərindəki həbsxananın idarə etdiyi kiçik moteldə qalacaq.

    Həbsxanada oteldən əlavə restoranın da olduğu qeyd edilir. Orada həmçinin mebel düzəldirlər, toyuq bəsləyirlər, arıçılıqla məşğul olurlar.

    Serb Respublikası Birinci Liqasının sonuncu turunda “Sutyeska” yekun cədvəldə səkkizinci yeri tutub.

  • “Kontakt Home” məhkəməyə verildi – Satdığı mala görə

    “Kontakt Home” məhkəməyə verilib.

    Lent.az xəbər verir ki, mağazalar şəbəkəsi satılan malın qaytarılması və ya dəyişdirilməsi qaydalarını pozub. Buna görə də şirkət haqqında məhkəməyə şikayət edilib.

    Nəticədə “Kontakt Home” barəsində İnzibati Xətalar Məcəlləsinin 444.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə) maddəsilə protokol tərtib olunub.

    İnzibati işə Nərimanov rayon Məhkəməsində baxılacaq.

    Qeyd edək ki, həmin maddə üzrə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub.

  • Azərbaycan XİN başçısı TDT-yə sədrlikdə Qırğızıstana uğur arzulayıb

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, nazir iclasda çıxış edib. O, üzv dövlətlər arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, səhiyyə, kənd təsərrüfatı, turizm, informasiya, media, kommunikasiya texnologiyaları və s. sahələrdə əməkdaşlığın inkişafından, habelə təşkilatın əsas nailiyyətlərindən danışıb.

    C.Bayramov iclasda qardaş ölkələrdən olan həmkarları ilə görüşməkdən məmnun olduğunu deyib: “Təşkilatımızın nailiyyətləri və türk dövlətləri arasında əməkdaşlığın daha da genişlənməsi hədsiz qürur hissi doğurur. Qardaş Qazaxıstana təşkilata əla sədrlik etdiyinə görə minnətdarlığımızı bildirir və qardaş Qırğızıstana bu məsuliyyətli vəzifəni öhdəsinə götürməsində uğurlar arzulayırıq”.

  • Sahil qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

    Sahil qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

    Bu barədə “Azəriqaz İB-dən bildirilib.

    Qaradağ rayonundakı “Sahil QTM”-də aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 26.09.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

    Qaz təchizatı dayandırılan müddətdə Qaradağ rayonu, Sahil qəsəbəsindəki istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Bankman-Fridin keçmiş sevilisinə 2 il həbs cəzası və 11 milyard dollar cərimə kəsildi

    “Alameda Research”in keçmiş rəhbəri və kriptovalyuta şirkəti “FTX Group”un rəhbəri Sem Bankman-Fridin keçmiş sevgilisi Karoline Ellison Nyu York dairə məhkəməsində iki il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, o, FTX-nin iflasına səbəb olan fırıldaqçılıq və çirkli pulların yuyulmasında oynadığı rola görə 11 milyard dollar cərimə ödəməli olacaq.

    Qaynarinfo xəbər verir ki, “FTX Group” 11 noyabr 2022-ci ildə iflas elan edib. Eyni zamanda, Sem Bankman-Fridin baş direktor vəzifəsindən istefa verəcəyi açıqlanıb və şirkət özü də kənardan idarəetməyə keçib.

    Sem Bankman-Frid tərəfindən qurulan başqa bir şirkət olan “Alameda Research” ticarət firması yarandığı gündən qalmaqalın mərkəzindədir. Sonra məlum olub ki, “Alameda”nın nağd pulu yoxdur və onun kapitalının böyük hissəsi Sam Bankman-Fridin FTX və digər kriptovalyuta layihələrinin tokenləridir. Bundan qısa müddət sonra FTX-nin özündə likvidlik problemləri ilə bağlı məlum olub, şirkət müflis olub və rəhbərliyinə qarşı araşdırma başlayıb.

    Karoline Ellison demək olar ki, dərhal günahını etiraf edib və istintaqla əməkdaşlığa razı olub. Hakim Lyuis Kaplan öz qərarında Ellisonun Bankman-Fridə qarşı işdə yardımını qeyd edib. Bununla belə, hakimin cəzası federal sınaq idarəsinin tövsiyə etdiyindən daha sərt olub. O, məhkəməyə Ellisonu faktiki olaraq müddəti çəkmədən şərti olaraq üç il həbs cəzasına məhkum etməyi tövsiyə edib. Bununla belə, hakim Kaplan bildirib ki, o, başqa insanlarda belə dələduzluğa görə cəzadan yayına biləcəkləri illüziyası yaşamaması üçün qızı real müddətə məhkum etməyə borcludur.

  • Azərbaycanda bir universitetin 9 əməkdaşı deputat seçilib (SİYAHI)

    Naxçıvan Dövlət Universitetinin 9 əməkdaşı Ali Məclisin deputat seçilib.

    Modern.az-ın məlumatına görə, onlara artıq mandatları təqdim olunub.

