Month: September 2024

  • В Шуше на Площади флага построят Музей победы

    В Шуше на Площади флага будет построен Музей победы.

    Об этом Report сообщил сотрудник Шушинского государственного заповедника Муслим Имранлы.

    Он напомнил, что Президент Азербайджана Ильхам Алиев 19 сентября принял участие в открытии Площади флага в Шуше. Эта площадь станет источником гордости для каждого гражданина Азербайджана, добавил М.Имранлы.

    По его словам, работы по реконструкции Площади флага в Шуше начались в мае 2024 года:

    “Она окружена амфитеатром. Общая площадь территории составляет 9 190 кв.м, площадь зеленых насаждений – 3 693 кв.м, а высота флагштока – 11.7 м. Большинство многолетних растений на этой территории были сохранены и интегрированы в проект.

    В ландшафтном дизайне использовались местные растения, в том числе платаны. В соответствии с генеральным планом города Шуша вокруг Площади флага планируется построить Музей победы, многофункциональный концертно-зрительный зал и торговый центр”.

  • Şuşanın Bayraq Meydanında Zəfər muzeyi inşa ediləcək

    Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.

    Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı deyib.

    Onun sözlərinə görə, Şuşada Bayraq Meydanının açılışı Azərbaycanın hər bir vətəndaşını qürurlandırıb:

    “Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın dövlət bayrağı ölkənin bütün ərazilərində qürurla dalğalanır. Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində Bayraq Meydanının açılışı hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb”.

    M.İmanlı Bayraq Meydanında görülən və nəzərdə tutulan işlər haqqında da məlumat verib.

    “Şuşada Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9 190 kvadratmetr, yaşıllıqların sahəsi 3 693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11.7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib.

    Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb. Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş planına uyğun olaraq, Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və ticarət mərkəzinin inşa edilməsi nəzərdə tutulur”.

  • МВД обнародовало число найденного на освобожденных территориях за неделю оружия

    Министерство внутренних дел (МВД) Азербайджана обнародовано количество оружия и боеприпасов, обнаруженных сотрудниками полиции на освобожденных территориях за прошедшую неделю.

    Как сообщили в пресс-службе ведомства, 14-20 сентября на территории города Ханкенди сотрудниками полиции обнаружено и изъято 6 автоматов, 2 винтовки, 2 гранаты, 3 штык-ножа, 19 магазинов для патронов, 120 патронов различного калибра и другие боеприпасы.

    Также на территории Ходжавендского района были найдены пулемет, 29 гранат, 2 штык-ножа, 20 магазинов для патронов, 450 патронов различного калибра, на территории Шушинского района – 1 776 патронов разного калибра, а на территории Ходжалинского района – автомат, винтовка, 74 гранаты, 16 запалов, 11 патронов различного калибра и 1 650 патронов различного калибра.

  • Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

    İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

    “Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatdan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

    Həyata keçirilən tədbirlərlə 14-20 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən altı avtomat silahı, iki tüfəng, iki qumbara, üç süngü-bıçaq, 19 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursat, Xocavənd rayonu ərazisindən bir pulemyot, 29 qumbara, iki süngü-bıçaq, 20 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, Şuşa rayonu ərazisindən 1 776 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən isə bir avtomat silahı, bir tüfəng, 74 qumbara, 16 alışdırıcısı, 11 ədəd patron darağı və 1 650 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb”, – deyə məlumatda qeyd olunub.

  • Cегодня азербайджанские команды проведут очередные встречи в рамках Всемирной шахматной олимпиады

    Мужская и женская сборные Азербайджана проведут сегодня очередную встречу на 45-й Всемирной шахматной Олимпиаде в Будапеште.

    Мужская сборная встретится с командой Кубы в 10-м раунде. В настоящее время азербайджанская мужская команда занимает 21-е место с 12 очками.

    Индия сохраняет лидирующие позиции с 17 очками, США и Узбекистан с 15 очками делят второе и третье места соответственно.

    В 10-м туре женская сборная сыграет с командой Монголии. На данный момент команда с 13 очками занимает 12-е место. Казахстан лидирует с 16 очками, у Индии 15 очков, у Китая – 14.

  • Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər

    Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.

    Kişilərdən ibarət kollektiv X turda Kuba ilə üz-üzə gələcək.

    Komanda hazırda 12 xalla 21-ci yerdədir. Hindistan 17 xalla lider mövqeyini qoruyub saxlayır. 15 xala malik ABŞ ilə Özbəkistan müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşür.

    Yığma daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Qazaxıstanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya (2:2) və Yunanıstanla (2:2) isə heç-heçəyə razılaşıb.

    Qadınlardan ibarət kollektiv X turda Monqolustanla münasibətlərə aydınlıq gətirəcək. Hazırda 13 xalı olan yığma 12-ci yerdə qərarlaşıb. Qazaxıstan 16 xalla liderdir. Hindistanın 15, Çinin isə 14 xalı var.

