Month: September 2024

  • İsrail ordusu Livandakı “Hizbullah” hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

    İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, Livandakı “Hizbullah” hərəkatının hədəflərini, təşkilatın terror imkanlarını və hərbi infrastrukturunu azaltmaq məqsədilə bombalayır.

    Median.Az bu barədə TASS-a istinadən xəbər verir.

    Ordunun mətbuat xidmətinin bəyanatında deyilir ki, bu, sakinlərin öz evlərinə qayıtmasına imkan verəcək və digər hərbi məqsədlərə nail olmaq üçün yol açacaq.

    “Hizbullah” Livanın cənubunu müharibə zonasına çevirib və onilliklər ərzində oradakı mülki əhalidən canlı qalxan kimi istifadə edib”, – deyə İsrail Müdafiə Qüvvələrindən bildirilib.

    Livan mediası isə ölkənin cənubunun indiyədək görünməmiş intensivliklə bombalandığını yazır.

  • 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

    2023-cü ildə 15-29 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 81,8 min nəfər olub.

    Bu, Dövlət Statistika Komitəsinin bu gün dərc etdiyi “Azərbaycan gəncləri” məcmuəsində öz əksini tapıb.

    Bildirilib ki, bütövlükdə doğulan körpələrin 72,6 faizi gənc anaların payına düşüb.

  • Bakıda yanan məşhur ticarət mərkəzinin ərazisi 13 milyona satılır

    Bir neçə il öncə yanan və konstruksiyası zədələndiyi üçün tamamilə sökülən “Diqlas” ticarət mərkəzinin ərazisinin satışa çıxarıldığı barədə məlumat yayılıb.

    Axar.az xəbər verir ki, ərazisinin 13 milyon manata təklif edildiyi bildirilir.

    Mövzu ilə bağlı saytımıza danışan əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, “Diqlas” TM-in ərazisi bir hektardan daha azdır:

    “Ərazisinin dəqiq sahəsi barədə məlumat olmasa da, müxtəlif hesablamalarla 0.6-0.7 hektar olduğu təxmin edilir. Buna görə də hazırkı bazar qiymətləri ilə ərazinin 13 milyon manata satışa çıxarılması normaldır, sotu təxminən 180 min manat civarında edir. Nəzərə alın ki, satış zamanı qiymətdə enmə də mümkündür”.

    “Diqlas” TM-in yandıqdan sonra uzun müddətdir istifadəsiz qalması və zibilliyə çevrilməsinə gəlincə, ekspertin fikrincə, bu məsələyə dövlətin reaksiyası lazımdır:

    “Əhalinin gur olduğu məkanlarda bu cür zibillik yuvasına çevrilən yerlərin olmasına rəsmi qurumların reaksiyası və sahibkara hər hansı tələblər qoyması mütləqdir. Yəni sahibkardan ya tikilini bərpa etmək, ya satmaq, ya da ən azı hasarlanması və təmiz saxlanılmasını tələb etmək mümkündür. Diqqət edirsinizsə, “Diqlas”ın ərazisi də daxil olmaqla, şəhərin bir çox yerindəki bu cür istifadəsiz qalan və zibilliyə çevrilən torpaqların son vaxtlar hasarlanması və təmizlənməsini müşahidə edirik. Yəqin ki, bu, COP29-a hazırlıqla bağlıdır və müsbət tendensiyadır. Amma hasarlamaların eyni rəngdə və eyni materiallarla olması bu prosesin dövlət büdcəsi hesabına aparıldığı təəssüratını yaradır. Əgər bu təmizləmə və hasarlamalar dövlət büdcəsi hesabınadırsa, hesab edirəm ki, bu, büdcə vəsaitlərindən səmərəsiz istifadədir. Əksinə, yerin sahiblərinə tələb qoyulmalı və ərazinin təmiz, şəhərin gözəlliyinə xələl gətirmədən saxlanılması təmin edilməlidir”.

    O ki qaldı “Diqlas”ın ərazisinin satılacağı halda onun yerində nə tikilə biləcəyinə, Ramin Osmanlının fikrincə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi orada hər hansı iri ticarət mərkəzinin tikilməsinə imkan verməməlidir:

    “Ümumiyyətlə, mövcud vəziyyət göstərir ki, ənənəvi yanaşmadan imtina etmək vacibdir və yol kənarlarında, piyada səkiləri və yol çiyinlərində ticarət mərkəzi, avtoxidmət və yaxud digər iaşə xidmətlərinin tikilməsinə yol vermək şəhərə xəyanət etməkdir. Çünki yolun düz kənarında tikilən bu obyektlər sıxlığa və ciddi tıxaclara səbəb olur. Bu yanaşmalardan birdəfəlik imtina etmək lazımdır və “Diqlas”ın ərazisi də daxil olmaqla, gələcəkdə bu cür yerlərin layihələndirilməsində bu faktların nəzərə alınması vacibdir. Bakı yollarının daralmasına, sıxlığa səbəb olacaq yolkənarı obyektlərlə bağlı ciddi ölçü götürülməsə, hazırkı vəziyyət daha dözülməz olacaq”.

