Month: September 2024

  • Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

    “Fransa silahlı qüvvələri 19 sentyabrda yenidən Yeni Kaledoniyada dinc nümayişçilərə qarşı odlu silahlardan istifadə ediblər. İki mülki şəxs güllələnib ki, onlardan biri ölüb, digəri ağır yaralanıb”.

    Bu barədə Fransa hökumətinin güc tətbiqinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsinin (FLNKS) yaydığı bəyanatda bildirilir.

    Bəyanatda qeyd olunub ki, Fransa idarəçiliyinə qarşı Martinikdə də etirazlar başlayıb: “Fransa hökuməti Yeni Kaledoniyada olduğu kimi, Martinikdə də komendant saatı tətbiq edib. Dinc etirazçılara qarşı təhlükəsizlik qüvvələri aşırı güc tətbiq ediblər”.

    Bəyanatda deyilir ki, kanak xalqı üçün bu cümə axşamı matəm elan edilib: “Belə ki, Pyer Deklerkin üstü açılmamış qətlindən 43 il sonra və Viktor əməliyyatından 36 il sonra tarix təkrarlanır.

    FLNKS (Kanak Sosialist Milli Azadlıq Cəbhəsi) Mont Dore kommunası olan Sent-Lui qəbiləsinə aid ərazidə iki gənc kanakın hüquq-mühafizə orqanları tərəfindən güllələnməsi ilə əlaqədar olaraq baş vermiş faciəli hadisəyə görə dərin qəzəb və kədərini bildirir.

    FLNKS sözügedən gənclərdən birini öldürməyə çəkinməyən hüquq-mühafizə orqanlarının istifadə etdiyi barbar və alçaldıcı üsulları pisləyir. Bu ölümlərin sayı 2024-cü ilin may ayından bəri getdikcə artır. Artıq ikisi jandarm olmaqla 13 nəfər həyatını itirib:

    “Biz ölkəmizin cənubunda, xüsusən də militarizasiya və təzyiqin olduğu Sent-Luis qəsəbəsində hərbi müdaxilələrin dərhal dayandırılmasını tələb edirik.

    FLNKS-in 30 Avqust – 1 Sentyabr 2024-cü il tarixlərində baş tutmuş son qurultayından sonra Kumak Paqu Kommunasında vəziyyətin yumşalmasının şahidi olduq. Belə ki, bütün ərazi üzrə blokadalar tədricən qaldırıldı. Yalnız Sent-Luisdə vəziyyət qeyri-stabil olaraq qalırdı.

    Məhz bu məqsədlə Cəbhə FLNKS, CCAT (Ərazilərin Koordinasiyası Şəbəkəsi) və Sent-Luis əhalisi arasında Konqresinin qərarlarını çatdırmaq üçün sentyabrın 8-də görüş təşkil etdi. Sonrakı günlərdə böhranın qan tökülmədən həll edilməsi məqsədilə qəsəbədə başçılarla Ali Komissiya arasında digər görüşlər də təşkil edildi.

    Lakin Fransa Ali Komissarlıq və prokuror olan yerli nümayəndələri vasitəsilə (biz onların repatriasiyasını dəfələrlə tələb etmişik), ekstremist sağçıların təsiri ilə ancaq kanakları öldürməyə qərar veriblər”.

    FLNKS bütün əhalini ağrılara və təxribatlara baxmayaraq, zorakılığa təslim olmamağa çağırıb:

    “Bu gün həmişəkindən daha çox sülh və ədalət üçün, ölkəmizin sabitliyinin qorunması naminə fəaliyyətlərimizə davam etməliyik.

    Yeni Kaledoniyadakı vəziyyətin ciddiliyini nəzərə alınması üçün biz Fransaya və beynəlxalq ictimaiyyətə müraciət edirik. Biz əməliyyatların şəffaflığına zəmanət vermək və dialoqun bərpasına kömək etmək üçün bir daha beynəlxalq müşahidəçilərin göndərilməsini xahiş edirik. Numea sazişində götürülmüş öhdəliklərə uyğun olaraq Kanak xalqının tam suverenlik üçün istəklərinə cavab vermək üçün ölkəmizin institusional və siyasi gələcəyi ilə bağlı danışıqları yenidən başlamaq vacibliyini ifadə edirik.

    Nəhayət, FLNKS Sent-Luis qəsəbəsinə, onun əhalisinə, aidiyyəti ailələrə öz dəstəyini verir, gəncləri öz həyatlarını qorumağa və ümumilikdə əhalini tam məsuliyyətlə səfərbər olmağa çağırırıq”.

  • Şri-Lankada sabah prezident seçkiləri keçiriləcək

    Şri-Lanka seçiciləri sabah keçiriləcək səsvermə ilə yeni prezidentini seçməyə hazırlaşır.

