Month: September 2024

  • Rusiyada miqrantlarla bağlı yeni qaydalar gəlir: Videoya çəkiləcək

    Rusiyada əcnəbilərin ölkədən deportasiya prosesinin videoya çəkilməsi təklif edilib.

    Median.Az-ın “İzvestiya”ya istinadla verdiyi məlumata görə, bu, barədə normativ hüquqi aktların layihələri portalında yerləşdirilmiş sənəddən məlum olub.

    Bildirilir ki, layihə Rusiyada Federal Məhkəmə İcraçıları Xidməti (FMİX) tərəfindən hazırlanıb və icraçılara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi zamanı audio, foto, video qeydiyyat vasitələrindən istifadəni nəzərdə tutur.

    “Video çəkilişi cinayət işləri və inzibati xətalar üzrə istintaq hərəkətləri zamanı, FMİX müəssisələrinin mühafizəsi zamanı, həmçinin əcnəbi vətəndaşların Rusiyadan sərhəd-keçid məntəqəsinə qədər deportasiyası zamanı həyata keçiriləcək. Prosesin bütün iştirakçıları videomüşahidə vasitələrindən istifadə barədə məlumatlandırılmalıdırlar. Qeydiyyat vasitələrilə əldə edilmiş materiallar yazıldığı gündən etibarən ən azı 30 gün saxlanılacaq. İnzibati xətaların sənədləşdirilməsi zamanı hərəkətlərin qeydə alınması halında isə saxlama müddəti ən azı altı ay olacaq”, – deyə sənəddə vurğulanıb.

    Xatırladaq ki, yayda Rusiyada miqrasiya sahəsində nəzarətin gücləndirilməsi ilə bağlı bir neçə qanun layihəsi qəbul edilib. Onlardan biri ölkədə qalmaq üçün qanuni əsası olmayan miqrantlar haqqında məlumatları əhatə edəcək nəzarət olunan şəxslərin reyestrinin yaradılmasıdır. Reyestrə düşənlər nəqliyyat vasitələrini idarə edə, bank xidmətlərindən istifadə edə, əmlak qeydiyyatından keçə, nikah bağlaya və poza, uşaqları uşaq bağçalarına və məktəblərə qeydiyyatdan keçirə bilməyəcəklər, həmçinin onlara daşınmaz əmlak və nəqliyyat vasitələri almaq, kredit götürmək, Rusiya ərazisində sərbəst hərəkət etmək və mövcud hesablardan ayda 30 min rubldan çox xərcləmək qadağan ediləcək. Reyestr 2025-ci ildə işə salınacaq.
    //oxu.az

  • Ильхам Алиев отозвал Полада Бюльбюльоглу с поста посла

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение об отзыве Полада Бюльбюльоглу с должности чрезвычайного и полномочного посла республики в Российской Федерации.

    Об этом сообщает President.az.

  • İlham Əliyev Polad Bülbüloğlunu səfir vəzifəsindən geri çağırdı

    Prezident İlham Əliyev Polad Bülbüloğlunun Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

  • Prezident İlham Əliyev Özbəkistanın baş nazirinin müavinini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Özbəkistan Respublikasının baş nazirinin müavini Cəmşid Xocayevi qəbul edib.

    Bu barədə AZƏRTAC xəbər verir.

  • Али Ахмедов освобожден от занимаемой должности

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение об освобождении Али Джавад оглу Ахмедова от должности заместителя премьер-министра республики.

    Об этом сообщает President.az.

  • Əli Əhmədov vəzifəsindən azad edildi

    Prezident İlham Əliyev Əli Cavad oğlu Əhmədovun Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

  • Musa Qasımlı vitse-spiker postuna namizəd oldu

    Bu gün Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək.

    Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Milli Məclis sədrinin müavini postuna namizəd olub. Onun spikerin birinci müavini olacağı bildirilir.

    Eyni zamanda, Musa Qasımlı və Rafael Hüseynovun da parlament sədrinin müavini postuna namizədlikləri təsdiqlənib.

    Milli Məclisin VI çağırışında sədr müavini olan Fəzail İbrahimli VII çağırışda bu postda olmayacaq.

    * * * * *

    Milli Məclisin VII çağırışında sədrin birinci müavini və 3 vitse-spiker olacaq. Bununla da müavin sayı artacaq.

    Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.

  • Ильхам Алиев: Идеологические провокации против нас продолжаются

    Идеологические провокации против нас продолжаются. Правда, они до сегодняшнего дня не дали никаких результатов, потому что им противостоят сильная воля нашего народа и наш национальный дух. Никакая идеологическая провокация не может здесь пустить корни. Но это не должно нас расслаблять.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев в выступлении на первом заседании Милли Меджлиса VII созыва.

    “Мы должны разоблачать все грязные игры, ведущиеся против нас, и мы это делаем как официально, так и на общественном и медиапространстве. Считаю, что азербайджанский народ сегодня все прекрасно видит, прекрасно знает – кто наш друг, а кто наш враг”, – подчеркнул глава государства.

  • Azərbaycan Prezidenti: “Bizə qarşı ideoloji təxribatlar davam edir”

    “Bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında səsləndirib.

    “Bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir – bizim dostumuz kimdir, düşmənimiz kimdir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

  • Bakıda mal ətinin qiyməti artıb? – VİDEO

    Bakıda mal ətinin qiymətində artım müşahidə olunur.

    Qəssablar bildirirlər ki, mal ətinin qiyməti Bakıda 15,5-16 manat arasında dəyişir.

    Həmçinin, sümüksüz ətin qiyməti isə 19,5-20 manat arasındadır.

    Qeyd olunur ki, bu kimi hallar alıcıların da azalmasına səbəb olur.

    Xatırladaq ki, bazarlarda mal əti alıcılara 14-15 manata təklif edilirdi.

    Daha ətraflı Azad Azərbaycan Telekanalının (ATV) süjetində: