Month: September 2024

  • Президент Ильхам Алиев поздравил мальтийского коллегу

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо мальтийской коллеге Мириам Спитери Дебоно.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемая госпожа Президент,

    По случаю 60-й годовщины независимости Республики Мальта от своего имени и от имени народа Азербайджана сердечно поздравляю Вас и в Вашем лице весь Ваш народ, передаю наилучшие пожелания.

    Существуют благоприятные возможности для развития дружественных связей и сотрудничества между Азербайджаном и Мальтой. Верю, что нашими усилиями отношения между нашими странами, которые в следующем году будут отмечать 30-летие установления дипломатических отношений, будут и дальше развиваться и расширяться как в двустороннем порядке, так и в рамках Европейского Союза в интересах наших народов.

    В столь знаменательный день желаю Вам крепкого здоровья, успехов в делах, Вашему народу – постоянного благополучия и процветания”.

  • İlham Əliyev maltalı həmkarını təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti Miriam Spiteri Debonoya təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Malta Respublikasının müstəqilliyinin 60-cı ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

    Azərbaycan ilə Malta arasında dostluq əlaqələrinin və əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar vardır. İnanıram ki, gələn il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək ölkələrimiz arasında münasibətlər birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim firavanlıq və rifah arzulayıram”.

  • СМИ: США перебрасывают дополнительные силы на Аляску

    Власти США перебрасывают дополнительные силы на Аляску, поскольку считают, что Россия и Китай стали активнее действовать в регионе.

    Как передает Median.Az, об этом говорится в статье, опубликованной в газете Politico.

    “Вооруженные силы США постепенно наращивают присутствие вблизи Аляски, они направили туда эсминец и армейское подразделение, оснащенное ракетной системой большой дальности, в то время как напряженность у побережья Аляски растет из-за повышения военной активности России и Китая”, – отмечается в материале.

    “В течение последнего месяца эсминец Sterett был направлен к побережью Аляски в ответ на действия кораблей ВМФ России в этом районе, подразделение Армии [сухопутных войск] США высадилось на отдаленном острове у Аляски, а эскадрилья истребителей, которая там базируется, была приведена в состояние повышенной боевой готовности”, – подчеркивает издание. По его версии, американская сторона предприняла эти шаги в ответ на действия сил России и Китая.

    В публикации приводятся слова сенатора-республиканца (от штата Аляска) Дэна Салливана. Он полагает, что Россия и Китай стали чаще проводить маневры в регионе. Сенатор призывает власти США развивать военную инфраструктуру на Аляске, отмечает издание.

    Объединенное командование аэрокосмической обороны Северной Америки сообщило, что 13 сентября отследило полет двух российских военных самолетов у Аляски. Они оставались в международном воздушном пространстве и не входили в воздушное пространство ни США, ни Канады.

  • ABŞ Alyaskaya əlavə qüvvələr göndərir

    ABŞ hakimiyyəti Alyaskaya əlavə qüvvələr göndərir, çünki Rusiya və Çinin regionda daha aktiv fəaliyyət göstərdiyini düşünür.

    Median.Az bu barədə TASS-a istinadən xəbər verir.

    Məlumata görə, ABŞ silahlı qüvvələri Alyaska yaxınlığında tədricən mövcudluğunu artırır, Rusiya və Çinin hərbi fəaliyyətinin artması səbəbindən Alyaska sahillərində gərginlik artdığı bir vaxtda oraya esmines və uzaqmənzilli raket sistemi ilə təchiz edilmiş ordu bölməsi göndərilib.

    “Rusiya və Çin regionda daha tez-tez manevrlər keçirməyə başlayıb”, – deyə respublikaçı senator (Alyaska ştatından) Den Sallivan bildirib. Senator ABŞ hakimiyyətini Alyaskada hərbi infrastrukturu inkişaf etdirməyə çağırır.

    Şimali Amerikanın Hava-Kosmik Müdafiəsi üzrə Birləşmiş Komandanlığı sentyabrın 13-də Alyaska yaxınlığında iki Rusiya hərbi təyyarəsinin uçuşunu izlədiyini bildirib. Onlar nə ABŞ, nə də Kanadanın hava məkanına daxil olub, beynəlxalq hava məkanında qalıblar.

  • Sumqayıtda özünü doğrayan kişi infarktdan ÖLDÜ

    Sumqayıtda intihara cəhd edən şəxs xəstəxanada ölüb.