    Median.Az xarici mətbuata istinadən xəbər veirr ki, 2022-ci ildə Qotabaya Rajapaksanın istefasına səbəb olan ümummilli etirazlardan sonra Şri-Lankada seçicilər seçkiyə gedəcəklər.

    22 milyon əhalisi olan ölkədə sentyabrın 21-də keçiriləcək prezident seçkilərində qeydiyyatdan keçmiş 17 milyondan çox seçicinin səs verəcəyi gözlənilir.

    Ölkədə prezident seçkiləri ən mürəkkəb və gözlənilməz seçkilərdən biri hesab olunur.
    //azxeber.com
     

  • Qar qəfil yağacaq: Sinoptiklər xəbərdarlıq etdi

    Müasir meteorologiyada qabaqcıl texnologiyalar sayəsində sinoptiklər cari ildə ilk qarın nə vaxt yağacağını müəyyənləşdirə bilirlər.

    Bu il ilk qar gözlənildiyindən tez yağa bilər.

    Proqnozlara görə, qış daha erkən başlayacaq və ilk qar artıq oktyabrın sonunda yağmağa başlayacaq.

    Bu proqnozu əldə etmək üçün mütəxəssislər meteostansiyaların məlumatlarını, peyk müşahidələrini, yerüstü postlardan alınan məlumatları, mürəkkəb alqoritmlər və modelləri əhatə edən kompleks yanaşmadan istifadə ediblər.

    İlk qarın yaxınlaşması ilə əlaqədar mütəxəssislər qış mövsümünə əvvəlcədən hazırlaşmağı məsləhət görürlər. Əsas tədbirlər arasında qış paltarlarının və aksessuarlarının hazırlanması, avtomobilin vəziyyətinin yoxlanılması, antifrizin dəyişdirilməsi, qış təkərlərinin quraşdırılması, bağ bitkilərinin qorunması və həyətyanı sahənin qış şərtlərinə hazırlanmasıdır.

    Müasir proqnozların yüksək dəqiqliyinə baxmayaraq, sinoptiklər hava şəraitinin gözlənilməz dəyişikliklərə meylli olduğunu vurğulayırlar.

    Azərbaycanda ilk qar regionlarda kənd təsərrüfatı ilə məşğul olanlar üçün ciddi əhəmiyyət daşıyır. Fermerlər və bağ sahibləri məhsulları qorumaq üçün öncədən tədbirlər görməlidir. Eyni zamanda, şəhər əhalisi də avtomobillərini və evlərini qışa hazır vəziyyətə gətirməli, şaxta və buzlanma riskinə qarşı tədbirlər almalıdırlar.
     
    ///baku.ws

  • COP29-da bu iş yerləri bağlanacaq – Mühüm AÇIQLAMA

    Noyabr ayının 11-dən 24-ə qədər davam edəcək COP29 tədbiri zamanı paytaxta dünyanın müxtəlif ölkələrindən təxminən 90 minə yaxın insan gələcək. Konfransla bağlı artıq aylar öncədən başlayan hazırlıq prosesi, demək olar ki, yekunlaşmaqdadır. Tədbir ərzində Bakıda təhsil müəssisələrinin artıq onlayn rejimdə fəaliyyət göstərəcəyi dəqiqləşib.

    Bəs görəsən, məhdudiyyətlər başqa hansı sahələri əhatə edəcək?

    Median.Az bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan millət vəkili Elman Nəsirov bildirib ki, tədbirdə iştirak üçün dünyanın müxtəlif ölkələrindən ən az 80-90 min qonağın gələcəyi gözlənilir:

    “Noyabr ayının 11-24-ü ərzində, Azərbaycan Respublikası dünyanın ən böyük beynəlxalq tədbiri olan COP29 konfransına ev sahibliyi edəcək. Belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə beynəlxalq aləmdə olan etimadın göstəricisidir. Bu mühüm tədbir Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursunun təntənəsi kimi dəyərləndirilə bilər. Bu tədbir çərçivəsində təxminən 80-90 min insanın Azərbaycana gəlməsi gözlənilir. Dünyanın əksər ölkələri dövlət və hökumət başçıları səviyyəsində təmsil olunacaqlar. Həm də COP29 tədbiri Azərbaycan və Ermənistan arasında başlanmış sülh prosesinin mühüm tərkib hissəsidir. Əgər sülh prosesi olmasaydı, Ermənistan Azərbaycanın belə nəhəng tədbirə ev sahibliyi etməsinə imkan verməzdi və buna maneə olardı”.

