İrəvanda Ermənistan və Almaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
“Report” xəbər verir ki, məsləhətləşmələri Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə siyasi direktoru Konrad Artz fon Ştraussenburq aparıb.
Həmçinin, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, delimitasiya, eləcə də sülh müqaviləsinin imzalanması ilə bağlı proseslərdə son vəziyyətə toxunulub.
Month: September 2024
-
Ermənistan və Almaniya XİN-ləri Azərbaycanla sülh müqaviləsi prosesini müzakirə ediblər
-
ABŞ “Gürcü Arzusu” partiyasının təsisçisinə qarşı sanksiyalar hazırlayır
ABŞ hakimiyyəti Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.
Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “Amerikanın səsi” radiostansiyası məlumat yayıb.
Məlumata görə, ABŞ rəsmiləri hesab edirlər ki, İvanişvilinin addımları Rusiya şirkətlərinin Gürcüstan bazarına çıxışını asanlaşdırıb, eləcə də Tbilisinin Aİ və NATO-ya daxil olmaq kursuna mane olub. Sanksiyalar tətbiq olunarsa, siyasətçinin ABŞ-dəki aktivləri (əgər varsa) dondurulacaq, Amerika vətəndaşlarına və şirkətlərinə isə onunla iş aparmaq qadağan ediləcək. Bundan başqa, İvanişvilinin ABŞ-yə girişi qadağan oluna bilər.
Hakim partiyanın təsisçisinə qarşı sanksiyaların tətbiq olunacağı vaxt açıqlanmır.
-
İranda neft zavodunda partlayış və yanğın olub
İranın Gərmsar rayonunda neft zavodunda partlayış və yanğın olub.
Məlumatı İran Qızıl Aypara Cəmiyyətinin Gərmsardakı bölməsi yayıb.Bildirilib ki, hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub.
Hadisə nəticəsində zərərçəkənlər barədə məlumat yayılmayıb.
Gərmsar İranın Semnan əyalətində yerləşir. Şəhərdə elmi mərkəz var. İranın keçmiş prezidenti Mahmud Əhmədinejat Gərmsarda anadan olub.
-
Qazaxıstan TDT çərçivəsində sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişi təsdiqləyib
Qazaxıstan “Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında saziş”ini ratifikasiya edib.
Sənədi dövlət başçısı Kasım-Jomart Tokayev imzalayıb.
“Dövlət başçısı “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Sazişin ratifikasiyası haqqında” Qazaxıstan Respublikasının qanununu imzalayıb”, – məlumatda bildirilib.
..report -
Elm və Təhsil Nazirliyinin işçilərinin sayı artırılıb

Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi artırılıb.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərarla işçilərin say həddi 180-dən 210-a qaldırılıb.
-
Ötən həftə 242 mina, 491 partlamamış hərbi sursat zərərsizləşdirilib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan “Report”a verilən məlumata görə, sentyabrın 16-dan 22-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 74, tank əleyhinə 168 mina və 491 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən həftə ərzində 968.3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
-
Fransanın Martinik xalqına zor tətbiqi Yelisey sarayının müstəmləkə siyasətinin tərkib hissəsidir – RƏY
Fransanın növbəti dəfə öz hüquqları uğrunda mübarizəyə qalxmış Martinik xalqına zor tətbiq etməsi rəsmi Parisin müstəmləkə siyasətinin tərkib hissəsidir.
Bunu “Report”a açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli deyib.
Ekspert hesab edir ki, Fransanın zorakı əməliyyatı və dinc etirazçılara qarşı güc tətbiqinin əsarətdə saxladığı xalqlara heç bir halda suverenlik vermək niyyətində olmadığını təsdiq edir:
“Martinik xalqının suverenliyini əldə etmək uğrunda mübarizəsi rəsmi Paris tərəfindən dəfələrlə zorakılıqla yatırılıb. Eyni zamanda saxtalaşdırılmış referendumlarla bu məsələyə siyasi don geyindirilib. Fransa müstəmləkələrində keçirilən heç bir referendumda müstəqillik tərəfdarları qalib gələ bilməyib”.
O, bunun sirrinin saxtakarlıq olduğunu bildirib:
“Bu referendumlarla Fransa öz müstəmləkə siyasətinə sanki haqq qazandırır. Referendumlarda müstəqillik tərəfdarlarının qalib gələ bilməməsinin əsas səbəbindən biri də Fransanın həmin cəmiyyətlərdə təfriqə siyasəti aparması, cəmiyyətin müxtəlif təbəqələrinin bir-birinə qarşı qoymasıdır. Təəssüf ki, bu referendumların saxtakarlığına, o cümlədən müstəqilliklə əlaqədar etirazını bildirən xalqlara qarşı güc tətbiq edilir”.
Z.İbrahimli Fransanın XXI əsrdə müstəmləkə siyasətini var gücü ilə müdafiə etməsinə tənqidi yanaşdığını vurğulayıb.
“Fransa öz qüvvələrindən istifadə edərək etirazçılara divan tutur. Biz Kaledoniyada da bunun şahidi olduq. Bununla kifayətlənməyən Fransa bütün dünyanın gözü qarşısında müstəmləkə siyasətinə haqq qazandıran referendumları da saxtalaşdırır. BMT-nin Təhlükəsizlik Şurasının üzvünün bu cür siyasət yürütməsinin nə dərəcədə düzgün olduğu sual altındadır”, – o bildirib.
Ekspert BMT-nin müvafiq strukturlarının Fransanın bu hərəkətinə siyasi və hüququ qiymət verməsinin vacib olduğunu qeyd edib. O bildirib ki, Avropa İttifaqı ölkələri də buna göz yummamalıdırlar:
“Baxmayaraq ki, Fransa hər fürsət düşəndə insan hüquqları və azadlıqlarından danışır, əgər bu əməllərindən çəkinməsə, onun digər xalqların hüquqları, eləcə də insan hüquqları barədə danışması gülünc görünəcək. Fransa insan haqları haqqında hesabatlar yayır. Amma özü dünya müstəmləkə siyasətinin aparıcı ölkəsidir. Çox təəssüf ki, dünya birliyi və aparıcı beynəlxalq təşkilatlar da buna göz yumur”.
Z. İbrahimli BMT-də keçirilən Baş Assambleya iclasında da mövcud məsələnin qaldırılmasının və vətəndaş cəmiyyətinin məsələdə fəal olmasının əhəmiyyətini də vurğulayıb.
-
Синоптики предупредили об изменении погоды в Азербайджане
С 24 по 27 сентября в некоторых районах Азербайджана ожидаются нестабильные погодные условия.
Об этом Median.Az сообщает со ссылкой на Национальную службу гидрометеорологии.В отдельных местах (Нахчыванская АР, Газах-Гянджа, Карабах и Восточный Зангезур, Балакян-Шеки, Губа-Гусар, Нагорный Ширван, Центральный Аран, Лянкяран-Астара) возможны ливни, град, а в высокогорных районах – мокрый снег.
Ожидается повышение уровня воды в реках, в некоторых реках Большого и Малого Кавказа возможны кратковременные паводки и сели.
-
Növbəti 4 gündə bəzi rayonlarda hava qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ
Sentyabrın 24-ü gündüzdən 27-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.Qeyd olunub ki, ayrı-ayrı yerlərdə ( Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.






