Month: September 2024

  • Deputat seçilən daha bir məmur işdən ÇIXARILDI

    Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Rövşən Muradov vəzifəsindən azad edilib.

    Modern.az-ın əldə etdiyi məlumata görə, buna səbəb onun VII çağırış Milli Məclisə deputat seçilməsidir.

    Rövşən Muradov 121 saylı Laçın seçki dairəsindən deputat seçilib. O, parlamentdə YAP-ı təmsil edir.

    Qeyd edək ki, daha əvvəl növbədənkənar parlament seçkisində 48 saylı Abşeron birinci seçki dairəsindən YAP-ın namizədi olaraq qalib gələn Nigar Məmmədovanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “DOST” İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindəki vəzifəsinə xitam verilib.

    Həmçinin Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Azər Əmiraslanov VII çağırış Milli Məclisin deputatı seçildiyi üçün vəzifəsindən azad edilib.

    Xatırladaq ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi növbədənkənar seçkinin nəticələri təsdiqləyib.

    Ötən gün isə 7-ci çağırış Milli Məclisin ilk iclası keçirilib. İclasda parlamentin sədri, müavinləri və komitə sədrləri seçilib.

  • BNA-nın rüşvətə görə həbs edilən vəzifəli şəxsləri azadlığa buraxıldılar

    Ləğv edilmiş “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxsləri – Hikmət Vəlizadə və Vüqar Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

    Hökmə əsasən, Hikmət Vəlizadə və Vüqar Hüseynova 8 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıb.

    Qeyd edək ki, “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

    İstintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

    İlkin sübutlar əsasında Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Маск проиграл суд своему сотруднику

    Американский бизнесмен и миллиардер Илон Маск проиграл судебный процесс по иску сотрудника Twitter (сейчас X), который добивался от владельца компании выплаты ему выходного пособия после массовых увольнений в компании в 2022 году.

    Об этом сообщает Median.Az со ссылкой на Bloomberg.

    В соответствии с вердиктом суда истец “получит полный пакет выходного пособия”, говорится в заявлении адвоката Шеннон Лисс-Риордан. По ее словам, такое решение может дать зеленый свет другим подобным делам, касающимся выходных пособий. Лисс-Риордан проинформировала, что еще 15 дел прошли арбитражные слушания, и она ожидает, что в ближайшие пару месяцев будут вынесены новые удовлетворительные решения.

    Она выразила надежду, что вследствие подобного развития событий “Twitter/X будет готов сесть за стол переговоров и договориться об урегулировании для всех”.

    Как сообщалось ранее, бывшие сотрудники компании X подали около 2 200 заявлений в арбитражный суд против Маска за невыплату пособий после увольнения. Четыре американских сенатора направили письмо предпринимателю, которого обвинили в нарушении законодательства США после массовых увольнений сотрудников. Законодатели опасались, что после сокращения штата и “поспешного запуска новых проектов” компания не сможет выполнять все обязательства.

    27 октября 2022 года Маск закрыл сделку на сумму 44 млрд долларов по приобретению компании Twitter, владеющей одноименной социальной сетью. После приобретения Twitter бизнесмен провел массовые увольнения. В результате штат компании сократился с 7 500 человек примерно до 2 000.

  • İlon Mask məhkəmədə işçisinə uduzdu: Təzminat ödəyəcək

    ABŞ-də məhkəmə “X” əməkdaşının İlon Maska qarşı qaldırdığı iddianı təmin edib.

    Median.Az “Bloomberg”ə istinadən xəbər verir ki, “X”in sabiq əməkdaşı kütləvi ixtisarlardan sonra şirkətin sahibindən onu işdən çıxardığına görə təzminat ödəməsini istəyib.

    Şikayət edən işçinin vəkili bildirib ki, arbitraj məhkəməsinin çıxardığı qərara əsasən, işdən azad edilən şəxs işdən çıxarıldığına görə nəzərdə tutulan ödənişi tam alacaq. Lakin vəkil təzminatın məbləğini açıqlamayıb.

  • Очередное изменение на проспекте Ходжалы: выделены две полосы для движения автомобилей

    На проспекте Ходжалы автомобилисты могут пользоваться обеими полосами движения.

