Month: September 2024

  • Türkiyə bankları Rusiyadan Avropaya ödənişləri bloklamağa başladı

    Türkiyədəki türk bankları Rusiya şirkətlərinin Aİ və digər ölkələrə ödənişi etməkdən kütləvi şəkildə imtina etməyə başlayıb. Hətta bütün lazımi sənədlərin təqdim edilməsi də problemi həll etmir.

    Rusiyanın “Vedomosti” nəşrinin yazdığına görə, Avropa bankları zaman-zaman Rusiya biznesləri üçün malların ödənişini türk bankları vasitəsilə qəbul etməkdən imtina etməyə başlayıblar.

    Eyni zamanda, mənbələrdən biri bildirib ki, Türkiyə vasitəsilə malların ödənişini həyata keçirməyə çalışarkən Bolqarıstandan olan təchizatçı “normal” ölkə vasitəsilə pul köçürməsini istəyib.

    Qeyd olunur ki, Avropa bankları tərəfindən əməliyyat qaydalarının sərtləşdirilməsi səbəbindən Türkiyədəki maliyyə qurumları sentyabrın əvvəlindən tranzit ödənişlərindən imtina etməyə başlayıb. Hətta banka əlavə çatdırılma sənədlərinin verilməsi də problemi həll etmir.

    FTL Advisers hüquq firmasının partnyoru İqor Kuznets bildirib ki, Türkiyədə həmişə Rusiyanın başqa ölkələrə köçürmələri ilə məşğul olan 2-3 bank olub, lakin indi hətta dollar, avro və yuanla ödəniş edərkən onlarla problemlər yaranıb.

    Qeyd edək ki, bu, Türkiyə banklarının Rusiya ilə işlərini dayandırması ilk hal deyil. Bu, ilin əvvəlində ABŞ-ın ikinci dərəcəli sanksiyalarından qorxan bir sıra “dost” ölkələrin, o cümlədən Türkiyə banklarının Rusiya şirkətləri ilə işləməsinə məhdudiyyət qoyulduğu zaman da belə olub.

    Tezliklə əməliyyatlar tədricən bərpa olunub. Yayda Türkiyə vasitəsilə ödənişlərlə bağlı mövcud olan problemlər geri qayıdıb.

    Qeyd edilir ki, rusliyalıarın Çinlə ticarəti də getdikcə çətinləşir. Yuanla birbaşa ödənişlərin dondurulması və ya gecikdirilməsi səbəbindən Asiya ölkəsi ilə ticarət əslində Rusiya ixracatçıları üçün qumara çevrilib.

    Qırğızıstanın ən böyük banklarından biri olan MBank da Rusiya pul köçürmələrini dayandırıb.

    Daha sonra BƏƏ bankları gözlənilmədən Çindən gələn mallar üçün Rusiyadan ödəniş axınını əngəlləyib.

    Avqustun 20-də Freedom Bank-ın Rusiya ödənişlərini dayandırdığı məlum olub. Qazaxıstanda maliyyə qurumu “Zolotaya korona” ödəniş sistemi ilə fəaliyyətini dayandırıb.
    //qaynarinfo

  • “Meta” Instagram”da “yeniyetmə hesabları” yaradır: Onlar adi hesablardan nə ilə fərqlənəcək?

    “Meta” şirkəti 18 yaşdan kiçik “Instagram” istifadəçiləri üçün yeni “yeniyetmə hesabları” hazırlayır ki, valideynlər onların fəaliyyətlərinə nəzarət etmək, o cümlədən gecə saatlarında uşaqların proqrama girişini bloklamaq imkanı əldə etsinlər.

    Qaynarinfo bu barədə “The Guardian”a istinadən xəbər verir.

    Şirkət yeni istifadəçilərə şamil ediləcək “yeniyetmə hesablarını” işə saldığını bildirib. Daha sonra bu cür parametrlər yeniyetmələr tərəfindən saxlanılan mövcud hesablara da şamil ediləcək. Elan Avstraliya hökumətinin bu platformalara girişi məhdudlaşdırmağı təklif etməsindən sonra verilib.