    Universitetin deputat seçilən əməkdaşları aşağıdakılardır:

    1. Bəhruz Məmmədov – Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı

    2. Əziz Qasımov – Şöbə müdiri

    3. Elmar Rzayev İlqar oğlu – Universitet Xəstəxanasının baş həkimi

    4. Gülxarə Əhmədova – Kafedra müdiri

    5. Arzu Abdullayev – Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor

    6. Əli Həşimov – Şöbə müdiri

    7. Emin Şıxəliyev – Dosent

    8. Rauf Cəfərov – Kafedra müdiri

    9. Xumar Məmmədova – Universitetin Elmi Kitabxanasının direktor

  • Trampa İranın onu öldürməklə hədələmələri barədə məlumat verildi

    Kəşfiyyat rəsmiləri ABŞ prezidentliyinə namizəd Donald Trampı onu öldürməklə bağlı etibarlı hədələr barədə məlumatlandırıb. Təhlükə İrandan gəlib.

    Bu barədə Qaynarinfo “Axios”a istinadən xəbər verir.

    Nəşrin məlumatına görə, Tramp kampaniyasının nümayəndələri bu barədə çərşənbə axşamı, sentyabrın 24-də məlumat veriblər. Belə ki, seçki kampaniyasının kommunikasiyalar üzrə direktoru Stiven Çunq bildirib ki, Milli Kəşfiyyat direktorunun (ODNI) ofisinin əməkdaşları keçmiş prezidentə ABŞ-da “sabitliyi pozmaq və xaos yaratmaq məqsədilə İranın onu öldürməsi ilə bağlı real və konkret təhdidlərlə bağlı” məlumat veriblər.

    “Kəşfiyyat rəsmiləri müəyyən ediblər ki, bu davamlı və koordinasiyalı hücumlar son bir neçə ay ərzində intensivləşib və bütün qurumların hüquq-mühafizə orqanlarının əməkdaşları prezident Trampın müdafiəsini və seçkiyə heç bir müdaxilənin olmamasını təmin etmək üçün çalışırlar”, – Çunq deyib.

    ODNI sözçüsü çərşənbə axşamı axşam elektron məktubla brifinqin keçirildiyini təsdiqləyib, lakin hər hansı təfərrüat açıqlamaqdan imtina edib.

  • Azərbaycana xaricdən ucuz telefon necə gətirmək olar? – ARAŞDIRMA (VİDEO)

    Xaricdə 999 dollara, yəni 1700 manta satışa çıxarılan mobil telefon Azərbaycanda 2 dəfə baha təklif olunur.

    Xezerxeber.az xəbər verir ki, hazırda mağazalarda mobil telefon qiymətlərinin digər ölkələrlə müqayisədə baha olmasını satıcılar rüsumların və xərclərin yüksəkliyi ilə əlaqaləndirirlər.

    Marketoloq Elxan Mərdanlı da deyir ki, idxal olunan məhsullarda qiymət fərqinin çox olmasının əsas səbəbi onların ölkəyə gətirilməsi zamanı alınan rüsumlardakı qeyri-bərabərlikdir.

    Mütəxəssisin sözlərinə görə, xarici ölkə ilə Azərbaycandakı məhsullarda qiymət fərqinin çox olmaması üçün vergi siyasətinə yenidən baxılmalıdır.

    Milli məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyir ki, bu məsələ ilə bağlı parlamentdə müzakirələr aparılıb. Qeyri-neft sektorunda verginin fərqlənmə mexanizminə ehtiyac var.

    Millət vəkili bildirib ki, vergi siyasətinin növbəti mərhələsində əlavə dəyər vergisinin diferensiallaşdırılması istiqamətində konkret addımların atılması labüddür.

  • Путин провел в Кремле встречу с председателем Великого нацсобрания Турции

    Президент России Владимир Путин провел в Кремле встречу с председателем Великого национального собрания (парламента) Турции Нуманом Куртулмушем.

    Как передает Median.Az, об этом сообщает ТАСС.

    Детали встречи пока не приводятся.

    Отмечается, что Куртулмуш, находящийся с визитом в Москве, уже встретился с председателем Госдумы Вячеславом Володиным.

    Согласно информации, политики обсудили сотрудничество двух государств, отметив, что высокий уровень доверия между Москвой и Анкарой стал возможен не в последнюю очередь благодаря добрым личным отношениям руководителей двух стран – Владимира Путина и Реджепа Тайипа Эрдогана.

    Отношения России и Турции интенсивно развиваются, Анкара входит в тройку лидеров по товарообороту с Москвой.

  • Putin Kremldə TBMM sədri ilə görüşüb

    Rusiya Prezidenti Vladimir Putin Kremldə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.

    Bu barədə TASS məlumat yayıb.

    Görüşün təfərrüatları açıqlanmır.

    Qeyd olunub ki, Moskvada səfərdə olan N.Kurtulmuş Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə də görüşüb.

    Məlumata görə, iki dövlət arasında əməkdaşlığı müzakirə edən siyasətçilər qeyd ediblər ki, Moskva ilə Ankara arasında yüksək səviyyəli etimad həm də iki ölkənin liderləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasındakı mehriban münasibətlər sayəsində mümkün olub.

    Rusiya-Türkiyə münasibətləri intensiv şəkildə inkişaf edir və Ankara Moskva ilə ticarət dövriyyəsində ilk üçlükdə yer alır.