  • Comedy Club закрывается

    Выпуск шоу Comedy Club, который выйдет в эфир российского телеканала ТНТ 20 сентября, станет последним, сообщили в пресс-службе “Газпром-медиа Развлекательное Телевидение” (субходлинг “Газпром-медиа”).

    Как передает Median.Az со ссылкой на vedomosti.ru, в частности, в релизе приведена цитата креативного продюсера программы Гарика Харламова из официального заявления, с которым он выступит перед началом программы: “Мы подтверждаем, что Comedy Club закрывается”.

    Ранее директор телеканала ТНТ Тина Канделаки намекала, что проект будет перезапущен. В видеосообщении, опубликованном 3 сентября в ее Telegram-канале, она сообщила, что Гарик Харламов, назначенный в конце июля креативным продюсером Comedy Club, “предложил огромное количество новых идей, это касается сцены, музыки, наполнения, старых, новых резидентов, самого юмора”.

    “Мы всем каналом, всей командой подумали, оценили ситуацию, и я могу сказать только одно: “Прощай, Comedy”, – сказала Канделаки. Такой же фразой – “Прощай, Comedy” – сопровождаются билборды с анонсом выпуска 20 сентября.

  • “Comedy Club” bağlanır

    Sentyabrın 20-də Rusiyanın TNT telekanalında yayımlanacaq “Comedy Club” şousunun buraxılışı sonuncu olacaq.

    Bu barədə “Qazprom-media Razvlekatelnoye Televideniye”nin (“Qazprom-media”nın alt holdinqi) mətbuat xidməti məlumat verib.

    Bildirilib ki, proqramın kreativ prodüseri Qarik Xarlamov proqramın əvvəlində “Biz təsdiq edirik ki, “Comedy Club” bağlanır”, – deyə bəyan edəcək.

    Daha əvvəl TNT telekanalının direktoru Tina Kandelaki layihənin yenidən başladılacağına işarə etmişdi. Sentyabrın 3-də özünün “Telegram” kanalında dərc edilmiş videomüraciətdə o bildirmişdi ki, iyulun sonunda “Comedy Club”ın kreativ prodüseri təyin edilmiş Qarik Xarlamov səhnəyə, musiqiyə, məzmuna, köhnə və yeni rezidentlərə, yumorun özünə aid çoxlu sayda yeni ideya təklif edib.

    “Biz bütün kanal, bütün komanda ilə düşündük, vəziyyəti qiymətləndirdik və mən yalnız bir şey deyə bilərəm: “Əlvida, “Comedy”, – deyə Kandelaki yazmışdı.

    Qeyd edək ki, sentyabrın 20-də yayımlanacaq buraxılışın elanı olan bilbordlarda da eyni ifadə – “Əlvida, “Comedy” yer alıb.

  • Павел Дуров отказался от контактов с Москвой?

    Французские власти сообщили российской стороне, что сооснователь Telegram Павел Дуров, получивший несколько лет назад французское гражданство, не проявил интереса к контактам с Москвой.

    Об этом заявил посол РФ во Франции Алексей Мешков в эфире телеканала “Россия-24”.

    “Французы подходят к теме Дурова как к взаимоотношениям французского государства с ее гражданином. Поэтому, несмотря на наши неоднократные обращения с требованием предоставить соответствующие материалы, в этом нам было отказано. И параллельно было сказано, что интереса к контактам с нами Дуров не проявляет”, – сказал дипломат.

    Напомним, что 24 августа Дуров был задержан в аэропорту Ле-Бурже. Как заявила официальный представитель МИД РФ Мария Захарова, российские дипломаты в Париже делали все необходимое в ситуации с задержанием Дурова. Она отметила, что консульский доступ был запрошен.

  • Pavel Durov Moskva ilə əlaqələrdən imtina edib?

    Fransa hakimiyyəti Rusiya tərəfinə bildirib ki, bir neçə il əvvəl Fransa vətəndaşlığı alan “Telegram”ın qurucusu Pavel Durov Moskva ilə əlaqələrə maraq göstərməyib.

    Bunu Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

    “Fransızlar Durov məsələsinə Fransa dövlətinin öz vətəndaşı ilə münasibətləri kimi yanaşırlar. Buna görə də, müvafiq materialların təqdim edilməsi ilə bağlı dəfələrlə müraciət etməyimizə baxmayaraq, rədd cavabı almışıq. Eyni zamanda, Durovun bizimlə əlaqələrə maraq göstərmədiyi deyildi”, – deyə diplomat bildirib.

    Xatırladaq ki, avqustun 24-də Durov Le Burje hava limanında saxlanılmışdı. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Parisdəki Rusiya diplomatları Durovun saxlanılması ilə bağlı vəziyyətdə bütün lazımi addımları atıblar.