    Lent.az-ın məlumatına görə, şəhər sakini olan keçmiş məhkum 52 yaşlı Elbrus İmanov binalardan birinin qarşısında özünə kəsici alətlə xəsarətlər yetirib.

    Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Burada görülən tədbirlərə baxmayaraq, o, ürəktutma səbəbindən ölüb.

  • “Qarabağ” və “Əşrəfi -Dan Ulduzu–Aypara” neft yataqlarına dair Anlaşma Memorandumu imzalanıb

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağı və “Əşrəfi – Dan Ulduzu – Aypara” (ADUA) sahəsinə dair Anlaşma Memorandumu imzalanıb.

    Bu barədə Median.Az SOCAR ilə BP-nin birgə məlumatına istinadən xəbər verir. Birinci blok Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən “Qarabağ” neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud Risk Xidməti Sazişi (RXS) var. Hazırda SOCAR RXS-də 100 % iştirak payına malikdir.

    İkinci blok Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən “Əşrəfi – Dan Ulduzu – Aypara” (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud saziş (HPBS) var. Hazırda SOCAR həmin HPBS-də iştirak payının 100 %-nə malikdir.

    “Əsrin müqaviləsi”nin 30-cu ildönümündə SOCAR ilə BP arasında enerji sahəsində uğurlu strateji tərəfdaşlığı daha da genişləndirəcək Anlaşma Memorandumunun imzalanmasından məmnunluğumu ifadə edirəm. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə otuz il öncə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin enerji sektorunda əldə etdiyi tarixi uğurların əsasını qoydu. Biz Ulu Öndərimizin müəyyənləşdirdiyi enerji strategiyasına uyğun olaraq, Xəzər dənizində enerji sektoru üzrə tərəfdaşlığımızın genişləndirilməsinə, innovasiyaların tətbiqi ilə davamlı inkişafımızın təmin olunması istiqamətlərində fəaliyyətlərimizi davam etdiririk”, – deyə SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib.

    BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz “Qarabağ və ADUA bloklarının kəşfiyyatı və işlənməsində iştirakı ilə bağlı SOCAR-la müzakirələrə başlamağa imkan verən anlaşma memorandumunu imzalamaqdan məmnunluq ifadə edib: “Biz bunu SOCAR-la 30 illik uzun və çox uğurlu tərəfdaşlığımızın davamı olaraq birgə işləməyə imkan verəcək növbəti gözəl imkan kimi görürük. İnanırıq ki, bu iki blokun işlənməsi və kəşfiyyatında iştirakımız mümkün sinerjilər vasitəsilə layihələrin irəliləyişini sürətləndirə bilər. Belə ki, biz birlikdə bu blokların işlənmə variantlarını müəyyənləşdirərkən elə ssenarilər ola bilər ki, onlar bu regionda əməliyyatçısı olduğumuz dünya səviyyəli infrastrukturdan ən səmərəli şəkildə istifadə etməyə imkan yaradar. Bu, həm də hər iki layihəyə BP-nin qlobal təcrübəsinə, texniki və kommersiya biliklərinə, qabaqcıl texnologiyalarına və maliyyə resurslarına çıxışı təmin edərdi. Bu əhəmiyyətli biznes imkanının həyata keçəcəyinə və onun reallaşmasında SOCAR-ın dəstəyinə inanırıq”.

  • Biləsuvarda günəş elektrik stansiyasının tikintisinə 100 milyon dollar ayrılacaq

    Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Biləsuvar rayonunda 445 MVt gücündə “Biləsuvar Solar SPV” günəş elektrik stansiyasının işlənib hazırlanması, tikintisi və istismarı üçün 100 milyon ABŞ dollarına qədər uzunmüddətli kredit ayıracaq.

    Median.Az bankın məlumatına istinadən xəbər verir ki, layihənin ümumi dəyəri 380 milyon ABŞ dolları təşkil edir və onun reallaşdırılmasına bir sıra digər beynəlxalq maliyyə institutları da dəstək verəcək. Bankın Direktorlar Şurası kreditin təsdiq edilməsini oktyabrın 22-də planlaşdırır.

