Türkiyənin Bursa şəhərində təlim təyyarəsi qəzaya uğrayıb.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində hər iki pilot ölüb. Qəzanın səbəbi hələ ki məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə şəhərin Gülüstan qəsəbəsi ərazisində qeydə alınıb.
“Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində 2004-cü il təvəllüdlü Məmmədov Fərid Tofiq oğlu aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
В 5-м туре итальянской Серии А состоялся матч между “Интером” и “Миланом”.
Команды встретились на стадионе “Сан-Сиро” (“Джузеппе Меацца”) в Милане.
Матч обслуживала судейская бригада во главе с Маурицио Мариани (Рим). “Милан” одержал победу со счетом 2:1. Таким образом, “Милан” впервые за семь матчей или два года победил “Интер”.
На 10-й минуте отличился нападающий “Милана” Кристиан Пулишич. На 28-й минуте защитник “Интера” Федерико Димарко сравнял счет после передачи Лаутаро Мартинеса. На 89-й минуте защитник “Милана” Маттео Габбия отправил мяч в сетку после передачи Тейяни Рейндерса.
После этой победы “Милан” набрал восемь очков и занимает шестое место в турнирной таблице Серии А, у “Интера” также восемь очков, и он находится на седьмом месте.
İtaliya A Seriyasının 5-ci turunda “İnter” və “Milan” arasında oyun baş tutub.
Komandalar İtaliyanın Milan şəhərində “San Siro” (Cüzeppe Meazza) stadionunda qarşılaşıblar.
Görüşü Mauritsio Marianinin (Roma) başçılıq etdiyi hakim briqadası idarə edib. “Milan” 2:1 hesabı ilə qələbə qazanıb. Beləliklə, “Milan” yeddi matçdan sonra ilk dəfə “İnter”i yenib.
Belə ki, 10-cu dəqiqədə “Milan”ın hücumçusu Kristian Pulişiç fərqlənib. 28-ci dəqiqədə “İnter”in müdafiəçisi Federico Dimarko Lautaro Martinesin ötürməsindən sonra hesabı bərabərləşdirib. 89-cu dəqiqədə “Milan”ın müdafiəçisi Matteo Qabbia Teyani Reyndersin ötürməsindən sonra topu tora göndərib.
Bu qələbədən sonra “Milan” səkkiz xal toplayaraq A Seriyasının turnir cədvəlində altıncı yerdə qərarlaşıb. “İnter”in də aktivində səkkiz xal var və yeddinci yerdədir.
В Сабунчинском районе Баку произошло дорожно-транспортное происшествие с участием автобуса, в котором пострадал один человек.
При столкновении автобуса с легковым автомобилем травмы различной степени тяжести получила 62-летняя пассажирка первого транспортного средства Гусейнова Вера Исмаиловна.
Пострадавшая машиной скорой помощи была доставлена в больницу, при обследовании у нее диагностирована закрытую травму позвоночника.
По факту проводится расследование.
Bakının Sabunçu rayonunda sərnişin avtobusu ilə minik avtomobili toqquşub, xəsarət alan var.
Sərnişin avtobusu hərəkətdə olarkən minik avtomobili ilə toqquşub.
Hadisə zamanı avtobusun sərnişini 62 yaşlı Hüseynova Vera İsmayıl qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı fəqərə sütununun travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Nazirlər Kabineti “Müflis elan olunmuş bankların vergitutma məqsədləri üçün xüsusi ehtiyatlarının yaradılması Qaydası”nı təsdiqləyib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, banka ləğvedici təyin edildikdən sonra bankın aktivlərinin təsnifləşdirilməsi və ehtiyatların hesablanması bu Qaydaya uyğun aparılacaq.
Gecikmə müddətinə görə aktivlərin təsnifat kateqoriyası aşağıdakı cədvələ əsasən müəyyən olunur:

“Respublika Perinatal Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında baş verən və 7 körpənin ölümünə səbəb olan yanğın işi ilə bağlı cinayət işinin ilk məhkəmə baxış iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər – Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva ilə yanaşı, digər vəzifəli şəxslər Hamlet Mustafayev və Elnur Əhmədlinin anket məlumatları dəqiqləşdirilmədən iclas təxirə salındı. Buna səbəb isə təqsirləndirilən sabiq direktor Mehriban Abasquliyanın vəkilinin prosesdə iştirak etməməsi olub.
Qeyd edək ki, yanğınla bağlı ibtidai istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb. İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb. Yanğın nəticəsində müəssisəyə ümumilikdə 361 min manat məbləğində maddi ziyan dəyib.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib. Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işi üzrə Respublika Perinatal Mərkəzi, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.