Month: September 2024

  • FES-in uçot dərəcəsini aşağı salması Azərbaycan və dünya iqtisadiyyatına necə təsir edəcək?

    “FES bu azalmaya gedərsə, Amerikaya kapital qoyuluşu üzrə faiz dərəcəsi də enəcək və dollar ucuzlaşacaq”.

    Bunu Qaynarinfo-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsinin azaldılması dövrünə qədəm qoyması üçün hər cür səbəbinin yetişdiyi qənaətinə gələn “BCS World of Investments”in əməkdaşı Oksana Xolodenkonun səsləndirdiyi proqnozun dünya iqtisadiyyatına təsirini şərh edərkən deyib.

    Əkrəm Həsənov bildirib ki, FES-in uçot dərəcəsini 1-1,25 faiz bəndi aşağı salması baş verərsə, Amerikaya kapital qoyuluşların faiz dərəcəsi enəcək:

    “Bu da o deməkdir ki, yaranmış vəziyyətdə dollar digər valyutalara nisbətdə ucuzlaşa bilər”.

    Maliyyə eksperti düşünür ki, uçot dərəcəsinin 1-1,25 faiz bənd aşağı düşməsilə digər ölkələr daha çox Amerika malları almaq imkanı əldə edəcək:
     
    “Hansı ki, bu digər ölkələrə o qədər də sərf etmir. Ona görə ki, belə vəziyyətdə başqa ölkələr öz mallarını satmaqda çətinlik çəkəcək”.

    Əkrəm Həsənovun fikrincə, digər tərəfdən belə vəziyyətdə başqa ölkələrin milli valyutaları dollara nisbətən möhkəmlənəcək: 

    “Bu da onlara öz valyuta ehtiyatlarını artırmağa imkan verəcək. Yəni FES sözügedən addımı atarsa, digər dövlətlər prosesdə həm udacaq, həm də uduzacaqlar. Hazırda dünya iqtisadiyyatına geosiyasət və müharibələr ciddi təsir edir. Ona görə hər an hər şey dəyişə bilər”. 
     
    Amma ekspertə görə, bu vəziyyət yaransa belə, onun Azərbaycana təsiri olmayacaq: 

    “Çünki Azərbaycanda üzən məzənnə, normal bazar iqtisadiyyatı yoxdur. Ölkəmizdə manatın məzənnəsi inzibati yolla təyin olunur”. 

    Qeyd edək ki, “BCS World of Investments”in analitika və təşviqat şöbəsinin rəhbəri Oksana Xolodenko FES-in aqressiv şəkildə uçot dərəcəsinin azaldılması dövrünə qədəm qoyması üçün hər cür səbəbinin olduğu qənaətinə gəlib. Onun fikrincə, ilin sonuna qədər FES-in əsas faiz dərəcəsi 1-1,25 faiz bəndi düşə bilər. 

    Çərşənbə günü, sentyabrın 18-də FES pul siyasətinin yeni mərhələsinə qədəm qoya bilər. Söhbət əsas dərəcəsin azaldılmasından gedir. Bu dəfə 50%-dən çox. Hazırda uçot dərəcəsi 5,25-5,5% təşkil edir. 

  • Gecələr işləyənlərə XƏBƏRDARLIQ: ölüm riskiniz daha çoxdur

    Araşdırmalara görə, axşam saatlarında işləmək kökəlməyə gətirib çıxarır və depressiya riskini artırır.

    Gecə gec saatlarda işləyən insanlar daha yüksək bədən kütləsi indeksinə (BMI), daha çox bel ölçüsünə, daha çox gizli yağa və daha erkən yuxu cədvəlini saxlayanlara nisbətən 2-ci tip diabetin inkişaf riski demək olar ki, 50% daha yüksəkdir.
    Hollandiyanın Leiden Universitetinin Tibb Mərkəzindən Dr.Jeroen van der Veldenin rəhbərlik etdiyi tədqiqatda 5000-dən çox insan iştirak edib. Doktor van der Velde qeyd edib ki, qeyri-sağlam vərdişlər daha çox gecə xronotipləri ilə əlaqəli olsa da, bu amillər gecə aktiv olanlarda metabolik pozğunluqların riskinin artmasına tam izahat vermir.

    Tədqiqatçılar orqanizmin daxili bioritmlərinin xarici şərtlərə uyğun gəlmədiyi sirkadiyalı disharmoniyanın bu prosesdə əsas rol oynaya biləcəyini irəli sürüblər. Bu uyğunsuzluq diabet də daxil olmaqla xəstəliklərin riskinin artmasına səbəb olur.
    Tədqiqat həmçinin göstərib ki, gec xronotipli insanlarda daha çox visseral piy və qaraciyər piyləri var ki, bu da onların müxtəlif xəstəliklərə qarşı həssaslığını əhəmiyyətli dərəcədə artırır.

