Month: September 2024

  • Azərbaycanda ilk dəfə Gənc Ailə Forumu keçiriləcək

    Azərbaycanda ilk dəfə Gənc Ailə Forumu keçiriləcək.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə sentyabrın 26-da Bakıda keçiriləcək forum “Ailə – dəyişməyən dəyərimiz” mövzusuna həsr olunur.

    Forumda dövlət və hökumət nümayəndələri, aidiyyəti sahə üzrə 20 mütəxəssis, media mənsubları, bölgələrdən və paytaxtdan dəvət olunan 90-dan çox gənc ailə iştirak edəcək.

    Gənc Ailə Forumunun keçirilməsində əsas məqsəd yeniləşən Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, ənənəvi dəyərlərin qorunması və inkişafı, eyni zamanda müasir cəmiyyətdə ailənin gənc nəslin hərtərəfli formalaşmasında yeri və rolu barədə yeni yanaşmaların müzakirəsidir.
    //report

  • Омбудсмен Азербайджана рассказала послу США о преступлениях и экоциде со стороны Армении

    Омбудсмен Сабина Алиева проинформировала посла США в Азербайджане Марка Либби о многочисленных преступлениях и экоциде, совершенных Арменией на азербайджанских землях в период почти 30-летней оккупации.

    Как сообщает Median.Az со ссылкой на аппарат омбудсмена, Сабина Алиева также рассказала послу о своей деятельности в области защиты прав и свобод человека, подчеркнула важность сотрудничества и обмена опытом с уполномоченными по правам человека зарубежных стран, национальными институтами по правам человека, и международными организациями.

    Алиева также коснулась минной угрозы на освобожденных территориях. Она отметила, что заложенные Арменией мины создают серьезные препятствия безопасному возвращению бывших вынужденных переселенцев на родные земли и восстановительным работам.

    Омбудсмен добавила, что после Первой Карабахской войны около 4 тыс. граждан Азербайджана пропали без вести. По ее словам, личности некоторых пропавших без вести удалось идентифицировать, их останки перезахоронены, однако о судьбе большинства до сих пор нет информации.
    //report

  • Ombudsman ABŞ səfirinə Ermənistanın ətraf mühitə vurduğu ziyan, ekosid cinayətlərindən danışıb

    Azərbaycan torpaqları otuz ilə yaxın işğal altında saxlanılıb. Bu zaman Ermənistan tərəfindən beynəlxalq hüquq normaları kobud şəkildə pozulub, ətraf mühitə ziyan vurulub, ekosid cinayətləri törədilib.

    Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mark Libbi ilə görüşündə deyib.

    Görüş zamanı Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində son dövrdə həyata keçirdiyi fəaliyyət barədə qonağa ətraflı məlumat verib.

    Müvəkkil insan hüquqları sahəsində müsbət təcrübələrin öyrənilməsinin əhəmiyyətini diqqətə çatdıraraq bu istiqamətdə xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları, habelə beynəlxalq təşkilatlarla mövcud səmərəli əməkdaşlıq əlaqələrindən danışıb.

    “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklərdən bəhs edən Ombudsman bərabərlik hüququnun təmin olunması, ayrı-seçkiliyin qarşısının alınması və digər sahələrdə mandatının genişləndiyini qeyd edib.

    Görüş zamanı saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə Milli Preventiv Mexanizm çərçivəsində həyata keçirilən başçəkmələr, Ombudsmana müraciət üsulları barədə məlumat verilib, eləcə də məhkumların və onların ailə üzvlərinin müraciətləri əsasında Ombudsmanın ölkə Prezidentinə əfv təklifləri ilə müraciət etdiyi diqqətə çatdırılıb.

    Səbinə Əliyeva işğal dövründə Azərbaycan torpaqlarında basdırılmış minaların keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz qayıdışına, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə ciddi maneə yaratdığını bildirib.

    Birinci Qarabağ müharibəsində 4 minə yaxın vətəndaşımızın itkin düşdüyünü qeyd edən Səbinə Əliyeva ölkəmiz tərəfindən həyat keçirilən tədbirlər nəticəsində bir sıra vətəndaşımızın şəxsiyyətinin müəyyənləşdirilərək dəfn edildiyini, lakin digər itkin düşmüş şəxslərin taleyi barədə hələ də məlumat əldə olunmadığını diqqətə çatdırıb.

    Eyni zamanda, görüşdə işğaldan azad edilmiş ərazilərimizdə Ombudsmanın təşəbbüsü ilə faktaraşdırıcı missiyaların həyata keçirildiyi qeyd olunub, hesabatların, bəyanatların və müraciətlərin hazırlanaraq beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına təqdim olunduğu söylənilib.
    //report

  • Минздрав Газы: Число погибших палестинцев возросло почти до 41,5 тыс. человек

    Число погибших палестинцев в Газе в результате ударов ВС Израиля возросло до 41 495.

