Month: September 2024

  • Bibisi qızını qısqanclığa görə bıçaqlayan şəxs cəzalandırıldı

    Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Valeh Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Valeh Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, hadisə 24 dekabr 2023-cü il tarixdə, saat 10 radələrində Lənkəran rayonunun Təngivan kəndində qeydə alınıb.

    Belə ki, 2007-ci il təvəllüdlü Valeh Asif oğlu Əliyev bibisi qızı, 2003-cü il təvəllüdlü Sevgi Etibar qızı Əzimovanı bıçaqlayıb.

    Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Cinayət materiallarında qeyd edilib ki, Valeh qohumlarının evinə gedərək qadına onu sevdiyini bildirib, həmkəndlisi V.V. (şərti) ilə əlaqəsinin olub-olmadığını soruşub. Bu zaman onların arasında mübahisə yaranıb. Nəticədə Valeh evin qonaq otağındakı masanın üzərində olan mətbəx bıçağını əlinə götürüb zərərçəkmiş şəxsin qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona xəsarət yetirib.

    Xatırladaq ki, Sevgi Əzimova boşanıb, bir azyaşlı övladı var.

  • Минобороны Азербайджана поделилось кадрами антитеррористических мероприятий (ВИДЕО)

    Министерство обороны Азербайджана в связи с Днем государственного суверенитета опубликовало кадры антитеррористических мероприятий локального характера, проведенных 19-20 сентября 2023 года.

    В видеоролике, опубликованном со словами “Пусть наша территориальная целостность и суверенитет будут вечными! Да здравствует Азербайджан!”, показаны реальные боевые кадры, а также то, как Президент, победоносный Верховный главнокомандующий Ильхам Алиев поднимает государственный флаг на освобожденных от оккупации территориях.

  • Azərbaycan Müdafiə Nazirliyi antiterror əməliyyatından kadrları paylaşdı (VİDEO)

    Azərbaycan Müdafiə Nazirliyi Dövlət Suverenliyi Günü ilə bağlı 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirlərindən görüntülər paylaşıb.

    “Ərazi bütövlüyümüz, suverenliyimiz əbədi olsun! Yaşasın Azərbaycan!” şüarları ilə paylaşılan videoçarxda real döyüş kadrları, eləcə də Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunan ərazilərdə Dövlət Bayrağını ucaltması əks olunub.

  • Погода на завтра: прогноз погоды в Баку, Азербайджане на 21 сентября

    В Баку и на Абшеронском полуострове 21 сентября будет преобладать пасмурная погода, ночью и утром в некоторых местах ожидаются дожди. Северо-западный ветер днем сменится северо-восточным.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Температура воздуха ночью составит 14-18, днем 22-25 градусов тепла. Атмосферное давление – 762 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 70-80%, днем 50-55%.

    В некоторых районах Азербайджана ожидается дождь и грозы, на отдельных территориях возможны интенсивные ливни, град, а в высокогорье – снег. Ночью и утром в некоторых горных и предгорных районах – туман, будет дуть восточный ветер.

    Температура воздуха ночью будет 14-18, днем 23-27, в горах ночью 5-10, днем 10-15 градусов тепла.

  • Sentyabrın 21-nə olan hava proqnozu AÇIQLANDI

    Ölkə ərazisində sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 762 m civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.

  • Какой штамм COVID-19 распространен в Азербайджане?

    Эпидемиологическая ситуация с коронавирусом в Азербайджане остается стабильной. Основными циркулирующими в стране штаммами являются различные подвиды “Омикрона”. Мутация вируса, как часть его естественной эволюции, продолжается на всех этапах.

    Об этом в ответ на запрос lent.az заявил специалист-эксперт Министерства здравоохранения, инфекционист Тайяр Эйвазов.

    По его словам, определение уровня распространения того или иного подвида с помощью секвенирования (это общее название методов, которые позволяют установить последовательность нуклеотидов в молекуле ДНК – ред.) в настоящее время не имеет практического значения с точки зрения борьбы с инфекцией и планирования противоэпидемических мероприятий.