    Layihə “Masdar”ın (BƏƏ) törəmə şirkəti – “Abu Dhabi Future Energy Company” tərəfindən həyata keçirilir. Yeni günəş stansiyası Azərbaycanda bərpa olunan enerjinin istehsal gücünü artıracaq və bu, qazla işləyən elektrik stansiyalarını əvəz etməyə və Paris Sazişinə uyğun olaraq karbon qazının azaldılması hədəflərinə nail olmağa kömək edəcək. CO2 emissiyalarında illik qənaətin 442 min tona çatması gözlənilir. Bu, ölkənin aşağı karbonlu iqtisadiyyata keçidində əsas rol oynayacaq və istilik enerjisindən asılılığı azaldacaq.

    Ekoloji qiymətləndirmə layihənin su quşlarının biomüxtəlifliyi ərazilərinə ciddi təsir göstərməyəcəyini müəyyən edib. Əlavə olaraq, layihə ilə bağlı ekoloji riskləri minimuma endirmək üçün kumulyativ təsir qiymətləndirməsi aparılacaq.

    “Günəş stansiyasını “Nəvahi” yarımstansiyasına birləşdirən 90 kilometrlik 330 kV-luq elektrik xətti iki əsas quş sahəsinin və mühüm miqrasiya dəhlizinin yaxınlığından keçir. Xəttin tikintisinə cavabdeh olan Azərbaycan hökuməti ekoloji cəhətdən həssas ərazilərdən yayınmaq və quşlar üçün riskləri minimuma endirmək üçün xəttin marşrutunu tənzimləmək də daxil olmaqla, Dünya Bankının Ekoloji və Sosial Standartlarına riayət etməli olacaq.

    Layihə sahəsinə 1 454 hektar kənd təsərrüfatı sahəsi daxildir və bu torpaqlar layihənin həyata keçirilməsi üçün Energetika Nazirliyinə veriləcək. Bu, həm fiziki, həm də iqtisadi yerdəyişmə ilə nəticələnəcək. Ətraf mühitə və sosial sferaya təsirin qiymətləndirilməsi üzrə məsləhətləşmələr zamanı 69 nəfərin yaşadığı 12 ev təsərrüfatının təsirə məruz qalacağı müəyyən edilib.

    Sosial-iqtisadi nəticələrin minimuma endirilməsi üçün elektrik xəttinin marşrutu korrektə ediləcək ki, bu da köçürülmənin qarşısını alacaq və əhalinin adi həyat tərzinin pozulmasını azaldacaq. Dünya Bankının standartlarına uyğun olaraq qalıq risklərin azaldılması üçün xüsusi plan hazırlanacaq”, – məlumatda bildirilir.

  • Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

    Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.

    Bu barədə Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Qeyd olunub ki, sentyabrın 21-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var

  • İnsanlara köpəkbalığı hücumları kəskin artıb – Səbəb nədir?

    Sentyabrın 17-də Kanar adalarında köpək balığı alman turistə hücum edib. Hücuma məruz qalan qadın aldığı xəsarətlərdən ölüb.

    Qaynarinfo xəbər verir ki, Kanar adalarında bu nadir hal hesab edilir. Ancaq köpəkbalığı başqa yerlərdə insanlara daha tez-tez hücum etməyə başlayıb.

    Beynəlxalq Köpəkbalığı Hücum Arxivinin (ISAF) statistikasına görə, 1990-cı illərdə və 2010-cu ildən 2019-cu ilə qədər cəmi 500 hücum qeydə alınıb. 2019-cu ildən sonra isə artıq 800-dən çox belə hal müşahidə olunub. Təkcə 2023-cü ildə ISAF insanlara qarşı 69 səbəbsiz köpəkbalığı hücumu qeydə alıb: Bu, son beş ildəki orta göstəricidən 6 dəfə çoxdur. Nəticədə 10 nəfər ölüb.

    Tədqiqatçılar bu tendensiyanın iki amillə bağlı olduğunu düşünürlər. Birincisi, ona görə ki, statistiklər bu cür hallarla əvvəlkindən daha tez-tez xəbərdar olurlar, ikincisi, daha çox insan dənizdə istirahət edir. Köpəkbalıqlarının davranışı heç bir şəkildə dəyişmədi, heyvanlar daha ac və ya daha aqressiv olmadılar.

    Sadə qaydalar sizə hücumdan qaçmağa kömək edə bilər: sahilə yaxın olun, səhər və axşam saatlarında üzməyin, suda həddindən artıq sıçrayışlardan çəkinin.

    Rusiyada müşahidələrin bütün tarixində insanlara köpəkbalığının yalnız üç hücumu qeydə alınıb. Ən çox ABŞ-da (1,640 hadisə), Avstraliyada (706) və Cənubi Afrikada (262) belə hallara rəst gəlinib. Statistikaya görə, köpəkbalığı insanlar üçün itlərdən, ilanlardan və ağcaqanadlardan minlərlə dəfə az təhlükəlidir.