    Deputat qeyd edib ki, tədbir ərzində təhsil müəssisələrindən başqa, bir sıra müəssisə və iş yerlərinin də onlayn fəaliyyəti nəzərdə tutulub:

    “Heç şübhəsiz ki, qısa müddət ərzində 80-90 min insanın Azərbaycana gəlişi müəyyən mənada nəqliyyatda və digər sahələrdə məhdudiyyətləri özündə ehtiva edəcək. Bu şəksizdir, çünki burada təhlükəsizlik, yəni dövlət başçılarının qorunması məsələsi var. Bütün bu reallıqların fonunda, heç şübhəsiz ki, müəyyən məhdudiyyətlərin tətbiqi labüddür. Eyni zamanda, artıq indidən bəllidir ki, ali və orta məktəblərdə, ayrı-ayrı müəssisələrin fəaliyyətində də onlayn rejimə keçirilməsi mümkündür. Bu haqda müəyyən fikirlər, təkliflər səslənməkdədir. Amma ən əsası odur ki, bu nəhəng tədbirə ev sahibliyi etməklə, Azərbaycan bir daha bütün dünyaya öz gücünü göstərir, potensialını ortaya qoyur. Sanki bütün dünyanın ürəyi bu tədbir zamanı Azərbaycanda döyünəcək. Azərbaycandan dünyaya həm iqlim, həm də digər mühüm məsələlərlə bağlı mesajlar göndəriləcək. İndi mürəkkəb dünyamızın belə mesajlara ehtiyacı var və Azərbaycanın da təcrübəsi belə bir mühüm misiyanı şərəflə yerinə yetirək”.

  • Azərbaycanın futzal millisi Çexiya ilə qarşılaşıb

    Çexiyada təlim-məşq toplanışı keçirən Azərbaycanın futzal millisi yoxlama görüşündə meydan sahibləri ilə üz-üzə gəlib.

    Zlin şəhərində keçirilən qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qeyd edək ki, Vitali Borisovun rəhbərlik etdiyi yığma sabah Çexiyaya qarşı daha bir yoxlama matçında qüvvəsini sınayacaq.

  • Pentaqon rəhbəri Livanla sərhəddəki vəziyyətə görə İsrailə səfərini təxirə salıb

    ABŞ-nin müdafiə naziri Lloyd Ostin Livanla sərhəddə vəziyyətin gərginləşməsi səbəbindən İsrailə səfərini təxirə salıb.

    Bu barədə “Axios” portalı İsrail mənbələrinə istinadən məlumat yayıb.

    Pentaqon rəhbərinin səfəri sentyabrın 22-23-nə planlaşdırılıb.

  • Bakıda avtomobil motosikleti vurub

    Bu gün axşam saatlarında Bakının Binəqədi rayonunda avtomobil motosikleti vurub.

    APA xəbər verir ki, hadisə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi, “Elit” ticarət Mərkəzinin qarşısında baş verib.

    Motosikleti idarə edən şəxsin ağır yaralandığı bildirilir.

    Bizim Facebook səhifəmizi bəyənin
    Elit ticarət Mərkəzi Avtomobil qəzası Motosiklet qəzası

  • Rəsmi Bakıdan ABŞ Konqresinə cavab

    ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirməkdir.

    Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə 19 sentyabr 2024-cü il tarixində ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrlə bağlı yerli medianın sualına cavabında deyib.

    O, “ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları” adlı dinləmə keçirilib və çıxış edənlər tərəfindən Azərbaycana qarşı çoxsaylı ittihamlar səsləndirilib. ABŞ Konqresində Azərbaycan əleyhinə keçirilən bu tədbiri necə şərh edərdiniz?” sualına belə cavab verib:

    “Bu, ABŞ Konqresindəki bəzi qrupların Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə hörmətsizlik nümayiş etdirərək, Azərbaycandakı vəziyyəti insan hüquqları pərdəsi altında necə təhrif etdiklərinin növbəti təzahürüdür.
    Təəssüf ki, ABŞ-nin milli təhlükəsizlik maraqlarından daha çox öz daxili mülahizələri və şəxsi mənfəətlərini rəhbər tutan ABŞ Konqresinin üzvləri tərəfindən təşkil edilən bu cür birtərəfli və qərəzli tədbirlər uzun müddətdir ki, ABŞ Konqresi üçün adi hal alıb. Üstəlik, sözügedən dinləməni təşkil edən konqresmenlərin özlərini dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini dərindən dəstəkləyən şəxslər kimi təqdim etməsinin fonunda keçmiş separatçı rejimin nümayəndələrinin də bu dinləmələrdə iştirakı təsəvvür edilən bilən bütün çərçivələri aşır.

