Month: September 2024

  • Politloq: “Durovun davranışı şübhəlidir”

    Pavel Durovun Fransa hakimiyyəti ilə əməkdaşlıq etmək və hüquq-mühafizə orqanlarına telefon nömrələri vermək niyyəti şübhəli görünür.

    Median.Az “Izvestiya”ya istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ Silahlı Qüvvələrinin keçmiş zabiti və politoloq Skott Bennet çıxış edib.

    Politoloq şübhələrini onunla əsaslandırıb ki, “Telegram”ın təsisçisi dindirilmə prosesinin heç bir təfərrüatını açıqlamayıb və hazırda harada olduğunu da qeyd etməyib.

    “Düşünürəm ki, o, tam səmimi deyildi. O, nə cinayət işi, nə qərar, nə də hələ də ev dustaqlığında olub-olmaması barədə heç nə deməyib. O, bunun kompromis olub-olmadığını açıqlamayıb. O, sadəcə olaraq, bəhanəsini onunla əsaslandırdı ki, guya Fransa hakimiyyətin ondan tələb etdiklərini yerinə yetirir”, – deyə Skott Bennet vurğulayıb.

    Xatırladaq ki, ötən gün “Telegram”ın həmtəsisçisi Pavel Durov sosial platformanın məxfilik siyasətində yenilənmə edildiyini açıqlayıb.

    Məlumatda qeyd olunur ki, bundan sonra “Telegram” mesenceri qaydalarını pozan şəxslərin IP ünvanları və telefon nömrələri əsaslandırılmış hüquqi sorğulara cavab olaraq müvafiq qurumlara açıqlana bilər.

  • В Японии произошло сильное землетрясение: объявлена угроза цунами

    Предупреждение о цунами объявили в Японии из-за землетрясения магнитудой 5.9.

    Об этом сообщает Главное метеорологическое агентство страны.

    Подземные толчки фиксировали у островов Идзу в 08:14 по местному времени (03:14 по Баку – ред.). Очаг находился на 10-километровой глубине.

    О цунами предупредили жителей архипелагов Идзу и Огасавара. Предполагается, что высота волны составит 1 м.

  • Yaponiyada sunami təhlükəsi: Əhaliyə xəbərdarlıq edildi

    Yaponiyada sunami xəbərdarlığı edilib. Buna səbəb 5.9 bal gücündə baş verən zəlzələ olub.

    Bu barədə ölkənin Baş Meteorologiya İdarəsi məlumat verib.

    Yeraltı təkanlar yerli vaxtla saat 8:14-də İdzu adaları yaxınlığında qeydə alınıb. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

    İdzu və Oqasavara arxipelaqlarının sakinlərinə sunami ilə bağlı xəbərdarlıq edilib. Dalğanın hündürlüyünün bir metrə çatacağı gözlənilir.

  • Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib

    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən qəsəbə məscidindən paylaşım edib.

    Paylaşımda deyilir:

    “Uca Allah bütün duaları qəbul etsin. Əhmədli qəsəbə məscidi. Bakı. 23.09.2024”.

  • Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Qoşulmama Hərəkatının (QH, Hərəkat) “Silahlı münaqişələr zamanı mülki şəxslərin qorunması: Fələstin xalqı ilə həmrəylik” mövzusunda nazirlər görüşündə iştirak və çıxış edib.

    Xarici İşlər Nazirliyindən verilən məlumata görə, C.Bayramov beynəlxalq münasibətlərdə ədalətin və qanunun aliliyinin qorunmasında QH-nin rolununun, habelə qlobal sülh, təhlükəsizlik və inkişafa təhdid və çağırışların artması fonunda QH ölkələrinin səylərinin adekvat və operativ şəkildə koordinasiyasının əhəmiyyətini vurğulayıb.

    Azərbaycanın 2029-2023-cü illər ərzində QH-yə sədrliyi dövründə Hərəkatın fəaliyyətinin səmərəliliyinin artırılması və Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini əsirgəmədiyi, bu məqsədlə bir sıra konkret təşəbbüslərlə çıxış etdiyi diqqətə çatdırılıb.

    Azərbaycanın QH Sədrlik Üçlüyünün aktiv üzvü kimi Hərəkatın dünya miqyasında rolunun və təsir gücünün daha da artırılması işinə sadiq olduğu, cari ilin əvvəllərində keçirilmiş Kampala Zirvə toplantısının Hərəkat çərçivəsində indiyədək əldə edilmiş tərəqqiyə nəzər yetirilməsi və QH-nin yekun sənədlərində qarşıya qoyulmuş hədəflərin irəli aparılması baxımından fürsət rolunu oynadığı bildirilib.

