Month: September 2024

  • Azərbaycanda şagird sinif yoldaşının atası tərəfindən döyüldü

    Beyləqan rayon 1-ci Şahsevən kənd Əli Rüstəmov adına tam orta məktəbdə şagirdlər arasında mübahisə baş verib.

    Modern.az-ın məlumatına görə, mübahisədən sonra şagirdlərdən birinin valideyni digər məktəbliyə xəsarət yetirib.

    Mövzu ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, Beyləqan rayonu 1-ci Şahsevən kəndi Əli Rüstəmov adına 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Musa Zahid oğlu Həsənov sinif yoldaşı Yusif Ruslan oğlu İbişzadənin atası tərəfindən döyülüb:

    “Şagird Musa Həsənovun anası, məktəbin ibtidai sinif müəllimi Səidə Həsənova Daxili İşlər Nazirliyinin 102 “qaynar xətt”inə zəng edərək polisə şikayət edib. Hazırda Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır”.

  • Опубликовано фото скончавшегося азербайджанского военнослужащего

    Опубликовано фото военнослужащего Внутренних войск МВД Азербайджана Орхана Агаева, скончавшегося 22 сентября в больнице, где он находился на лечении.

    Qafqazinfo распространил фото покойного 23-летнего лейтенанта.

  • Faciəli şəkildə həlak olan leytenantın FOTOSU

    Sentyabrın 22-si müalicə olunduğu xəstəxanada vəfat edən Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayevin fotosu yayılıb.

    “Qafqazinfo” vəfat edən 23 yaşlı leytenantın fotosunu təqdim edir:

  • Bakı həbsxanasında daha bir ÖLÜM

    Azərbaycanda məhkum həbsdə ölüb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Orada cəza çəkən məhkum Mirvahid Bağırov dünyasını dəyişib.

    Onun xəstəlikdən öldüyü bildirilir.

    Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 25-ci ölüm hadisəsidir.

  • Beyləqanda 69 yaşlı kişi həmkəndlisinə silahla xəsarət yetirib

    Beyləqanda güllələnmə olub.

    APA xəbər verir ki, hadisə Beyləqan şəhərinin ərazisində yerləşən torpaq sahəsində qeydə alınıb.

    Şəhər sakini, 1955-ci il təvəllüdlü Adil Əkbər oğlu Kərimov özünə məxsus “İJ-30” markalı tir tüfəngindən açdığı atəşlə həmyerlisi, 1993-cü il təvəllüdlü Şamo Şəmşir oğlu Hüseynova xəsarət yetirib.

    Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Сильный пожар в Ходжасане потушен – ВИДЕО (ОБНОВЛЕНО)

    Силы Государственной службы пожарной охраны Министерства по чрезвычайным ситуациям (МЧС) немедленно прибыли на место пожара, произошедшего в поселке Ходжасан Бинагадинского района.

    Об этом oхu.az сообщили в пресс-службе МЧС.

    Было отмечено, что в ходе оценки оперативной обстановки на месте происшествия установлено, что горят бытовые отходы вблизи жилых домов.

    Благодаря оперативному вмешательству пожарных, огонь был потушен в короткие сроки, не дав ему распространиться на прилегающие территории.

    * * * * *

    В поселке Ходжасан Бинагадинского района Баку начался сильный пожар.

    Кадры инцидента распространились в социальных сетях.

  • Xocəsəndə baş verən güclü yanğın söndürülüb – VİDEO (YENİLƏNİB)

    “Binəqədi rayonu, Xocəsən qəsəbəsində baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar”.

    Bununla bağlı oxu.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yaşayış evlərinin yaxınlığında məişət tullantılarının yandığı müəyyən edilib:

    “Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    * * * * *

    Bakının Binəqədi rayonun Xocəsən qəsəbəsində güclü yanğın başlayıb.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Həmin görüntüləri təqdim edirik:

  • “Mercedes” velosipedçini vurub ÖLDÜRDÜ

    Xaçmazda velosipedçini maşın vurub.

    Lent.az xəbər verir ki, hadisə rayonun Ləcət kəndində, orta məktəbin yaxınlığında qeydə alınıb.

