Month: September 2024

  • Пленум Конституционного суда примет решение по итогам парламентских выборов

    Пленум Конституционного суда проведет заседание по специальному конституционному разбирательству по итогам внеочередных выборов в Милли Меджлис Азербайджанской Республики.

    Заседание назначено на 15:00 21 сентября.

    Напомним, что внеочередные выборы в Милли Меджлис состоялись 1 сентября 2024 года. На парламентских выборах за 125 депутатских мандатов боролись 990 кандидатов.

    16 сентября Центральная избирательная комиссия (ЦИК) подвела итоги выборов и обнародовала новый состав парламента.

    В тот же день ЦИК представил в Конституционный суд соответствующие документы для утверждения итогов и результатов выборов.

  • Konstitusiya Məhkəməsi parlament seçkisi ilə bağlı qərar verəcək

    Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkinin nəticələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclas keçiriləcək.

    İclas sentyabrın 21-də saat 15:00-a təyin edilib.

    Xatırladaq ki, Milli Məclisə növbədənkənar seçki 2024-cü il sentyabrın 1-də keçirilib. Parlament seçkisində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.

    Sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası seçkiyə yekun vurub və parlamentin yeni tərkibini açıqlayıb.

    Elə həmin gün MSK seçki yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.

  • Çox işləmək beyin üçün zərərlidir: Neyrobioloqlardan TÖVSİYƏ

    Müasir həyat ritmi çox vaxt bizi imkanlarımızın son həddində işləməyə, ofisdə gecəyarısına qədər oturmağa və ya evdə kompüter arxasında uzun saatlar keçirməyə məcbur edir. Lakin neyrobioloqların son tədqiqatları göstərib ki, gündə 4 saatdan çox intensiv zehni fəaliyyət nəinki məhsuldarlığıı artırmır, hətta beyin üçün zərərli ola bilər.

    Bu barədə “360 TV” ekspertlərə istinadla xəbər verib.

    Bildirilib ki, alimlər uzun müddət fasiləsiz işləyərkən beyin hüceyrələrinin bərpa oluna bilmədiyini və yığılmış yorğunluğun növbəti günə keçdiyini, bunun da işin səmərəliliyini və diqqəti azaltdığını vurğulayıblar.

    Onlar işin məhsuldarlığını artırmaq üçün aşağıdakı sxemə riayət etməyi tövsiyə edirlər:

    – Tapşırığın ən çətin hissəsini ilk 20 dəqiqədə yerinə yetirmək;

    – Sonra daha sadə tapşırıqlara keçmək;

    – Qısa fasilə etmək;

    – Çətin və sadə tapşırıqları növbələşdirərək işə davam etmək.

    Neyrobioloqlar vurğulayırlar ki, müntəzəm fasilələr etmək, fəaliyyət növlərini növbələşdirmək və beyni həddindən artıq yükləməməklə uzun illər ərzində zehni aydınlığı, yaradıcılığı və məhsuldarlığı qoruyub saxlamaq olar.

  • В Баку родился младенец весом 800 г – ВИДЕО

    В Баку недоношенного новорожденного ребенка подключили к аппарату искусственной вентиляции легких.

    Хотя младенец, родившийся весом всего 800 г, появился на свет в одной из частных клиник, его перевели в Научно-исследовательский институт педиатрии, где удалось устранить угрозу его жизни.

    По словам врача, перевод недоношенных детей из одной больницы в другую – это очень ответственный процесс.

    Было также отмечено, что недавно Фонд Гейдара Алиева предоставил НИИ самый современный аппарат искусственной вентиляции легких. С помощью этого медицинского оборудования наиболее распространенная проблема с дыханием у недоношенных детей устраняется в короткие сроки.

    Подробнее – в сюжете Xəzər Xəbər:

  • Bakıda çəkisi 800 qram olan körpə dünyaya gəlib – VİDEO

    Bakıda vaxtından əvvəl doğulan körpə süni nəfəs aparatına qoşulub.

