Month: September 2024

  • TIR-larla yolu bağlayan şirkət rəhbəri həbs edildi, atası azadlıqda qaldı

    Keçmiş Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) etiraz olaraq Bakıda yolu bağlayan TIR sürücülərindən biri, eyni zamanda TIR-ların məxsus olduğu daşıma şirkətinin rəhbəri Rəmiş Cəfərov və atası Zəkrəm Cəfərovun məhkəməsi başa çatıb.

    “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

    Hökmə əsasən, Rəmiş Cəfərov 6 il azadlıqdan məhrum edilib. Onun atası isə həbsə göndərilməyib. Z.Cəfərova 2 il sınaq müddəti seçilməklə 5 il cəza verilib, onun həbsi şərti hesab edilib.

    Qeyd edək ki, prokuror dünənki çıxışında onların hər ikisinin həbsini tələb etmiş, Rəmiş Cəfərovun 8, Zəkrəm Cəfərovun isə 6 il azadlıqdan məhrum edilməsini istəmişdi.

    Xatırladaq ki, “R Group Azerbaijan” şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlamış, nəticədə saatlarla süni tıxac yaranmışdı. Onlar DANX tərəfindən müvafiq icazə vərəqələrinin verilmədiyini iddia edirdilər.

    Yükdaşıma xidmətləri ilə məşğul olan “R Group Azerbaijan” şirkətinin rəhbəri Rəmiş Cəfərov Belarus vətəndaşı Yuri Qnoyanikə məxsus 37 min dollarlıq yükü ələ keçirməkdə ittiham olunur. Bundan başqa, o, dörd sahibkara məxsus ümumilikdə 68 min dollarlıq məhsulun daşınması üzrə də onlara maddi ziyan vurduğu üzə çıxıb. Sonradan onun atası da cinayət məsuliyyətinə cəlb edilib.

  • Bakıda gecə saatlarında silahlı insident: Xəsarət alan var

    Bakıda polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb qaçan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, sentyabrın 24-də saat 03:44-də Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin olduğu 77-XS-413 dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilə polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Polisin qanuni tələblərinə məhəl qoymaraq hərəkətini davam etdirən avtomobil Nəsimi rayonu ərazisində maneəyə dəyərək dayanıb, nəqliyyat vasitəsində olan şübhəli şəxslər polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd ediblər.

    Polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə xəbərdarlıq atəşi açılmaqla, əvvəllər məhkum olunmuş – 1991-ci il təvəllüdlü Bəxtiyar İsmayılov, 1980-ci il təvəllüdlü Əjdər Əjdərov saxlanılıblar.

    Ayağından xəsarət alan Ə.Əjdərov xəstəxanaya yerləşdirilib.

    Avtomaşında satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan herion, psixotrop maddə olan metamfetamin, güclü təsiredici dərman preparatları aşkarlanıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.İstintaq hərəkətləri davam etdirilir.

  • В Дашкесанском районе автомобиль скатился в овраг: есть погибший и пострадавший

    В Дашкесанском районе произошло тяжелое дорожно-транспортное происшествие (ДТП) со смертельным исходом.

    Как сообщает АПА, инцидент произошел на 15-м километре дороги Дашкесан – Амирвар.

    Местный житель Эшгин Ахмедов, находясь за рулем автомобиля ВАЗ-2106, из-за непогоды не справился с управлением, и машина, съехав с дороги, врезалась в банер на обочине и опрокинулась в овраг.

    В результате ДТП водитель погиб. Пассажир легковушки Мехман Исрафилов был госпитализирован с травмами различной степени тяжести.

    По данному факту ведется расследование.

  • Daşkəsəndə maşın dərəyə aşıb: Ölən və yaralanan var

    Daşkəsəndə maşın dərəyə aşıb, ölən və yaralanan var.

    APA xəbər verir ki, hadisə Daşkəsən-Əmirvar yolunun 15-ci km-də baş verib.

    Kənd sakini Eşqin Arzu Əhmədov idarə etdiyi VAZ-2106 markalı avtomobillə hərəkətdə olan zaman hava şəraitinin əlverişsiz olması səbəbindən yolun kənarında olan plakata dəyib. Qəza zamanı nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə düşüb.

    Hadisə nəticəsində sürücü ölüb. Həmin vaxt avtomobildə olan sərnişin Mehman İdris oğlu İsrəfilov isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Издание Marca назвало будущего обладателя “Золотого мяча” – ФОТО

    Вингер мадридского “Реала” Винисиус Жуниор станет новым обладателем “Золотого мяча”.

    Как передает Median.Az со ссылкой на Marca, 28 октября бразильскому игроку вручат известную футбольную награду за успешные выступления. Отмечается, что производитель спортивной одежды Nike через два дня после вручения “Золотого мяча” Винисиусу вновь откроет магазин на главной улице Мадрида Гран-Виа. Для игрока сборной Бразилии уже изготовлены лимитированные золотые бутсы.

    По итогам минувшего сезона Винисиус выиграл с “Реалом” Лигу чемпионов, Суперкубок Испании и чемпионат этой страны.