  • Hər biri Günəşdən 20 dəfə böyük olan qara dəliklər dəstəsi tapıldı

    Alimlər aşkar ediblər ki, səmadakı ulduzlar çoxluğu onun qəlbində bir sirr gizlədə bilər. Söhbət hər birinin kütləsi Günəşin kütləsindən 20 dəfə böyük olan 100-dən çox qara dəlikdən ibarət dəstə.

    Qaynarinfo “ScienceAlert”ə istinadən xəbət verir ki, söhbət 30 000 işıq ili uzanan və təxminən 80 000 işıq ili uzaqlıqda yerləşən Palomar 5 ulduz klasterindən gedir.

    Bu cür çoxluqlar çox vaxt ilkin kainatın “fosilləri” hesab olunur. Onlar çox sıx və sferikdirlər və təxminən 100.000 ilə 1 milyon arasında çox köhnə ulduzları ehtiva edirlər, bəziləri demək olar ki, Kainatın özü qədər köhnədir.

    İstənilən qlobular çoxluqda onun bütün ulduzları eyni vaxtda tək qaz buludundan əmələ gəlir. Süd Yolunda təxminən 150 belə obyekt məlumdur. Onlar kainatın tarixini və qaranlıq maddənin məzmununu öyrənməyə kömək edirlər.

    Bununla belə, alimlərin daha çox diqqətini gelgit axınları – səma boyunca uzanan ulduzların uzun çayları cəlb edir. Əvvəllər onları müəyyən etmək çətin idi, lakin Süd Yolunun üç ölçülü yüksək dəqiqliklə xəritəsi üzərində işləyən Gaia kosmik rəsədxanası bunu asanlaşdırıb.

    “Bu axınların necə əmələ gəldiyini bilmirik, amma bir fikir odur ki, onlar qırıq ulduz klasterləridir. Bununla belə, yeni kəşf edilən axınların heç birində əlaqəli ulduz çoxluğu yoxdur, ona görə də əmin ola bilmərik. Beləliklə, bu axınların necə əmələ gəldiyini başa düşmək üçün onunla əlaqəli ulduz sistemini öyrənməliyik. Palomar 5, axının əmələ gəlməsini başa düşmək üçün onu Rosetta Daşı edən yeganə haldır və biz onu ətraflı şəkildə öyrəndik”, deyə Barselona Universitetindən astrofizik Marc Giles bildirib.

    Palomar 5 ölçüsünə görə unikal görünür. Komanda çoxluqdakı hər bir ulduzun orbitlərini və təkamülünü yenidən yaratmaq üçün ətraflı N-bədən simulyasiyalarından istifadə edib. Hesablamalara görə, qara dəliklərin populyasiyaları qlobal klasterlərin mərkəzi bölgələrində mövcud ola bilər.

    “Qara dəliklərin sayı çoxluqdakı ulduzların gözlənilən sayından təqribən üç dəfə çoxdur, bu isə o deməkdir ki, klasterin ümumi kütləsinin 20%-dən çoxu qara dəliklərdən ibarətdir. Hər birinin kütləsi təxminən 20 dəfə çoxluq kütləsinə malikdir. Günəş və onlar böyük ulduzların ömrünün sonunda, çoxluq hələ çox gənc olanda fövqəlnova partlayışlarında əmələ gəliblər”, deyə Giles bildirib.

    Bu çoxluq milyard il ərzində tamamilə dağılacaq. “Ölüm”dən əvvəl o, tamamilə qalaktika mərkəzi ətrafında fırlanacaq qara dəliklərdən ibarət olacaq.

    “Birləşən ikili qara dəliklərin böyük bir hissəsinin ulduz klasterlərində əmələ gəldiyinə inanılır. Bu ssenaridə böyük naməlum olan çoxluqlardakı qara dəliklərin sayıdır ki, biz qara dəlikləri görə bilmirik, çünki bunu müşahidələrdən məhdudlaşdırmaq çətindir. Metodumuz bizə atdıqları ulduzlara baxaraq bir ulduz çoxluğunda neçə qara dəliyin olduğunu öyrənməyə imkan verir”, deyə Böyük Britaniyanın Kardiff Universitetinin astrofiziki Fabio Antonini bildirib.