    Об этом сообщил Минздрав анклава.

    Всего пострадали более 96 тыс. человек.

    Только за сутки погибли 28 человек, пострадали 85.

  • Qəzzada ölən fələstinlilərin sayı 41 mini ötüb

    İsrailin endirdiyi zərbələr nəticəsində Qəzzada həlak olan fələstinlilərin sayı 41 min 495 nəfərə çatıb.

    Bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

    Ümumilikdə 96 mindən çox insan zərər çəkib.

    Yalnız son sutkada 28 nəfər ölüb, 85 nəfər yaralanıb.

    Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

  • Основатель Wikileaks даст показания перед комитетом ПАСЕ 1 октября

    Основатель сервиса Wikileaks Джулиан Ассанж даст показания перед комитетом ПАСЕ в Страсбурге 1 октября. Это станет его первым публичным выступлением после освобождения из британской тюрьмы в июне.

    Об этом сообщил Wikileaks в соцсети “X”.

    “1 октября Джулиан Ассанж прибудет в Страсбург для дачи показаний перед комитетом по юридическим вопросам и правам человека Парламентской ассамблеи Совета Европы (ПАСЕ)”, – говорится в сообщении организации.

    При этом отмечается, что несмотря на то, что Ассанж продолжает восстанавливаться после освобождения из тюрьмы, он будет присутствовать на сессии лично в связи с “исключительным характером приглашения”.

    Заседание комитета пройдет с 8.30 до 10.00 утра по местному времени.

    Ассанж был освобожден из британской тюрьмы 24 июня после того, как договорился с американской прокуратурой о частичном признании вины. Это признание позволило ему выйти на свободу после пяти лет за решеткой.

  • “Wikileaks”in təsisçisi oktyabrın 1-də AŞPA komitəsi qarşısında ifadə verəcək

    “Wikileaks”in qurucusu Culian Assanj oktyabrın 1-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitəsi qarşısında ifadə verəcək. Bu, onun iyun ayında Britaniya həbsxanasından çıxdıqdan sonra ilk ictimai çıxışı olacaq.

    Bu barədə “Wikileaks” “X” sosial şəbəkəsində məlumat yayıb.

    “Oktyabrın 1-də Culian Assanj Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri və İnsan Haqları Komitəsi qarşısında ifadə vermək üçün Strasburqa gələcək”, – təşkilatın açıqlamasında bildirilib.

  • Несколько стран могут подать иск против талибов из-за дискриминации женщин

    Германия, Австралия, Канада и Нидерланды могут подать иск против “Талибана” в Международный суд ООН, если правительство талибов не предпримет никаких шагов в отношении ликвидации дискриминации женщин в Афганистане.

    Об этом сообщает германская газета Zeit.

    Сообщается, что Германия и несколько союзных государств потребовали от “Талибана” выполнять свои обязанности в рамках конвенции ООН о ликвидации всех форм дискриминации в отношении женщин.

    “Министр иностранных дел Германии Анналена Бербок в эту среду на полях Генассамблеи ООН в Нью-Йорке хочет проконсультироваться по этой теме со своими коллегами из Австралии, Канады, а также Нидерландов. Страны планируют третейское разбирательство, если за определенный срок не будет предпринято никаких шагов. В качестве последней меры может быть задействован Международный суд ООН в Гааге”, – отмечает издание.

  • Bir neçə ölkə “Taliban”a qarşı iddia qaldıra bilər

    Almaniya, Avstraliya, Kanada və Niderland Əfqanıstanda qadınlara qarşı ayrı-seçkiliyə görə Taliban hökumətinə qarşı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldıra bilər.

    Bu barədə Almaniyanın “Zeit” qəzeti məlumat yayıb.

    Bildirilib ki, Almaniya və bir sıra müttəfiq dövlət “Taliban”dan BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına uyğun olaraq götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edib.

    “Almaniyanın xarici işlər naziri Annalena Berbok Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Avstraliya, Kanada və Niderlanddan olan həmkarları ilə bu mövzuda məsləhətləşmələr aparmaq niyyətindədir. Müəyyən müddət ərzində heç bir addım atılmayacağı halda BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət oluna bilər”, – nəşr qeyd edib.

  • “Ordu” klubu ispaniyalı basketbolçu ilə güclənib

    “Ordu” klubu ispaniyalı basketbolçu Roke ilə güclənib.

    182 sm boya malik oyunçu ilə 1 illik müqavilə imzalanıb.

    Qeyd edək ki, basketbolçunun sonuncu iş yeri İspaniyanın “Villaqarsiya” komandası olub.