    “Yeniyetmə hesabı”nın parametrlərində edilən dəyişikliklərə valideynlərə proqramdan istifadə üçün gündəlik vaxt məhdudiyyətləri təyin etmək, yeniyetmələrin müəyyən vaxtlarda “Instagram”dan istifadəsini bloklamaq, övladının mesajlaşdığı hesablara və baxdıqları məzmun kateqoriyalarına baxmaq imkanı vermək daxildir”, deyə qeyd edilir.

    “Instagram”da qeydiyyatdan keçən yeniyetmələr indi defolt olaraq ən ciddi məxfilik parametrlərini əldə edirlər. Bura böyüklərin izləmədikləri yeniyetmələrə mesaj göndərməsinin qarşısını almaq və gecə bildirişlərini söndürmək də daxildir.

    Öz növbəsində, yeni “yeniyetmə hesabı” funksiyasına əsasən, artıq 16 yaşından kiçik istifadəçilər bu parametrləri dəyişdirmək üçün valideyn icazəsinə ehtiyac duyurlar, yeni funksiyaları defolt olaraq quraşdırılmış 16-18 yaşlı istifadəçilər isə dəyişə biləcəklər.

    “16 yaşdan kiçik uşaq parametrlərini dəyişməyə cəhd etdikdə, valideyn nəzarəti böyüklərə yeni vaxt məhdudiyyətləri təyin etməyə, gecələr girişi blok etməyə və övladının kiminlə mesajlaşdığını görməyə imkan verəcək”, deyə nəşr əlavə edib.

  • 132 saat Xəzərdə üzüb Bakıya çatdı… (FOTO)

    İngilis səyyahı Karl Buşbi Xəzər dənizini üzüb keçərək Aktaudan Bakıya gəlib.

    Median.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, o, ümumilikdə 275.5 km-lik məsafə üzüb.

    Bunun üçün səyyahın 132 saat vaxtı gedib. Onu da deyək ki, ümumi səyahət 31 gün çəkib.

    Macərapərəstin Xəzərin o başından-bu başına gəldiyi yol xəritəsini təqdim edirik:

  • Центробанк Азербайджана выдал лицензии четырем организациям

    Центральный банк Азербайджана (ЦБА) выдал лицензии ООО “K Group” на осуществление деятельности организации электронных денег, ООО “M.A.X Sistemləri Plyus” и “Cibpay” на осуществление деятельности платежной организации и ООО “Azərikard” – на осуществление деятельности организации электронных денег и оператора платежной системы.

    Об этом сообщает Median.Az со ссылкой на ЦБА.

    Лицензия выдается на основании закона “О платежных услугах и платежных системах”, и в настоящее время продолжается оценка обращений от других организаций, подчеркнули в Центробанке.

    Таким образом, число имеющих лицензию организаций в этой сфере достигло 17.

  • Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib

    Azərbaycan Mərkəzi Bankı (AMB) “K Group” MMC-yə elektron pul təşkilatı, “M.A.X Sistemləri Plyus” və “Cibpay” MMC-lərə ödəniş təşkilatı, “Azərikard” MMC-yə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.

    Bu barədə Median.Az AMB-yə istinadən xəbər verir.

    Məlumata görə, lisenziya “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.

    “Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir”, – deyə AMB bəyan edib.

    AMB bundan əvvəl “A-Solutions”, “United Payment”, “Modenis”, “PashaPay”, “Mobile Payment Solutions”, “Paysis” və “PulPal” MMC-lərə, “GoldenPay” ASC-yə və “Mpay” QSC-yə elektron pul təşkilatı, “Token Azərbaycan”, “Global Innovations”, “Drakaris” və “Multi Solutions” MMC-lərə ödəniş təşkilatı kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 17-yə çatıb.

  • Армения хочет обеспечить 30% военных потребностей за счет внутреннего производства

    Армения поставила задачу обеспечить 30% своих военно-технических потребностей за счет внутреннего производства.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом заявил секретарь Совбеза Армен Григорян на втором Всемирном армянском саммите.