    Valeh Zülfiqar oğlu Xəlilov idarə etdiyi “Mercedes Benz C200” markalı avtomobillə velosipedçi Bəhruz Əskər oğlu Sultanovu vurub.

    Hadisə nəticəsində Bəhruz Sultanov ölüb.

  • Ильхам Алиев поздравил короля Саудовской Аравии

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо служителю Двух Благородных Святынь, королю Саудовской Аравии Сальману бен Абдель Азизу Аль Сауду.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Ваше величество,

    Дорогой Брат,

    “От своего имени и от имени народа Азербайджана сердечно поздравляю Вас и в Вашем лице весь Ваш народ по случаю национального праздника Королевства Саудовская Аравия – Дня провозглашения Королевства, передаю самые искренние и теплые пожелания.

    Азербайджан придает особое значение отношениям с Саудовской Аравией, с которой связан общими религиозными и культурными корнями. Нынешний уровень наших межгосударственных отношений черпает силы из глубокой симпатии, уважения и доверия, которые наши братские народы питают друг к другу. Вызывает удовлетворение, что наши связи, источником которых является эта несокрушимая воля, всесторонне развиваясь, поднялись за минувший период на сегодняшний уровень. Хочу особо подчеркнуть Ваш личный вклад в укрепление отношений между Азербайджаном и Саудовской Аравией.

    Народ Азербайджана никогда не забывает постоянную поддержку и справедливую позицию Саудовской Аравии в вопросе территориальной целостности, суверенитета нашей страны и неприкосновенности ее международно признанных границ.

    Мы полны решимости расширять и укреплять отношения между Азербайджаном и Саудовской Аравией во всех областях, в частности, в торгово-экономической, энергетической, туристической, гуманитарной и других сферах. Высокий уровень взаимопонимания создает благоприятную почву для дальнейшего углубления наших отношений в различных областях. Успешное и устойчивое сотрудничество в энергетической сфере является одним из основных направлений наших отношений с Саудовской Аравией. Мы высоко оцениваем деятельность представляющей Вашу страну компании ACWA Power в секторе альтернативной и возобновляемой энергии Азербайджана.

    Наше эффективное сотрудничество и взаимная поддержка в рамках международных организаций являются одной из важных составляющих наших отношений.

    Уверен, что мы и впредь будем последовательно продолжать наши совместные усилия на пути развития основанного на взаимном доверии и поддержке партнерства между Азербайджаном и Саудовской Аравией в интересах наших государств и народов.

    В этот праздничный день желаю Вам крепкого здоровья, успехов в делах, братскому народу Саудовской Аравии – постоянного благополучия и процветания”.

  • İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi

    Azərbaycan Respublikasının Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.

    Azərbaycan ortaq dini və mədəni köklərlə bağlı olduğu Səudiyyə Ərəbistanı ilə münasibətlərinə xüsusi önəm verir. Dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi qardaş xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbət, hörmət və etimaddan güc alır. Bu sarsılmaz iradədən qaynaqlanan əlaqələrimizin ötən dövr ərzində hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi məmnunluq doğurur. Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin möhkəmlənməsində Sizin şəxsi töhfənizi xüsusi vurğulamaq istəyirəm.

    Səudiyyə Ərəbistanının ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına göstərdiyi daimi dəstəyini və ədalətli mövqeyini Azərbaycan xalqı heç vaxt unutmur.

    Biz Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, enerji, turizm, humanitar və digər sahələrdə genişləndirmək və möhkəmləndirmək əzmindəyik. Yüksək səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə münasibətlərimizin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Enerji sahəsində uğurlu və davamlı əməkdaşlıq Səudiyyə Ərəbistanı ilə münasibətlərimizin əsas istiqamətlərindən biridir. Ölkənizi təmsil edən “ACWA Power” şirkətinin Azərbaycanın alternativ və bərpa olunan enerji sektorunda fəaliyyətini yüksək qiymətləndiririk.

    Beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız və qarşılıqlı dəstəyimiz münasibətlərimizin vacib tərkib hissələrindən biridir.

    Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı tərəfdaşlığının inkişafı yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeləri naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.