    Об этом oxu.az сообщили в Агентстве наземного транспорта Азербайджана (AYNA).

    “На проспекте Ходжалы выделены две полосы для движения автомобилей, а также парковочные места и велодорожка. На временной автобусной полосе на этом проспекте не установлены дорожные знаки 5.9 “Полоса для маршрутных транспортных средств”, т.к. полоса пока недействующая.

    “По этой причине водители могут использовать обе полосы движения”, – подчеркивается в информации.

    Отметим, ранее наш сайт сообщал о том, что новые дорожные разметки на проспекте Ходжалы вызвали недовольство водителей.

  • Xocalı prospektində nəqliyyatın hərəkəti ilə bağlı VACİB AÇIQLAMA

    “Xocalı prospektində avtomobillər hər iki hərəkət zolağından istifadə edə bilərlər”.

    Bu barədə oxu.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

    “Xocalı prospektində parklanma yerləri və velosiped zolağı ilə bərabər avtomobillərin hərəkəti üçün 2 zolaq təşkil edilib. Həmin prospektdə müvəqqəti avtobus zolağında 5.9 – “Marşrut nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılmayıb və zolaq hələ ki, qüvvədə deyil.

    Bu səbəbdən avtomobillər hər iki hərəkət zolağından istifadə edə bilərlər”, – deyə məlumatda vurğulanır.

    Qeyd edək ki, Xocalı prospektində aparılan yeni xətlənmələrin sürücülərin narazılığına səbəb olması ilə bağlı məlumat vermişdik.

  • МИД: Посольство Азербайджана в Ливане продолжает работу

    Посольство Азербайджана в Ливане продолжает свою работу.

    Об этом в ответ на запрос АПА заявил пресс-секретарь Министерства иностранных дел АР Айхан Гаджизаде.

    Он отметил, что азербайджанских граждан, проживающих в Ливане, мало: “Сообщений о ранении и гибели наших граждан в результате произошедших событий, не поступало”.

    Отметим, 23 сентября израильская армия нанесла авиаудары по Ливану, включая столицу Бейрут. В результате число погибших достигло 492, ранения получили не менее 1 645 человек.

  • Livandakı hadisələrdə ölənlər arasında azərbaycanlılar var?

    “Azərbaycanın Livandakı səfirliyi fəaliyyətini davam etdirir”.

    Bu barədə APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

    O bildirib ki, Livanda ümumiyyətlə qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı cüzidir:

    “Baş verən hadisələrdə yaralanan və ölənlər arasında azərbaycanlıların olub-olmaması barədə xəbər yoxdur”.

    Qeyd edək ki, sentyabrın 23-də İsrailin Ordusu paytaxt Beyrut daxil olmaqla Livana hava hücumları həyata keçirib. Nəticədə ölənlərin sayı 492-yə çatıb, azı 1645 nəfər xəsarət alıb.

  • В Азербайджан экстрадированы шестеро объявленных в международный розыск

    В Азербайджан экстрадированы шестеро лиц, объявленных в международный розыск.

    Об этом сообщает Median.Az со ссылкой на Генпрокуратуру.

    Надзорное ведомство России 23 сентября экстрадировала в АР Орхана Габибова, Эльджана Ширинова, Зульфугара Сулейманова, Арифа Велиева и Парвиза Салимова.

    Еще один разыскиваемый, Эльмар Садыгов, был экстрадирован из Грузии 17 сентября.

  • Beynəlxalq axtarışda olan altı nəfər Azərbaycana ekstradisiya edilib

    Beynəlxalq axtarışda olan altı şəxsin ölkəmizə ekstradisiyası təmin edilib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Məlumata görə, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Orxan Afiq oğlu Həbibov, Elcan Akif oğlu Şirinov, Zülfüqar Vahid oğlu Süleymanov, Arif Rasim oğlu Vəliyev və Pərviz Rzavan oğlu Səlimovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Bundan başqa, “Ekstradisiya haqqında” Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Elmar Nadir oğlu Sadıqovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.

    Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

    Elmar Sadıqov Gürcüstan ərazisində saxlanılaraq sentyabrın 17-də, digər qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq sentyabrın 23-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.