  • Sabah Bakının iki rayonunda QAZ OLMAYACAQ

    Binəqədi və Yasamal rayonlarının bir sıra ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    “Azəriqaz”dan  verilən məlumata görə, Binəqədi və Yasamal rayonları ərazisində aparılacaq təmir-bərpa işləri ilə bağlı sentyabrın 19-dan saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

    Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu, 9-cu mikrorayonda A.Babaşov, M.Məmmədxanov, Z.Fərəcov, 22-ci dağlıq, O.Musabəyov, C.Xəndan, S.Məmmədov, Ü.Hacıbəyov, İ.Cümşüdov, İ.Həşimov küçələrində və MİDA yaşayış kompleksinin Naftalan klinikası, DİN-nin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Bakıda məhkum məhkumu ülgüclə ÖLDÜRMƏK İSTƏDİ

    Cəzaçəkmə müəssisəsində öz məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Azər Şalıyevin məhkəməsi keçirilib.
    Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə istintaqın yekunlaşdığı elan edilib.
    Prokuror Babaxan Həsənəliyev çıxış edib. O bildirib ki, məhkəmə istintaqı zamanı Azər Şalıyevin hadisəni törətməsi təsdiqlənib.
    Prokuror çıxışında məhkəmədən 16 il cəza istəyib.
    Daha sonra Azər Şalıyevin vəkili çıxış üçün vaxt istəyib.
    Məhkəmənin növbəti prosesi oktyabrın 2-nə təyin edilib.
    Qeyd edək ki, hər iki şəxs eyni cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayıb. Azər Şalıyev aralarında yaranan mübahisə zamanı Şəhriyar Baxışəliyevin boğazına ağır xəsarət yetirib.
    Azər Şalıyevə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
    Məlumat üçün bildirək ki, hər iki şəxs ölüm işi ilə məhkumluq həyatı yaşayırdı. Belə ki, təqsirləndirilən şəxs Azər Şalıyevin cəzasının bitməsinə 1 il 7 ay, zərərçəkmiş şəxs Şəhriyar Baxışəliyevin isə 3 ilə yaxın müddəti qalıb.

  • DİM müraciət yaydı

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilmiş test imtahanlarında uğur qazanmış şəxslər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə DİM-in Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi, 108 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər.
     
    DİM-dən bildirilib ki, sertifikat qazananlar aşağıdakı kateqoriyadan olan şəxslərdir:
     
    – Avqustun 25-də avtomobil sürücülərinin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilən test imtahanında iştirak edənlər;
     
    – Avqustun 11-də dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında iştirak edənlər;
     
    – İyulun 28-də və avqustun 4-də dövlət qulluğunun A (inzibati rəhbər) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında iştirak edənlər.
     
    Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək istəyənlər əvvəlcədən info@dim.gov.az elektron poçt ünvanına müraciət etməlidirlər (ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir).

  • Yer kürəsi ilə bağlı ilginc kəşf: 450 milyon il əvvəl nə baş verib?

    Yer 450 milyon ildən çox əvvəl qeyri-adi intensiv meteorit bombardmanı dövründə Saturnun halqalarına bənzər bir halqa sisteminə malik ola bilərdir. 

    Qaynarinfo xəbər verir ki, bu barədə “Earth and Planetary Science Letters” jurnalında dərc olunan yeni araşdırmada deyilir.

    Alimlər 466 milyon il əvvəl “Ordovik təsir zirvəsi” dövründən 21 asteroid kraterini tədqiq edərək onların qəribə şəkildə ekvatora yaxın yerin dar zolağında yerləşdiyini müşahidə ediblər. Və bu, o dövrdə planetin kontinental qabığının 70%-dən çoxunun bu bölgədən kənarda olmasına baxmayaraq belə olub.

    Məlumata görə, asteroidlər adətən təsadüfi yerlərə düşür, buna görə də zərbə kraterləri Ay və Marsda göründüyü kimi bərabər paylanır.

    Tədqiqatçılar ekvatorun yaxınlığındakı təsir sxeminin milyonlarla il əvvəl böyük bir asteroidin Yerlə toqquşmasından sonra formalaşdığından şübhələnirlər.

    Elm adamları bu nəhəng asteroidin gelgit qüvvələri səbəbindən parçalandığını və planetimizin ətrafında Saturnun ətrafındakı halqalara bənzər bir halqa əmələ gətirdiyini fərz edirlər.

    Avstraliyanın Monaş Universitetindən tədqiqat müəllifi Endi Tomkins deyib: “Milyonlarla il ərzində bu həlqədən olan material tədricən Yerə düşdü və geoloji qeydlərdə müşahidə olunan meteor zərbələrinin partlamasına səbəb oldu”.

    Alimlər onu da bildirirlər ki, bu dövrün çöküntü süxurlarındakı təbəqələrdə fövqəladə miqdarda meteorit parçaları var. Onlar belə bir halqanın potensial iqlim nəticələri ilə Yerə kölgə sala biləcəyini bildirib.