    Он заявил, что в сравнении с 2020 годом объем заказов продукции армянского военно-промышленного комплекса вырос в 100 раз. Проблем в этой сфере много, но он убежден, что сфера ВПК и частный сектор смогут “переварить” этот объем.

    “Если раньше у нас было более 96% военно-технического сотрудничества с Россией, то сегодня этот показатель составляет менее 10%. Сегодня у нас есть несколько важных партнеров в сфере военно-технического сотрудничества, среди них Индия и Франция”, – сказал он.

  • Ermənistan hərbi ehtiyaclarının 30 faizini daxili istehsal hesabına təmin etmək istəyir

    Ermənistan hərbi-texniki tələbatının 30 faizini yerli istehsal hesabına təmin etməyi qarşısına məqsəd qoyub.

    Bunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan II Ümumdünya Erməni Sammitində deyib.

    O bildirib ki, 2020-ci illə müqayisədə Ermənistanın hərbi-sənaye kompleksi məhsullarının sifariş həcmi 100 dəfə artıb.

    “Əgər əvvəllər Rusiya ilə hərbi-texniki əməkdaşlığımız 96 faizdən çox idisə, indi bu rəqəm 10 faizdən də azdır. Bu gün bizim hərbi-texniki əməkdaşlıq sahəsində bir neçə mühüm tərəfdaşımız var, Hindistan və Fransa da onların arasında yer alır”, – A.Qriqoryan qeyd edib.

  • “Kəpəz” portuqaliyalı müdafiəçi transfer edib

    “Kəpəz” portuqaliyalı müdafiəçi transfer edib.

    Klubdan verilən məlumata görə, Dioqu Verdaşka mövsümün sonuna kimi Gəncə təmsilçisinin şərəfini qoruyacaq.

    27 yaşlı oyunçunun son klubu İspaniyada Sequnda təmsilçisi “Mirandes” olub. “Portu”nun yetirməsi olan Dioqu Verdaşka İspaniyada “Saraqosa”, eləcə də “Beytar” (İsrail) və “Şlensk” (Polşa) klublarında oynayıb.

  • Минздрав призывает родителей вакцинировать детей против гриппа

    Министерство здравоохранения призвало родителей вакцинировать детей против гриппа.

    Об этом сказал специалист-эксперт министерства, инфекционист Тайяр Эйвазов.

    “Давать детям какие-либо лекарства или антибиотики без осмотра специалиста неправильно. У антибиотиков имеется много побочных эффектов и осложнений. Поэтому использование антибиотиков может быть эффективным только при назначении врача”, – сказал он.

    Он призвал родителей детей школьного и дошкольного возраста своевременно присоединиться к вакцинации против гриппа: “Нужно учитывать, что в местах массового скопления детей, таких как школы и детские сады, они тесно контактируют друг с другом, и острые респираторные инфекции быстро распространяются воздушно-капельным путем. Из-за высокого риска заражения необходимо своевременно пройти вакцинацию”.

  • Qrip əleyhinə peyvəndlə bağlı valideynlərə çağırış edilib

    Həkim baxışı və məsləhəti olmadan uşaqlara hər hansı dərman, yaxud antibiotik verilməsi tamamilə yanlışdır.

    Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qrip və mövsümi viruslarla bağlı danışarkən deyib.

    Nazirlik rəsmisi qeyd edib ki, antibiotiklərin kifayət qədər yan təsirləri var və ağırlaşmalar baş verə bilər: “Odur ki, antibiotik istifadəsi yalnız həkimin göstərişi ilə tətbiq edildikdə effektiv təsir göstərə bilər”.

    İnfeksionist məktəb və bağça yaşlı övladı olan valideynlərə çağırış edək qrip əleyhinə vaksinasiyaya vaxtında qoşulmağı tövsiyə edib: “Nəzərə almaq lazımdır ki, kütləvi qapalı yerlərdə uşaqlar yaxın məsafədə ünsiyyətdə olurlar və hava-damcı yolu ilə kəskin respirator infeksiyalara yoluxma sürətlə gedir. Yoluxma riski yüksək olduğundan vaxtında peyvənd olunmaq lazımdır”.

    Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq könüllülük prinsipi əsasında həyata keçirilir. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.