“Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır”.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.
Sərhədlərimizin qorunmasının bizi xarici risklərdən qoruyacağını qeyd edən dövlətimizin başçısı bildirib ki, Azərbaycanda daxili risklər yoxdur.
“Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir”, – deyə Prezident diqqətə çatdırıb.
“Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.
“Yəni, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır”, – deyən dövlətimizin başçısı bildirib ki, təbii, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı onlar üçün, sadəcə, bir alət, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasınlar, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan və digər Ermənistanın qonşuları üçün təhdid mənbələri yaratsınlar və beləliklə, öz maraqlarını təmin etsinlər.
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, idarə əməkdaşları xidməti əraziyə daxil olan Qaradağ rayonu sahilində satış məqsədi ilə narkotikləri əldə edən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Vüqar Əliyevi saxlayıblar.
Ondan külli miqdarda psixotrop maddə olan metamfetamin, heroin, tramadol və 51 ədəd digər növdən olan təsiredici həb götürülüb.
Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Həmçinin, Su Nəqliyyatında Polis İdarəsi digər qanun pozucularına xəbərdarlıq edib. Bildirilib ki, balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-dən etibarən bitib. Xidməti ərazilər olan dövlət qoruqları, milli parklar, dəniz və digər su hövzələrində sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırılır ki, ov zamanı kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda, qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə etmək qəti qadağandır. Su bioresurslarında, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında mövcud qanunları kobud şəkildə pozaraq qanunsuz balıq ovlayan şəxslər saxlanılaraq su polisləri tərəfindən Cinayət və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəklər.
Su polisləri su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların qanunsuz ovlanmasının qarşısını almaq və Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərini, müxtəlif təyinatlı naqilləri, eləcə də dəniz qumunu oğurlayan şəxslərə qarşı da mübarizəni mütəmadi olaraq davam etdirirlər.
Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin (012) 433-38-12 və (012) 433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu ilin yanvar-avqust aylarında Azərbaycana 50 milyon 39 min dollar dəyərində 48 min 130 ton düyü idxal olunub. Yəni düyünün 1 tonu 104 dollara ölkəyə gətirilib. Ötən ilin eyni dövründə isə 36 milyon 685 min dollar dəyərində 41 min 38 ton düyü idxal edilib. Həmin vaxt isə 1 ton düyünün idxalı 89 dollara başa gəlib.
Xezerxeber.az-ın xəbərinə görə, iqtisadçı ekspret Xalid Kərimli deyir ki, idxaldakı bu qiymət artımına səbəb istehsal ölkəsindəki təbii hadisələrdir.
Xalid Kərimli bildirir ki, Azərbaycan düyü tələbatını idxal hesabına ödədiyi üçün bahalaşma qaçılmazdır.
Bazarlarda isə yerli uzun düyünün kiloqramı 5 manat 15 qəpiyə, idxal edilən uzun düyü isə 4 manat 05 qəpiyə satılır. Yerli yumru düyünün kiloqramı 2 manat 80 qəpiyə, idxal olunan yumru düyü isə 2 manat 70 qəpiyə alıcılara təklif edilir. Son aylarda qiymətlərdə 5-10 qəpik artım olduğu vurğulanıb.
Президент Азербайджана Ильхам Алиев в выступлении на первом заседании Милли Меджлиса VII созыва рассказал о некоторых задачах, стоящих перед страной.
Как сообщает АЗЕРТАДЖ, глава государства сказал: “Задача номер один – наращивание нашей военной мощи. Несмотря на то, что вторая Карабахская война и антитеррористическая операция остались позади, как происходящие в мире процессы, возникновение новых очагов конфликтов, войн и эскалация напряженности вокруг нас, так и реваншистские тенденции в Армении вынуждают нас постоянно уделять внимание этой сфере”.
