Month: September 2024

  • Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı – Cərimə edildi

    Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin qəbuluna düşə bilməyən şəxs səs-küy saldığı üçün saxlanılıb.

    “Qaynarinfo”nun məlumatına görə, Gəncə sakini S.Hacıyev övladının bağça məsələsini həll etmək üçün Anar Qədiməliyevin qəbuluna gedib.

    Lakin idarə müdiri onu qəbul etmədiyi üçün ucadan danışmağa başlayıb. İdarə tərəfindən polisə müraciət edildiyi üçün S.Hacıyev saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib.

    İşə məhkəmədə baxılıb. O, təhsil idarəsinə getdiyini, müdir Anar Qədiməliyevin qəbuluna düşmək istədiyini, lakin qəbula buraxılmadığını bildirib. S.Hacıyev əsəbiləşərək səs-küy saldığını, lakin heç bir nalayiq ifadə işlətmədiyini deyib. Həmçinin qazi olduğunu, himayəsində iki yaşlı uşağının olduğunu və işləmədiyini diqqətə çatdırıb.

    Məhkəmənin qərarı ilə, S.Hacıyev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 50 manat cərimə edilib.

  • Президент принял участие в открытии после реставрации дома-музея Узеира Гаджибейли в Шуше

    19 сентября Президент Азербайджанской Республики Ильхам Алиев принял участие в открытии после реставрации дома-музея Узеира Гаджибейли в Шуше.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Президент ознакомился с ходом ремонтно-восстановительных работ в отеле Bulud в городе Ханкенди

    19 сентября Президент Азербайджанской Республики Ильхам Алиев ознакомился с ходом ремонтно-восстановительных работ, проводимых в отеле Bulud в городе Ханкенди.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Məşhur reper ona qarşı irəli sürülən ittihamları təkzib etdi

    Cinsi təcavüzdə günahlandırılan “Diddy” ləqəbli amerikalı aktyor, prodüser və reper Şon Kombs günahsız olduğunu iddia edib.

    Məşhur rep ifaçısı aylardır ki, cinayət işi üzrə istintaqa cəlb olunub.

    Nyu-Yorkda saxlanılan Kombs Manhettendə federal məhkəmədə ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Məhkəmədən sonra təşkil edilən mətbuat konfransında Nyu York prokuroru Damian Williams:

    “Bu ofis nə qədər güclü, zəngin və ya məşhur olmağınızdan asılı olmayaraq, etdiyiniz işlə məşğul olan hər kəsi təhqiq etmək və mühakimə etmək öhdəliyi götürür”, -deyə bildirib.

    İddianamədə Şon Kombs və onun tərəfdaşlarının “qadın qurbanlarını, çox vaxt romantik münasibət bəhanəsi ilə aldadıb, cinsi əlaqəyə girməyə və narkotik istifadə etməyə məcbur etdiyi” iddia edilib.

    Şon Combs-un vəkili Marc Agnifilo, müvəkkilinin qüsurlu bir insan olduğunu, lakin günahkar olmadığını iddia edib.

    Digər tərəfdən, Sean Combs sosial media hesabında:

    “Bəsdir artıq. Asan yolla pul qazanmaq istəyən insanlar tərəfindən mənə qarşı iyrənc ittihamlar irəli sürülüb. Mən iddia edilən dəhşətli şeylərin heç birini etməmişəm. Adım, ailəm və həqiqət üçün mübarizə aparacağam”,-deyə paylaşım edib.

    Qeyd edək ki, onun keçmiş sevgilisi, müğənni Kessi Ventura 2023-cü ilin noyabrında ona qarşı cinsi təcavüz etdiyini iddia edərək, Sean Combs-a qarşı iddia qaldırmışdı.
    //azxeber.com

  • İlham Əliyev Xankəndinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Почему при погашении кредита через терминалы MilliÖn и E-manat списывается процент?

    Общественный активист Халдун Новруз-заде поделился интересным фактом о популярных платежных терминалах MilliÖn и E-manat.

    Как передает globalinfo.az, оказывается, при оплате кредитов через эти устройства взимается дополнительная комиссия, о которой многие пользователи даже не подозревают.

    По словам активиста, с этого месяца при погашении кредита через терминалы MilliÖn и E-manat автоматически списывается дополнительный процент.

    “Например, если вы платите кредит в размере 2 000 манатов, автоматически вычитаются 20 манатов. Но вы об этом не узнаете, потому что в чеке это не указывается. Из-за этого банки могут ошибочно зачислять клиентов в список должников, ведь фактически вносится не вся сумма платежа”, – написал активист.

    В сервисном центре MilliÖN заявили, что эту комиссию взимают сами банки, а терминалы лишь предупреждают о ней на мониторе перед подтверждением оплаты. Однако многие клиенты, не обращая внимания на эту информацию, производят платеж.

  • Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur

    İctimai fəal Haldun Novruzzadə “MilliÖn”, “E-manat” terminalları ilə bağlı müzakirələrə səbəb olan paylaşım edib.

    Globalinfo.az xəbər verir ki, H.Novruzzadə kredit ödəyən zaman əlavə komissiya haqqı tutulduğunu bildirib.

    “Deməli, “MilliÖn”, “E-manat” kimi aparatlar sentyabr ayından ödədiyiniz kreditlərdən bir faiz xidmət haqqı tutur. Məsələn, 2000 manat kredit ödəyirsinizsə, 20 manatını “MilliÖn” avtomatik çıxır. Bunu da qəbzdə göstərmir deyə sizin xəbəriniz olmur. Buna görə də əskik pul ödədiyiniz üçün adınız gecikməyə düşür”, – deyə fəal bildirib.

    “MilliÖn” Xidmət Mərkəzindən saytımıza verilən məlumata görə, həmin komissiyanı banklar tutur:

    “Hər bir komissiya bank tərəfindən təyin olunur. Ödəniş zamanı məbləği daxil etməmişdən öncə monitorun üzərində komissiyanın çıxılacağı barədə məlumat yazılır. Ola bilər ki, müştəri buna diqqət yetirmədən ödəniş edir. Ümumiyyətlə, “MilliÖn” tərəfindən komissiya tətbiq edilmir”.

  • Ильхам Алиев принял участие в открытии после восстановления комплекса Имарет в городе Агдам

    19 сентября Президент Азербайджанской Республики Ильхам Алиев принял участие в открытии после восстановления комплекса Имарет в городе Агдам.

    Об этом сообщает АЗЕРТАДЖ.