    Напомним, Винисиус перешёл в “Реал” из “Фламенго” в июле 2018 года. Сумма трансфера составила 45 млн евро. Действующее трудовое соглашение игрока с клубом рассчитано до лета 2027 года. Согласно информации, представленной на портале Transfermarkt, рыночная стоимость футболиста составляет 180 млн евро.

  • KİV “Qızıl top”un yeni sahibinin adını AÇIQLADI – FOTO

    “Qızıl top”un yeni sahibi braziliyalı hücumçu Vinisius Junior olacaq.

    Median.Az “Marca”ya istinadən xəbər verir ki, oktyabrın 28-də braziliyalı ulduz futbolçuya uğurlu çıxışlarına görə dünyanın ən nüfuzlu futbol mükafatı təqdim olunacaq.

    Məlumat üçün əlavə edək ki, ötən mövsümün yekunlarına görə, Vinisius Junior “Real Madrid”lə Çempionlar Liqası, İspaniya Superkuboku və İspaniya çempionatının qalibi olub.

  • “Хезболла” ударила ракетами по военному аэродрому и авиабазе на севере Израиля

    Движение “Хезболла” нанесло ракетный удар по военному аэродрому Мегиддо и по авиабазе ВВС Израиля Рамат-Давид на севере еврейского государства.

    Об этом говорится в заявлении, размещенном в Telegram-канале движения.

    “Исламское сопротивление во вторник нанесло удар ракетами “Фади-1” и “Фади-2″ по военному аэродрому Мегиддо, расположенному к западу от города Афула”, – отмечается в публикации.

    “Хезболла” также заявила о поражении ракетами авиабазы ВВС Израиля Рамат-Давид.

  • “Hizbullah” İsrailin hərbi obyektlərinə raket zərbələri endirib

    “Hizbullah” hərəkatı İsrailin şimalında yerləşən Megiddo hərbi aerodromuna və İsrail Hərbi Hava Qüvvələrinin Ramat David aviabazasına raket zərbəsi endirib.

    Bu barədə “Hizbullah”ın “Telegram” kanalında yerləşdirilən məlumatda qeyd olunur.

    Məlumatda həmçinin qeyd olunur ki, hərbi aerodroma hücum zamanı “Fadi-1” və “Fadi-2” raketlərindən istifadə olunub.

    İsrail tərəfi isə hələlik raket hücumları ilə bağlı şərh verməyib.

  • Yeməkdən dərhal sonra duş qəbul edənlərə mütəxəssislərdən XƏBƏRDARLIQ

    Nə vaxt və necə duş qəbul etdiyimiz sağlamlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Yanlış zamanda və yanlış şəkildə duş qəbul etmək xeyirdən çox zərər verə bilər.

    Median.Az-ın “Haber Global”a istinadən xəbərinə görə, bu nəticəyə mütəxəssislərin apardığı araşdırmalar əsasında gəlinib.

    Mütəxəssislərin sözlərinə görə, yeməkdən dərhal sonra duş qəbul etmək orqanizmə bəzi zərərlər verə bilər. Ona görə də bu məqama diqqət yetirmək lazımdır.

    Yeməkdən dərhal sonra duş qəbul etməyin sağlamlıq riskləri isə aşağıdakılardır:

    Həzmi ləngidir – Yeməkdən dərhal sonra duş qəbul edildiyi zaman suyun təsiri ilə qanın mədə ətrafından bütün bədənə yayılması baş verir. Bu da nəticədə həzm prosesini ləngidir və bəzi problemlərin yaranmasına səbəb olur.

    Qəbizliyə səbəb olur – Bədəndə qəbizlik və həzmsizlik kimi problemlərə gətirib çıxara bilər. Bu problemlərlə yanaşı, bədən çəkisinin artmasına da səbəb ola bilər.

    Bədənin istiliyini aşağı salır – Bədəninizin istiliyi düşməyə başlayır, bu da həzm prosesini ləngidir. Həmçinin, həzm prosesinin yavaşlaması səbəbindən uzun müddət aktiv qalan mədə turşusu mədə yanması kimi narahatlıqlara yol açır.

    Çəki artımına səbəb olur – Yeməkdən dərhal sonra duş qəbul etmək həzmi ləngitdiyi üçün kökəlməyə və çəki artımına səbəb olur. Həmçinin, sızanaqların əmələ gəlməsi və xəstəlik riskini artırır. Eyni zamanda, sinədə ağrılı yanma hissi də yaradır.

  • В Бардинском районе бывшего заключенного задержали с контрабандной марихуаной – ВИДЕО

    В результате операции, проведенной сотрудниками Бардинского районного отдела полиции, задержан подозреваемый в организации торговли наркотиками, ранее судимый Мамедали Мамедов.

    Об этом сообщили в региональной группе пресс-службы Министерства внутренних дел (МВД).

    У него было обнаружено около 5 кг марихуаны. На допросе М.Мамедов заявил, что он контрабандой провез наркотик из Ирана на территорию страны и доставил в Бардинский район, где проживает, для организации его сбыта.

    По данному факту возбуждено уголовное дело, в отношении задержанного избрана мера пресечения в виде ареста, продолжается расследование.