  • Bakının Kövkəb Səfərəliyeva küçəsində avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq

    Sentyabrın 21-də, saat 21:00-dan etibarən Bakının Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

    Median.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

    “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”,-deyə məlumatda qeyd edilib.

  • Azərbaycanda yeni telekanal açılır – VİDEO

    Azərbaycanda yeni televiziya kanalı yaradılıb.

    Median.Az OLAY-a istinadən xəbər verir ki, bununla bağlı “SOY production”nın bədii rəhbəri və həmtəsisçisi Sayavuş Hüseynli məlumat yayıb.

    Sayavuş “Sport TV” adlanan yeni telekanalın tezliklə fəaliyyətə başlayacağını bildirib.

    Sözügedən kanalın idman formatında olacağı və tezliklə yerli kabel operatorları tərəfindən yayımlanacağı diqqətə çatdırılıb.

    Qeyd edək ki, ölkə ərazisində idman formatında “İdman Azərbaycan” və “CBC sport” kanalları mövcüddur.

  • Azərbaycanda ata qızını zorla zirzəmidə saxlayıb

    Şamaxı şəhərində ailəsi tərəfindən zorla zirzəmidə saxlanılan gənc qadın polis əməkdaşları tərəfindən xilas edilib.

    Publika.az xəbər verir ki, hadisə Şamaxı şəhər Atatürk küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

    1976-cı il təvəllüdlü Vüqar Talıbov (soyad şərtidir) qızının Bakı şəhərində həyat yoldaşından boşanmaq istədiyini öyrənib. O, qızının sərbəst həyat tərzi sürməsindən, axşamlar işdən evə gələndən sonra müxtəlif ünvanlara getməsindən narahat olaraq paytaxta gəlib. Burada qızını aldadaraq Şamaxı şəhərinə aparan Vüqar onu evin zirzəmisinə salaraq qapını kilidləyib. 6 gün zirzəmidə qalan qızı isə polislər xilas ediblər.

    Hadisə barədə ifadə verən zərərçəkmiş qız atasının onun sərbəst yaşamaq istəməsinə qarşı çıxdığını və anası ilə əlbir olaraq onu zirzəmiyə saldığını deyib:

    “2014-cü ildə ailəmin təkidi ilə Allahverdi Babayev adlı şəxslə ailə qurdum, iki oğlumuz oldu. Əvvəl Şamaxıda Allahverdinin valideynlərinə məxsus evdə yaşadıq, sonra Bakıda Nəsimi rayonu, 4-cü mikrorayonda yerləşən mənzildə yaşamışıq. Bir müddətdən sonra münasibətimiz pozuldu, boşanmaq qərarına gəldim. Atam Vüqar bunu bilib boşanmağıma mane olmağa çalışdı. Məni aldadaraq Bakıdan Şamaxıya gətirdi. Şamaxıdakı evə çatdıqda maşından düşən kimi atam qollarımdan tutub məni evin zirzəmisinə apardı. Zirzəmiyə daxil olduqda yerə köhnə palaz, üstünə döşək sərildiyini, yorğan və yastıq qoyulduğunu gördüm. Başa düşdüm ki, atam məni əsir kimi evin zirzəmisində saxlamaq niyyətindədir və bunun üçün əvvəlcədən hazırlıq görüb. Zirzəmidə gördüm ki, otağın qapı yerinə dəmir məhəccər vurulub, yəni məhəccərlə qapı düzəldilib, qapıya iki kilid vurulmuşdu”.

    O zirzəmidə 6 gün zorla saxlanıldığını bildirib: “Bu müddət ərzində bir neçə dəfə atam yanıma gəlib məndən ərimdən boşanıb-boşanmayacağımı soruşdu, cavabımda boşanıb sərbəst yaşamaq istədiyimi dedikdə məni təhqir edib çıxıb gedirdi. Daha sonra anama yalvardım ki, oğlumla telefonla danışmaq istəyirəm. Bu zaman fürsətdən istifadə edib DİN-in 102 xidmətinə zəng edib, zorla zirzəmidə saxlanmağım barədə məlumat verdim. Bir neçə dəqiqə sonra polislər geri zəng etdilər və qapının bərkdən döyüldüyünü görüb onların gəldiyini anladım. Polislər zorla qapını açıb içəri girdilər, 3 nəfər polis əməkdaşı məni anamın əlindən alıb xilas etdi və Şamaxı Rayon Polis Şöbəsinə (RPŞ) gətirdi”.

    Faktla bağlı Şamaxı RPŞ-də Cinayət Məcəlləsinin 145.1-ci, yəni qanunsuz azadlıqdan məhrumetmə maddəsi ilə iş açılıb. Rayon məhkəməsinin 10 sentyabr tarixli hökmü ilə Vüqar Talıbov 1 il 6 ay islah işləri cəzasına məhkum edilib. Məhkəmədə qız atasından şikayətçi olmadığını bildirib.