    Cəmi 800 qram çəki ilə dünyaya gələn körpə özəl klinikaların birində doğulsa da, Elmi-Tədqiqat Pediatriya İnstitutuna təxliyə edilərək həyati riski aradan qaldırılıb.

    Həkim deyir ki, xüsusilə vaxtından əvvəl doğulan körpələrin bir xəstəxanadan digərinə köçürülməsi çox stresli və məsuliyyət tələb edən prosesdir.

    O da qeyd edilib ki, institut yaxın günlərdə Heydər Əliyev fondu tərəfindən ən müasir süni ventilyasiya aparatı ilə təmin edilib.

    Bu tibbi cihaz vasitəsilə isə vaxtından əvvəl doğulan körpələrdə ən çox rast gəlinən nəfəsalma problemi qısa müddətdə aradan qaldırılır.

    Ətraflı “Xəzər Xəbər”in süjetində:

  • Почему на чеках платежных терминалов не указывается взимаемая комиссия? – ВИДЕО

    Согласно информации, распространенной в социальных сетях, при оплате посредством терминалов MilliÖn и E-manat иногда взимается комиссия в размере 1%.

    Сообщается, что эти средства вычитываются в основном при погашении кредитов. Главный момент, беспокоящий граждан, заключается в том, что данная комиссия не указывается на чеках.

    В компании MilliÖn в связи с этим заявили, что во время оплаты на мониторе отображается информация о том, что будет вычтена комиссия. Отсутствие соответствующих сведений на чеке – временное явление, эта услуга появится в ближайшее время.

    Подробнее – в сюжете:

  • Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə NİYƏ GÖSTƏRİLMİR? – VİDEO

    Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzlərdə göstərilməyib.

    Sosial şəbəkələrdə yayılan məlumata görə, ölkədə fəaliyyət göstərən “MilliÖn” və “E-manat” terminallarında ödəniş edən zaman 1% komissiya tutulub. Xüsusilə kredit ödənişlərində bu haqqın tutulduğu bildirilib.

    Vətəndaşları narahat edən əsas məqam isə tutulan komissiya məbləğinin qəbzlərdə əks olunmamasıdır.

    “MilliÖn” şirkətindən bildirilib ki, ödəniş olunan zaman monitorda komissiya çıxılacağı ilə bağlı məlumat əks olunur. Komissiyanın qəbzdə əks olunmaması isə müvəqqətidir və tezliklə həyata keçiriləcək. “Proses yeni tətbiq olunduğu üçün bu bir az vaxt alır”, – deyə açıqlamada qeyd olunub.

    Ətraflı süjetdə:

  • В Азербайджане произошло землетрясение

    В Лерикском районе произошло землетрясение.

    Об этом сообщило Бюро исследований землетрясений Республиканского центра сейсмологической службы при НАНА.

    Согласно информации, землетрясение было зафиксировано в 03:45 по бакинскому времени в 17 км к западу от станции Лянкяран. Магнитуда подземных толчков составила 3.1, очаг залегал на глубине 19 км.

    Землетрясение не ощущалось.

  • Azərbaycanda zəlzələ baş verib

    Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.

    Bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat verib.

    Belə ki, Bakı vaxtı ilə saat 03:45-də baş verən zəlzələnin maqnitudası 3.1, dərinliyi 19 kilometr olub.

    Zəlzələ hiss olunmayıb.

  • Həmkəndlisinin evindən oğurluq edən şəxs tutuldu – VİDEO

    Oğuz rayonunun Xaçmaz kəndində yerləşən evlərin birindən oğurluq edilib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən xəbərə görə, ev sahibi 2000 manat pulun, qızıl-zinət və məişət əşyalarının naməlum şəxs tərəfindən oğurlanması barədə polisə məlumat verib.

    Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmək şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, əvvəllər də məhkum olunmuş Polad İbrahimov saxlanılıb.

    O, oğurladıqlarının bir qismini Gəncə və Qəbələdə satdığını bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə P.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.