    Fələstin məsələsinin QH gündəliyində yer alan əsas maddələrdən olduğu və məsələyə dair QH-nin mövqeyinin Hərəkatın müxtəlif strukturları tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərdə öz əksini tapdığı diqqətə çatdırılıb.

    QH tərəfindən həmçinin İsrail-Fələstin münaqişəsi zonasında beynəlxalq humanitar konvensiyaların və insan hüquqları qanunlarının pozulması hallarına dair narahatlığın bildirildiyi, mülki əhaliyə qarşı hərbi əməliyyatların dayandırılması və qurbanlara ədalətli yanaşılması xüsusunda çağırışlar etdiyi vurğulanıb.

    Azərbaycan tərəfinin məsələyə dair mövqeyinin dəyişməz qaldığı, beynəlxalq hüququn norma və prinsiplərinə, və eləcə də BMT-nin əlaqədar qətnamələrinə əsaslandığı ifadə olunub.

    Sonda davamlı inkişaf və tərəqqi naminə dünyanın bütün nöqtələrində sülh və təhlükəsizliyin bərqərar olacağına ümidvarlıq bildirilib, QH çərçivəsində birgə səylərin artırılması və həmrəyliyin gücləndirilməsi vasitəsilə ortaq hədəflərə çatıla biləcəyi vurğulanıb.

  • Rusiyada şagirdlər helikopteri yandırdılar

    Omskda iki məktəbli aviabazada Mi-8 helikopterini yandırıb.

    Bu barədə Rusiya mediası məlumat yayıb.
    Bildirilib ki, şagirdlər helikopteri “Molotov kokteyli” ilə məhv edib. Hadisədən sonra onlar qaçsalar da, tezliklə həbs ediliblər.

    16 yaşı olan yeniyetmələr Teleqram vasitəsilə təklif aldıqlarını, orada yanğın törətmək üçün onlara 20 min dollar vəd edildiyini, lakin pulun ödənilmədiyini bildiriblər.

    Qeyd edək ki, analoji hadisə 11 sentyabrda Yamalo-Nenets Muxtar Dairəsinin Noyabrsk şəhərində qeydə alınmışdı.

  • Şəmkirdə gənc qadın bıçaqlandı

    Şəmkir rayonunda yerli sakin mübahisə zəminində bıçaq xəsarəti alıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, rayon sakini, 1996-cı il təvəllüdlü N.Nəsrəddinli mübahisə zəminində bıçaqlanıb.
    Zərərçəkən xəstəxanaya çatdırılıb, vəziyyəti kafi qiymətləndirilir.

    Hadisəni törətməkdə onun həyat yoldaşı şübhəli bilinir.

    Faktla bağlı araşdırma aparılır.

  • Tələbələr və jurnalistlər üçün qatarlarda gediş haqqı pulsuz olacaq? – Rəsmi AÇIQLAMA

    “Tələbələr və ya jurnalistlərə ödənişsiz biletlərin verilməsi ilə bağlı məsələ müzakirə edilmir. Gələcəkdə qərarlaşdırlmış məlumat olsa, ictimaiyyətə təqdim olunacaq”.

    Median.Az oxu.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

  • Sabah bu ərazilərdə qaz olmayacaq

    Cəlilabad rayonunun 19 yaşayış məntəqəsində qaz təchizatında fasilə olacaq.

    Median.Az “Report”a istinadən xəbər verir ki, 25 sentyabr saat 10:00 radələrindən görüləcək işlər başa çatanadək 19 yaşayış məntəqəsi üzrə 13 171 abonentin (Cəlilabad şəhəri, Uzuntəpə, Sərhədabad, Əliabad, Məşədivəlli, Seyidbazar, Hasıllı, Hacıismayıllı, Astanlı, Suluçeşmə, Fərzili, Abdullu, Zopun, Cəfərli, Həsənli, Çünəxanlı, Muğan, Maşlıq və Söyüdlü kəndləri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.

    Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

  • Dəmir yolunda gecikmələrin əsas səbəbi açıqlanıb

    Dəmir yolunda sərnişin qatarlarının gecikməsi ilk növbədə Sumqayıt-Pirşağı-Bakı və əks istiqamətdə qeydə alınır.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, qeyd olunan istiqamət üzrə gecikmələrin əksər səbəbi – sərnişinlər tərəfindən qapıların saxlanılmasıdır: “Sərnişinlər tərəfindən vaqon qapılarının saxlanılması dəmir yolunda təhlükə yaradır və gecikmələrə səbəb olur”.