    “Эти подвиды сопровождаются примерно одинаковыми клиническими признаками, и по ним невозможно определить подвид. Хотя они различаются по скорости передачи, ни один из них не вызывает тяжелого заболевания у иммунокомпетентных лиц. Различные ученые высказывают предположения, что вакцины против коронавирусов в определенной степени эффективны и против новых штаммов”, – отметил Т.Эйвазов.

  • Azərbaycanda COVID-19-un hansı ştamı yayılıb? – Təyyar Eyvazov AÇIQLADI

    Azərbaycanda koronavirusla bağlı epidemioloji durum sabitdir. Ölkədə rast gəlinən əsas ştam “Omikron”un müxtəlif altnövləridir. Virusun mutasiyaya uğraması onun təbii təkamülü olaraq, bütün dövrlərdə davam etməkdədir.

    Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-ın sorğusuna cavab olaraq bildirib.

    Onun sözlərinə görə, hansısa bir altnövün yayılma səviyyəsinin sekvenləşmə vasitəsi ilə müəyyən edilməsi hazırda infeksiya ilə mübarizə və əks-epidemik tədbirlərin planlaşdırılması baxımından praktik əhəmiyyət kəsb etmir:

    “Bu altnövlər təxminən eyni klinik əlamətlərlə müşayiət olunur və bunlara görə altnövün müəyyən edilməsi mümkün deyil. Onların hər biri digərindən yoluxuculuq sürətinə görə fərqlənsə də, immunkompetent şəxslərdə heç biri ağır xəstəlik törətmir. Müxtəlif alimlər tərəfindən koronaviruslara qarşı tətbiq edilən peyvəndlərin yeni yaranan ştamlara qarşı da müəyyən qədər effektiv olması barədə ehtimallar səslənməkdədir”.

  • Zaqatalada nöqsanlar aşkarlanan şadlıq evinin fəaliyyəti məhdudlaşdırılıb

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Zaqatala rayonu, Dağlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Nazim Həsən oğlu Qarayevə məxsus “Röya” şadlıq evində planlı yoxlama keçiriblər.

    Bu barədə AQTA-dan məlumat verilib.

    Bildirilib ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya-gigiyena norma və qaydalarına əməl olunmadığı aşkarlanıb.

    Belə ki, obyektdə çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, döşəmə və divar səthlərinin təmirsiz olduğu, istifadə edilən alət və avadanlıqların təmizlənməsi üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və sair nöqsanlar müəyyən olunub.

    Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyətinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul olunub. Habelə pozuntuların aradan qaldırılması istiqamətində sahibkarlıq subyektinə dəstək göstərilib, maarifləndirmə işləri həyata keçirilib, metodiki tövsiyələr verilib.

  • Ильхам Алиев: Наша молодежь не должна попадать под чье-либо влияние, вестись на обещания

    44-дневная Отечественная война показала, что, возможно, ни в одной стране нет общества, демонстрирующего такое единство, как наше.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев на встрече с преподавателями и студентами Карабахского университета.

    “Последующее поколение, молодежь – они тоже должны идти по этому пути. Прежде всего, они должны воспитываться в национальном духе, быть приверженными своей культуре, традициям, духовным ценностям. Они не должны попадать под чье-либо влияние, вестись на различные обещания. Тридцатилетний период оккупации показал это”, – сказал глава государства, подчеркнув, что практически все крупные силы хотели сделать эту оккупацию вечной.

  • Prezident: “Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar”

    “44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib.

    “Bizdən sonra gələn nəsil, gənclər, onlar da bu yolla getməlidirlər. İlk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar. Bizim bu 30 illik işğal dövrümüz onu göstərdi”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, demək olar bütün böyük güclər bu işğalı əbədi etmək istəyirdilər.