    Azərbaycanla bağlı bütün faktları açıq şəkildə təhrif edən və saxtalaşdıran bu cür tədbirin məqsədi Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirməkdir”.

    XİN rəsmisi qeyd edib ki, Azərbaycanın ötən il həyata keçirdiyi antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun olub və Azərbaycan heç vaxt mülki əhalini hədəf almayıb. Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı və hərbi təcavüzü dövründə azərbaycanlılara qarşı törədilmiş genişmiqyaslı etnik təmizləmə və qətliamlar, eləcə də Azərbaycanın dini və mədəni abidələrinin yer üzündən silinməsi isə əksinə, heç vaxt ABŞ Konqresi tərəfindən qınanmayıb. Ermənistandan fərqli olaraq, Azərbaycan dəfələrlə erməniləri və azərbaycanlıları birgə yaşamağa və əməkdaşlığa çağırıb və ermənilərin Azərbaycan vətəndaşları kimi bütün hüquq və imtiyazlarla təmin oluna, müdafiə və təhlükəsizlikdən yararlana biləcəklərinə dair təminat verib:

    Dinləmələrdə istinad edilən qondarma “Artsax” Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş hərbi işğal və Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən 750 minə yaxın azərbaycanlı mülki əhaliyə qarşı aparılmış etnik təmizləmə nəticəsində yaradılmış qeyri-qanuni qurumdan başqa bir şey deyildi. Eyni zamanda, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsinin coğrafi adının “Artsax” kimi təhrif edilməsi coğrafi adların beynəlxalq standartlaşdırılması üzrə prinsip və prosedurların açıq şəkildə pozulması, habelə ABŞ-nin 80-242 (1947) saylı qanununa uyğun olaraq ABŞ-nin Coğrafi Adlar üzrə Şurası (BGN) tərəfindən təsdiq edilmiş ABŞ Hökuməti orqanları tərəfindən milli və xarici coğrafi adların istifadə standartlarının təhrif edilməsidir.

    Biz ABŞ Konqresinin rəhbərliyini Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinə xələl gətirən bu cür tədbirlərin qarşısını almağa çağırır və xarici siyasətin həyata keçirilməsinə nəzarət edən qurum kimi Dövlət Departamentindən ABŞ Konqresində erməni lobbi qrupları tərəfindən sui-istifadə edilən bu tip tədbirlərə qarşı müvafiq tədbirlərin görülməsini gözləyirik”.

  • Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək

    Bu il dekabrın 1-dən Moskva hava limanlarında Rusiyaya gələn əcnəbilərin foto və barmaq izinin identifikasiyası proseduruna başlanılacaq.
     
    Bu barədə “Kommersant”a Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy məlumat verib.
     
    “Bu, hələ ki eksperimentdir. Alqoritmin aprobasiyasından sonra hökumət Federal Təhlükəsizlik Xidmətindən olan həmkarlarla birlikdə onun bütün sərhəd keçidlərində tətbiq edilməsini nəzərdən keçirəcək”, – o bildirib.
     
    A.Qorovoy qeyd edib ki, eksperimentin aparılması üçün Moskvanın seçilməsi onun xarici vətəndaşlar üçün ənənəvi cazibə mərkəzi və iri nəqliyyat qovşağı olması ilə şərtlənib.
     
    Eyni zamanda, analoji nəzarət sistemi Qazaxıstanla sərhəddə yerləşən Orenburq vilayətindəki Maştakovo avtomobil keçid məntəqəsində də tətbiq olunacaq.

  • “Uber” sürücüsü həbs edildi: “Xanımdan xoşum gəlirdi”

    “Uber” xidmətində taksi fəaliyyəti ilə məşğul olan şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, taksi sürücüsünün həbs edilməsinə səbəb xanım sərnişinə qarşı nalayiq ifadələr və hərəkətlər etməsi olub.

    Belə ki, 6 sentyabr 2024-cü il tarixdə, 17:15 radələrində Səbail rayonu ərazisində yerləşən Ü.Hacıbəyli küçəsində Q.M. adlı xanım “Uber”dən taksi sifariş verərək, Xətai rayon ərazisinə getmək istəyib.

    Qadın yolda “Hyundai Elantra” markalı avtomobilin sürücüsü, 1996-cı il təvəllüdlü C.B.-nın ona qarşı nalayiq ifadələrinə və seksual xarakterli hərəkətlərinə şahidi olub. Sərnişin qısa zamanda yolun kənarında maşından düşüb və polisə şikayət edib.

    Sürücü saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

    Məhkəmə iclasında iştirak edən sürücü protokola etiraz etdiyini, xanımdan xoşu gələdiyi üçün onunla tanış olmaq istədiyini deyib. O, 25 gün müddətinə həbs olunub.