    Günəş işığının qarşısını almaqla üzük son 500 milyon ilin ən soyuq dövrlərindən biri kimi tanınan Hirnant Buz Dövrü kimi tanınan böyük qlobal soyutma hadisəsinə töhfə vermiş ola bilər.

  • Trendyol”dan istifadə edənlərə XƏBƏRDARLIQ – Nə baş verir

    “Azərbaycanda təşkil olunan tədbir səbəbi ilə sifarişlərinizin uçuş və gömrük prosesinin müddəti uzana bilər. Gözləməyinizi xahiş edirik”.

    Belə bir xəbərdarlıq mesajı “Trendyol” istifadəçilərinə gəlib.

    “Trendyol”un Bakıdakı nümayəndəliyindən bildirilib ki, bu xəbərdarlıq ölkəmizdə keçirilən “Formula-1” yarışı ilə bağlı olub.

    “Artıq sistemə yenilənmə verilib və xəbərdarlıq aradan qaldırılıb”, – deyə açıqlamada qeyd olunub.
    //oxu.az

  • Keçmiş vəkil məhkəmə zalında həbs olundu

    Külli miqdarda dələduzluqda ittiham edilən keçmiş vəkil Ruhid Rəşid oğlu Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Ruhid Əkbərov 6 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

    Qeyd edək ki, Ruhid Əkbərov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilib.

    Vaxtilə 13 saylı Vəkil Bürosunun vəkili olan R.Əkbərov daha öncə 2021-ci ildə iki nəfərə qarşı 50 min manatlıq dələduzluq ittihamı ilə 3 il müddətinə həbs edilib.

    Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Ruhid Əkbərov həbsdə olarkən məhkum yoldaşından onun işini həll etmək adı ilə 53 min manat pul alaraq yenidən dələduzluq etməkdə ittiham olunub.

  • İlon Mask yeni implant hazırlayır

    Amerikalı sahibkar İlon Maskın “Neuralink” şirkəti anadangəlmə görmə məhdudiyyətli şəxslər üçün xüsusi implant hazırlayır.

    Bu barədə məlumatı İlon Mask “X” hesabında açıqlayıb.

    “Blindsight” adlı implant sözügedən şəxslərdə görmə qabiliyyətini bərpa etməyə imkan verəcək.

    Maskın sözlərinə görə, “Blindsight” cihazı hətta hər iki gözünü və görmə sinirini itirən şəxslərə də görmə imkanı verəcək.

    Bildirilib ki, implant yerləşdirildikdən sonra görmə qabiliyyəti mərhələli şəkildə yaranacaq, onu daşıyan şəxslər infraqırmızı, ultrabənövşəyi və radar diapozonlarında görə biləcəklər.

    Qeyd edək ki, “Neuralink” startapı 2016-cı ilin iyulunda Mask tərəfindən yaradılıb və insan beyninə yeridilməsi mümkün olan çiplərin hazırlanması ilə məşğul olur. Milyarder hesab edir ki, bu cihazlar insanlara süni intellektə qarşı durmağı bacaran kiborq olmaq imkanı verir. Həmçinin onun fikrincə bu çiplər insanlara düşüncənin gücü ilə kompüteri idarə etməyi öyrənməyə kömək edəcək.

    Onu da xatırladaq ki, “Neuralink” şirkəti cari il yanvarın 28-də ilk dəfə olaraq insan beyninə çip yerləşdirib. Avqustun əvvəlində Mask bildirib ki, ikinci pasiyentə də implant yerləşdirilib. Bu çiplər iflic olmuş şəxslərə kompüteri idarə etməyə imkan verir.

  • Azərbaycanda restoranda 2 nəfərin şam yeməyi neçəyə başa gəlir

    Azərbaycanda orta səviyyəli restoranda 2 nəfər üçün nəzərdə tutulan menyunun orta qiyməti 60 manat (35,3 dollar) təşkil edir.

    Yeniavaz.com məşhur araşdırma portalı “Numbeo”nun açıqladığı məlumatlara istinadən xəbər verir ki, bu ilin əvvəlində 2 nəfərlik menyunun orta qiyməti 57,8 manat (34 dollar) olub.

    Qeyd edək ki, 2 nəfər üçün nəzərdə tutulan menyuya 3 cür yemək – salatlar, əsas yeməklər və desertlər daxildir.

    Müqayisə üçün bildirək ki, 2 nəfər üçün nəzərdə tutulan menyunun orta qiymətinin ən yüksək olduğu ölkə İsveçrə hesab olunur. Bu ölkədə 2 nəfərin restoranda yeməyə xərcləyəcəyi məbləğ 130,5 dollara bərabərdir.

    Ən ucuz menyu isə Banqladeşdə qeydə alınıb. Bu ölkədə 8,4 dollar ödəyərək 2 nəfər restoranda yemək yeyə bilər.

    Region ölkləri arasında isə ən ucuz menyu İranda olub. İranda 2 nəfər üçün nəzərdə tutulan menyunun orta qiyməti 20,8 dollar təşkil edib.