    Yığma Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1), Vyetnam (2,5:1,5), İsveçrədən (4:0) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib – 2:2, Qazaxıstana isə yenilib – 1:3.

  • Против бывшего главного архитектора Лянкярана возбуждено новое уголовное дело

    Против бывшего главного архитектора Лянкярана Эльгюна Абдуллаева, который уже отбывает 8-летний срок за получение взятки, возбуждено еще одно уголовное дело.

    Как сообщает Report, помимо коррупционных деяний он обвиняется в незаконном выделении земельных участков гражданам и выдаче разрешений на строительство в нарушение установленных законом правил.

    В отношении Э.Абдуллаева выдвинуто обвинение по статье 314-2.1 (выделение должностным лицом земельных участков для строительства, выдача разрешения на проведение строительных или монтажных работ, либо не выражение замечания в связи со строениями, к которым применяется уведомительное производство, с нарушением детальных планов в связи с зонированием территорий, видом и масштабом строительства и основных условий ведения строительства на участках, прилегающих к населенным пунктам) Уголовного кодекса Азербайджана.

    Расследование нового уголовного дела завершено, материалы переданы в Лянкяранский городской суд в производство судьи Мурадаги Гасымова.

    Напомним, Эльгюн Абдуллаев был задержан в 2022 году в ходе операции в Лянкяранской городской администрации, проведенной Управлением по борьбе с коррупцией при Генпрокуратуре.

    Было установлено, что он получал взятки от граждан. Лянкяранский суд по тяжким преступлениям приговорил Э.Абдуллаева к 8 годам лишения свободы.

  • Həbs olunan məmurun yeni cinayət əməlləri ortaya çıxdı

    Həbsdə olan Lənkəranın sabiq baş memarı barəsində daha bir cinayət işi başlanılıb.

    “Report” xəbər verir ki, rüşvət almaqda təqsirləndirilərək məhkəmənin hökmü ilə 8 il azadlıqdan məhrum olunan Elgün Abdullayevin yeni cinayət əməlləri ortaya çıxıb.

    Belə ki, Elgün Abdullayevin vətəndaşlara qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırdığı və həmin ərazilərdə tikintiyə qanunsuz icazə verdiyi məlum olub.

    Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 314-2.1-ci (Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən torpaq sahələrini tikinti üçün ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə) maddəsi ilə ittiham verilib.

    Onun barəsində cinayət işinin istintaqı başa çatdırılıb və baxılması üçün Lənkəran Şəhər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Muradağa Qasımovun icraatına verilib.

    Qeyd edək ki, Elgün Abdullayev 2022-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Onun vətəndaşlardan külli miqdarda rüşvət aldığı məlum olub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elgün Abdullayev 8 il azadlıqdan məhrum edilib.

  • Первая азербайджанская свадьба в Ханкенди спустя 32 года – ФОТО

    21 сентября 2024 года войдет в историю как день, когда спустя долгие годы в Ханкенди вновь прошла азербайджанская свадьба.

    Как сообщает modern.az, молодой писатель, член Союза писателей Азербайджана Фархад Керимли и его избранница Равана сыграют свадьбу в ресторане Meydan в Ханкенди.

    Информацию сайту предоставили члены семьи жениха.

    Семья Керимли проживает в Шуше, но приняла решение провести торжество именно в Ханкенди. В мае этого года они переехали в Шушу, где получили 4-комнатную квартиру. Фархад недавно завершил военную службу.

    Напомним, Ханкенди был оккупирован армянскими вооруженными силами 26 декабря 1991 года. Спустя 32 года, 20 сентября 2023 года, в результате антитеррористических мероприятий локального характера азербайджанская армия восстановила контроль над городом. Эта победа ознаменовала полное восстановление суверенитета Азербайджанской Республики.


  • Bu gün Xankəndidə ilk toy məclisi olacaq – FOTO

    21 sentyabr uzun illərdən sonra Xankəndidə azərbaycanlıların toy mərasiminin keçirildiyi tarix olaraq yadda qalacaq.

    Modern.az xəbər verir ki, bu gün gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toyudur. Onun Rəvanə adlı xanımla toy mərasimi Xankəndidəki “Meydan” restoranında keçiriləcək.

    Məlumatı saytımıza bəyin ailə üzvləri veriblər.

    Qeyd edək ki, bu gün evlənən Fərhad Kərimli bir müddət öncə hərbi xidmətini başa vurub. Kərimlilər ailəsi Şuşada yaşasalar da, toyu Xankəndidə etmək qərarına gəliblər.

    Onlar bu ilin mayında Şuşaya köçüblər. Ailə Şuşada 4 otaqlı mənzillə təmin olunub.

    Xankəndi şəhəri 26 dekabr 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 32 ildən sonra -2023-cü ilin sentyabr ayın 20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Ordusu Xankəndi şəhərinə nəzarəti təmin edib. Beləliklə, bu Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.