Отметив, что одной из задач, стоящих перед страной, является также восстановление Карабаха и Восточного Зангезура, Президент Азербайджана добавил: “Но если мы будем уделять меньше внимания военной сфере и не обеспечим должный уровень выделяемых на это средств, то в будущем нас могут ожидать проблемы”.
Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkə qarşısında duran bəzi vəzifələri açıqlayıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı deyib:
“Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir”.
Azərbaycan Prezidenti Qarabağ və Şərqi Zəngəzurun bərpasının da ölkə qarşısında duran vəzifə olduğunu söyləyərək qeyd edib:
“Ancaq biz əgər hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər”.
Bakının Yasamal rayonu ərazisində yeni söküntü işləri həyata keçiriləcək. Belə ki, əhaliyə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq.
Baku.ws-in əldə etdiyi məlumata görə, söhbət Təzəpir məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən gedir.
Artıq adıçəkilən küçələrdə yaşayış fondunun inventarizasiyası aparılır. Bu proses başa çatdıqdan sonra söküləcək fərdi yaşayış evlərinin dəqiq sayı müəyyənləşəcək. Yasamal rayonunda yerləşən 199 nömrəli orta məktəbin yanından başlayaraq Baş Prokurorluğun binasının arxa hissəsinə kimi ərazidə yerləşən fərdi evlərin siyahıyaalınma prosesinə start verilib.
İnventarizasiya prosesi başa çatdıqdan sonra evlərin hissə-hissə söküntü mərhələsinə gələn ildən etibarən başlanılacaq. Ərazidə park salınması nəzərdə tutulduğu üçün heç bir yaşayış binası inşa olunmayacaq.
Yaşayış evləri söküləcək vətəndaşlara minimum 2 min manat kompensasiya verilməsi nəzərdə tutulub. Evlərin qiymətinin sabit olmadığını nəzərə alsaq bu məbləğ daha yüksək ola bilər. Kompensasiyanın dəqiq məbləğini Maliyyə Nazirliyi müəyyənləşdirəcək.
Полное восстановление нашего суверенитета в результате второй Карабахской войны и антитеррористической операции открывает перед страной новые возможности, новые горизонты.
Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев в выступлении на первом заседании Милли Меджлиса VII созыва.
Отметив, что тридцатилетняя оккупация уже осталась позади, глава государства подчеркнул, что теперь страна приступила к широкомасштабному строительству, развитию, и результаты налицо. “За последние 3-4 года международные позиции нашей страны еще больше укрепились. Мы смогли заставить весь мир принять результаты второй Карабахской войны и антитеррористической операции”, – сказал Президент.
“İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.
Otuz ilin işğalının arxada qaldığını bildirən dövlətimizin başçısı indi ölkəmizin genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoyduğunu, nəticələrin də göz qabağında olduğunu vurğulayıb.
“Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik”, – deyə Prezident qeyd edib.
“Crocus City Hall”a edilən hücumda istifadə olunan “Renault” avtomobilini cinayəti törədənlərə satanlar gözlənilən terror aktından xəbərdar olublar.
Median.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu, istintaqa cəlb edilən şahid ifadələrində qeyd olunub.
Bildirilir ki, məhkəməyə təqdim olunan materiallarda Dilovar və Aminçon İslamovun, həmçinin Əlişir Qasımovun cinayəti törətdiyinə dair əsaslı şübhələr müəyyən edilib.
Məlumatda qeyd olunur ki, hüquq-mühafizə orqanları iş üzrə araşdırmaları davam etdirir, bütün detalları diqqətlə incələyərək hadisənin gerçək şərtlərini müəyyən etmək üçün sübutlar toplayır.
Xatırladaq ki, martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında törədilən terror aktı zamanı ən azı 145 nəfər ölüb, 550-dən çox insan yaralanıb. Terror aktı ilə bağlı 18 nəfərin həbs edildiyi bildirilib. Daha iki nəfərin isə ölkəni tərk etməsinə qadağa qoyulub.