Month: September 2024

  • Kolleclərə direktorlar təyin olunub

    Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Neymət Rüstəmli Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə, Xatirə Məlikova Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə, Elşad Əhmədov isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) nəzdində İncəsənət Kollecinə direktor vəzifəsinə təyin edilib.

    Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Neymət Rüstəmli bakalavriat təhsilini Sumqayıt Dövlət Universitetində alıb, magistratura səviyyəsini isə “ADA” Universitetində “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə bitirib. 2011-2019-cu illərdə Ağdam rayon 91 saylı köçkün tam orta məktəbi və I Sarıcalı kənd tam orta məktəbində müəllim kimi çalışıb. O bu təyinatadək Ağdam rayon 91 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edib. N.Rüstəmli I Yüksəliş müsabiqəsinin yarımfinalçısıdır.

    Xatirə Məlikova bakalavriat səviyyəsi üzrə Azərbaycan Dillər Universitetində təhsil alıb. Hazırda “ADA” Universitetində “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə magistratura səviyyəsində təhsil alır. O, 2009-2022-ci illərdə İsmayıllı rayon Tircan kənd tam orta məktəbində müəllim kimi çalışıb. X.Məlikova 2022-ci ildən bu təyinatadək Şamaxı rayon E.Rzayev adına Mədrəsə qəsəbə tam orta məktəbin direktoru vəzifəsini icra edib.

    Elşad Əhmədov 2012-ci ildə “Rəngkarlıq” ixtisası üzrə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) bakalavriat təhsili alıb. Daha sonra 2012-2018-ci illərdə İ.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasında “Dəzgah rəngkarlığı” ixtisası üzrə təhsil alıb. 2023-cü ildən etibarən ADRA-da rəsm müəllimi kimi çalışır.

  • Президент: Если есть сильная воля, патриотизм, то никакая сила не сможет устоять перед этим народом

    Если есть сильная воля, профессионализм, патриотизм, молодое поколение, воспитанное в национальном духе, то никакая сила не может устоять перед этим народом. Ни 7, 6, 8, 9, 10 линий обороны, ни географическое преимущество армянской армии, поскольку они разместились на всех высотах, – ни крупные державы, ни государства, вооружающие Армению и оказывающие ей моральную и физическую помощь. Никто.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев на встрече с преподавателями и студентами Карабахского университета.

    “Когда все эти факторы выступают как единое целое, никто не может выстоять перед этим народом”, – заявил глава государства.

  • Prezident: “Güclü iradə, vətənpərvərlik olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz”

    “Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz. Nə 7, 6, 8, 9, 10 müdafiə xətti, nə Ermənistan ordusunun coğrafi üstünlüyü, çünki bütün təpələrdə onlar yerləşmişdi, – nə böyük dövlətlər, nə Ermənistanı silahlandıran, onlara mənəvi və fiziki yardım göstərən dövlətlər. Heç kim”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib.

    “Bax, bütün bu amillər bir yerdə olanda, heç bir qüvvə o xalqın qabağında dura bilməz”, – deyə dövlətimizin başçısı vurğulayıb.

  • Ильхам Алиев на встрече со студентами Карабахского университета рассказал о героизме наших военных

    Президент Азербайджана Ильхам Алиев на встрече с преподавателями и студентами Карабахского университета рассказал о героизме, профессионализме наших военных.

    Как сообщает АЗЕРТАДЖ, глава государства отметил, что в мировой военной истории не было операций подобных тем, что провела наша славная армия.

    “В течение 44 дней каждый день идти вперед, прорывая в сложных географических условиях 5-6, а в некоторых местах 7 оборонительных линий врага, подниматься снизу вверх, неся потери, освободить такую неприступную крепость как Шуша, взбираясь на отвесные скалы только с легким оружием, – какая армия в современной истории продемонстрировала такой героизм, профессионализм?! Это правда”, – сказал Президент Азербайджана.

  • İlham Əliyev Qarabağ Universitetinin tələbələri ilə görüşdə hərbçilərimizin qəhrəmanlığından danışıb

    Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə hərbçilərimizin qəhrəmanlığından, peşəkarlığından danışıb.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı dünya hərb tarixində 44 günlük müharibədə şanlı Ordumuzun həyata keçirdiyi əməliyyatların oxşarının olmadığını bildirib.

    “44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, – müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir?! Bu, həqiqətdir”, – deyə Prezident qeyd edib.

  • Президент: В результате антитеррористической операции сепаратисты были уничтожены

    Этот день (День государственного суверенитета – ред.) мы вместе отмечаем в Ханкенди и уверен, что отныне 20 Сентября будет широко отмечаться в Азербайджане.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент страны Ильхам Алиев на встрече с преподавателями и студентами Карабахского университета.

    “Ровно год назад героическая азербайджанская армия полностью восстановила государственный суверенитет. В результате антитеррористической операции, продолжавшейся менее одного дня, сепаратисты были уничтожены, Азербайджан полностью обеспечил свой государственный суверенитет, международное право взяло верх, и наша страна вновь продемонстрировала свою мощь”, – подчеркнул глава государства.

  • Prezident: “Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi “

    “Bu günü (Dövlət Suverenliyi Günü – red.) biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib.

    “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”, – deyə dövlətimizin başçısı vurğulayıb.

  • Qadınları İran və Bəhreynə aparan şəxslə bağlı QƏRAR

    Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən Sevda Bayramovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, Sevda Bayramovanın şikayəti təmin edilməyib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sevda Bayramova 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, 2018-ci ildə qadınları tamah niyyəti və aldatma yolu ilə istismar məqsədilə dövlət sərhədindən keçirərək İran və Bəhreynə aparan Sevda Bayramovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci (insan alveri) maddələri ilə ittiham irəli sürülüb.

    Onun əlindən çətinliklə çıxan qadınlar Bakıya qayıtdıqdan sonra Sevdanın barəsində şikayət ediblər. Zərərçəkmiş qadınlar zorla fahişəliyə cəlb edildiklərinə görə psixoloji sarsıntı keçirdiklərini qeyd ediblər.

  • Ильхам Алиев принял участие в открытии студенческого общежития Карабахского университета – ФОТО

    20 сентября Президент Азербайджанской Республики Ильхам Алиев принял участие в открытии после ремонта студенческого общежития Карабахского университета в Ханкенди.

    Об этом сообщает АЗЕРТАДЖ.











  • İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.